Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1078/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı vəkili X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və bakı şəhəri Cavabdeh2nə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və bakı şəhəri Cavabdeh2nə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi 25 saylı ünvanda yerləşən 0,01 ha torpaq sahəsinin qiymətləndirilməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(61)-1992/2017 saylı qətnaməsi ilə iddiaçı X3 ona qarşı «pul tələbinə dair» mulki ış üzrə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 10.000 manat pulun alınıb iddiaçı X4 verilməsi qət edilmişdir.Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Binəqədı rayon İcra və Probasiya şöbəsinə gönədirilmiş və xx xxx 2018-ci il tarixli 105297 saylı icraata başlamaq haqqında qərar qəbul edilmişdir.Cavabdeh2 icraatında olan icra işini aidiyyatı üzrə Tərtər rayon İcra və Prorbasiya şöbəsinə göndərmişdir.Tərtər rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 8(061 )- 264/2019 saylı qərardadı ilə onun ikidə bir hissədə paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi 25 saylı ünvanda yerləşən 0,01 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi üzərinə həbs qoyulmuş və iş icra üçün yenidən əmlakın olduğu yerin aidiyyəti üzrə Bakı şəhəri Cavabdeh2nə göndərilmişdir.Cavabdeh2 xx/xx-105297-16 saylı xx xxxxxx 2019-cu il tarixli sifarişinə əsasən cavabdeh Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 264 saylı hesabatına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi 25 saylı ünvanda yerləşən 0,01 ha torpaq sahəsinin fakt üzrə ekspertiza qiymətləndirilməsi aparılmış və torpaq sahəsi 9.000 (doqquz min) manat qiymətləndirilmşdir. Qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(001)- 10834/2015 saylı qətnaməsi ilə onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən evə köçürülməklə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 0.01 ha torpaq sahəsinin 1/2 hissəsinə payı müəyyən edilmişdir. Həmin hissədə torpaq sahəsinə mülkiyyət hüququ tanınmaqla daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Bakı Ərazi İdarəsı tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi 25 saylı ünvanda 0.01 ha torpaq sahəsinə paylı mülkiyyətə dair xx xxxxxx 2016-cu il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. O, mülki qanunvericilik normalarına əsasən X4 qarşı birgə nikah müddətində əldə etdikləri əmlakın hərracdan satışı və satışdan əldə olunmuş gəlirin paylara mütənasib bölünməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda mülki iş məhkəmənin icraatındadır.Məhkəmənin xx xxx 2019-cu il tarixli 2(001)-4563/2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 0,01 ha torpaq sahəsinin 15.000-20.000 manat və onun üzərində olan fərdi yaşayış evinin qiyməti 110.000- 120.000 manat həddində qiymətləndirilmişdir.Göründüyü kimi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının torpaq sahəsinin qiymətləndirilməsi ilə cavabdeh təşkilatın apardığı qiymətləndirmə arasında kəskin surətdə fərq yaranmışdır.Beləliklə,cavabdeh Azərbaycan Respublikası «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən ünvan 2 saylı ünvanda yerləşən 0,01 ha torpaq sahəsinin 9.000 (doqquz min) manat qiymətləndirməsi hazırkı bazar qiymətləri ilə uyğun deyildir, həqiqiliyi şübhə doğurur,qərəzlidir və reallığı əks etdirmir. Məhkəmə iclasında İddiaçı vəkili X8 çıxışında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını xahiş etmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və bakı şəhəri Cavabdeh2nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 xx.xx.2019-cu il tarixli 264 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı və X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 01 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9.000 (doqquz min) manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 01 ha torpaq sahəsi İddiaçı və X3 adına qeydiyyatdan keçirilmişdir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin QMX 303M nömrəli, xx xxxx 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 01 ha torpaq sahəsinin 2019-cu il tarixə və hazıra bazar dəyəri 10.000 (on min) manat təşkil edir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, qiymətləndirilmə aparılarkən qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında iddiaçı qiymətləndirilmə barədə rəyin etibarsız hesab olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) Həmin Qanunun 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Qanunun qeyd edilən tələblərindən görünür ki, qiymətləndirmənin nəticələri haqqında rəy Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi X1 üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 xx xxxxxx 2018-ci il tarixli 158 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, qiymətləndirici tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət olunmuş, onun tələblərinə müvafiq əsaslandırılma aparılaraq mübahisəli obyektin qiyməti təyin edilmişdir. Məhkəmə tərəfindən təkrar olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 01 ha torpaq sahəsinin 2019-cu il tarixə və hazırda bazar qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin olunmuş, bu dəfə müvafiq torpaq sahəsinin bazar dəyəri 10.000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 xx.xx.2019-cu il tarixli 264 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatında göstərilən sahənin qiymətinin aşağı göstərilməsi (min manat fəqri ilə) barədə İddiaçı dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X9 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və bakı şəhəri Cavabdeh2nə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və bakı şəhəri Cavabdeh2nə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1078/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1078/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver