Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-943/2023 20.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (hazırda Cavabdeh ASC) qarşı «ipoteka müqaviləsinin ləğvi və ipoteka yüklüyünün götürülməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə (hazırda Cavabdeh ASC) qarşı «ipoteka müqaviləsinin ləğvi və ipoteka yüklüyünün götürülməsi» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmənin ikinci hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 10:20-ə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş iddiaçının “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda iddiaçının ərizəsində qeyd edilmiş mobil nömrəyə SMS bildiriş gömndərilmişdir. Bildiriş iddiaçıya çatdırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Odur ki, məhkəmə göstərilənlərə əsasən hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etmədiyindən işə mahiyyəti üzrə baxılmasını tələb etmir və işin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı məlumatlı olmasına baxmayaraq məhkəmənin hazırlıq iclasına gəlmədiyindən və cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, İddiaçı cavabdeh "xxxx" ASC-yə (hazırda Cavabdeh ASC) qarşı «ipoteka müqaviləsinin ləğvi və ipoteka yüklüyünün götürülməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddia baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114, 185-ci, 259-cu və 260-cı və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə (hazırda Cavabdeh ASC) qarşı «ipoteka müqaviləsinin ləğvi və ipoteka yüklüyünün götürülməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-943/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-943/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver