Məhkəmə qərarları › İş №2(005)-1033/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1033/2024

15.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1033/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin günahı üzündaən müəssisədə boşdayanmalar olması nəzərə alınaraq 2019-cu ildən 2023-cü ilin may ayına kimi əmək müqaviləsi ilə müyyən edilmiş 310 (üç yüz on ) manat əmək haqqının 2/3 hissəsi olmaqla hesablanan pulun və mediasiya şurasına ödədiyi 50 manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, onlar 1988-ci 2023-ci ilin may ayına kimi “Bakı Şampan Şərabları“ zavoduna ( hazırda Açıq Səhmdar Cəmiyyəti) işə daxil olmuş və onların hər biri ilə aylıq əmək haqqı 310 manat olmaqla Əmək Müqaviləsi bağlanmışdır. Lakin cavabdeh onlarla bağlanmış əmək müqaviləsinin sürətini onlara heç vaxt təqdim etməmişdir. Əmək müqaviləsi üzrə mühasibatlığın verdiyi məlumata əsasən hər birinin əmək haqqı 310 manat müəyyən edilmişdir. 2023-cü ilə kimi heç bir nöqsanları və töhmətləri olmamışdır. Lakin 2019-cu ilin may ayında müəssisəni rəhbərliyi guya müəssisədə istehsalat azaldığından“ işə gəlməmələrini bildirmişdir. Bununla əlaqədar onlar ailələrində yeganə işləyən şəxs olduqları və əgər onlar işləməyəcəyi təqdirdə ailələrin maddi vəziyəti çox pis vəziyyətə düşəcəyini bildirmişdirlər. Lakin buna baxmayaraq, müəssisənin rəhbərliyi bildirmişdir ki, müəssisə qısa müddətdə işə düşən kim onları işə çağıracaqlar. Onlar müəssisə rəhbərliyi ilə konflikt yaratmamaq üçün rəhbərliyə qarşı müübahisə yaratmamaq üçün gözləmişdirlər. O zamana cavabdeh onların işə gəlməmələri barədə heç bir sənədləşdirmə aparılmamışdır və bununla əlaqədar ərizə almamışdır. Çünki rəhbərlik bildirmişdir ki, tezliklə onları işə çağırtdıracaqdır. Lakin müəssisənin rəhbərliyi - cavabdeh onları işə çağırmadığı üçün onlar dəfələrlə müəssisədə olmuş və işləmək istədiklərini bildirsələr də, cavabdeh “hər dəfə iş yoxdur gedin sonra çağıracaq ” deyərək onları sakitləşdirmiş və vaxt uzatmışdır. O zaman onlar digəri işçilər kimi cəmiyyətin rəhbərliyinin sözünə inanmış və gözləmişdirlər . Bir neçə müddətdən sonra onlar cəmiyyətin sədrinə müraciət edərək ailələrinin qismən də olsa saxlamaq və qanunla nəzərdə tutulan qaydada müəssisənin günahı üzündan dayanmalar olduğu üçün əmək haqqımın 2/3 hissəsinin ödənilməsini xahiş etmişdirlər. Lakin cəmiyyətin sədri onların şikayət və tələblərinə əhəmiyyət verməmişdirlər. 2019-cu ildə müəssisədə istehsalatın dayandırıması barədə hər hansı bir əmr olmamış və işçilərin kütləvi sürətdə işə buraxılmaması barədə AR Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna məlumat verilməmişdir. Hazırda müəssisənin ərazisindəki sex və anbarlar yüksək məbləğə icarəyə verilərək böyük məbləğdə pul vəsaiti əldə olunmasına baxmayaraq, onlara və müəssisənin digər işçilərinə boşdayanmala görə heç bir vəsait ödənilmir. Müəssisənin sexlərini icarəyə götürən şəxs tərəfindən başqa işçilər götürərək işlədir və onlara əmək haqqı verilir. Eyni zamanda müəssisənin icarəyə verilmiş sahələrində çalışan işçilər ilə söhbətlər zamanı onlar bildirmişdirlər ki , icarə müqavilərəri rəsmi və qeyri rəsmi bağlanmış və rəsmi müqavilələrlə ilə ödənilən məbləğlər müəssisənin hesabına köçürülsə də, müqavilədən kənar əldə edilən məbləğlər müəssisə rəhbərliyi tərəfindən mənimsənilir. Bunu vergi idarələri yoxlayıb aydınlaşdıra bilərlər. Müəssisədə istehsalat dayandırılmasına heç bir zərurət olmamışdır. Çünki müəsisədə iş başqa forma davam etdirilir. O heç bir yerdə işləmir və ailəsini dolandırmaq üçün heç bir başqa təminatı yoxdur. Pensiya almır. Hesab edir ki, Cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olmasını nəzərə alınaraq onun 2019-cu ildən 2023-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müyyən edilmiş 310 (üç yüz on ) manat əmək haqqımın 2/3 hissəsi həddi olmaqla olmaqla hesablanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməlidir. Cavabdeh tərəf elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddiaya etiraz ərizəsi təqdim edərək bildirdi ki, iddiaçı eyni tələblə bundan əvvəlki illərdə məhkəməyə müraciət etmiş və müvafiq qərarlar qəbul edilmiş, qanuni qüvvəyə minmişdir. Ona görə də bu tələbin 2019-cu ilin may ayından 2022-ci ilin may ayına qədər olan hissəsi üzrə yenidən işə baxılması mümkün deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 261-ci maddəsinə əsasən, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Digər tərəfdən, iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə işdən azad edilmişdir. Bu tarixdən sonrakı hər hansı müddət üçün əmək haqqı tələbi mümkün deyildir. İddiaçı yalnız 2022-ci ilin iyun ayının 8 günü üzrə əmək haqqı tələbi ilə çıxış edə bilər. Bu halda isə iddiaçı qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş 1 illik müddəti ötürdüyü üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1033/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı boşdayanmaya görə müavinətin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbinə 2019-cu ilin may ayından 2022-ci ilin may ayına qədər boşdayanmaya görə müavinətin ödənilməsi hissəsində xitam verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil müddətinin keçməsi səbəbindən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X20 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 22 may 2019-cu il tarixli 09 nömrəli əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2- ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, müraciət İddiaçı iştirakı ilə araşdırılması məqsədi və əmək haqqı bank hesabından çıxarış sənədi ilə 7 iş günü ərzində X17 Xidmətinin Bakı Şəhər İdarəsinə dəvət olunur. - 08 iyun 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 15 saylı əmrdən görünür ki, “hazır məhsullar anbarı” bölməsində “yükləyici” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə, “ AR ƏM-in 70 nömrəli maddəsinin “b” –işçilərinin sayı və ya ştatları ixtisar edildikdə” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2001-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər istifadə edilməmiş 19 məzuniyyət gününün son haqq-hesabınınqanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 18 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC-nin rəhbərliyi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar son haqq hesab və müavinəti bank hesabına köçürülməsi üçün kart hesabı ləğv edildiyinə görə bankda öz adına hesabın açılmasına etiraz etmişdir. Hal-hazıra kimi tərəfindən hesablaşma hesabı açılmadığı üçün ona çatası məbləği ödəyə bilmədi. Gələcəkdə tələb edilən müavinatın gecikdirilməsində Səhmdar Cəmiyyəti cavabdehlik daşımır. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 aprel 2022-ci il tarixli məktubundan görünür ki, araşdırmaya aid sənədlərin təqdim edilməsi barədə "xxxx" ASCyə rəsmi məktub göndərilməsinə baxmayaraq, Cəmiyyət tərəfindən hazırki vaxtadək cavab verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, müraciətə baxılma müddəti “Vətəndaşların müraciəti haqqında” AZərbaycan Respublikasının Qanunun 10.2-ci maddəsinə uyğun olaraq 30 iş günü müddətinə uzadılmışdır. Müraciətin araşdırılmasının nəticəsi barədə ona əlavə məlumat təqdi olunacaqdır. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2237/2022 saylı, xx.xx.2022ci il tarixli qətnamədən görünür ki, il oğlunun, X1, X7, X2 və X8 cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti üçüncü şəxs qismində) “məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, iddiaçılar X14, X18, İddiaçı, X5, X12, X6 və X15 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2237/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətindən 2480 manat tutularaq X10, 2480 manat tutularaq İddiaçı, 2480 manat tutularaq X3, 1550 manat tutularaq X16, 1550 manat tutularaq X9, 1550 manat tutularaq X4 və 1240 manat tutularaq X8 xeyrinə ödənilməsi qət edilmişdir. - AR Ali Məhkəmənin 2(102)-420/2023 xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(103)-6629/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı "xxxx" ASC ilə əmək müqaviləsi bağlayaraq əmək münasibətlərinə daxil olmuşdur. 08 iyun 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 15 saylı əmrdən görünür ki, “hazır məhsullar anbarı” bölməsində “yükləyici” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə, “ AR ƏM-in 70 nömrəli maddəsinin “b” – işçilərinin sayı və ya ştatları ixtisar edildikdə” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2001-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər istifadə edilməmiş 19 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2237/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, il oğlunun, X1, X7, X2 və X8 cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti üçüncü şəxs qismində) “məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, iddiaçılar X14, X18, İddiaçı, X5, X12, X6 və X15 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2237/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətindən 2480 manat tutularaq X10, 2480 manat tutularaq İddiaçı, 2480 manat tutularaq X3, 1550 manat tutularaq X16, 1550 manat tutularaq X9, 1550 manat tutularaq X4 və 1240 manat tutularaq X8 xeyrinə ödənilməsi qət edilmişdir. AR Ali Məhkəmənin 2(102)-420/2023 xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(103)-6629/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ondan asılı olmayan səbəblərdən boşdayanma halları olduğunu, lakin bu dövr üçün əmək haqqı hesablanaraq verilmədiyini bildirir. "xxxx" ASC-nin nümayəndəsi isə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmələri üçün iddia müddətini ötürdüklərini bildirir və iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, tərəf arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı "xxxx" ASC ilə aralarında bağlanmış əmək müqaviləsi üzrə "xxxx" ASC-də işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin 08 iyun 2022-ci il tarixli 15 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi boşdayanmaya görə əmək haqlarının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi (288-ci maddənin “d” bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 1 və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, boşdayanma hallarına görə əmək haqqının hesablanıb ödənilməsi barədə hüquqlarının pozulduğunu bilən iddiaçı bu pozuntunu bildiyi və ya bilməli olduğu vaxtdan 1 ay müddətində məhkəməyə müraciət etməli idi. Eyni zamanda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2237/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, il oğlunun, X1, X7, X2 və X8 cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti üçüncü şəxs qismində) “məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən daha əvvəl belə bir tələblə məhkəməyə müraciət edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, iddiaçılar X14, X18, İddiaçı, X5, X12, X6 və X15 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2237/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2480 manat tutularaq X10, 2480 manat tutularaq İddiaçı, 2480 manat tutularaq X3, 1550 manat tutularaq X16, 1550 manat tutularaq X9, 1550 manat tutularaq X4 və 1240 manat tutularaq X8 xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı ilk dəfə məhkəməyə müraciət etdiyi zaman iddia tələbi ilə müraciət edilməsi üçün müəyyən edilmiş müddəti ötürməmişdir və iddiaçı həmin vaxt hazırda tələb etdiyi tarixlər ilə bağlı əmək haqqının ödənilməsini tələb edə bilərdi. Lakin iddiaçı həmin dövrdə belə bir tələb irəli sürməmiş və hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh "xxxx" ASC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 23 dekabr 1993-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən işdən çıxarma məsələləri üzrə işçi məhkəməyə əmrin surətinin təqdim edildiyi gündən, əmr təqdim edilmədikdə isə, əmək müqaviləsinə xitam verilməsi əsaslarının qeyd olunduğu əmək kitabçasının təqdim edildiyi gündən, yaxud işçinin işdən çıxarma haqqında əmri və ya əmək kitabçasını almaqdan imtina etdiyi gündən etibarən bir ay ərzində müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar