Məhkəmə qərarları › İş №2(005)-1132/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1132/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1132/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cəfərov Nazim Əliqulu oğlu ilə Cavabdeh ASC arasında bağlanmış 14 noyabr 2017-ci il tarixli, 105850-110060/3 nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 04.07.2019-cu il tarixli, 2(012)-1596/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin xeyrinə cavabdeh Cəfərov Nazim Əliqulu oğlundan 40278.24 manat əsas, 2864.66 manat faiz borcunun, ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 60 manat məbləğin, ümumilikdə 43202.90 manat məbləğində pulun tutulması qət edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh Cəfərov Nazim Əliqulu oğlunun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 03115 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 126.8 kv.m., yaşayış sahəsi 83.5 kv.m., yardımçı sahəsi 43.3 kv.m. olan fərdi yaşayış evinə yönəldilmiş və ipoteka predmetinin ilkin satış qitməti 90000 manat müəyyən edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Abşeron rayon Məhkəməsinin 05.06.2020-cı il tarixli, 2(105)-250/2ü20 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.06.2020-cı il tarixli, 2(105)- 250/2020 saylı qətnaməsi ilə cavabdeh Cəfərov Nazim Əliqulu oğlunun apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron rayon Məhkəməsinin 04.07.2019-cu il tarixli, 2(012)-1596/2019 saylı qətnaməsi, qismən yəni faiz borcunun məbləği və fərdi yaşayış evinin qiyməti hissəsində dəyişdirilmiş, cavabdeh Cəfərov Nazim Əliqulu oğlundan Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilən faiz borcunun məbləği 2404.93 manat həddində, fərdi yaşayış evinin dəyəri isə 91000 manat həddində müəyyən edilməsi qəl edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh Cəfərov Nazim Əliqulu oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. AR Ali Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2( 102)4912/2020 saylı qərarı ilə Cəfərov Nazim Əliqulu oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 250/20 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən qüvvədə saxlanılmışdır. Məlumat üçün bildirir ki, həyat yoldaşı Cəfərov Nazim Əliqulu oğlu 2014-cü il tarixindən Cavabdeh ASC-nin nümunəvi müştərisi olmuş, həmişə Cavabdeh ASC-dən götürdüyü kreditlərini ödəniş cədvəli üzrə vaxtında ödəyərək, öhdəliklərimi layiqincə tam yerinə yetirmişdir. Onda olan məlumata görə 2014-cü il tarixində Cavabdeh ASC-dən götürdüyü 65000 manat istehlak kreditini də 2017-ci il tarixdə ödəyib bitirmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan sonra ona məlum olmuşdur ki, həyat yoldaşı Cəfərov Nazim Əliqulu oğlu banka olan öhdəliyini tam icra etməmiş və 14 noyabr 2017-ci il tarixli, 105850-110060/3 nömrəli kredit müqaviləsinə əsasən həyat yoldaşı Cəfərov Nazim Əliqulu oğluna 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 50600 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cəfərov Nazim Əliqulu oğlunun mülkiyyətində olan Bakı ş., ünvan 2 ünvanda yerləşən 03115 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 126.8 kv.m., yaşayış sahəsi 83.5 kv.m., yardımçı sahəsi 43.3 kv.m. olan fərdi yaşayış evi 14 noyabr 2017-ci il tarixli 105850-11 (X)60/3 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən banka təkrarən ipotekaya qoyulmuşdur. Bakı şəhəri, ünvan 2-də qeydiyyatda olan və yaşayan borclu Cəfərov Nazim Əliqulu oğlunun həyat yoldaşı olaraq 14 noyabr 201 7-ci il tarixli 105850-1 10060/3 nömrəli sonrakı ipoteka müqaviləsindən xəbərsiz olmuş hər hansı ipoteka və ya müqavilə imzalamamışdır. Həyat yoldaşının yenidən bankdan pul götürməsi və birgə yaşadığı, tək evlərini ipotekaya təkrarən qoyması onu və digər ailə üzvlərini cox narahat edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə telqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını, cavabdeh isə elektron informasiya sistemi vasitəsi ilə ərizə göndərərək Cavabdeh ASC-nin nümayəndəsinin iştirakı olmadan baxaraq, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 04.07.2019-cu il tarixli 2(012)-1596/209 saylı qətnaməsindən görünür ki, İddia qismən təmin edilərək, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdeh Cəfərov Nazim Əliqulu oğlundan 40278.24 (qırx min iki yüz yetmiş səkkiz manat, iyirmi dörd qəpik) manat əsas borc, əsas borca hesablanmış 2864.66 (iki min səkkiz yüz altmış dörd manat, altmış altı qəpik) manat faiz borcu ipoteka jredmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş cəmi 30 (otuz) manat xərc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 43202,90 (qırx üç min iki yüz iki manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tutulması, Tutma ipoteka ilə yüklü edilmiş cavabdeh Cəfərov Nazim Əliqulu oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 03115 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 126.8 kv.m, yaşayış sahəsi 83.5 kv.m, yardımçı sahəsi 43.3 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, İpoteka predmetinin ilkin satış qiymətinin 90000 (doxsan min manat məbləğində müəyyən edilsin və həmin yaşayış sahəsi açıq hərracda satilaraq əldə olunmuş pul vəsaiti hesabına iddiaçının xeyrinə ümumilikdə 43202,90 (qırx üç min iki yüz iki manat doxsan qəpik) manat məbləğində pul vəsaiti ödənilməsi,borc məbləği tam ödənildikdən sonra qalan məbləğ cavabdeh Cəfərov Nazim Əliqulu oğluna qaytarılması və tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqda cavabdehlər ən geci bir ay ərzində evi tərk etmədikdə evin boşaldılaraq çıxarılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(105)-250/2020 nömrəli qətnaməsi Abşeron Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(012)-1596/2019 saylı qətnaməsi, qismən, yəni faiz borcunun məbləği və fərdi yaşayış evinin qiyməti hissəsində dəyişdirilməsi, cavabdehlər Cəfərov Nazim Əliqulu oğlu, İddiaçı, X4, X19 və X9 Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilən faiz borcunun məbləği 2.404,93 manat həddində, faiz borcunun məbləği 2.404,93 manat, fərdi yaşayış evinin dəyəri isə 91000 manat həddində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli 2(102)-4912/2020 saylı qərarından görünür ki, cavabdeh X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-250/20 nömrəli, 05 iyun 2020-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan 04 may 2021-ci il tarixli Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəmənin 14 fevral 2021-ci il tarixli sorğusuna cavab məktubunda qeyd olunur; ünvan 2 ünvanına dair hüquqi rejim və sənədlərin surətlərinin verilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.08 ha torpaq sahəsi üzərində Masazır Bələdiyyəsinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.07.2013-cü il tarixdə **********63 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayonu Masazır bələdiyyəsinin 15.05.2012-ci il tarixli 08/46 nömrəli qərarından çıxarış; A № 449450 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü əsasında) alınmışdır. Abşeron rayonu, Masazır kənd ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.08 ha torpaq sahəsi üzərində X5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.12.2013-cü il tarixdə **********29 reyestr nömrəsi ilə qeydiyyata (DTXK Abşeron rayon şöbəsi tərəfindən verilmiş 21.08.2013-cü il tarixli 613 nömrəli Hərracın yekun protokulu; Abşeron rayon Masazır bələdiyyəsinin 29.10.2013-cü il tarixli 181 nömrəli Torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən) alınmışdır. Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu 007057 G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 12.12.2013-cü il tarixli 4Ə-10-3003 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.08 ha torpaq sahəsindən 0.0095 ha hissəsini X2 adına özgəninkiləşdirilmişdir. Daha sonra X1 rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 25.12.2013-cü il tarixli 4Ə- 10-3092 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 0.0175 ha torpaq sahəsi ilə 0.08 ha torpaq sahəsindən yerdə qalan 0.0705 ha torpaq sahəsini birləşdirərək 0.088 ha torpaq sahəsinə 07.02.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən **********32 reyestr nömrəli çıxarış almışdır. 17.04.2014-cü il tarixdə sözügedən 0.088 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə (Abşeron rayonu, Masazır kəndi, A.Şaiq küçəsi ev 8, ümumi sahə 71.9 kvm) daşınmaz əmlakın dövlət reyestrindən **********32-10301 reyestr nömrəli çıxarış X5 adına verilmişdir. Daha sonra sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə 3 yerə bölgü edilmişdir 0.03115 ha **********45 reyestr nömrəsi ilə; 0.03115 ha **********44 reyestr nömrəsi ilə; 0.0257 ha **********40 reyestr nömrəsi ilə X5 adına qeydiyyata alınmışdır. Abşeron rayonu, Masazır kəndi A.Şaiq küçəsi ev 8A (0.03115 ha torpaq sahəsində yerləşən ümumi sahə 126.8 kvm) ünvanında yerləşən fərdi yaşayış evi üzərində X5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13.07.2014-cü il tarixdə **********45-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 1 saylı "ASAN xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş 02.08.2014-cü il tarixli 4Ə-3201 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi X18 adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evi hal-hazırda X18 mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndi, A.Şaiq küçəsi ev 8 (0.0257 ha torpaq sahəsində yerləşən ümumi sahə 71.9 kvm) ünvanında yerləşən fərdi yaşayış evi üzərində X5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20.05.2014-cü il tarixdə **********40-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 29.05.2014-cü il tarixli 4Ə-06-1675 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi X11 adına özgəninkiləşdirilmişdir. X20 13.05.2015ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş 4Ə-1431 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi X3 adına özgəninkiləşdirilmişdir. Nəzərinizə çatarırıq ki, ünvan təkrarlandığı üçün hazırki hüquq sahibi (X6) müraciət edərək fərdi yaşayış evinə “ev 8B" ünvanını almışdır. ünvan 4də yerləşən ümumi sahə 126.8 kvm) ünvanında yerləşən fərdi yaşayış evi üzərində X7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.07.2014-cü il tarixdə **********44-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon 1 saylı notariat kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş 09.07.2014-cü il tarixli 4Ə-3090 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi Cəfərov Nazim Əliqulu oğlunun adına özgəninkiləşdirilmişdir. Cəfərov Nazim Əliqulu oğlu sözügedən fərdi yaşayış evinə 25.07.2014 -cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır və hal-hazırda mülkiyyətindədir. Fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın 14.01.2019 cu il tarixli, 001/007/0370/2019 saylı bildirişinə əsasən tutmaya yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı №0415802 seriyalı çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kənd, A.Şaiq küçəsi ev 8A (0.03115 ha torpaq sahəsində yerləşən ümumi sahə 126.8 kvm) ünvanında yerləşən fərdi yaşayış evi Cəfərov Nazim Əliqulu oğlunun adına ********** saylı qeydiyyat nömrəsi ilə 25.07.2014-cü il tarixdə hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi A.Şaiq küçəsi ev 8A (0.03115 ha torpaq sahəsində yerləşən ümumi sahə 126.8 kvm) ünvanında yerləşən fərdi yaşayış evi CavabdehASC-nin adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur Sabir oğlunun 29 iyun 2021-ci il tarixli 2384 saylı məktubuna əlavə edilmiş İddiaçı 7E-19543 saylı razılıq ərizəsinin surətinə əsasən müəyyən olunur ki, **********44-10301 reyestr nömrəli çıxarışa əsasən ərim Cəfərov Nazim Əliqulu oğlunun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.03115 ha torpaq sahəsi və fərdi yaşayş evinin ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nın xeyrinə yenidən ipotekaya qoyulmasına razıyam. İpoteka qoyulmuş əmlaka qələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd şərtsiz tərk etməyi, boşaltmağı və həmin ünvandan qeydiyyatdan çıxmağı öhdəmə götürürəm. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cəfərov Nazim Əliqulu oğlu arasında bağlanmış 14 noyabr 2017-ci il laıixlı, 1013850-110060/3 №-li kredit müqaviləsinə əsasən Cəfərov Nazim Əliqulu oğluna şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 18 % ödəmək şərtilə 50600 (əlli min altı yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cəfərov Nazim Əliqulu oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.03115 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 126.8 kv.m, yaşayış sahəsi 83.5 kv.m, yardımçı sahəsi 43.3 kv.m olan fərdi yaşayış evi 14 noyabr 2017-ci il tarixli, 105850-110060/3 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən banka ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və iddia tələbini iddiaçı ərizəsində göstərdiyi xüsusatlarla əsaslandırmış, qeyd etdiyi əsaslara görə ipoteka müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyəti olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər o zaman təsdiq oluna bilər ki, əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ərarvadın digərinin harada daimi qeydiyyatda olmasından asılı olmayaraq yazılı razılığı olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş notariusun 29.06.2021-ci il tarixli məktubundan göründüyü kimi, iddiaçı 28 oktyabr 2017-ci il tarixdə **********44-10301 reyestr nömrəli çıxarışa əsasən əri Cəfərov Nazim Əliqulu oğlunun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.03115 ha torpaq sahəsi və fərdi yaşayış evinin ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nın xeyrinə yenidən ipotekaya qoyulmasına razılıq vermişdir. Həmin razılıq ərizəsi notarial qaydada təsdiq olunmuş, bundan əlavə iddiaçının foto şəkli çəkilmiş, eyni zamanda həmin ərizənin çap edilməsi tarixindən də göründüyü kimi ərizə 28.10.2017-ci il tarixdə verilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı qeyd olunan xüsusatlar aşkar edilməmiş, yəni İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin «Nəsimi” Filialı ilə Cəfərov Nazim Əliqulu oğlu arasında 14 noyabr 2017-ci il tarixli, 105850-110060/3 nömrəli sonrakı İpoteka müqaviləsi bağlanan zaman məlumatsız olması sübuta yetməmişdir. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən hər hansı bir sübut, eləcə də iddia tələbini sübut edən dəlilləri məhkəməyə təqdim edilməmişdir. Bundan başqa İddiaçı müvafiq ərizə ilə Cəfərov Nazim Əliqulu oğluna məxsus olan ünvan 5 ünvanında yerləşən 0.03115 ha torpaq sahəsi və fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vermişdir. Bu səbəbdən də iddia tələbində qeyd olunanlar mübahisələndirilən 14 noyabr 2017-ci il tarixli, 105850-110060/3 nömrəli sonrakı İpoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsassızdır. Məhkəmə göstərilənlərə əsasən bildirir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan hallar mövcud olmadığından iddia tələbi əsassızdır, bu səbəbdən də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, bununla bağlı tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar