Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1209/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1nə və Bakı şəhəri Cavabdeh2nə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və təkrar qiymətləndirmənin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1nə və Bakı şəhəri Cavabdeh2nə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və təkrar qiymətləndirmənin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, 06 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatı ləğv edərək işin yenidən qiymətləndirilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli, 02/2213/AFS nömrəli avtomobilin alınması məqsədləri üçün kredit müqaviləsi bağlanmışdır. Kredit öhdəliyinin təminatı olaraq “Nissan Juke” minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka qismində bank qarşısında yüklü edilmişdir. X1 müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirmədiyi üçün barəsində məhkəməyə müraciət olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-4001/2018 nömrəli qətnaməsi qəbul edilmişdir. Eyni zamanda, mövcud qətnamənin icrasının təmin məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddianın təmin tədbirinə dair ərizə ilə müraciət edilmişdir və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-4001/2018 nömrəli məhkəmə qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilmiş, X6 məxsus olan **-SK-*** dövlət qeydiyyat nişanlı “Nissan Juke” minik markalı avtomobilin üzərinə həbs qoyulmuş, qərardadın icrası Bakı şəhəri Cavabdeh2nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 tapşırılmışdır. Avtomobilin qiymətləndirilməsi Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1nə həvalə edilmişdir. Həmin şirkət tərəfindən əmlakın qiymətləndirilməsi aparılmış və xx xxxxxx 2020-ci il tarixli, 03 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə” hesabat tərtib olunmuşdur. Hesabatda avtomobil texniki cəhətdən xarakterizə edilərək, avtomobilin istifadəyə yararlı olması qeyd olunmuşdur. Amma avtomobilin qapılarının qəzalı olması və avtomobilin yürüş barəsində məlumatları qeyd edilməmişdir. Lakin bütün bunlara baxmayaraq, avtomobilin bazar dəyəri 20.000 (iyirmi min) manat məbləğində müəyyənləşdirilmişdir ki, bu qiymət özündə reallığı əks etdirmir. Həmin avtomobilin qiymətləndirilməsi ilə bağlı bank tərəfindən bir neçə mütəxəssis cəlb edilmişdir ki, onlar tərəfindən də həmin qiymətin çox yüksək olması bildirilmişdir. Məlumat üçün bildirilmişdir ki, əmlak reallığı əks etdirməyən qiymətlə satışa çıxarıldıqda əmlakın alıcısı olmur ki, nəticə etibarilə həmin əmlak ipoteka qanunvericiliyinin tələblərinə əsasən tələbkara təklif olunur. Tələbkar isə məcburiyyət qarşısında qalaraq həmin əmlakı balansa götürməli, əks halda isə öhdəliyin təminatı olan ipotekaya xitam verilir. Məhkəmə iclasında X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1nə və Bakı şəhəri Cavabdeh2nə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlərin nümayəndələri və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2 nümayəndələrinin, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(008)-4001/2018 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X6 və Əzizova irina Viktorovnaya qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi qəmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X9 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 02/2213/AFS nömrəli kredit müqaviləsinin və xx xxxxx 2016-cı il tarixli sazişin ləğv edilməsi, cavabdehlər X3 və X8 birgə qaydada 9.247,78 (doqquz min iki yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 2.210,27 (iki min iki yüz on manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu və 91,46 (doxsan bir manat qırx altı qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 11.549,51 (on bir min beş yüz qırx doqquz manat əlli bir qəpik) manat məbləğində borcun və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh X6 məxsus olan “Nissan Juke” minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğin cavabdeh şəxsin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin qətnamənin tam icra olunmasına kifayət etmədikdə qalıq borc məbləğinin cavabdehlər X3 və X8 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi müəyyən olunmuşdur; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 xx xxxxxx 2020ci il tarixli 05 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, X6 məxsus “Nissan Juke” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 20.000 (iyirmi min) manat təşkil etmişdir; Qiymətləndirmə Xidməti Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin QR 306M nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində “Nissan Juke” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bazar dəyəri 16.500 (on altı min beş yüz) manat məbləğində müəyyən edilmişdir; xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(008)-4001/2018 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X6 və Əzizova irina Viktorovnaya qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi qəmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X9 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 02/2213/AFS nömrəli kredit müqaviləsinin və xx xxxxx 2016-cı il tarixli sazişin ləğv edilməsi, cavabdehlər X3 və X8 birgə qaydada 9.247,78 (doqquz min iki yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 2.210,27 (iki min iki yüz on manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu və 91,46 (doxsan bir manat qırx altı qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 11.549,51 (on bir min beş yüz qırx doqquz manat əlli bir qəpik) manat məbləğində borcun və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh X6 məxsus olan “Nissan Juke” minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğin cavabdeh şəxsin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin qətnamənin tam icra olunmasına kifayət etmədikdə qalıq borc məbləğinin cavabdehlər X3 və X8 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixli 05 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə X6 məxsus “Nissan Juke” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 20.000 (iyirmi min) manat təşkil etmişdir. “Qiymətləndirmə Xidməti MərkəziMəhdud Məsuliyyətli Cəmiyyətinin QR 306M nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyi ilə “Nissan Juke” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bazar dəyəri 16.500 (on altı min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Göründüyü kimi, avtomobilin qiymətləndirilməsi zamanı bazar qiymətləri və digər obyektiv amillər nəzərə alınmamış, avtomobil müəyyən olunmuş standartlara uyğun qiymətləndirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(008)-4001/2018 nömrəli icra vərəqəsinə əsasən X6 məxsus “Nissan Juke” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixli 05 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı ləğv edilməli və əmlakın hazırkı dövrə olan orta bazar qiymətinin 16.500 (on altı min beş yüz) manat olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(008)-4001/2018 nömrəli icra vərəqəsinə əsasən X6 məxsus “Nissan Juke” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixli 05 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı ləğv edilsin və “Nissan Juke” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 16.500 (on altı min beş yüz) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1209/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1209/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver