Məhkəmə qərarları › İş №2(005)-1089/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1089/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1089/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “130,00 (yüz otuz) manat sığorta ödənişi məbləğinin və 500,00 (beş yüz) manat işlərin götürülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 660,00 (altı yüz altmış) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 130,00 (yüz otuz) manat sığorta ödənişi məbləğinin və 500,00 (beş yüz) manat işlərin görülüməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 660,00 (altı yüz altmış) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Hyundai Genesis" markalı. ** KX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Hyundai Genesis“ markalı. ** KX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Volkswagen Polo“ markalı. ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün ‘‘xxxx“ ASC 130,00 (yüz. otuz) manat məbləğində sığorta ödənişi həyala keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ DYPŞ-dən iddiaçının ünvanına xx xxxxx 2019-cu il tarixli MN ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri İlə təqsirli bilinmişdir. Xətai RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim eldiyi xx.xx.2019-cu il tarixli 14149 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Genesis“ markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. İddiaçı “xxxx” ASC-nin sığorta hadisələrinin tənzimlənməsi departamentinin direktoru T.Ə.Fərzəliyev xx.xx.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə müraciət edərək işə mahiyyəti üzrə iştirakları olmadan baxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdehə xx.xx.2019-cu il tarixli AS-19/3368 nömrəli geriyə tələb (subroqasiya) barədə ünvanlanmış məktubun surətindən görünür ki, “xxxx” ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 130,00 (yüz otuz) manat sığorta ödənişi məbləğində pul vəsaitini 10 (on) gün müddətində “xxxx” ASC-yə ödənilməsi və ödənilmədiyi təqdirdə “xxxx” ASC tərəfindən müvafiq məhkəmədə 130,00 (bir yüz otuz) manat sığorta ödənişi məbləğinin, 500,00 (beş yüz) manat məbləğində işlərin görülməsi xərci, cəmi 630,00 (altı yüz otuz) manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı və iddianın təmin olunduğu təqdirdə, bu məbləğlə yanaşı məhkəmədə icraatın başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi cavabdehin üzərinə düşəcəyi barədə cavabdehə bildiriş göndərmişdir. xx.xx.2019-cu il tarixdə “xxxx” ASC-yə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ünvanında yaşayan Seyran Babayev tərəfindən ünvanlanan ərizənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlə bağlı sığorta tədbirlərinin görülməsinə göstəriş verilməsi qeyd edilmişdir. İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə sənəddən görünür ki, **-KX- *** dövlət qeydiyyat nişanlı avtomobil hadisənin baş vermə vaxtında, yəni xx.xx.2019-cu il tarixdə sığorta müqaviləsi olmuşdur. xx.xx.2019-cu il tarixli 19-03975/04/AA-3250/19 sığorta aktından görünür ki, əmlaka dəymiş zərər 130,00 (yüz otuz) manat olmaqla yekun sığorta ödənişinin məbləği 130,00 manatdır və sığorta ödənişini alan X2r. Ödənişin verilmə üsulu hesaba köçürmə qaydasında icra edildiyi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X4 130 (yüz otuz) manat məbləğində vəsaiti aldığı qeyd edilmişdir. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı “xxxx” ASC olmaqla sığortalı Cavabdehdır. **-XD-*** dövlət qeydiyyat nişanlı, Hyundai markalı, avtonəqliyyat vasitəsi üçün 71,25 (yetmiş bir manat iyirmi beş qəpik) manat sığorta haqqı ödənilməklə əmlaka vurulan zərərə görə 5.000 (beş min) manat, sağlamlığa vurulan zərərə görə (bir şəxs üçün) 5.000 (beş min) manat, bir hadisə üzrə 50.000 (əlli min) manat müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli vurulmuş ziyana görə sığortaçının qüsur aktına dair sənədin surətindən görünür ki, X3 məxsus “Volswagen Polo” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün aparılmış hesablamaya uyğun olaraq vurulmuşç ziyanın məbləği 130,00 (yüz otuz) manat hesablanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1998-ci ildə Şəki şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 13M8,mənzil 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Xətai Rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli 14149 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 16:20 dəqiqədə M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verdiyi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında AP № ******* nömrəli protokolun surətindən görünür ki, Xətai Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə saat 16:20-də Hyundai markalı, **-KX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən xx.xx.1998-ci ildə Şəki rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı hazırda ünvan 3 ünvanında yaşayan Cavabdeh tərəfindən toqquşma nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1,332.1-ci maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədildiyi qeyd edilmişdir. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185 ünvanında qeydiyyatda olan X4 xx.xx.2019-cu il tarixli izahatında qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 16:20 radələrində ona məxsus volskvagen polo markalı 99-sb-174 qeydiyyat nişanlı avtomobillə Məhəmməd Hadi küçəsində dayanaraq sol tərəfə gözləyərkən arxadan gələn Hyundai cenesis markalı **-KX-*** qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün saxlamadığına görə onun maşının arxa hissəsinə toqquşmuşdur. Nəticədə onun avtomobilin arxa hissəsi zədələnmişdir (çat əmələ gəlmişdir). Hadisə zamanı xəsarət alan olmamış və iddiaçı Hyundai avtomobilin sürücüsü hadisə vaxtı spirtili içki qəbul etmədiyi qeyd edilmişdir. AE 025926 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, cavabdeh Əliyeva X5 şəhəri, məhəllə 7-8-12, ev .17.mənzil 27 ünvanında qeydiyyatdadır. AD N 159608 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** KX *** qeydiyyat nişanlı, Hyundai Genesis markalı, ağ rəngli, buraxlış ili 2013-cü il olan nəqliyyat vasitəsinin sahibi ünvan 4 232 ünvanında qeydiyyatda olan X1 qeyd edilmişdir. AD N 389091 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** SB *** qeydiyyat nişanlı, Volkswagen polo sedan minik markalı, ağ rəngli, buraxlış ili 2018-ci il olan nəqliyyat vasitəsinin sahibi ünvan 5 185 ünvanında qeydiyyatda olan X4 qeyd edilmişdir. Asan-2 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 18360242 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X4 xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 6 ünvanında qeydiyyatdadır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı maddəsində sığortaçının sadalanan hüquqları sırasında sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ da nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.1.3-cü maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar sırasında o da qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Genesis” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, olunmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Hyundai Genesis” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Volswagen Polo” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 130,00 (yüz otuz) manat məbləğində ödənişi X3 ödəmişdir. Bununla belə iddiaçı cavabdeh tərəfindən işlərin görülməsi xərcinə görə əlavə 500 (beş yüz) manat məbləğində maddi tələb irəli sürsə də çəkilmiş xərclər barədə hər hansı bir mötəbər sübut iş materiallarına əlavə etməmişdir. Məhkəmə iddia tələbinin əsaslarını, həmçinin iddiaçı “xxxx” ASC-nin gətirdiyi arqumentləri, araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 130 (yüz otuz) manat məbləğində pul vəsaiti və 30,00 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. İddia tələbi isə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 130 (bir yüz otuz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar