Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1055/2023 29.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış **********91133 saylı 05 mart 2021-ci il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhələ, 16-cı bina, 26 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MTK-nın nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MTK ilə Cavabdeh arasında 05 mart 2021-ci il tarixdə **********91133 saylı payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 30-cu məhəllə, bina 16, mənzil 26 sahəsi 76.1 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 96730 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndinə əssasən Cavabdeh aldığı kredit vəsaitini 187 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 9-u tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 6350 manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Kristal Abşeron MTK ilə "xxxx" ASC arasında birgə fəaliyyət haqqında saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK nın daşınmaz əmlakları və əmanəti girovundadır. Bundan başqa bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. ABB ASC ilə Kristal Abşeron MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği QSC- nin ABB ASC-də yerləşdirilmiş əmanətinə yönəldirilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 96730 manat kredit götürmüşdür. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcədə təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTKdan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 və 8.11 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, 8.11 eləcədə kredit müqaviləsinin 7.3,13.2,13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 30-cu məhəllə, bina 16, mənzil 26 sahəsi 76.1 kv.m olan, 3 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X2 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 30-cu məhəllə, bina 16, mənzil 26 sahəsi 76.1 kv.m olan, 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış xx.xx.2021 tarixli zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhələ, 16-cı bina, 26 saylı mənzil ilə bağlı 2016-cı ildə qardaşının adına müqavilə bağlanmışdır. Lakin qardaşı vəfat etdikdən sonra müqavilə onun adına keçmişdir. Mənzilə dair ödənişləri onun atası etmişdir. 2021-ci ildə isə atasının səhhətində problem olduğundan işləyə bilməmişdir. 2023-cü ilin may-iyun aylarında ödəniş edəcəkdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli, **********91133 saylı payçı müqaviləsindən görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Abşeron rayonu, H.Əliyev pr, 30-cu məhəllədə yerləşən yaşayış kompleksində inşa edilmiş 16-cı bina, 1-ci blok, 4-cü mərtəbə, 26 saylı, 3 otaqlı mənzil satılmışdır. İş materiallarında olan 09 mart 2021-ci il tarixli, 4/AA saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi bağanmış və həmin müqaviləyə əsasən Bank Cavabdeh 187 ay müddətinə, illik 4 % olmaqla, 96730 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 09 mart 2021-ci il tarixli, 4/AA-K.A saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC bundan sonra zamin adlandırılacaq İddiaçı MTK bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh arasında 09 mart 2021-ci il tarixli, 4/AA saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. İş materiallarında olan İddiaçı MTK tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli, 1619 saylı məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhələ, 16-cı bina, 26 saylı mənzilin dəyəri 99870 manatdır. Cavabdeh 05 mart 2021-ci il tarixinə qalıq borcu 96730 manat və 187 ay təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək, belə hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 05 mart 2021-ci il tarixdə **********91133 saylı payçı müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli, 4/AA saylı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ilə "Kristal Abşeron” Mənzil Tikinti Kooperativi arasında imzalanmış 05 mart 2021-ci il tarixdə **********91133 saylı müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhələ, 16-cı bina, 26 saylı mənzilin alınması məqsədi ilə Cavabdeh 187 ay müddətinə, illik 4 % olmaqla, 96730 manat məbləğində kredit vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətiı ilə İddiaçı (zamin) arasında bağlanmış 09 mart 2021-ci il tarixli, 4/AA-K.A saylı zaminlik müqaviləsinə əsasən zamin İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli, 4/AA saylı kredit müqaviləsinə əsasən borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz öhdəsinə götürmüşdür. İşin materiallarından və iddiaçının nümayəndəsinin izahatından müəyyən edilir ki,iddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcədə təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTKdan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 və 8.11 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, 8.11 eləcədə kredit müqaviləsinin 7.3,13.2,13.9 maddələrinin şərtlərinin pozmuş, kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyi üçün bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir.Həmçinin İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 30-cu məhəllə, bina 16, mənzil 26 sahəsi 76.1 kv.m olan, 3 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X2 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyirinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzıfələnn müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv ediməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 mart 2021-ci il tarixli, **********91133 saylı payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən müqavilə qiymətinin qalan 96730 manata bərabər tutulan məbləği “Payçı” “MTK” və “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanacaq olan üç tərəfləri daşınmaz əmlakın ipoteka müaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”-nın öhdəliklərini yerinə yetirməlidir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin 2 (iki) ay müddətindən artıq gecikdirildiyi halda “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə_satmaq hüququna malikdir. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. İddiaçı MTK ilə Cavabdeh arasında 05 mart 2021-ci il tarixdə **********91133 saylı payçı müqaviləsinin 8.11-ci bəndinə əsasən payçı tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kedit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı-ayrılıqda 2 (iki) ay müddətinə aparılmadıqda və ya lazımınca aparılmadıqda payçı qeyd olunan müqavilənin predmeti olan mınzili boşaltmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəfin öhdəliyi vaxtında icra etməməsi səbəbindən payçı müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhələ, 16-cı bina, 26 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ödənilmiş dövlət rüsumu MPM-nin 119-cu maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 05 mart 2021-ci il tarixli, **********91133 saylı payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Quliyev X4 rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhələ, 16-cı bina, 26 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1055/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1055/2023
29.03.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver