Məhkəmə qərarları › İş №2(005)-1152/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1152/2021

07.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1152/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İş № 2(005)-1152/2021 surət AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ 07 may 2021-ci il Bakı şəhəri Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 545 saylı 22.06.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi “Binə” T/M-nin 9-cu sıra 1-ci mağazada sahibkarlıq fəaliyyəti göstərən Rasim Ramazanovun yanında satıcı kimi işləmişdir. Orada işləyən zaman Rasim Ramazanov biznesini inkişaf etdirmək üçün borca ehtiyacının olduğunu və X5 faizə pul götürmək istədiyini bildirdi. X23 borc pul vermək üçün girov istədiyindən Rasim Ramazanov borcu ala bilmirdi. Bu səbəbdən də sonuncunun xahişinə görə ərizəçi öz mülkiyyətində olan mənzili girov qoymalı idi. Qeyd edir ki, X18 Rəhimov arasında olan danışığa əsasən, Nazim Rəhimov 39.100 manat məbləğində pulu faizlə borc verdi. Lakin, bu borc faizlə verilsə də, 19 iyun 2016-cı il tarixli 3M-324 saylı kredit müqaviləsində bu məbləğ faizləri də hesablanmaqla 70.000 manat qeyd etmişlər. Bundan əlavə, qeyd edilən kredit müqaviləsi X13 ilə deyil, Cavabdeh3 arasında rəsmiləşdirilmişdir. Verilən faiz borcundan da dərhal 10.900 manat pul aşağıdakılara görə tutulmuşdur: 6.000 manat 12% şapka; 400 manat notariusun rəsmiləşdirilməsi; 500 manat vasitəçi Tevyuba xidmət haqqı, 4.000 manat borcun 1-ci və 2-ci aylarına görə nəzərdə tutulan ödəniş. Borc müqaviləsi notarial qaydada rəsmiləşdirilsə də, pul vəsaiti notariusun depozit hesabından kənar tərəflərə verilmişdir. Elə həmin gün, yəni, 19 iyun 2019-cı il tarixdə Cavabdeh2ndə rəsmiləşdirilən 3M-325 reyestr nömrəli Girov müqaviləsi ilə iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 51/59-da yerləşən 23 saylı mənzili girova qoymuşdur. Maraqlıdır ki, 19 iyun 2016-cı il tarixli 3M-324 reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndinə əsasən, borc məbləği 19/11/2016-cı il tarixinədək tam olaraq ödənilməli idi. Qeyd edilən borc məbləği bu tarixədək ödənilməməsinə baxmayaraq, nə səbəbdənsə kreditor vaxtında aidiyəti üzrə müraciət etməmişdir. Kreditor yalnız ötən ilin iyun ayında notariat orqanına müraciət edərək icra qeydinin verilməsini istəmiş və 22.06.2019-cu il tarixli 3M-325 reyestr nömrəli icra qeydi verilmişdir. Lakin, 22.06.2019-cu il tarixli icra qeydi barəsində o, yalnız bu ilin dekabr ayında iş hərracda olan zaman hərrac mərkəzinin məktub bildirişindən sonra məlumatlanmışdır. Bundan sonra tərəfindən vəkil vasitəsi ilə notariat ofisinə və icra məmuruna müraciət edilmişdir. Notariat ofisi vəkil sorğusuna cavab versə də, icra orqanı müraciətinə koronavirusla əlaqədar ölkədə elan olunan karatin tədbirləri səbəbindən bu günədək cavab verməmişdir. Qeyd etməyi zəruri bilir ki, o icra qeydindən məlumatsız olmuş və kredit müqaviləsində qeyd edilən məbləğdən də məlumatsız olmuşdur. Hətta bu məbləği də vəkil sorğusu əsasında əldə edilən cavabdan sonra bilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət edərək icra qeydinin ləğvini istəmək qərarına gəlmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 19 iyun 2016-cı il tarixli 3M-325 saylı girov müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 51/59, 23 saylı mənzili Cavabdeh3 75000 manat dəyərinə girov qoymuşdur. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışdan göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 51/59, 23 saylı mənzil 14.12.2015-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 250487 saylı arayışdan görünür ki, X6, X15, X2, X16, X3, X8, X17, X21, X4, X9 və Eyvazova Zülfiyyə Əbdulsəlim qızı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 51/59, 23 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan razılıq ərizələrindən görünür ki, X6, X2, X3, X8, X17, X21, X4, X9, Eyvazova Zülfiyyə Əbdulsəlim qızı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 51/59, 23 saylı mənzilin girov qoyulmasına etiraz etməmişlər. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, ərizəçi özünə məxsus daşınmaz əmlakı kreditin qaytarılmasına təminat olaraq girov qoymuş, borc vaxtında ödənilmədiyinə görə tələbkarın müraciəti əsasında borcun girov əmlaka yönəldilməsinə dair icra qeydi verilmişdir. Notariat haqqında Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən gətirdiyi dəlillər icra qeydinin ləğvi üçün əsas ola bilməz. Belə ki, ərizəçi borc müqaviləsində göstərilən məbləğin verilmədiyini iddia etsə də, həmin borc mübahisələndirilməmişdir. Ərizəçinin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi tərəfindən Cavabdeh2 545 saylı 22.06.2019-cu il tarixli icra qeydinin ləğv edilməsinə əsas ola biləcək hallar sübuta yetirilə bilinmədi. Bu səbəbdən məhkəmə ərizənin əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar