Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1136/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MTK -nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MTK -nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, 86-saylı müqavilənin ləğv edilməsi, cavabdehin ünvan 1 ünvanında yerləşən və İddiaçı MTK.-ya məxsus binanın 1 nömrəli blokdakı ümumi sahəsi 106,0 m2 olan (3 otaq), 13 saylı mənzildən çıxarılması, həmin mənzil sahəsinin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi, sahədən boşaldılmış əmlakların saxlanc şirkətinin saxlancma verilməsi, həmin sahədən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 İddiaçı MTK ilə imzaladığı xx.xx.2008-ci il tarixli, 86-saylı bağladığı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və İddiaçı MTK-ya məxsus binada ümumi sahəsi 106,0 m2 olan, 3 otaqlı mənzilin dəyəri (pay haqqı) olan 86 532 Azn (səksən altı min beş yüz otuz iki manat) pul vəsaiti 2008-ci ilin iyul ayınadək kooperativə ödəmək öhdəliyi daşıyırdı. Qeyd edir ki, mənzilin ümumi dəyəri müqavilənin imza tarixinə olan məzənnə ilə 107306 (yüz yeddi min üç yüz altı) ABŞ dolları təşkil edirdi və bu hal müqavilədə öz əksini tapmışdır. Lakin sonradan cavabdeh tərəfindən ödəniş qaydalarına əməl edilməmişdir. Onun yazılı müraciəti əsasında İddiaçı MTK rəhbərliyi tərəfindən humanistlik göstərilmiş və qalıq borc məbləğinin 2011-ci ilin sonunadək ödənilməsi üçün vaxt verilmişdir. Təssüf ki, cavabch həmin müddət ərzində də öz vədinə əməl etməmiş, qalıq borcunu ödəməmişdir. Bu barədə cavabdehə dəfələrlə müraciət edilsə də, mənzilin dəyəri (pay haqqı) onun tərəfindən bu günədək ödənilməmiş və müqavilənin ödəniş şərtləri kobudcasına pozulmuşdur. Beləliklə İddiaçı MTK əhəmiyyətli dərəcədə ziyana uğramışdır. Bildirik ki, mənzilin dəyərinin vaxtında (devalivasiyadan öncə - 2011-ci ildə) ödənilməməsi nəticəsində milli valyutada 23 709 (iyirmi üç min yeddi yüz doqquz) manata bərabər olan olan borc məbləği hal-hazırda (2015-ci ildə baş vermiş devalivasiya səbəbilə) 51 673.4 AZN (əlli bir min altı yüz yetmiş üç manat, 4 qəpik) olaraq hesablanmışdır. Çünki cavadeh ilə İddiaçı MTK arasında imzalanmış 86- saylı, xx.xx.2008-ci il tarixli müqavilənin “Tərəflərin Öhdəliyi” başlığı altındakı 6-cı maddədə; “Müqavilə müddətində manatın məzənnəsi dəyişərsə müqavilənin qiyməti iiçün ABŞ dolları kursu əsas götürülür və manatla ödənilir” ifadəsi yer alır. Həmin şərtə əsasən Cavabdeh hal-hazırda “İddiaçı" MTKya qalıq borcu 51 673.4 AZN (əlli bir min altı yüz yetmiş üç manat, 4 qəpik) təşkil edir (23709/0.78*1.70=51673.4). Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə təqdim edərək, iddia ərizəsində cavabdeh tərəfin borclu qaldığı məbləğ xətalı riyazi hesablamalarla (kurs fərqinin düzgün hesablanmaması) əsasən 51673.4 manat olaraq göstərilsə də, tərəfin son ödənişi də nəzərə aldıqdan sonra bugünə olan borcunun 30767 (otuz min yeddi yüz altmış yeddi) manat təşkil etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etdilər və məhkəməyə yazılı etirazı təqdim etdilər. Etiraz onunla əsaslandırlmışdır ki, iddiaçı "İddiaçı” Mənzil Tikinti Kooperativi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh olaraq iddiaçı ilə, yəni Cavabdeh ilə "İddiaçı" Mənzil Tikinti Kooperativi (bundan sonra "İddiaçı" MTK) arasında bağlanılmış xx.xx.2008-ci il tarixli 86 saylı müqavilənin ləğv edilməsinə, iddiaçının ünvan 2 ünvanında yerləşən və “İddiaçı" MTK-ya məxsus 1 nömrəli blokdakı ümumi sahəsi 106,0 kv.metr olan(3 otaq), 13 saylı mənzildən çıxarılmasına, həmin mənzil sahəsinin boşaldılaraq “İddiaçı" MTK-ya təhvil verilməsinə, sahədən boşaldılmış əmlakların saxlanc şirkətinin saxlancına verilməsinə, həmin sahədən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələblərini əsassız və qanunsuz olduğundan qəbul etmir və hesab edir ki, iddia tələbləri təmin edilməməli, aşağıda göstərilən hallara əsasən rədd edilməlidir. Belə ki, "İddiaçı" MTK-i ilə bağlanılmış xx.xx.2008-ci il tarixli 86 saylı Müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən və “İddiaçı" MTK-ya məxsus 1 nömrəli blokdakı ümumi sahəsi 106,0 kv.metr olan 3 otaqlı mənzilin dəyəri tərəflərin razılığı ilə 86.532 manat müəyyən edilmiş və həmin dəyərin son ödəmə tarixi 2008-ci ilin iyul ayına təyin edilmişdir. Müqaviləyə əsasən iddiaçı kooperativ üzvünün 24.990 manat məbləğində ilkin ödəmə payını kassa-mədaxil orderinin 640 saylı qəbzinə əsasən “İddiaçı" MTK-nin kassasına ödədi. Bundan sonra “İddiaçı" MTK-nin kassasına xx xxx 2008-ci il tarixdə 4120 manat, xx xxxx 2008-ci il tarixdə 4030 manat, xx xxxxxxxx 2008-ci ildə 3228 manat xx.xx.2008-ci ildə 1000 manat, xx.xx.2009-cu il tarixdə 1205 manat, 23 09.2009-cu il tarixdə 1205 manat, xx.xx.2009-cu ildə 1608 manat, xx.xx.2009-cu ildə 1205 manat, xx.xx.2010-cu ildə 1606 manat, xx.xx.2010-cu ildə 2409 manat, xx.xx.2010-cu ildə 1914 manat, xx.xx.2011-cu ildə 5000 manat, xx.xx.2011-cu ildə 3500 manat, xx xxxxxxx 2015-ci ildə 6000 manat ilkin ödəniş də daxil olmaqla kassa mədaxil orderlərin qəbzinə əsasən cəmi 62.828 manat (altmış iki min səkkiz yüz iyirmi səkkiz) ödəniş etmişdir. Həmin 2011-ci ildə edilmiş 8500 məbləğində iki ödəniş, xx xxxxxxx 2015-ci il etdiyi 6000 manat məbləğində ödəniş manatla edilmişdir. Axırıncı qalan 23.709 manat borc məbləğini (iddiaçının xx xxxxxx 2020-ci il tarixli Bildirişində gəstərilən məbləği) iddiaçı ilə razılaşmaya əsasən “İddiaçı MTK-nin Muğanbank ASC Dostluq filialında olan hesabına xx.xx.2020-ci ildə ödəmiş, iddiaçı tərəfindən ödənişlərlə bağlı cavabdehə heç bir irad və etiraz bildirilməmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, 2011-ci ilin sonuna qədər ödəniş edilməmişdir, lakin yuxarıda göstərilən ödənişlərə baxdıqda isə iddiaçının göstərdiklərinin yalan olduğu görünür. Qeyd edilməlidir ki, İddiaçı MTK cavabdeh ilə müqavilə bağlayarkən müqavilənin ona verilmiş nüsxəsində mənzilin dəyərinin ABŞ dollarına olan məzənnə ilə göstərilməmişdir. İndi ərizəsində yazır ki, guya " ...mənzilin ümumi dəyəri müqavilənin imza tarixinə olan məzənnə ilə 107.306 ABŞ dolları təşkil edirmiş və bu hal müqavilədə öz əksini tapmışdır”. İddia ərizəsində işin bu halı doğru göstərilməmişdir. Belə ki, əvvəla, əğər müqavilədə bu hal öz əksini tapmış olsaydı, cavabdehə verilmiş nüsxədə də yazılmış olardı. İkincisi, təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilərək məhkəməyə göndərilmiş müqavilənin 4cü maddəsində mənzilin dəyərinin 86.532 manat təşkil etdiyi qeyd edilir. Qeyd etdiyi kimi müqavilənin 4-cü maddəsində mənzilin ABŞ dolları ilə dəyəri müqavilənin cavabdehə verilmiş nüsxəsində qeyd edilməmişdir. Lakin müqavilənin iddiaçının məhkəməyə təqdim etdiyi nüsxəsində, aşkar surətdə başqa şəxs tərəfindən sonradan rəqəmlə 107.360 yazıllaraq saxtakarlıq edilmişdir. Lakin iddia ərizəsindən görünmür ki, müqavilədə bu məbləğin kim tərəfindən sonradan əlavə edilməsini hesab edir ki, məhkəmə araşdırıb, müəyyən edəcəkdir. Bu xüsusatdan başqa, nəzərə alınmalıdır ki, həmin müqavilənin 6-cı maddəsində qeyd olunur ki, müqavilə müddətində manatın məzənnəsi dəyişərsə müqavilənin qiyməti üçün ABŞ dollarının kursu əsas götürülür və manatla ödənilir. Müqavilənin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, mənzilin dəyərinin son ödəmə tarixi iyul 2008-ci il təyin edilir. Buna baxmayaraq, iddiaçı 2008-ci ilin iyul ayı da daxil olmaqla cavabdehdən 12 dəfə pul qəbul etmiş və bundan sonra da hazırkı məzmunda iddia verməmişdir. Daha sonra xx xxxxxxx 2015-ci il tarxdə isə məndən 6000 manat pay haqqı qəbul edib, deyiblər ki, qalan borcunu da hissə-hissə ödəsin. Lakin yenə də iddiaçı onu məhkəməyə verməyib. Bundan sonra 2020-ci ilin oktyabr ayında o, iddiaçıya xəbər çatdırdı ki, mənzilin qalıq borcundan əhəmiyyətli bir hissəsini hazırlamış və pulu kimə ödəsin. İddiaçı bildirdi ki, mühasibatlığa ödəniş edilsin. Cavabdehdən pulu qəbul edib, mədaxil qəbzi verdilər. İki gün keçmiş çağırdılar ki, qəbzdə möhür vurulmadığına görə ofisə gəlib, möhür vurdurmalıdır. Cavabdehi çağırtdıran mühasib gələn kimi qəbzi əlindən alıb cırdı ve ödədiyi pulu ona qaytardı. Borcun qalığının hamısını, yəni 23.709 manat qalıq borcunu gətirsin. xx xxxxxx 2020-ci il tarixdə cavabdehə Kooperativin sədrinin imzası ilə xx.xx.2020-ci il tarixli Bildiriş gəldi. Bildirişdə cavabdehin İddiaçı MTK-ya 23.709 manat borcunun olduğu və xx xxxxxx 2020-ci il tarixədək ödəməli olmağı barədə xəbərdarliq etmişdilər. Müqavilənin 8-ci maddəsində isə qeyd olunub ki, son ödəmə tarixinədək mənzilin və ya qeyri-yaşayış sahəsinin ödənilməyən məbləği ödəniləcək günün qiymətləri ilə hesablanır. Göründüyü kimi müqavilənin qeyd olunan maddələrinin tələbləri də cavabdeh müqavilə üzrə MTK-ya 23.709 manat məbləğində qalıq borcumun olduğunu təsdiq edir. O İddiaçı MTK-ya olan 23.709 manat məbləğində qalıq borcunu tam şəkildə ödəmişdir. İddiaçı tərəfə heç bir borc qalmayıb. Kooperativin üzvü olaraq cavabdeh koperativ üzvünün pay haqqı əvvəllər mütəmadi olaraq ödənilib. Lakin 2015-2016-cı illərdən başlayaraq, işində olan çətinliklərlə əlaqədar maliyyə imkanlarının zəifləməsi, ailə vəziyyətində çətinliklər, son dövrlərdə səhhətində əmələ gələn problemlər nəticəsində iş qabiliyyətini itirdiyindən pay haqqının ödənilməsində gecikmələr yaranmışdır. Bununla bağlı İddiaçı MTK rəhbərliyinə dəfələrlə şifahi, 3 dəfə isə ərizə ilə müraciət etmişdir ki, qalıq borc məbləğini cavabdehdən qəbul etsinlər. Sonuncu müraciətindən sonra qalıq borcunu tam ödənişini etdi. İddiaçı isə onun etdiyi ödənişi nəzərə almadan ona qarşı məhkəmədə iddia qaldırdı. İddiada cavabdehin qalıq borcunu tam ödəməyi haqqında belə təsəvvür yaranır ki, guya cavabdehdən borcu bir daha istəyirlər. Mülki Məcəllənin qeyd olunan normalarının tələbləri yerinə yetirilmədən hazırkı iddia ərizəsinin təmin edilməsi yolverilməzdir. “İddiaçı" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarı olmadan kooperativ üzvünün üzvlük haqqını tam ödədiyi barədə sübutlar mövcud olduğu halda məhkəmə iddia tələblərini təmin edə bilməz, çünki belə olan halda kooperativ üzvü olan Cavabdeh hüquqları pozulmuş olardı. Bundan əlavə Hörmətli məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı tərəf hazırki iddianın veriməsi üçün iddia müddətini ötürmüşdür. Eyni zamanda iddia tələblərinin hüquqi əsasları da iddiaçı tərəfindən əsaslandırılmamışdır. Odur ki, işin halları Mülki Qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddətinin tətbiq edilməsini zəruri edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MTK ilə X1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 86 nömrəli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhərində, Nərimanov rayonu İ.Hidayətzadə küçəsi, 1911-ci məhəllədə inşa edilən 1-ci blok blok, 13 saylı, ümumi sahəsi 106.0 kv.metr, yaşayış sahəsi 61.6 kv.m, qeyri-yaşayış sahəsi 44.4 kv.m olan mənzili satıcı İddiaçı MTK tərəfindən alıcı Cavabdeh satılmışdır. Tərəflərin razılığı ilə mənzilin dəyəri 107360 ABŞ dolları məbləğində müəyyən edilmiş və alıcı mənzilin dəyərini 2008-ci ilin iyul ayına qədər ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MTK ilə X1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 86 nömrəli mənzilin alqı-satqı müqaviləsinin 6-cı bəndinə əsasən müqavilə müddətində manatın məzənnəsi dəyişərsə müqavilənin qiyməti üçün ABŞ dollarının kurrsu əsas götürülür və manatla ödənilir. İş materiallarında olan, arayışdan görünür ki, xx.xx.2008-ci il tarixli, 86 saylı müqavilə üzrə Cavabdeh ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının hazırki valyuta məzənnəsinə uyğun olaraq müqavilə üzrə borc qalığı xx.xx.2021-ci il tarixi üzrə 18077 ABŞ dolları təşkil edir. ABŞ dollarının bügünki məzənnəsi 17020 olduğu halda borc qalığı 30767 manat təşkil edir. İş materiallarında olan İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli il tarixli təklifin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 86 nömrəli müqavilənin ləğv edilməsi barədə razılaşmanın 1 həftə müddətində bağlanması təklif edilmiş, əks təqdirdə ona qarşı iddia qaldırılacağı bildirilmişdir. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli qəbzin surətinən görünür ki, 23709 manat məbləğində vəsait Cavabdeh tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyən edilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi üçün cavabdehdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-cü maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MTK ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 86 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən, Bakı şəhərində, Nərimanov rayonu İ.Hidayətzadə küçəsi, 1911-ci məhəllədə inşa edilən 1ci blok blok, 13 saylı, ümumi sahəsi 106.0 kv.metr, yaşayış sahəsi 61.6 kv.m, qeyriyaşayış sahəsi 44.4 kv.m olan mənzili Cavabdeh satılmışdır. Tərəflərin qarşılıqlı razılığına əsasən əvvəlcə Cavabdeh mənzilin dəyərini 107360 ABŞ dolları vəsaiti 2008-ci ilin iyul ayına qədər ödəməyi öhdəsinə götürmüş. Lakin cavabdehin müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində İddiaçı MTK –ya 18077 ABŞ dollar məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin lazımınca icra edilməməsi müəyyən etdikdən sonra müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi ilə bağlı cavabdehə təklif göndərsə də, cavabdeh tərəfindən həmin təklifə heç bir cavab verilməmiş və bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, borc məbləğini tam ödədiyini, habelə müqavilənin milli valyuta ilə şərtləndirildiyini bildirərək, iddiaçının iddia tələbinin əsassız olduğunu, digər tərəfdən də belə bir tələb irəli sürmək üçün iddia müddətini də ötürdüyünü qeyd edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı MTK ilə Cavabdeh arasında mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2008-ci il tarixli, 86 saylı müqavilə ləğv edilməli, Cavabdeh Bakı şəhərində, Nərimanov rayonu İ.Hidayətzadə küçəsi, 1911-ci məhəllədə inşa edilən 1-ci blok blok, 13 saylı, ümumi sahəsi 106.0 kv.metr, yaşayış sahəsi 61.6 kv.m, qeyri-yaşayış sahəsi 44.4 kv.m olan mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və İddiaçı MTK-ya təhvil verilməlidir. Bundan başqa məhkəmə, cavabdehin mənzilə görə ödənişlərin xarici valyuta ilə ödənilməsinin şərtləndirilməməsinə dair iddia tələbinə etirazı kimi istinad etdiyi hala münasibətdə qeyd edir ki, xx xxxxx 2008-ci il tarixli 86 saylı müqavilənin 6-cı bəndindən görünür ki, tərəflər müqavilə müddətində manatın məzənnəsi dəyişərsə müqavilənin qiyməti üçün ABŞ dollarının kursunun əsas götürülməsi və manatla ödənilməsi barədə razılığa gəlmişlər. Bu səbəbdən də cavabdehin bununla bağlı iddia tələbinə etirazı əsassızdır. Bununla belə məhkəmə iddia tələbinin “sahədən boşaldılmış əmlakların saxlanc şirkətinin saxlancına təhvil verilməsi və həmin sahədən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, mənzildə olan əmlakların saxlanca verilməsi və mənzildən istifadəyə dair maneələrin aradan qaldırılması məsələsi icra icraatı çərçivəsində həll edilən məsələ olduğundan həmin hissədə iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 72.4-cü maddəsinə əsasən, icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. Məhkəmə həmçinin cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 380.1.-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 384.0.4-ci maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Bu baxımdan göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli mənzilə dair xx.xx.2020-ci il tarixdə ödəniş həyata keçirilmiş, nəticə etibarilə cavabdeh borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Belə olan təqdirdə cavabdehin iddia müddətinin ötürülməsinə dair etirazında istinad etdiyi hallar mövcud deyildir. Digər tərəfdən məhkəmə hesab edir ki, hazırki iddia tələbi mülkiyyətçinin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar olması səbəbindən iddia tələbinə iddia müddəti şamil edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun tutulması tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməldir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən tələbi təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2008-ci il tarixli, 86 saylı müqavilə ləğv edilsin. Cavabdeh Bakı şəhərində, Nərimanov rayonu İ.Hidayətzadə küçəsi, 1911-ci məhəllədə inşa edilən 1-ci blok blok, 13 saylı, ümumi sahəsi 106.0 kv.metr, yaşayış sahəsi 61.6 kv.m, qeyri-yaşayış sahəsi 44.4 kv.m olan mənzildən çıxarılsın, həmin mənzil boşaldılsın və İddiaçı MTK-ya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ədilova Solmaz
Məhkəmə qərarları › İş №2(005)-1136/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1136/2021
06.04.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver