Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1228/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X9 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi (əri) Əyyubov Dilqəm Vəli oğlunun, Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və "xxxx" BOKT MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra və Probasiya şöbəsi göstərilməklə) qarşı X3 protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və "xxxx" BOKT MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra və Probasiya şöbəsi göstərilməklə) qarşı X3 protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə dair cavabdeh Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 21/01 nömrəli “X1 saxlayana İpoteka Predmetini əldə edilməsi üçün X3 Protokolun” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1303/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Əyyubov Dilqəm Vəli oglu və İddiaçı qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, BAKUO-327-3902 saylı, xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 ABŞ dolları məbləğində əsas borc, 10544,38 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 35185,48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının Əyyubov Dilqəm Vəli oğlu və İddiaçı müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi, "xxxx" BOKT MMC- ilə X5 arasında bağlanmış BAKUO ***-**** saylı, xx.xx.2015-ci il tarixli razılaşmaya xilam verilməsi, BAKUO ***-**** saylı, xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709,80 ABŞ dolları məbləğində əsas borc, 5605,75 ABŞ dolları məbləğində faiz borcu, 7500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 35815,55 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının cavabdehlər Əyyubov Dilqəm Vəli oğlu və İddiaçı müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin Əyyubov Dilqəm Vəli oğlu və İddiaçı müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi, tələbin İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 60000 manat məbləğində olmaqla, açıq hərracdan satılması və həmin əmlakın satışından əldə edilən vəsaitdən "xxxx" BOKT MMC-yə olan borcun ödənilməsi, fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay müddətinə boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1303/2018 saylı qətnaməsinin qismən dəyişdirilməsi, tərəllər arasında bağlanmış BAKUO-327-4882 saylı, xx.xx.2015-ci il tarixli razılaşmaya xitam verilməsi, sığorta haqqına görə iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada 287,66 manatın tutulması, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BAKUO- 327-4882 saylı, xx.xx.2015-ci il tarixli razılaşmaya görə cavabdehlərdən dəbbə puluna görə 300 ABŞ dollarının, xx.xx.2015-ci il tarixli razılaşmaya görə isə, 500 ABŞ dollarının tutulması və ipoteka predmeti olan fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməmsinin Mülki Kollegiyasının 2(102)-2326/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə Əyyubov Dilqəm Vəli oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru ipoteka predmeti olan əmlakın hərracdan satılması üçün xx.xx.2020-ci il tarixli məktubla Respublika Xammal və X8 Mərkəzi "xxxx" MMC-yə sifariş vermişdir. Hərrac Təşkilatı tərəfindən birinci hərracın keçirilməsi ipoteka predmetinin ilkin satış qiymətinin 110000 manat olmaqla xx.xx.2020-ci il tarixə təyin edilmiş, Abşeron rayon icra və probasiya şöbəsinə, "xxxx" BOKT MMC, İddiaçı və Əyyubov Dilqəm Vəli oğluna bu barədə guya xx.xx.2020-ci il tarixli bildiriş göndərilmiş, “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan verilmişdir. Birinci hərrac baş tutmadığına görə təkrar hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 15 faiz azaldılaraq, 93500 manat müəyyən edilmiş, hərrac barədə guya xx.xx.2020-ci il tarixli bildiriş göndərilmiş, “Birja yenilikləri” qəzetinin 21-xx.xx.2020-ci il tarixli nömrəsində elan verilmişdir. Təkrar hərrac da, baş tutmamış, bu barədə guya “Birja yenilikləri” qəzetinin 06-xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Həmçinin, hərrac təşkilatı tərəflərə, icra məmuruna xx.xx.2020-ci il tarixli məktub göndərərək, təkrar hərracın baş tutmadığı bildirilmiş, ipoteka saxlayana ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni, 70125 manata almağı təkilf etmişdir. İpoteka saxlayan "xxxx" BOKT MMC ipoteka predmetini əldə etmiş, bu barədə X3 xx.xx.2020-ci il tarixli “protokol” tərtib olunmuşdur. Fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi üzərində "xxxx" BOKT MMC-nin “mülkiyyət hüququ” xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla yanaşı, iddiaçı Əyyubov Dilqəm Vəli oğlu cavabdehlər “TBC Kredit Kredit “Bokt MMC-yə və Respublika Xammal və X8 Mərkəzi "xxxx" MMC-yə qarşı (Abşeron rayon İcra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) məhkəmədə iddia qaldıraraq, hərrac təşkilatının tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 21/01 nömrəli “X3” protokolun etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3298/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11347/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin yuxarıda sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3362/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin yuxarıda sözügedən qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-402/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası öz rəyində qeyd etmişdir ki, ƏİV seriyalı, 125177 və 125178 nömrəli, xx.xx.2020-ci il tarixli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun kserosurətlərirdə “Əyyubov” soyadlarından aşağıda əks olunan imzalar-iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1911/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh "xxxx" BOKT MMC-nin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin yuxarıda sözügedən qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (əri) Əyyubov Dilqəm Vəli oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək, mülki iş üzrə yekun məhkəmə aktı olan qətnamə qəbul edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Digər cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, 2(013)-6590/2022 saylı mülki işin 43-cü vərəqəsində olan ƏİV seriyalı, 125177 və 125178 nömrəli xx.xx.2020-ci il tarixli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun kserosurətlərində “Əyyubov” soyadlarından aşağıda əks olunan imzalar – Əyyubov Dilqəm Vəli oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3362/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Əyyubov Dilqəm Vəli oğlunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11347/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-402/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3298/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası öz rəyində qeyd etmişdir ki, ƏİV seriyalı, 125177 və 125178 nömrəli, xx.xx.2020-ci il tarixli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun kserosurətlərirdə “Əyyubov” soyadlarından aşağıda əks olunan imzalar-iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1911/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh "xxxx" BOKT MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-402/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilməmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə dair açıq hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 15:15-15:25-dək təyin edilmişdir. Əmlakın satış qiyməti 110000 manat müəyyən edilmişdir. X4 Vəli oğlu və İddiaçı ünvan 2 ünvanına göndərilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə dair açıq hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakın satış qiyməti 15% aşağı qiymətlə 93500 manat müəyyən edilmişdir. X4 Vəli oğlu və İddiaçı ünvan 2 ünvanına göndərilmişdir; "xxxx" MMC tərəfindən Əyyubov Dilqəm Vəli oğlu, İddiaçı və "xxxx" BOKT MMC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2020-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 70125 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. X7 Vəli oğlu və İddiaçı ünvan 2 ünvanına göndərilmişdir; “Birja yenilikləri” qəzetin 17-xx.xx.2020-ci il tarixli, 201(201) nömrəli, 21-xx.xx.2020-ci il tarixli, 206(206) nömrəli və 06-xx.xx.2020-ci il tarixli, 208 (208) nömrəli tirajlarının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə dair açıq hərracın keçirilməsi və hərracın baş tutmaması elan edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin İddiaçı və Əyyubov Dilqəm Vəli oğluna ünvanladığı 124608 və 124609 nömrəli bildirişlərin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “ünvan bağlıdır” poçt qeydi olmuşdur; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin İddiaçı ünvanladığı bildirişin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “Əyyubova” soyadlı şəxs 125177 nömrəli bildirişi imza edərək qəbul etmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Əyyubov Dilqəm Vəli oğluna ünvanladığı bildirişin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “Əyyubov” soyadlı şəxs 125178 nömrəli bildirişi imza edərək qəbul etmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin İddiaçı və Əyyubov Dilqəm Vəli oğluna ünvanladığı 125478 və 125479 nömrəli bildirişlərin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “ev satılıb” poçt qeydi olmuşdur; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra şöbəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair protokola əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi ipoteka saxlayan “TBC Kredit» BOKT MMC əldə etmişdir. Hazırda iddiaçı hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək hərracın nəticələrinin ləğv edilməsini tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş, iddiaçının ünvanına göndərilmiş məktub xx.xx.2020-ci il tarixdə “ünvan bağlıdır” poçt qeydi ilə geri qaytarılmışdır. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetin 17-xx.xx.2020-ci il tarixli 201 (201) nömrəli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2020-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlaklar 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə “Əyyubov” və “Əyyubova” soyadlı şəxslər bildirişləri imza edərək qəbul etmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin 21-xx.xx.2020-ci il tarixli, 206 (206) saylı buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan "xxxx" BOKT MMC-yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almağı təklif etmişdir. Göründüyü kimi, əmlakın açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. “F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Mövcud qanunvericilik normalarına uyğun olaraq hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, iddiaçı X3 protokolun COVİD-19 vurusla əlaqədar pandemiya vaxtı, yəni ölkə ərazisində izolyasiya olan zaman aparıldığını və bunun qanunsuz olduğunu qeyd edir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublkikası Səhiyyə Nazirliyi “Respublika Gigyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsin sorğuya cavab məktubunda hərrac mərkəzlərinə fəaliyyətləri ilə əlaqədar hər hansı qadağa qoyulmamışdır. Məhktubda sadəcə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydaları işlənib hazırlanmalı olması qeyd edilmişdir. Bu hal X3 protokolun etibarsız hesab edilməsi üçün əsas deyildir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilməmiş, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Bununlada iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və "xxxx" BOKT MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra və Probasiya şöbəsi göstərilməklə) qarşı X3 protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və "xxxx" BOKT MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra və Probasiya şöbəsi göstərilməklə) qarşı X3 protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2(005)-1228/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1228/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver