Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1216/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Nurəddin oğlu cəlb edilməklə ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Nurəddin oğlu cəlb edilməklə ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı ilə Maraqlı şəxs Nurəddin oğlu xx.xx.2007-ci il tarixdə Bakı Nikah evində qeydə alınmaqla rəsmi nikaha daxil olmuşlar. Bundan sonra ərlə arvad bir neçə il iddiaçının qayınatası olan Cavabdeh2 öz oğluna verdiyi yasayış sahəsində - Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilində yaşamışlar. Bir qədər sonra isə onlar Maraqlı şəxs da əmlak payı olan Bakı şəhəri, Binəqədi rayonu, Görədiİ kəndində yerləşən 1127 A saylı bağ sahəsindəki fərdi yaşayış evinə köçmüşlər. 2018-ci ilin əvvəllərində Nürəddin Bayramovla İddiaçı və Maraqlı şəxs arasında əldə olunmuş şifahi razılaşmaya əsasən, Maraqlı şəxs özünün Bakı şəhəri. Binəqədi rayonu, Görədil k, 1127 A saylı bağ evinə olan əmlak hüququndan atasının, yəni X2 xeyrinə imtina etməyi, Nürəddin Bayramov isə özünün cavabdeh “Cavabdeh1"' Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 11 ünvanda inşa olunmuş çoxmənzilli yaşayış binasının 9-cu mərtəbəsində olan 3 otaqlı, 36 saylı mənzilinə olan hüquqlarını və payını gəlini İddiaçı verməyi üzərinə öhdəlik götürmüşlər. Bundan sonra tərəflər razılaşmaya uyğun olaraq qarşılıqlı şəkildə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmişlər. Belə ki, ilk öncə Cavabdeh2 Bakı şəhəri 53 saylı notariat kontorunda olmaqla xx xxxx 2018-ci il tarixli notarial təsdiq olunmuş ərizə tərtib edərək cavabdeh “Cavabdeh1" MTK-nə ünvanladığı həmin ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 11 ünvanda, 9-cu mərtəbədə, 3 otaqlı, 36 saylı mənzilin və kooperativ payın gəlini İddiaçı adına keçməsinə (rəsmiləşdirilməsinə) köməklik göstərsinlər. O, həmçinin ərizəsində bildirmişdir ki, yuxarıda göstərilənlər iradə ifadəsidir və gələcəkdə bu barədə heç bir iddia və tələbi olmayacaqdır. Növbəti olaraq, İddiaçı xx xxxxx 2018-ei il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində olmaqla notarial təsdiq olunmuş ərizə tərtib etməklə bildirmişdir ki, Maraqlı şəxs Nurəddin oğluna məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 1 127A saylı bağ evi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən 4/18 hissə torpaq sahəsinin Cavabdeh2 Əmrah oğluna bağışlanmasına etiraz etmir. Nəhayət, cavabdeh “Cavabdeh1'" MTK-nın Ümumi Yığıncağının xx xxxxx 2018-ci il tarixli qərarı (protokol No 05/18) ilə Cavabdeh2 ərizəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 11 ünvanda, 9-cu mərtəbədə. 3 otaqlı, 36 saylı mənzil və payın İddiaçı verilməsini qərara almışdır. Bundan sonra İddiaçı həmin mənzilə sahiblik etməyə başlamış və artıq onun adına gələn bütün kommunal və digər ödənişləri mütəmadi olaraq ödəmişdir. Lakin, cavabdehin İddiaçı ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, mübahisəli mənzil X2 Cavabdeh1 MTK-nə etdiyi müraciət əsasında X3 xx.xx.2020-ci il tarixli qərarı ilə mənzilin yenidən onun adına keçirilməsi qərara alınmışdır. Hesab edir ki, mənzilin Cavabdeh2 sahibliyinə verilməsi barədə Cavabdeh1 MTK-nın Ümumi Yığıncağının xx.xx.2020 tarixli qərarı qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, sözügedən mənzilin Nürəddin Bayramova və ya ixtiyari üçüncü şəxsə verilməsi yalnız mənzilin qanuni sahibinin buna razılığı əsasında ola bilərdi. Lakin, İddiaçı belə bir razılıq verməmişdir. Kooperativin mübahisələndirilən qərarı iddiaçının sahiblik və istifadə hüququnu pozmuşdur. Bundan başqa, digər cavabdeh Nürəddin Bayramovun da üzərinə götürdüyü öhdəliyi birtərəfli qaydada bu şəkildə ləğv edə bilməzdi. Onun tərtib etdiyi xx.xx.2018-ci il tarixli ərizəsi faktiki olaraq birtərəfli əqd olmuş və müəyyən öhdəlik və vəzifələr yaratmışdır. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin saylı mənzilinin Cavabdeh2 veriməsi barədə “Cavabdeh1" Mənzil-X8 Yığıncağının xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə verdiyi etirazda bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Nurəddin qızı cəlb edilməklə ümumi yığıncağın qərarının ləğv edilməsini tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh2 verilməsi barədə "Cavabdeh1” MTK-nın ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Ümumilikdə, iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh2 verilməsi barədə “Cavabdeh1" MTK-nın ümumi yığıncağının 13.01,2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir. Aşağıda qeyd olunanlarla hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən və iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, bilindiyi kimi, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilini Cavabdeh2 o, səbəblə xx xxxxx 2018-ci il tarixdə iddiaçının adına keçirmişdir ki, iddiaçının həyat yoldaşı Maraqlı şəxs özünün Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 1127A saylı bağ evinin yerləşdiyi torpaq sahəsinə olan əmlak hüququndan atasının xeyrinə imtina etmişdir. İlk olaraq bildirir ki, iddia ərizəsinə belə bir bir razılaşmanın olmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Üçüncü şəxs Maraqlı şəxs Nurəddin oğlu məhkəmə iclasına gələrək belə bir razılaşmanın olmadığını tam olaraq təkzib edir. Əksinə iddiaçının dəlilini təkzib edən və tərəfindən təqdim edilmiş sənədlərlə tam təsdiq olunur ki,ünvan 2 saylı bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin müxtəlif payçıları olmuş (Cavabdeh2 oğlu, qızı nəvəsi və s qohumları),həmin torpaq sahəsi payçılar tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2018ci il tarixdəCavabdeh2 bağışlanmışdır. Qeyd olunan bağışlanmanın məqsədi həmin bağ sahəsinin Cavabdeh2 adına özəlləşdirilməsinə köməklik göstərilməsi məqsədi daşımışdır. Belə ki, bağ sahəsi elə əvvəlcədən də, müqavilə ilə Cavabdeh2 məxsus olmuşdur. Həmçinin, işin faktiki halları ilə tam təsdiq olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilini xx xxxxxx 2012-ci il tarixdə dəyəri Cavabdeh2 tərəfindən tam ödənilərək alınmışdır. Həmin mənzil qeyd olunan tarixdən tam olaraq Cavabdeh2 sahiblik və istifadəsində olmuşdur. Mübahisəli mənzil alınan tarixdən kirayəyə verilmiş və bu gün də həmin mənzildə kirayəşinlər yaşayır. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı bir gün belə olsun mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilində yaşamamışdır. Belə ki, iddiaçı cavabdehin evinə gəlin gəlmiş, bir neçə il orada yaşadıqdan sonra Cavabdeh2 öz vəsaiti hesabına Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 61, 65 saylı mənzili 2013-cü ildə oğlu Maraqlı şəxs Nurəddin oğlunun adına almış, həmin tarixdən iddiaçı öz həyat yoldaşı ilə bu mənzildə yaşamağa başlamışdır. İddiaçının qeydiyyatı da Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 61, 65 saylı mənzilədir. Mübahisəli mənzilin İddiaçı adına keçirilməsində məqsəd sadəcə olaraq mənzilin kirayə verilməsində əldə olunan gəlirdən cavabdehin oğlunun və nəvəsinin ailə xərclərinin qarşılanması məqsədi daşımışdır. Məhkəmənin nəzərinə çatdırır ki, hazırda İddiaçı ailəsini dağıdaraq Türkiyə Respublikasına getdiyindən cavabdeh MTK-ya müraciət edərək mənzili öz istifadəsinə qaytarmışdır. Faktiki olaraq iddiaçının həmin mənzilə heç bir sahiblik və istifadə hüquqları yaranmamış, iddiaçının bu mənzilə dair heç bir mənəvi və hüquqi haqqı yoxdur. Bununla da aydın olur ki, iddia tələbi əsassızdır və iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh1 MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Nurəddin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Mülki işin materiallarında olan Cavabdeh1 MTK-nın xx.xx.2018-ci il tarixli, 05/18 saylı idarə heyətinin sədrinin təşəbbüsü ilə növbədənkənar çağırılmış X5 görünür ki, Cavabdeh1 MTK-ya məxsus olan N.Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 11 ünvanda tikilən kooperativ binasında olan 1 girişli, 9-cu mərtəbə, 36 saylı mənzilin və payın vətəndaş Cavabdeh2 adından İddiaçı adına keçirilməsi məsələsi müzakirə edilmiş, MTKnın üzvləri M.Məhərrəmov, Ə.Bağırov, R.Ağayev Cavabdeh2 razılığı, öz aralarında məsələni həll etdiklərini və vətəndaş Cavabdeh2 notarial ərizəsi nəzərə alınaraq, mənzili və payı vətəndaş İddiaçı verilməsi məsələsinə dair öz razılıqlarını bildirmişlər. Təklif səsə qoyulmuş və səsvermə yolu ilə Cavabdeh1 MTK-ya məxsus olan ünvan 6, 1 girişli binanın 9-cu mərtəbəsində, 36 saylı mənzil və pay vətəndaş İddiaçı verilməsi qərara alınmışdır. İş materiallarında olan X1 Sistemindən Çıxarışdan görünür ki, İddiaçı 9 saylı notariat kontorunda təsdiqlədiyi ərizəsində göstərmişdir ki, Maraqlı şəxs Nurəddin oğluna məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 127a saylı bağ evi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən 4/18 hissə torpaq sahəsinin Cavabdeh2 bağışlanmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. Bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Bakı Nikah Evi tərəfindən verilmiş AZ-T 019716 nömrəli, xx.xx.2019-cu il tarixli nikah şəhadətnaməsindən müəyyən olunur ki, Maraqlı şəxs ilə X6 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3329 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK-nın İdarə heyətinin sədrinə Cavabdeh2 xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək Cavabdeh1 MTK tərəfindən inşa olunan ünvan 4 ünvanda, 9-cu mərtəbədə, 3 otaqlı, 36 saylı mənzilin və kooperativ payın gəlinim İddiaçı adına keçməsinə (rəsmiləşdirliməsinə) köməklik göstərilmiəsini xahiş etmişdir. Yuxarıda göstərilənlər iradə ifadəsidir, gələcəkdə bu barədə heç bir iddia və tələbi olmayacaq. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 11 ünvanda tikilən kooperativ yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 11 ünvanda tikilən kooperativ yaşayış binasının 9-cu mərtəbəsində, 3 otaqlı, 36 saylı mənzilin dəyəri Cavabdeh2 tərəfindən ödənildiyinə və xx.xx.2020-ci il tarixli protokola əsasən həmin mənzildən Cavabdeh2 Cavabdeh1 MTK-ya heç bir borcu yoxdur. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MTK-nın xx.xx.2020-ci il tarixli idarə heyətinin sədrinin təşəbbüsü ilə növbədənkənar çağırılmış X5 görünür ki, ünvan 6 ünvanda tikilən kooperativ binasında olan 1 girişli, 9-cu mərtəbə, 36 saylı mənzil barədə ünvan 7 m.3 ünvanda qeydiyyatda olan Cavabdeh2 (Ş/v Seriya AZE, № ********, xx.xx.2018-də ASAN 1 tərəfindən verilib) tərəfindən Cavabdeh1 MTK-yazılan və ünvan 4 ünvanda, 9-cu mərtəbədə, 3 otaqlı, 36 saylı mənzilin və kooperativ payın Cavabdeh2 adına bərpa edilməsi məsələsi müzakirə olunmuş, Cavabdeh1 MTK tərəfindən ünvan 6 ünvanda, 1 girişli binanın 9-cu mərtəbəsində, 36 saylı mənzilin və kooperativ payın vətəndaş İddiaçı verilməsi barədə xx.xx.2018-ci il tarixli protokolun ləğv edilməsi, ünvan 6, 1 girişli binanın 9-cu mərtəbəsində, 36 saylı mənzilin və kooperativ payının vətəndaş Cavabdeh2 adına bərpa edilməsi qərara alınmışdır. Həmin qərarın məzmunundan aydın olur ki, növbədənkənar iclasın keçirilməsinə və qərarın qəbul edilməsinə səbəb Cavabdeh2 MTK-yə xx.xx.2018-ci ildə onun tərəfindən yazılan və xx.xx.2018-ci ildə 5993 reyestr nömrəsi ilə təsdiq edilən ərizənin ləğv etdirilməsi barədə müraciəti olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, hədiyyə verənlər X9, X4, X7 Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 1127A saylı bağ evinin yerləşdiyi torpaq sahəsindən hər biri ayrı-ayrılıqda 1/6 hissəni hədiyyəa alan Cavabdeh2 bağışlamışlar. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MTK ilə payçı Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, müqavilənin «1.1» bəndində göstərilənlərə əsaslanaraq Nərimanov rayonu, 942-943-cti məhəllə, S.Rəhman küçəsi 11 ünvanda, 22 mərtəbəli yaşayış tikintisi başa çatdıqdan sonra həmin binanın, 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi faktiki olaraq 121,0 m2 təşkil edən 3 otaqlı, 36 saylı mənzili «Kooperativ» «Payçı» ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcm və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin mənzilləri qəbul etməyi öz öhdələrinə götürürlər. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında əldə olunmuş razılığa əsasən Cavabdeh2 Cavabdeh1 MTK-də ona məxsus payın iddiaçıya verilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə əsasında Cavabdeh1 MTK iddiaçının adına rəsmiləşdirmiş, daha sonra Cavabdeh2 həmin ərizənin ləğv edilməsi barədə müraciətinə əsasən MTK həmin payı onun adına bərpa etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh2 verilməsi barədə Cavabdeh1 MTK-nın ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli mənzil MTK-nin qərarı ilə iddiaçının adına rəsmiləşdirildiyindən onun hər hansı formada iddiaçının razılığı və iradəsi olmadan özgəninkiləşdirilməsi qanuni hesab edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyasının mülkiyyət hüquqlarının müdafiəsinə aid müddəaları (İ saylı Protokolun 1-ci maddəsi) mülkiyyətçinin və mülkiyyətçi olmayan şəxsin hüquqlarının dövlət tərəfindən tanınması, qorunmasını və müdafiəsini özündə təsbit etmişdir. Məhkəmə Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh2 verilməsi barədə Cavabdeh1 MTK-nın ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarını iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozan kimi qiymətləndirir və onun ləğv edilməsi qənaətinə gəlir. Məhkəmə sonda qeyd edir ki, hüquqda razılığın geri alınması kimi anlayış yoxdur, çünki bu hüquqi sabitliyin pozulmasına gətirib çıxara bilər. Bu səbəbdən cavabdehin razılıq ərizəsinin ləğv edilməsinə əsaslanıb çıxarılan qərar qanuni hesab edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh2 verilməsi barədə Cavabdeh1 MTK-nın ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1216/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1216/2020
13.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver