Məhkəmə qərarları › İş №2(005)-1093/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1093/2025

04.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1093/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “ xüsusi mülkiyyətində olan yaşayış sahəsindən cehiz əşyalarının çıxarılması” tələbinə dair iş üzrə QƏTNAMƏSİ (açar sözlər: cehiz əşyalarının çıxarılması) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətində olan yaşayış sahəsindən cehiz əşyalarının çıxarılması” tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı “ xüsusi mülkiyyətində olan yaşayış sahəsindən cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin üzərinə ünvan 1 ünvanındakı fərdi yaşayış evindən 1. Oval xalça 0.96*1.45m

2. Xalça 0.8*2.54 m 3. Naxışlı böyük xalça 5*2 m 4. Xalça 1.2*3 m 5. Böyük xalça 5*3 6. 12 şamlı çilçıraq 7. 1 ədəd masa və 8 stuldan ibaət dəst 8. 1 ədəd 4 qapılı, şüşəli qorka və 1 ədəd güzgülü termo 9. Yataq otağı dəsti (bir ədəd taxt yatağı, iki ədə tumbası, bir ədəd güzgülü termo, bir ədəd balaca dolab və 6 qapılı şifoner 10. 3 gözlü çilçıraq (bir gözü qırıq vəziyyətdə) 11. Taxta oturacaqlı stul 12. üzərində "Klass" yazısı olan qaz sobası 13. Ütü masası 14. Mətbəxt mebeli 15. Koridor şkafı 1.9*1.4 m 16. Təknəfərlik yun döşək 17. Təknəfərlik yun yorğan 18. iki nəfərlik mavi rəngli sintifon yorğan 19. yun, ağ rəngli plet 0.9*1.6 m 20. ikinəfərlik yun yorğan 21. göy zolaqlı iki nəfərlik yun döşək 22. Sintifon yastıq

23. Qaz tükündən yastıq 24. iki nəfərlik bej rəngli yataq örtüyü əşyalarının çıxarılması öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, idiaçı bildirir ki,ünvan 2 ünvanındakı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Ev 2 otaqdan ibarətdir və ümumi sahəsi 27,2 kv metr təşkil edir. X1 cavabdeh X13 ilə 21 may 2010-cu il tarixdə rəsmi nigaha girərək evlənmişlər. X13 həmin tarixdə onun evinə gəlin köçmüş və cehiz əşyalarını onun evinə yerləşdirmişdir. X14 və X13 onun evində 2 ay yaşamış, sonra cavabdehə iş yerindən verilən xidməti evlərinə köçmüşlər və cehiz əşyalarını da özləri ilə aparmışlar. Lakin, üstündən bir müddət keçdikdən sonra evlərində təmir işlərinin getdiyini bildirərək yenidən cehiz əşyalarını onun evinə yerləşdirmişlər. Həmin vaxtdan hal-hazıra kimi cehiz əşyaları onun mülkiyyətində olan evdə qalmışdır. Cehiz əşyaları hər iki otaqda yerləşib. Dəfələrlə cavabdeh X9 əşyalarını çıxartmağı bildirsə də, əmlakını çıxartmamışdır. Əmlaklarını çıxatmamağı nəticəsində ona zərər dəydiyini qeyd edir. Mülkiyyətində olan yaşayış sahəsindən tam istifadə edə bilmir və yaşayış sahəsindən yararlana bilmir. Həmin əmlaklar onun evində bütün ərazini tutmuşdur. Evində sərbəst hərəkət edə və yaxudda yaşadığım yaşayış sahəsini kirayəyə verə bilmirəm. Cavabdehin ucbatından mülkiyyətində olan və onun sərəncamında olan mənzildən qanunla nəzərdə tutulan qaydada istifadə edə bilmir. Bu da onun mülkiyyət üzərindəki hüquqlarını pozur. Bütün bunların nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. X2 ilə cavabdeh X13 arasında olan nikah Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2(005)-2291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər iki tərəf arasında birgə nigah dövründə qazanılan əmlak rejimi müəyyən edilmişdir. Buna baxmayaraq əmlaklarını xüsusi mülkiyyətində olan evdən çıxarılmamışdır. Bu üzdən də aidiyyəti üzrə Polis Bölməsinə şikayyət versə də, polis orqanı işin mülki xarakterli olduğunu və məhkəməyə müraciət etməyini tövsib etmişdir. Cavabdehdən cehiz əşyalarının çıxarılması tələbi ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirakdan imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə edərək hesab edir ki, məhkəmə iddia tələbini təmin etməlidir.

Cavabdehin iddia ərizəsinə etirazı və onun dəlilləri

Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə iclasında verilən izahatlar

Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş iddiaçı prosesdə iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində onunla keçmiş həyat yoldaşı X6 arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və s. tələblər üzrə mülki işin icraatı davam edir. Həmin proses çərçivəsində hər iki tərəf bir-birinə qarşı iddia ərizələri təqdim etmişlər. Mülki iş üzrə icraat dayandırılaraq, ekspertiza təyin edilmişdir. Əslində hazırki mübahisə predmeti olan əşyalar da həmin məhkəmə prosesində mübahisələnidirilir. Lakin hazırki iddiada əşyalarıən sayı əksik təqdim edilmiş, o cümlədən həmin əşyaları Çernyaxovski küçəsi ev 21A ünvanında yerləşən fərdi yaşayış evinə cavabdeh deyil, iddiaçı özü və ya onun oğlu aparmışdır. Belə ki, onlar Binəqədi Rayon Məhkəməsində gedən məhkəmə prosesində Buzovna qəsəbəsi ərazisində yerləşən Atçılıq yaşayış massivində yerləşən 3 otaqlı, birgə nikah dövründə tikilmiş fərdi yaşayış evinə cavabdehin hər hansı haqq, tələb irəli sürməsini qəbul edə bilmir, hər vəchlə həmin evin cavabdehə heç bir aidiyyəti olmadığını sübut etməyə çalışırlar. Ona görə də hesab edir ki, hazırki məhkəmə prosesi dayandırılmalı idi. Binəqədi Rayon Məhkəməsində proses yekunlaşdıqdan sonra əşyalar əvvəl yerləşdikləri Buzovna qəsbəsində inşa edilmiş fərdi yaşayış evinə yerləşdirilməli idilər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirir ki, əşyaların fotoşəkilləri var, qiymətləndirilmə aparılıb. Cavabdeh əşyaların ona məxsus olduğunu etiraf edib, olmayan əşyaları ilə bağlı ayrıca iddia qaldıra bilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.

Mülki işin materialları

- Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e-2(005)- 2291/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X6 ilə Yahyayeva (Həsənova) Səidə Sahib qızı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış və 178 nömrə ilə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmması qət edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən 06 mart 2023-cü il tarixdə X10 ünvan 3 ünvanında 2(iki) otaqlı sahəsi 103.7 m olan xidməti mənzil verilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2014-cü il tarixli,4/8-34 nömrəli arayışından görünür ki,arayış X9 ondan ötrü verilmişdir ki,xx.xx.2013-cü il tarixdə ona verilmiş xidməti mənzilin 71 №-li xidməti orderdə Yəhyayeva soyadı Yahyayeva kimi oxunması qeyd edilmişdir. - Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)- 88/2024 saylı qərardadına əsasən, ilkin iddia üzrə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) X8 cavabdeh X4 qarşı ”əmlak bölgüsü” tələbinə dair ilkin,qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) X3 X9 qarşı”birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. - Binəqədi Rayon Məhkəməsinə ünvanlanan 19 sentyabr 2024-cü il tarixli, 9/11xxxx/1169 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Çernyaxovski küçəsindəki mənzildə əşyalara baxış keçirildir.Aşağıdakı əşyalar müəyyən edildi: 1. Oval xalça 0.96*1.45m 2. Xalça 0.8*2.54 m 3. Naxışlı böyük xalça 5*2 m 4. Xalça 1.2*3 m 5. Böyük xalça 5*3 6. 12 şamlı çilçıraq 7. 1 ədəd masa və 8 stuldan ibaət dəst 8. 1 ədəd 4 qapılı, şüşəli qorka və 1 ədəd güzgülü termo 9. Yataq otağı dəsti (bir ədəd taxt yatağı, iki ədə tumbası, bir ədəd güzgülü termo, bir ədəd balaca dolab və 6 qapılı şifoner 10. 3 gözlü çilçıraq (bir gözü qırıq vəziyyətdə) 11. Taxta oturacaqlı stul 12. üzərində "Klass" yazısı olan qaz sobası 13. Ütü masası 14. Mətbəxt mebeli 15. Koridor şkafı 1.9*1.4 m 16. Təknəfərlik yun döşək 17. Təknəfərlik yun yorğan 18. iki nəfərlik mavi rəngli sintifon yorğan 19. yun, ağ rəngli plet 0.9*1.6 m 20. ikinəfərlik yun yorğan 21. göy zolaqlı iki nəfərlik yun döşək 22. Sintifon yastıq 23. Qaz tükündən yastıq 24. iki nəfərlik bej rəngli yataq örtüyü. - Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02572 nömrəli çıxarışından görünür ki, prosesdə İddiaçı iştirak etmiş və 60 manat mediasiya haqqı ödəmişdir. Cavabdeh isə iştirak etməmişdir. - Ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.1-ci maddəsinə əsas ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuşəmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır; Maddə 33.1. Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir; Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

İşin məhkəmə tərəfindən müəyyən edilən halları

Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin keçmiş qaynanasıdır. İddiaçının oğlu Ceyhun Yahyayaev ilə Cavabdeh 21 may 2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, birgə nikahdan 30 dekabr 2017-ci il tarixdə X11 dünyaya gəlmişdir. Tərəflərin nikahı 25 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2291/2022 saylı qətnaməsi ilə pozulmuş,birgə nikahdan doğulmuş X11 cavabdeh əsənova Səidə Sahib qızının himayəsində saxlanılmışdır. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 5 ünvanındakı fərdi yaşayış evindən cavabdehə məxsus əşyaların sonun tərəfndən çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir. Eyni zamanda əşyaların həmin ünvanda yerləşməsini, fərdi yaşayış evinin iddiaçıya məxsus olmasını mübahisələndirmir. Əşyaların onun tərəfindən həmin ünvana aparılmadığını, əşyalarda əksikliyin olduğunu, keçmiş əri ilə mülki məhkəmə mübahisəsi həll edildikdən sonra əşyaların çıxarılmalı olduğunu bildirir.

İşə baxan məhkəmənin mövqeyi:

Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın düzgün həll edilməsi üçün ilk növbədə fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini və cavabdehin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranıb-yaranmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edir. Mülki işin materiallarından, o cümlədən cavabdehin izahatından görünür ki, cavabdeh Çürnyaxovski küçəsi ev 21A ünvanında yerləşən fərdi yaşayış evinə hər hansı hüququnun olduğunu iddia etməmiş, digər mülki məhkəmə icraatı çərçivəsində də həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınması və s. kimi iddialar qaldırmamışdır. Əksinə, cavabdeh əşyaların həmin ünvana özü tərəfindən yerləşdirilmədiyini, həmin əşyaların o evlə hər hansı əlaqəsinin olmadığını bildirmişdir. Mülki işin materiallarında olan ekspert rəyi ilə iddia ərizəsində göstəriln əşyaların Çernyaxovski küçəsi, 21A ünvanında yerləşən fərdi yaşayış evində olması müəyyən edilmişdir. Rəy mülki işin materialları və cavabdehoin izahatı ilə təsdiq edildiyindən məhkəmə onu mötəbər sübut kimi qəbul edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır Məhkəmə hesab edir ki, ünvan 6 ünvanındakı fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, həmin yaşayış sahəsinə dair sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Lakin, Cavabdeh həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində iddiaçı X5 evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Odur ki, iddiaçı özünün mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibə bildirərək qeyd edir ki, əşyaların siyahısındanəksiklik olması və əşyaların cavabdeh tərəfindən deyil, naməlum bir şəkildə mübahisəli fərdi yaşayış evinə köçrülməsi iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh digər əşyalarla bağlı qarşılıqlı iddia ərizəsi təqdim edə bilərdi. Əşyaların iddiaçının fərdi yaşayış evində yerləşməsi isə iddiaçının sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus əşyalar: 1. Oval xalça 0.96*1.45m 2. Xalça 0.8*2.54 m 3. Naxışlı böyük xalça 5*2 m 4. Xalça 1.2*3 m

5. Böyük xalça 5*3 6. 12 şamlı çilçıraq 7. 1 ədəd masa və 8 stuldan ibaət dəst 8. 1 ədəd 4 qapılı, şüşəli qorka və 1 ədəd güzgülü termo 9. Yataq otağı dəsti (bir ədəd taxt yatağı, iki ədə tumbası, bir ədəd güzgülü termo, bir ədəd balaca dolab və 6 qapılı şifoner 10. 3 gözlü çilçıraq (bir gözü qırıq vəziyyətdə) 11. Taxta oturacaqlı stul 12. üzərində "Klass" yazısı olan qaz sobası 13. Ütü masası 14. Mətbəxt mebeli 15. Koridor şkafı 1.9*1.4 m 16. Təknəfərlik yun döşək 17. Təknəfərlik yun yorğan 18. iki nəfərlik mavi rəngli sintifon yorğan 19. yun, ağ rəngli plet 0.9*1.6 m 20. ikinəfərlik yun yorğan 21. göy zolaqlı iki nəfərlik yun döşək 22. Sintifon yastıq 23. Qaz tükündən yastıq 24. iki nəfərlik bej rəngli yataq örtüyü Cavabdeh tərəfindən çıxarılsın. Mülki iş üzrə ödənilmiş 50 manat dövlət rüsum Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar