Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1131/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 248, 248/1, 248/2, 248/3, 248/4, 248/5, 248/6 və 248/7 nömrəli, xx xxxxxx 2020-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ların ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 626/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixil qətnaməsi ilə Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsindən onun xeyrinə 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində pul vəsaitinin tutulub verilməsi qət edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi verilmişdir. Məcburi icra tədbirləri zamanı borclunun hesabında pul vəsaiti olmadığı üçün tələb ona məxsus torpaq sahələrinə yönəldilmişdir. Odur ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx xxxxxxx 2020-ci il tarixidə 2(076)-626/2018 nömrəli məktub göndərilərək, Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsinə məxsus olan və Dəllər-Daşbulaq kəndinin ərazisində yerləşn 0,0025 ha, 1,34 ha, 4,10 ha, 19 ha, 23 ha, 3 ha, 1,50 ha və 0,10 ha torpaq sahələrinin qiymətəndirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 248 nömrəli xx xxxxxx 2020-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”a əsasən Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsinə məxsus olan və Dəllər-Daşbulaq kəndinin ərazisində yerləşən 0,0025 ha torpaq sahəsinin tələblə təklifin qarşdıqlı təsiri nəticəsində təşəkkül tapan dəyəri 200 (iki yüz) manat, 248/1 nömrəli xx xxxxxx 2020-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”a əsasən 1,34 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan dəyəri (1,34 ha x 6.500 (altı min beş yüz) manat) 8.710 (səkkiz min yeddi yüz on) manat, 248/2 nömrəli xx xxxxxx 2020-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”a əsasən 4,10 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan dəyəri (4,10 ha x 6.500 (altı min beş yüz) manat) 26.650 (iyirmi altı min altı yüz əlli) manat, 248/3 nömrəli xx xxxxxx 2020-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”a əsasən 19 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan dəyəri (19 ha x 6.500 (altı min beş yüz) manat) 123.500 (bir yüz iyirmi üç min beş yüz) manat, 248/4 nömrəli xx xxxxxx 2020-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”a əsasən 23 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan dəyəri ( 23 ha x 6.500 (altı min beş yüz) manat) 149.500 (bir yüz qırx doqquz min beş yüz) manat, 248/5 nömrəli xx xxxxxx 2020-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”a əsasən 3 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan dəyəri (3 ha x 6.500 (altı min beş yüz) manat) 19.500 (on doqquz min beş yüz) manat, 248/6 nömrəli xx xxxxxx 2020-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”a əsasən 1,50 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan dəyəri (1,50 ha x 6.500 (altı min beş yüz) manat) 975 (doqquz yüz yetmiş beş) manat və 248/7 nömrəli xx xxxxxx 2020-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”a əsasən 0,10 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan dəyəri (0,10 ha x 750) 7.500 (yedi min beş yüz) manat müəyyən edilmişdir. Hesab edir ki, qiymətləndirmənin nəticəsi reallığı əks etdirmir. Belə ki, yerli şərait, torpağın yerləşdiyi ərazi, yerləşdiyi ərazinin rayondan uzaqda olması, suvarılmada problemlər olması, ərazidə torpaq sahəsinin ucuz olması, onların bazar qiymətinin ucuz olması, torpağa qoyulmuş qiymətlə onun satış qiyməti arasında kəskin fərqin olması və s. kimi hallar nəzərə alınmadan qiymətləndirmə aparılmışdır. Demək olar ki, qoyunlan qiymətlər əslində torpaqların real dəyərinin iki qatından da çoxdur. Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdirş İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair xx xxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 248/3 və 248/5 nömrəli xx xxxxxx 2020-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabat aktının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair xx xxxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 248/3 və 248/5 nömrəli xx xxxxxx 2020-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabat aktının ləğv edilməsi və Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 ha hissəsinin bazar dəyərinin 2.200 (iki min iki yüz) manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəmkir rayonu Dəllər- Daşbulaq Bələdiyyəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin və üçüncü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Şəmkir Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(076)-626/2018 nömrəli qiyabi qətnaməsinin surətindən və məzmunundan görünür ki, İddiaçının cavabdeh Şəmkir rayonu Dəllər- Daşbulaq Bələdiyyəsinə qarşı “torpağın icarə müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar onunla torpaq icarəsi müqaviləsinin davam etdirilərək müqavilənin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdeh Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsindən 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı oğluna verilməsi qət edilmişdir; Gəncə İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(83)-90/2017 nömrəli qərardadının surətindən və məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra edilmədiyinə görə Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsi dövlətin xeyrinə 1.000 (bir min) manat məbləğində cərimə olunmuşdur; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 248/3 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsinə məxsus Dəllər-Daşbulaq kəndində yerləşən 19 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 19 ha x 6.500 (altı min beş yüz) manat = 123.500 (bir yüz iyirmi üç min beş yüz) manat təşkil edir; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 248/5 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsinə məxsus Dəllər-Daşbulaq kəndində yerləşən 3 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 3 ha x 6.500 (altı min beş yüz) manat = 6.500 (altı min beş yüz) manat təşkil edir; “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2021-ci il tarixli ƏEM/F 94-176/21 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın məzmunundan görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı məxsus olan Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşməsindən, relyefindən və kommunikasiyasından asılı olaraq 1 hektar hissəsinin xx xxxxxx 2021-ci il tarixinə 1.800 (bir min səkkiz yüz) – 2.200 (iki min iki yüz) manat təşkil edir; Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Dəllər Daşbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 360 nömrəli arayışın məzmunundan görünür ki, İddiaçı Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yaşayır; Şəmkir RPŞ tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1962ci il tarixdə Şəmkir rayonundan anadan olmuş İddiaçı Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli 76334 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(076)-626/2018 nömrəli qiyabi qətnaməsi ilə İddiaçının cavabdeh Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsinə qarşı “torpağın icarə müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar onunla torpaq icarəsi müqaviləsinin davam etdirilərək müqavilənin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdeh Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsindən 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı oğluna verilməsi qət edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(83)-90/2017 nömrəli qərardadı ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyinə görə Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsi dövlətin xeyrinə 1.000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, müvafi icra vərəqəsinin icrası gedişində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 248/3 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsinə məxsus Dəllər-Daşbulaq kəndində yerləşən 19 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 19 ha x 6.500 (altı min beş yüz) manat = 123.500 (bir yüz iyirmi üç min beş yüz) manat, xx xxxxxx 2020-ci il tarixli 248/5 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsinə məxsus Dəllər-Daşbulaq kəndində yerləşən 3 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 3 ha x 6.500 (altı min beş yüz) manat = 6.500 (altı min beş yüz) manat təşkil etmişdir. Habelə müəyyən edilmişdir ki, müvafiq qiymətlərlə razılaşmayan iddiaçı (tələbkar) İddiaçı sifarişi ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2021-ci il tarixli ƏEM/F 94-176/21 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə İddiaçı məxsus olan Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşməsindən, relyefindən və kommunikasiyasından asılı olaraq 1 hektar hissəsinin xx xxxxxx 2021-ci il tarixinə 1.800 (bir min səkkiz yüz) – 2.200 (iki min iki yüz) manat təşkil etmişdir. İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 248/3 və 248/5 nömrəli xx xxxxxx 2020-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabat aktının ləğv edilməsi və Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 ha hissəsinin bazar dəyərinin 2.200 (iki min iki yüz) manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Göründüyü kimi, torpaq sahəsinin qiymətləndirilməsi zamanı bazar qiymətləri və digər obyektiv amillər nəzərə alınmamış, torpaq sahəsi müəyyən olunmuş standartlara uyğun qiymətləndirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə nəinki göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmiş, həmçinin təyin edilmiş məhkəmə iclaslarının heç birində nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 248/3 və 248/5 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatları ləğv edilməli, Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsinə məxsus Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yerləşən təsərrüfat təyinatlı torpaq sahəsinin 1 hektarının bazar dəyəri 2.200 (iki min iki yüz) manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 248/3 və 248/5 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı ləğv edilsin. Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsinə məxsus Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yerləşən təsərrüfat təyinatlı torpaq sahəsinin 1 hektarının bazar dəyəri 2.200 (iki min iki yüz) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1131/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1131/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver