Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1061/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X12 ogluna qarşı “qiymətləndirmə hesabtının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabtının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılmış 04 nömrəli xx.xx.2021-ci il tarixli qiymətləndirilmə barədə hesabatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 8(073)-203/2017 saylı xx.xx.2018-ci il tarixli qərardadı üzrə Cəlilabad rayon İcra və probasiya şöbəsinin icra məmuru “İcra haqqında“ Azərbaycan Respublikası Qanunun tələblərini rəhbər tutaraq mübahisəli əmlakın hərrac vasitəsilə satılması üçün adına olan “Mersedes Benz C180” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi məqsədilə cavabdeh "xxxx" MMC-yə sifariş vermiş və sonuncu tərəfindən əmlakın qiymətləndirilməsi aparılmışdır. Cavabdeh tərəfindən əmlakın qiyməti düzgün müəyyən edilməmişdir, yəni bazar qiymətindən təxminən 2 dəfə aşağı, 6500 manata qiymətləndirmişdir. Bu da həmin əmlakın cavabdeh tərəfindən müəyyən etdiyi məbləğdə hərraca çıxarılmasına səbəb ola bilər. Halbuki həmin avtomobilin real qiyməti 12 500-13 500 manat dəyərindədir. Odur ki, cavabdeh tərəfindən həyata keçirilən qiymətləndirilmə hesabatı ləğv edilməli, avtomobilə dair yenidən qiymətləndirilmə aparılmalıdır. İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən X7 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X12 ogluna məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X12 oglunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilərək, cavabdeh İddiaçı 62300 (altmış iki min üç yüz) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X4 verilməlidir. Cəlilabad Rayon Məhkəməsinin 8(073)-203/2017 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, borclu İddiaçı məxsus “Mersedes Benz” markalı, **-CM-*** qeydiyyat nişanlı; “VAZ 21074” markalı **-BK-*** qeydiyyat nişanlı; “Opel-Astra” markalı **-BL-*** qeydiyyat nişanlı “Opel- Astra” markalı **-CU-*** qeydiyyat nişahlı; “Mersedes Benz” markalı **-BL-*** qeydiyyat nişanlı; “Mersedes-benz” markalı **-BL-*** qeydiyyat nişanlı; “Meısedes benz” markalı **-BL-*** qeydiyyat nişanlı; “Volksvagen passat” markalı **-BL-*** qeydiyyat nişanlı; “Opel-Vektra” markalı **-DC-*** qeydiyyat nişanlı; “Mersedes-Benz” markalı 15-BL-.874 qeydiyyat nişanlı; “Mersedes Benz” markalı **-BM-*** qeydiyyat nişanlı; “VAZ 21144” markalı **-BL-*** qeydiyyat nişanlı; “Mersedes Benz” markalı **-BL-*** qeydiyyat nişanlı; “Mitsubishi Pajero” markalı **-BL-*** qeydiyyat nişanlı; AVAZ 21074” markalı **-BM-*** qeydiyyat nişanlı; “BMV 523” markalı **-BL-*** qeydiyyat nişanlı; “Mersedes Benz” markalı **-BL-*** qeydiyyat nişanlı; “Mersedes Benz” markalı **-BL-*** qeydiyyat nişanlı; “Mersedes Benz” markaİi **-BL-*** qeydiyyat nişanlı; “Ford Focus” markalı **-BL-*** qeydiyyat nişanlı avtomaşınların üzərinə, həbs qoyulsun və həmin avtomaşınların satılması yolu ilə tələb əmlaka yönəldilmişdir. Təqdimat qalan hissədə əsassız olduğundan təmin edilməmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 06 yanvar 2021-ci il tarixli 04 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı mülkiyyətində olan “Mersedes Benz C180” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 6500 (altı min beş yüz) manat təşkil etmişdir; "xxxx" MMC-nin 04 may 2022-ci il tarixli 25 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı mülkiyyətində olan “Mersedes Benz C180” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyəri 7480 (yeddi min dörd yüz səksən) manat, likvid dəyəri 6500 (altı min beş yüz) manat təşkil etmişdir; Məhkəmə tərəfindən yenidən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. “AECS” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin 17 iyun 2022-ci il tarixli AS/MR 57-216/22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı mülkiyyətində olan “Mersedes Benz C180” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyəri 12340 (on iki min üç yüz qırx) manat təşkil etmişdir; Biləsuvar rayon notariat kontoru tərəfindən təsdiq edilmiş 12 noyabr 2016-cı il tarixli kredit müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 Mirəli Məhəmməd oğluna 62300 (altmış iki min üç yüz) manat məbləğində borc pul vermişdir, Kazımlı X5 Rəşid Eyman oğluna borcunu xx.xx.2016-cı il tarixədək qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, icra sənədinə əsasən, cavabdeh İddiaçı 62300 (altmış iki min üç yüz) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X4 verilməlidir. Həmçinin Cəlilabad Rayon Məhkəməsinin 8(073)-203/2017 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, borclu İddiaçı məxsus “Mersedes Benz” markalı, **-CM-*** qeydiyyat nişanlı; “VAZ 21074” markalı **-BK-*** qeydiyyat nişanlı; “Opel-Astra” markalı **-BL-*** qeydiyyat nişanlı “Opel-Astra” markalı **-CU-*** qeydiyyat nişahlı; “Mersedes Benz” markalı **-BL-*** qeydiyyat nişanlı; “Mersedes-benz” markalı **-BL-*** qeydiyyat nişanlı; “Meısedes benz” markalı **- BL-*** qeydiyyat nişanlı; “Volksvagen passat” markalı **-BL-*** qeydiyyat nişanlı; “Opel-Vektra” markalı **-DC-*** qeydiyyat nişanlı; “Mersedes-Benz” markalı 15-BL-.874 qeydiyyat nişanlı; “Mersedes Benz” markalı **-BM-*** qeydiyyat nişanlı; “VAZ 21144” markalı **-BL-*** qeydiyyat nişanlı; “Mersedes Benz” markalı **-BL-*** qeydiyyat nişanlı; “Mitsubishi Pajero” markalı **-BL-*** qeydiyyat nişanlı; AVAZ 21074” markalı **-BM-*** qeydiyyat nişanlı; “BMV 523” markalı **-BL-*** qeydiyyat nişanlı; “Mersedes Benz” markalı **-BL-*** qeydiyyat nişanlı; “Mersedes Benz” markalı **-BL-*** qeydiyyat nişanlı; “Mersedes Benz” markaİi **-BL-*** qeydiyyat nişanlı; “Ford Focus” markalı **-BL-*** qeydiyyat nişanlı avtomaşınların üzərinə, həbs qoyulsun və həmin avtomaşınların satılması yolu ilə tələb əmlaka yönəldilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 06 yanvar 2021-ci il tarixli 04 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı mülkiyyətində olan “Mersedes Benz C180” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 6500 (altı min beş yüz) manat təşkil etmişdir. İş üzrə İddiaçı əmlakın qiyməti ilə razı olmadığından məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılmış 04 nömrəli xx.xx.2021-ci il tarixli qiymətləndirilmə barədə hesabatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən mülki işin araşdırılması zamanı ekspertiza təyin edilmiş və “AECS” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin 17 iyun 2022-ci il tarixli AS/MR 57-216/22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı mülkiyyətində olan “Mersedes Benz C180” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyəri 12.340 (on iki min üç yüz qırx) manat təşkil etmişdir; “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Göründüyü kimi, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi zamanı bazar qiymətləri və digər obyektiv amillər nəzərə alınmamış, əmlak standartlara uyğun qiymətləndirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin iddiaçıya məxsus “Mersedes Benz C180” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə dair 04 nömrəli xx.xx.2021-ci il tarixli qiymətləndirilmə barədə hesabatı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin iddiaçıya məxsus “Mersedes Benz C180” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə dair 04 nömrəli xx.xx.2021-ci il tarixli qiymətləndirilmə barədə hesabatı ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1061/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1061/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver