Məhkəmə qərarları › İş №2(004)-936/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-936/2023

20.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-936/2023 20.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı, İddiaçının vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan X1 üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1341/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər ay X2 üçün 160 manatın alınıb ona verilməsi qət edilmişdir. Lakin icra məmuru tərəfindən aldadılaraq ona həmin icra sənədi üzrə icraata xitam verilməsi haqda ərizə yazdırılıb. Bunun nəticəsi olraq onun xəbəri olmadan onun işi üzrə icraata xitam verilməsi haqda xx.xx.2020-ci il tarixdə qərar çıxarılıb Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. O, xx.xx.2017-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Aralarında olan nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1341/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X11 iddia tələbini müdafiə edərək, tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, heç yerdə işləmir, 150 manat təqaüd alır, onun da 70 faizini ödəməyə razıdır. Xəstədir, zəruri arayışları da təqdim etmişdir. Uşaqla əlaqə saxlamasına da imkan vermir. Uşaqğn atasının sağ olmasına baxmayaraq, uşağın adını dəyişərək öz atasının adını qoymuşdir. Bir ata kimi hüquqları pozulmuşdur. Uşağın ayın 28-i 5 yaşı olacaq uşağını cəmi üç dəfə görmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78 və 100.2-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 191.3, 217, 218, 220 və 234.2.1-ci maddələrini maddələrini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: İş materiallarında olan AZ-İV seriyalı, 347742 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2018ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Nikah pozulması haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X12 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 288 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1341/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X12 ilə Cavabdeh arasında 21 iyun 2017-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət X6 bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan 28 may 2018-ci il tarixdə anadan olmuş X8 anası X5 yanında saxlanması, 28 may 2018-ci il tarixdə anadan olmuş X2 üçün hər ay160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X9 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən X9 ünvanlanmış məktubdan görünür ki, 2(004)-1341/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. İş materiallarında olan Əlillik haqqında arayışdan görünür ki, Cavabdeh sağ baldır sümükləri aşağı 1\3 –nin açıq çox qəlpəli qeyri düzgün bitişmiş sınığı sinostozu yayılmış osteartrozu. Sol baldırın sahəli çapıqları. Sağ aşıq baldır oynağının artrozo artriti, ağrı sindromu, asteno-nverotik vəziyyət dioqnozu qoyulmaqla müddətsiz olaraq 3-cü dərəcə əlildir. İş materiallarında olan 1 saylı Bakı DOST Mərkəzinin 25 yanvar 2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən işaxtaran kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, X13 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1341/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X12 ilə Cavabdeh arasında 21 iyun 2017-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət X6 bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan 28 may 2018-ci il tarixdə anadan olmuş X8 anası X5 yanında saxlanması, 28 may 2018-ci il tarixdə anadan olmuş X2 üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X9 ödənilməsi qət edilmişdir. Daha sonra 2(004)-1341/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan X1 üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ona görə də, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin maddi imkanlarını və sağlamlıq vəziyyətini, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu baxımdan alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia ərizəsi təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar