Məhkəmə qərarları › İş №2(005)-1157/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1157/2021

08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1157/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 274,28 (iki yüz yetmiş dörd dollar iyirmi səkkiz sent) ABŞ dolları, faiz borcu üzrə 112,96 (bir yüz on iki dollar doxsan altı sent) ABŞ dolları olmaqla, cəmi 387,12 (üç yüz səksən yeddi dollar on iki sent) ABŞ dolları məbləğində borcun tutulması, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Nəqliyyat” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqaviləyə əsasən iddiaçı bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi aldığı kartı, onun istifadə etmə müddət ərzində Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa, bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Eyni zamanda, həmin müqavilənin 6.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürür. Həmçinin, müvafiq müqavilənin 6.2-ci bəndinə əsasən, bank əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əlavə komisyon haqlarını almaq hüququna malikdir. Filialın müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 387 (üç yüz səksən yeddi) ABŞ dolları məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə balansının 619,88 (altı yüz on doqquz dollar səksən səkkiz sent) ABŞ dolları olmasına baxmayaraq, 894,16 (səkkiz yüz doxsan dörd dollar on altı sent) ABŞ dolları məbləğində alış-veriş etmiş və bu zaman Cavabdeh kart hesabında 274,28 (iki yüz yetmiş dörd dollar iyirmi səkkiz sent) ABŞ dolları məbləğində mənfi qalıq formalaşdırılmışdır. Həmin vəsaitə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ümumilikdə 112,96 (bir yüz on iki dollar doxsan altı sent) ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır. Mənfi qalıq formalaşan zaman Cavabdeh kart hesabında 0,12 (on iki sent) ABŞ dolları məbləğində vəsait olduğundan həmin hissədə azalma olmuş, nəticədə Cavabdeh 387,12 (üç yüz səksən yeddi dollar on iki sent) ABŞ dolları məbləğində əsassız olaraq varlanmışdır. İddiaçı bankın “Nəliyyat” filialı tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka müvafiq borcu mövcuddur. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, Cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Nəqliyyat” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilənin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən iddiaçı bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi aldığı kartı, onun istifadə etmə müddət ərzində Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa, bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Eyni zamanda, həmin müqavilənin 6.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürür. Həmçinin, müvafiq müqavilənin 6.2-ci bəndinə əsasən, bank əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əlavə komisyon haqlarını almaq hüququna malikdir; “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin əsassız varlanmanı əks etdirən xx xxxxxx 2020-ci il tarixli arayışının məzmunundan görünür ki, Cavabdeh 387,12 (üç yüz səksən yeddi dollar on iki sent) ABŞ dolları məbləğində əsassız olaraq varlanmışdır; “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx xxxxxx 2020-ci il tarixli əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın qaytarılmasına dair xəbərdarlıq məktubunun məzmunundan görünür ki, əsassız varlanmaya səbəb olmuş borc vəsaitinin 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq borc məbləğinin və onun qaytarılması üçün çəkilmiş xərclərin tam olaraq qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə sonuncu xəbərdar edilmişlər; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Nəqliyyat” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqaviləyə əsasən iddiaçı bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 387 (üç yüz səksən yeddi) ABŞ dolları məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə balansının 619,88 (altı yüz on doqquz dollar səksən səkkiz sent) ABŞ dolları olmasına baxmayaraq, 894,16 (səkkiz yüz doxsan dörd dollar on altı sent) ABŞ dolları məbləğində alış-veriş etmiş və bu zaman Cavabdeh kart hesabında 274,28 (iki yüz yetmiş dörd dollar iyirmi səkkiz sent) ABŞ dolları məbləğində mənfi qalıq formalaşdırılmışdır. Həmin vəsaitə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ümumilikdə 112,96 (bir yüz on iki dollar doxsan altı sent) ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır. Mənfi qalıq formalaşan zaman Cavabdeh kart hesabında 0,12 (on iki sent) ABŞ dolları məbləğində vəsait olduğundan həmin hissədə azalma olmuş, nəticədə Cavabdeh 387,12 (üç yüz səksən yeddi dollar on iki sent) ABŞ dolları məbləğində əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir; 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır; 439.4-ci maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 274,28 (iki yüz yetmiş dörd dollar iyirmi səkkiz sent) ABŞ dolları, faiz borcu üzrə 112,96 (bir yüz on iki dollar doxsan altı sent) ABŞ dolları olmaqla, cəmi 387,12 (üç yüz səksən yeddi dollar on iki sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar