Məhkəmə qərarları › İş №2(005)-1034/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1034/2021

24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1034/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları X5 və X9 müəyyən edilmiş aliment məbləğinin aşağı salınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, o, Ə İddiaçı xx.xx.2015-ci ildən 2-ci qrup əlil olduğunu, 585 manat təqaüd aldığını bildirmişdir. Keçmiş həyat yoldaşı Cavabdeh xx.xx.2006-cı ildə ailə qurmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X14 anadan olmuşdur. Tərəflər xx.xx.2014-cü ildə müəyyən problemlər səbəbindən boşanmış, iddiaçı hər iki övladı üçün ayrı-ayrılıqda 170 manat aliment ödəyir. Daha sonra iddiaçı yenidən ailə həyatı qurmuş, həmin nikahdan bir oğlu olmuş, həmin övladı üçün isə 130 manat aliment ödəyir. İddiaçı himayəsində qoca ata və anasının olduğunu da qeyd etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin məbləğinin 2021-ci ilin yaşayış minimumuna hər uşaq üçün 175 AZN olmaqla, 350 AZN-ə çatdırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı Nərimanov Rayon Məhkəməsinə İİ qrup əlil olduğu üçün, 2-ci nikahdan da bir övladının olması (hal hazırda 2-ci nikaha xitam verilib) alimentin azaldılması ilə əlaqədar müraciət etmişdir. İddiaçı ilə xx.xx.2006-cı ildə nikaha girdiklərini və həmin evlilikdən 2 övladları var: X7 xx.xx.2008 X14 xx.xx.2009. xx xxxxxxxx 2014-cu ildə Nərimanov Rayon Məhkəməsi 2(005)-2733/2014 saylı qətnaməsi ilə nikaha xitam verilib və hər uşaq üçün aylıq 103 manat cəmi 205 AZN İddiaçı tutulması haqqında qətnamə çıxarmışdır. Həmin qətnamədən narazı qalan Əhmədov X3 məhkəməsinə alimentin azaldılması (hər iki uşağa cəmi 103 AZN ödənilməsi) ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Apelyasiya məhkəməsi iddianı təmin etməmiş Nərimanov Rayon Məhkəməsinin qətnaməsini xx.xx.2014 tarixli, 2(103)-6868/2014 qətnaməsi ilə qüvvədə saxlamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi alimentin artırılması ilə hər uşağa 117 AZN cəm 234 AZN verilməsi ilə xx.xx.2016 tarixli, 2(005)-2629/2016 saylı qətnaməsi ilə təmin etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi alimentin artırılması ilə hər uşağa 136,20 AZN cəmi 273,40 AZN verilməsi ilə xx.xx.2017 tarixli, 2(005)-1281/2017 saylı qətnaməsi ilə təmin etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi alimentin artırılması ilə hər uşağa 154 AZN cəmi 308 AZN verilməsi ilə xx.xx.2018 tarixli, 2(005)-21066/2018 saylı qətnaməsi ilə təmin etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi alimentin artırılması ilə hər uşağa 170 AZN cəmi 340 AZN verilməsi ilə xx.xx.2020 tarixli, 2(005)-752/2020 saylı qətnaməsi ilə təmin etmişdir. Bu 7 il ərzində aliment pulunun cavabdeh İddiaçı alınıb verilməsində Nərimanov rayon icra şöbəsinin rəisi və əməkdaşlarının böyük əziyyətləri olmuşdur. 2019-cu ildən cavabdeh İddiaçı pensiyasından tutularaq onun bank hesabına köçürülür. Aliment ödəyən valideyni rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. O, 17 ildir Azərbaycan Dillər Universitetində Ümumi şöbədə kargüzar vəzifəsində işləyir, valideynlərinin himayəsində (atası X12 ürək xəstəsidir, hər ikisi təqaüdçüdür) 7 ildir uşaqları ilə bərabər yaşayır. Hal hazırda qızı Əhmədova N.V qızı 7-ci sinifdə, oğlu Əhmədov Ə.V oğlu 6-cı sinif şagirdləridir. Qızı və oğlu hər ikisi bronxial astma xəstələridir. O, aliment pulu və əmək haqqı ilə uşaqların aylıq xərclərini, tələbatlarını ödəyir. Məhkəmə iclaslarında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X12 qarşılıqlı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ilk iddia rədd və qarşılıqlı iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 220519 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X10 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 304 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Qədirova soyadı verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 920508 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır; Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 920503 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-752/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətinə əsasən iddia təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, cavabdeh İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh ödənilməsi qət edilmişdir; Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. X2 X6 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X9 anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaqların iddiaçının (anasının) yanında qalması müəyyən edilmişdir. Eyni zamanda iddiaçıdan cavabdehin xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda İddiaçı həmin qətnamə ilə tutulan məbləğinin aşağı salınmasını tələb edir, Cavabdeh isə qarşılıqlı iddia təqdim edərək hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdehdən uşaqların saxlanılması üçün alimentin tutulmasını tələb etməklə, hüquqi nəticə etibarı ilə həmin uşaqların saxlanılması üçün cavabdehdən artıq məhkəmə qaydasında tutulmuş aliment məbləğinin dəyişdirilməsini (artırılmasını) tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia tələbləri müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi” tələbi kimi qiymətləndirilməli və məhz bu tələbə hüquqi qiymət verilməlidir. Məhkəmə məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləğinin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı Cavabdeh iddiası ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, qarşılıqlı iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşağa görə 175 manat məbləğində müəyyən edilməlidir. İddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbi təmin oluna bilməz, belə ki, iddiaçı maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olması və ya əmək qabiliyyətinin olmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı başqa şəxslə nikahda olması onu aliment ödəməkdən azad edə bilməz, alimentin miqdarının azaldılması üçün əsas yaratmır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-752/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-752/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Cavabdeh İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar