Məhkəmə qərarları › İş №2(005)-117/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-117/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-117/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimova Rəqsanə Tofik qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 nümayəndəsi və vəkili, Cavabdeh1 vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 2 000 000 avro və 2 130 000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi, cavabdehin mülkiyyətində olan 0,01658 ha torpaq sahəsi və üzərində yerləşən Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 30 C ünvanında yerləşən ümumi sahəsi 298,6 m², yaşayış sahəsi 125,8 m², yardımçı sahəsi 172,8 m² olan 5 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılması, Cavabdeh1 mülkiyyətində olan 0,39 ha torpaq sahəsi və üzərində yerləşən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 622,05 m² olan bağ evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin borcun ödənilməsinə yönəldilməsi və həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında xx xxxx 2016cı il tarixdə kredit müqaviləsi bağlanmış və xx xxxx 2018-ci il tarixdə qaytarmaq şərti ilə cavabdehə 3 520 000 manat məbləğində pul, həmin gün avronun məzənnəsinə əsasən 2 000 000 avro və 3 280 200 manat məbləğində, həmin gün ABŞ dollarının məzənnəsinə əsasən, yəni 2 130 000 ABŞ dolları borc verilmişdir. Eyni zamanda xx xxxx 2016-cı il tarixdə aralarında ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayana xx xxxx 2016-cı il tarixli 3M-152 reyestrli kredit müqaviləsi üzrə öhdəliklərinin tam icra edilməsini öhdəsinə götürür. İpoteka qoyan xx xxxx 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi üzrə və bu Müqavilənin öhdəliklərini tam şəkildə yerinə yetirməyi və müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərinin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 22744 nömrəli vərəqəsində qeydə alınmış, reyestr nömrəsi **********69-10301, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən istifadədə olan 0,01658 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 30 C ünvanında yerləşən ümumi sahəsi 298,6 m², yaşayış sahəsi 125,8 m², yardımçı sahəsi 172,8 m² olan 5 otaqlı fərdi yaşayış evini ipoteka saxlayana ipotekaya qoyur. O cümlədən digər Cavabdeh1 ilə aralarında xx xxxx 2016-cı il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ipoteka qoyan ipoteka saxlayana xx xxxx 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi öhdəliklərinin icra edilməsini öhdəsinə götürür. İpoteka qoyan xx xxxx 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi üzrə və bu Müqavilənin öhdəliklərini tam şəkildə yerinə yetirməyi və müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərinin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 12226 nömrəli vərəqəsində qeydə alınmış, reyestr nömrəsi **********39-11303, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində 0,39 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 622,05 m² olan bağ evini ipoteka saxlayana ipotekaya qoyur. Cavabdeh aldığı borcu xx xxxx 2018-ci il tarixədək qaytarmalı olsa da, hal-hazıra kimi həmin pulu qaytarmamışdır. Cavabdehdən dəfələrlə borcun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ondan vaxt istəmiş və buna baxmayaraq, indiyə qədər pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında ekspert rəyləri ilə razılaşdıqlarını və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2 nümayəndəsi və vəkili, Cavabdeh1 vəkili X2 məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında ekspert rəylərini və onlar tərəfindən təqdim edilmiş ekspert rəylərini nəzərə alaraq əmlakların qiymətləndirilməsini və kredit müqaviləsi üzrə götürülən məbləğ manatla olduğundan pul məbləğinin manatla qaytarılmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iştirakçılarının izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında xx xxxx 2016-cı il tarixdə bağlanmış Kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 3 520 000 manat məbləğində pul borc verir. Həmin günün ekvivalentinə əsasən 2 000 000 avro və 3 280 200 manat məbləğində, həmin günün ABŞ dollarının ekvivalentinə əsasən 2 130 000 ABŞ dolları. Borc alan krediti xx xxxx 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan ipoteka saxlayan İddiaçı ilə ipoteka qoyan Cavabdeh1 arasında xx xxxx 2016-cı il tarixdə bağlanmış ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan xx xxxx 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi üzrə və bu Müqavilənin öhdəliklərini tam şəkildə yerinə yetirməyi və müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərinin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 12226 nömrəli vərəqəsində qeydə alınmış, reyestr nömrəsi **********39-11303, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində 0,39 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 622,05 m² olan bağ evini ipoteka saxlayana ipotekaya qoyur. İş materiallarında olan ipoteka saxlayan İddiaçı ilə ipoteka qoyan Cavabdeh2 arasında xx xxxx 2016-cı il tarixdə bağlanmış ipoteka müqaviləsinin surətindən görünür ki, xx xxxx 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi üzrə və bu Müqavilənin öhdəliklərini tam şəkildə yerinə yetirməyi və müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərinin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 22744 nömrəli vərəqəsində qeydə alınmış, reyestr nömrəsi **********69-10301, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən istifadədə olan 0,01658 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 30 C ünvanında yerləşən ümumi sahəsi 298,6 m², yaşayış sahəsi 125,8 m², yardımçı sahəsi 172,8 m² olan 5 otaqlı fərdi yaşayış evini ipoteka saxlayana ipotekaya qoyur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 30C saylı fərdi yaşayış evi xx xxxx 2016-cı il tarixli 3M-152 KM nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti xx xxxx 2018-ci il tarixədəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 79C saylı bağ xx xxxx 2016-cı il tarixli 3M-152 KM nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti xx xxxx 2018-ci il tarixədəkdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh2 xx xxxxx 2019-cu il tarixdə ünvanlanmış Bildirişin surətindən görünür ki, İddiaçı Cavabdeh2 borclu olduğu məbləği 3 gün müddətində ödəmədiyi təqdirdə, borcun ödənilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi və mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixdə ünvanlanmış Bildirişin surətindən görünür ki, İddiaçı Cavabdeh2 borclu olduğu məbləği 3 gün müddətində ödəmədiyi təqdirdə, borcun ödənilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi və mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx xxxxxx 2019-cu il tarixdə ünvanlanmış Ərizədən görünür ki, İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı xx xxxxxx 2019-cu il tarixdə göndərilmiş **********03 və **********19 nömrəli məktublardan görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan məhkəmə qərardadına əsasən “xxxx” MMC tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş QXM/315M nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 2 300 000 manat müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə qərardadına əsasən “xxxx” MMC tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş QXM/315M-2M nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,39 ha torpaq sahəsi və üzərində yerləşən 79C ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 4 550 000 manat müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş “X5” MMC-nin xx xxxxxx 2020ci il tarixdə tərtib edilmiş 063/20 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 900 000 manat müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş “X5” MMC-nin xx xxxxxx 2020ci il tarixdə tərtib edilmiş 064/20 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 79C ünvanında yerləşən bağ evinin bazar dəyəri 2 000 000 manat müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə qərardadına əsasən “X6 Services” MMC tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar dəyəri 1 950 000 manat, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 79C ünvanında yerləşən bağ evinin hazırki orta bazar dəyəri 4 530 000 manat təşkil edir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş “X9” MMC-nin xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş ƏEM/N 81-668/20 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 79C ünvanında yerləşən bağ evinin hazırki orta bazar dəyəri 3.840.000 manat təşkil edir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş “X9” MMC-nin xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş ƏEM/N 82-669/20 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar dəyəri 2.877000 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx xxxx 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və xx xxxx 2018-ci il tarixdə qaytarmaq şərti ilə cavabdehə 3 520 000 manat məbləğində pul, həmin gün avronun məzənnəsinə əsasən 2 000 000 avro və 3 280 200 manat məbləğində, həmin gün ABŞ dollarının məzənnəsinə əsasən, yəni 2 130 000 ABŞ dolları borc verilmişdir. Eyni zamanda xx xxxx 2016-cı il tarixdə aralarında ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayana xx xxxx 2016-cı il tarixli 3M-152 reyestrli kredit müqaviləsi üzrə öhdəliklərinin tam icra edilməsini öhdəsinə götürür. İpoteka qoyan xx xxxx 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi üzrə və bu Müqavilənin öhdəliklərini tam şəkildə yerinə yetirməyi və müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərinin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 22744 nömrəli vərəqəsində qeydə alınmış, reyestr nömrəsi **********69-10301, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən istifadədə olan 0,01658 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 30 C ünvanında yerləşən ümumi sahəsi 298,6 m², yaşayış sahəsi 125,8 m², yardımçı sahəsi 172,8 m² olan 5 otaqlı fərdi yaşayış evini ipoteka saxlayana ipotekaya qoyur. O cümlədən digər Cavabdeh1 ilə aralarında xx xxxx 2016-cı il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ipoteka qoyan ipoteka saxlayana xx xxxx 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi öhdəliklərinin icra edilməsini öhdəsinə götürür. İpoteka qoyan xx xxxx 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi üzrə və bu Müqavilənin öhdəliklərini tam şəkildə yerinə yetirməyi və müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərinin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 12226 nömrəli vərəqəsində qeydə alınmış, reyestr nömrəsi **********39-11303, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində 0,39 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 622,05 m² olan bağ evini ipoteka saxlayana ipotekaya qoyur. Cavabdeh aldığı borcu xx xxxx 2018-ci il tarixədək qaytarmalı olsa da, hal-hazıra kimi həmin pulu qaytarmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar dəyəri 1 950 000 manat, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 79C ünvanında yerləşən bağ evinin hazırki orta bazar dəyəri 4 530 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddia tələbində pul məbləğinin xarici valyutada tutulması hissəsində məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, İddiaçı ilə Cavabdeh2 arasında notarial təsdiq edilmiş xx xxxx 2016-cı il tarixdə bağlanmış Kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, cavabvdehə borc məbləği manatla verilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında notarial təsdiq edilmiş xx xxxx 2016-cı il tarixdə bağlanmış Kredit müqaviləsi üzrə pulun manatla verilməsi məhkəmə iclasında mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci mməsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik əsaslarından və Mülki Məcəllənin 439.1-ci maddəsinə yanaşma baxımından məhkəmə qeyd edir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. İddiaçı ilə Cavabdeh2 arasında notarial təsdiq edilmiş xx xxxx 2016-cı il tarixdə bağlanmış Kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, cavabvdehə borc məbləği manatla verilmişdir. Tərəflər arasında alınan məbləğin xarici valyutada ekvivalenti qeyd edilsə də öhdəliyin icrası anında pul məbləğinin xarici valyutada qaytarılması ilə bağlı razılaşma nəzərdə tutulmamışdır. Odur ki, qanunvericliyə uyğun olaraq pul öhdəliyinin xarici valyutada qaytarılması ilə bağlı müqavilədə razılılğın olmaması nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər X3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 3.520.000 (üç milyon beş yüz iyirmi min manat) manat və 3.280.200 (üç milyon iki yüz səksən min iki yüz manat) manat olmaqla, ümumilikdə 6.800.200 manat (altı milyon səkkiz yüz min iki yüz manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər kredit alan tərəfindən yerinə yetirilmədiyindən iddiaçı artıq tələbin girova yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İş materiallarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1218/21 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təyin edilmiş “xxxx” MMC tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş QXM/315M nömrəli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 2 300 000 manat və QXM/315M-2M nömrəli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,39 ha torpaq sahəsi və üzərində yerləşən 79C ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 4 550 000 manat müəyyən edilmişdir. Bununla razılaşmayan iddiaçı tərəfin nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclaslarında “X5” MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş 063/20 nömrəli qiymətləndirmə rəyini və 064/20 nömrəli qiymətləndirmə rəyini məhkəməyə təqdim edərək Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 900 000 manat, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 79C ünvanında yerləşən bağ evinin bazar dəyərinin isə 2 000 000 manat olduğunu iddia etmişdir. Bu səbəbdən Bakı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1218/21 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və həmin qərardada əsasən “X6 Services” MMC tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə rəyilə Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar dəyəri 1 950 000 manat, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 79C ünvanında yerləşən bağ evinin hazırki orta bazar dəyəri 4 530 000 manat təşkil etdiyi müəıyyən edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəf “X9” MMC tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş ƏEM/N 81-668/20 nömrəli qiymətləndirmə rəyini və ƏEM/N 82-669/20 nömrəli qiymətləndirmə rəyini məhkəməyə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 79C ünvanında yerləşən bağ evinin hazırki orta bazar dəyəri 3.840.000 manat təşkil etdiyini, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar dəyəri 2.877000 manat təşkil etdiyini bildirmişdir. İddiaçı tərəfin nümayəndəsi və vəkili Vəkil xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məhkəmə iclaslarında məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında ekspert rəyləri ilə razılaşdıqlarını və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, təqdim edilmiş sübutları, məhkəmə tərəfindən əmlakın qiyməti ilə bağlı təyin edilmiş ekspert rəylərini və tərəflərin təqdim etdiyi qiymətləndirmə hesabatlarını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1218/21 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası əsasında “X6 Services” MMC tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə rəyi əsas götürülməli və Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 1 950 000 manat, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 79C ünvanında yerləşən bağ evinin hərracda ilkin satış qiyməti 4 530 000 manat müəyyən edilməlidir. İddiaçının ipoteka predmeti olan əmlakların boşaldılmasına münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə görə istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Göründüyü kimi mülki qanunvericiliyə görə girov və ipoteka məhdud əşya hüququ olmaqla ipoteka saxalayana bir sıra hüquqlar yaratsa da ipoteka predmeti olan əmlaka dair sərəncam vermək, onun gələcək müqəddəratını həll etmək hüququnu vermir. Qanunvericilikdə yalnız onun satılması ilə əmlak hüquqlarının əldə edilməsininin mümkünlüyü qeyd edilmişdir. Bununla belə “İpoteka haqqında” Qanunda istənilən şəxsin, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilməsinin mümkünlüyünün nəzərdə tutulması ipoteka qoyana həmin əmlakı almağa da hüquq yaradır. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, ipoteka predmetinin hərracda ipoteka qoyan tərəfindən alınacağı halda iddiaçının tələbində qeyd etdiyi kimi cavabdehlərin istifadə hüquqlarının xitam verilməsini, onların həmin fərdi yaşayış evindən çıxarılmalarını, həmin fərdi yaşayış evində pasport qeydiyyatından çıxarılmasını da mümkünsüz edərək qeyri müəyyənliyin yaranamsına səbəb ola bilər. İddiaçı nə qədər ki, ipoteka predmetinə hərrac vasitəsilə əmlak hüququ əldə etmədən hazırki qeyd edilən tələblə mülkiyyətçi kimi çıxış edərək və tələbin bu hissəsinin təmin edilməsini xahiş etməsi tələbin həmin hissədə təmin edilməsini istisna edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər X3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 3.520.000 (üç milyon beş yüz iyirmi min manat) manat və 3.280.200 (üç milyon iki yüz səksən min iki yüz manat) manat olmaqla, ümumilikdə 6.800.200 manat (altı milyon səkkiz yüz min iki yüz manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, tutma xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində 122 nömrəli reyester kitabının 12226 nömrəli vərəqində **********39-11303 reyester nömrəsi ilə yüklü edilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 79C saylı, 0,39 ha torpaq sahəsi və üzərində yerləşən 622,05 kv.m ümumi tikili sahəsi olan bağ evinə və xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində 245 nömrəli reyestr kitabının 22744 nömrəli vərəqində 0070100.3669-10301 reyestr nömrəsi ilə yüklü edilən Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30 c saylı ünvanda yerləşən 0,01658 ha torpaq sahəsi və 298,6 kv.m ümumi sahəsi olan əmlaka yönəldilməli, həmin daşınmaz əmlaklar açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına İddiaçı olan borc ödənilməli, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 79C saylı, 0,39 ha torpaq sahəsi və üzərində yerləşən 622,05 kv.m ümumi tikili sahəsi olan bağ evinin hərracda ilkin satış qiyməti 4.530.000 (dörd milyon beş yüz otuz min) manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30 c saylı ünvanda yerləşən 0,01658 ha torpaq sahəsi və üzərində 298,6 kv.m ümumi tikili sahəsi olan əmlakın hərracda ilkin satış qiyməti 1.950.000 (bir milyon doqquz yüz əlli min) manat müəyyən edilməli, satışdan götürülən və ya əldə olunan məbləğlər borc məbləğindən artıq olduqda qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumuna dair tələb olmadığından iddiaçıya aid edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 3.520.000 (üç milyon beş yüz iyirmi min manat) manat və 3.280.200 (üç milyon iki yüz səksən min iki yüz manat) manat olmaqla, ümumilikdə 6.800.200 manat (altı milyon səkkiz yüz min iki yüz manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Tutma xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 122 nömrəli reyester kitabının 12226 nömrəli vərəqində **********39-11303 reyestr nömrəsi ilə yüklü edilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 79C saylı, 0,39 ha torpaq sahəsi və üzərində yerləşən 622,05 kv.m ümumi tikili sahəsi olan bağ evinə və xx.xx.2016cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 245 nömrəli reyester kitabının 22744 nömrəli vərəqində 0070100.3669-10301 reyestr nömrəsi ilə yüklü edilən Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30 c saylı ünvanda yerləşən 0,01658 ha torpaq sahəsi və 298,6 kv.m ümumi sahəsi olan əmlaka yönəldilsin. Həmin daşınmaz əmlaklar açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına İddiaçı olan borc ödənilsin. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 79C saylı, 0,39 ha torpaq sahəsi və üzərində yerləşən 622,05 kv.m ümumi tikili sahəsi olan bağ evinin hərracda ilkin satış qiyməti 4.530.000 (dörd milyon beş yüz otuz min) manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 30 c saylı ünvanda yerləşən 0,01658 ha torpaq sahəsi və üzərində 298,6 kv.m ümumi tikili sahəsi olan əmlakın hərracda ilkin satış qiyməti 1.950.000 (bir milyon doqquz yüz əlli min) manat müəyyən edilsin. Satışdan götürülən və ya əldə olunan məbləğlər borc məbləğindən artıq olduqda qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar