Məhkəmə qərarları › İş №2(005)-123/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-123/2025

24.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-123/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Süleyman (Rzayeva) Gülnar Tofiq qızının Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qızıl-zinət əşyalarının geri qaytarılması və ya onların dəyərinin ödənilməsi” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 və nümayəndəsi və vəkili Vəkil2 Hüseyn qızının iştirakı ilə, İddiaçı Süleyman (Rzayeva) Gülnar Tofiq qızının Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının geri qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a)Tələb: İddiaçı Süleyman (Rzayeva) Gülnar Tofiq qızı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının geri qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus qızıl «Tissot» markalı saat və ya onun dəyəri olan 800 manatın, Türkiyə istehsalı komplekt briliyant qaşlı qızıl dəsti (sırğa, boyunbağı, qolbaq) və ya onun dəyəri 7500 manatın, Türkiyə istehsalı tək briliyant qaşlı qızıl üzük (ZEN firmasının istehsalı) və ya onun dəyəri olan 1500 manatın, Türkiyə istehsalı dördqaşlı sadə qızıl üzük və ya onun dəyəri olan 1700 manatın və Rusiya istehsalı nazik qızıl boyunbağının və ya onun dəyəri olan 100 manatın, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 124,80 manatın Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Süleyman (Rzayeva) Gülnar Tofiq qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, çəkisi 50 qram, briliyant qaşların çəkisi 12 karat, əyarı 750 olan briliyant qaşlı qızıl materialdan hazırlanmış komplekt dəstin və ya onun dəyəri olan 7.500 manatın, çəkisi 5 qram briliyant qaşlarının çəkisi 0,6 karat, əyarı 750 olan təkqaş qızıl nişan üzüyünün və ya onun dəyəri olan 1.500 manatın, çəkisi 10 qram, üzərindəki briliyant qaşların çəkisi 2 karat, əyarı 750 olan rəngli dördlü qızıl üzüyün və ya onun dəyəri olan 1.700 manatın, Rusiya istehsalı nazik qızıl boyunbağının və ya onun dəyəri olan 100 manatın, istismar müddəti iki il olan Tissot markalı qızıl materialdan hazırlanmış saatın və ya onun dəyəri olan 800 manatın, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 124,80 manatın Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları xx.xx.2018-ci il tarixində Bakı şəhərində qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə X17 və xx.xx.2021-ci il tarixində X15 uşaqları doğulmuşdur. Daha sonra aralarında olan narazılıqlara görə ayrılmaq qərarına gəlmişdirlər və bununla bağlı Cavabdeh iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(049)-1646/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdehla olan nikahları pozulmuş, azyaşlı uşaqların isə hazırki iş üzrə iddiaçının yanında qalması müəyyən edilmişdir. Bildirmək istəyir ki, cavabdehlə ailə qurduğu vaxt cavabdeh və onun ailəsi tərəfindən ona qızıl zinət əşyaları hədiyyə edilmiş, lakin cavabdehlə ayrıldıqdan sonra dəfələrlə həmin qızıllarını cavabdeh və onun ailə üzvlərindən tələb etsə de, sonuncu həmin qızıl-zinət əşyalarını ona qaytarmamışlar. Belə ki, xx.xx.2018-ci ildə qız toyu, xx.xx.2018-ci ildə isə oğlan toyu olmuş aşağıdakı qızıl zinət əşyaları məhz qız toyunda ona hədiyyə edilmişdir: 1) qızıl «Tissot» markalı saat 2) Türkiyə istehsalı komplekt briliyant qaşı qızıl dəsti (sırğa, boyunbağı, qolbaq) 3) Türkiyə istehsalı briliyant qaşlı qızıl üzük (formasına görə el arasında «darojka» deyilir) 4) Türkiyə istehsalı dördqaşlı sadə qızıl üzük (elçi gələndə verilmişdir) 5) Rusiya istehsalı qızıl nazik boyunbağı -qiyməti 100 manat 6) Türkiyə istehsalı tək briliyant qaşlı qızıl üzük. Oğlan toyundan sonra, yəni xx.xx.2018-ci ildən sonra Bakı şəhəri, Nərimanov rayonunda yerləşən kirayə evə köçmüş, həmin ilin avqust ayına kimi cavabdehlə həmin evdə birgə yaşamışlar. Həmin evdə yaşadıqları dövrdə ona hədiyyə edilən qızıl zinət əşyaları özündə olmuşdur. Lakin 2018-ci ilin avqust ayında cavabdehlərin valideynlərinin evinə köçmüş və orada yaşamağa başlamışlar. Bir müddət mehriban yaşasalar da, sonradan, yəni 2019-cu ilin oktyabr ayında qaynanası və baldızı ilə aralarında narazılıq olmuş, həmin şəxslər tərəfindən döyülmüşdür. Bundan sonra Lənkərana, atası evinə qayıtmaq istəyəndə, qaynatası Zeyqəm Süleymanov ona gedəcəyi təqdirdə ona hədiyyə verilən qızıl-zinət əşyalarını da evdə qoyub getməsini bildirmişdir. O da qızıl zinət əşyalarını həmin evə qoyub çıxıb etmişdir. 2019-cu ilin dekabr ayında cavabdehlə barışmış, yenidən cavabdehin və valideynlərinin yaşadığı ünvan 1 ünvanında yerləşən evə qayıtmışdır. Evə qayıtdıqdan sonra ona verilən qızıl-zinət əşyalarının otağında yerləşən şkafında olmadığını görmüşdür. Qızılların harada olması barədə Cavabdehovdan soruşmuş, sonuncu isə o evdə olmadığı üçün həmin qızılları yığışdırıb bir yerdə saxlamışlar ki, itməsin. Cavabdehdən bir neçə dəfə qızılları istəmiş, lakin cavabdeh ona hara gedirsən ki, qızılları istəyirsən, nəyinə lazımdır qızıllar deyə cavab vermişdir. O da mübahisə yaranacağı təqdirdə döyüləcəyi qorxusundan Vüqara heç nə deməmişdir. 2020-ci ilin mart ayında cavabdehin dayısı oğlu Turalın toyuna gedərkən, Vüqar istifadə etmək üçün qızılları ona vermiş, toydan sonra isə həmin qızılları cavabdeh ondan almışdır. Dəfələrlə bu hallar təkrarlanmışdır. O da evdə problem yaranmasın deyə, qızıllarının ona qaytarılmasına israr etməmişdir. İİ hamiləlik dövründə, yəni 2020-ci ilin aprel ayında ağrıları olduğu üçün 2 ay xəstəxanada yatmış, onu uzanmaq şərtilə evə buraxmışlar. Lakin qaynanası onun hamilə olduğunu nəzərə almadan iş görməyə vadar etmiş, o da mübahisə yaranmasın deyə məcbur qalıb ev işlərini görmüşdür. Lakin buna baxmayaraq evdə hər gün mübahisə, dava-dalaş olmuş, qaynanası və baldızı cavabdehi onun üzərinə salaraq onu döydürmüşlər. Sonra ata evinə qayıtmağa qəti şəkildə qərar vermişdir. 2020-ci ilin avqust ayında anasına zəng edərək, gəlib onu aparmalarını istəmişdir. Bundan sonra anası, dayısı, dayısının dostu və dayısının arvadı cavabdehin yaşadığı evə gəlmiş və o da əşyalarını yığışdırmaq üçün öz otağına getmiş, bu zaman qaynatası X7 və qızı Nigara göstəriş verərək ona verilən hədiyyələri aparmaması üçün yığdığı əşyalara nəzarət etməsini bildirmişlər. Vüqar və Nigar onun otağına gəlmiş onun çantasını əlindən alaraq boşaltmış, lakin cavabdeh və onun ailəsi tərəfindən ona verilən hər hansı əşyaların onun çantasında olmadığını görmüşlər. Dayısı arvadı Məlakə də bunun şahidi olmuşdur. Bundan sonra bir daha həmin evə getməmiş və orada yaşamamışdır. Daha sonra cavabdehlə bir daha barışmış, barışdıqdan sonra Bakı şəhəri, 20 Yanvar dairəsində kirayə evdə birlikdə yaşamışlar. Həmin qızıl-zinət əşyalarından ona yalnız nişan üzüyü, yəni briliyant qaşlı qızıl («darojkra» adlanan) üzük qaytarılmışdır. Daha sonra yenə də cavabdehlə aralarında narazılıqlar olmuş və ayrılmışlar. İddia tələbinin həqiqiliyi toy mərasimi zamanı çəkilmiş fotoşəkillər, şahidlər X8, onun arvadı X9, dayısı Əhmədin dostu Məhəmməd Heydərov və anası X3 ifadələri təsdiq edir. Belə ki, qeyd olunan əşyaların mövcudluğu və iddiaçıya hədiyyə verilməsi məhkəmə iclasında tədqiq ediləcək həmin sübutlarla öz təsdiqini tapacaqdır. Lakin həmin əşyaların onun tərəfindən aparılmamasını o, necə sübut edə bilər, cavabdeh həmin halı sübuta yetirməlidir ki, əşyalar məhz onun tərəfindən aparılmışdır. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh nümayəndəsi X5 iddia tələbi ilə bağlı yazılı qaydada təqdim etdiyi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehdən tələb olunan qızıl-zinət əşyaranın dəyəri yalnız iddiaçının heç bir sübuta söykənməyən, həqiqətə uyğun olmayan məlumatları və toyda çəkilən fotoşəkillər əsasında mütəxəssis tərəfindən müəyyən edilmişdir. Halbuki, iddiaçı həmin qızıl-zinət əşyalarının əyarı, kütləsi, üzərindəki qaşların istehsal yeri, sayı, ölçüləri, növü, keyfiyyəti, mənşəyi, təmizliyi və sair barədə məlumatları təsdiq edən mötəbər sübutları nə məhkəməyə nə də mütəxəssisə təqdim etməmişdir. Belə olan halda, həmin qızılların qeyd olunan əyarda, kütlədə, qaşların karatda və dəyərdə olmasının məhkəmə tərəfindən qəbul və təsdiq edilməsi qanuna ziddir. Hazırki etiraza əlavə etdiyimiz tək bir sənəd qızıl-zinət əşyaları barəə, habelə "Tissot" markalı saat barədə iddiaçının məhkəməyə və ekspertizaya həqiqəti əks etdirməyən məlumatlar ötürdüyünü, əşyaların əyarı, kütləsi, qaşların karatı, eləcə də digər məlumatların şişirdildiyini təsdiq edir. Belə ki, cavabdehin bacısı X1 fəaliyyət göstərən "ZEN" firmasının müştərisi olduğu üçün ona həmin firmanın mağazasından ********** No-li endirim kartı verilmişdir. İddianın predmetlərindən olan 1 ədəd qızıl təkqaş üzük məhz bu endirim kartından istifadə edilərək alınmışdır. Sözügedən üzüyün pasportunun bu günlərdə Nigarın zinət əşyalarının sənədləri arasında olduğu məlum olmuşdur. Pasportdan görünür ki, həmin qızıl üzüyün əyarı, kütləsi, brilyant qaşların karatı heç də iddiaçının idda etdiyi göstəricilərə uyğun deyil. Belə ki, həmin pasportun şəklindən məlum olur ki, “ZEN" firmasının istehsalı olan 1 ədəd qızıl üzük 585 əyarlı (türkiyə versiyası – 14 gold) və 3.16 qram çəkidə olmuşdur. İddiaçının tələb etdiyi dörd qaşlı (rəngli) qızıl üzüyün də əyarını da bilərəkdən 14 (585) deyil, daha yüksək olaraq 750 kimi göstərmişdir. Ailə fotolarından da göründüyü kimi iddiaçının barmağında olan həmin üzük, iddiaçının bildirdiyi kimi 10 qram deyil, təqribən 3 qramdır, üzərindəki qaşlar da ölçüyə gələcək qədər deyil və cavabdehin atası tərəfindən Türkiyədən alınmışdır və bu məsələ məhkəmənin hazırlıq iclaslarının birində cavabdehin atasi və səlahiyyətli nümayəndəsi Zeyqəm Süleymanov tərəfindən səsləndirilmişdir. Brilyant qaşlı qızıl dəstin (sırğa, boyunbağı və qolbaq), kütlsi 50 qramvə və əyarıda 750 olmamışdır. Bela ki,həmin qizi dest cavabdehin atası tərəfindən Türkiyedə alınmışdır. "Fizıki şəxslər tarafindən Azarbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilmə Qaydalan"na görə, qlyməti daşdan hazırlanmış məmulatları keçirən şəxs bu baradə gömrük orqanını bəyannamə təqdim etməklə məlumatlandırmalıdır. Lakin həmin qızıl dəst gömrükdən keçirilmədiyii üçün belə bir bəyannamənin yazılmasına zərurət də olmamışdır. çünki həm çəkisi 20 qramdan artıq olmamışdır, həm də üzərindəki qaşlar bəyannaməyə tabe tutulacaq qədər olmamışdır. Bundan əlavə, həmin qızıl dəstin üzərində olan qaşların 12 karatda (ölçüdə) olması da həqiqətə uyğun məlumat deyildir. İddiaçı, məhkəməyə ünvanladığı müraciətlərində qeyd edir ki, həmin qızılların əyarı, kütləsi, üzərində olan qaşların karatı barədə qızıl satışı ilə məşğul olan mağazadan götürmüşdür. Lakin bu zaman məlümatları götürdüyü nə mağazanın adını, nə də ki, analoq kimiəsas götürdüyü qızılların fotolarını məhkəməyə təqdim etməmişdir. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, cavabdehdən tələb etdiyi qızıl-zinət əşyalarının iddia ərizəsində və iddianın dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunan əyarda, kütlədə, karatda olmasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İş üzrə "xxxx" MMC-nin verdiyi rəy isə həmin məlumatlara əsaslanaraq, bu əşyaların hazırki bazar dəyərinin müəyyən edilməsi barədədir ki, bu vəziyyətdə həmin rəy hazırki iş üzrə sübut növü kimi qəbul edilməməlidir. Çünki, iddiaçının təqdim etdiyi məlumatlar əsasında dövlət qurumu olan Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi biliyə malik olan eksperti tərəfindən qızıl-zinət əşyalarının qiymətləndirilməsindən imtina etdiyi halda, eyni məlumatlar üzrə qiymətləndirməni aparan mütəxəssisin verdiyi rəy düzgün və əsaslı hesab edilə bilməz. Həmin mütəxəssis rəyi hər hansı əsasa söykənmir, bu rəydə qızıl-zinət əşyalarının fərdi əlamətləri tam əksini tapmamışdır. Qızıl-zinət əşyalarının güya cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı isə aşağıdakıları bildiririk. İddiaçı cavabdehlə birlikdə cavabdehin valideynlərirnin evində yaşamış, onun həmin evdə ayrıca otağı olmuşdur. Adları sadalanan qızıl-zinət əşyaları və saat da iddiaçıya hədiyyə olunduğu vaxtdan daimi olaraq iddiaçının özünün sahiblik və istifadəsində olmuşdur. 2018-ci ilin oktyabr ayında heç bir səbəb olmadan və heç kimə xəbər vermədən, özbaşına olaraq 4 aylıq övladını da götürərək evdən getmək istərkən qayınanası ona mane olmuşdur. Elə həmin gün Gülnar yazılı şəkildə bildirmişdir ki, "evdən getməyinin səbəbi həyat yoldaşı ilə yola getməməsidir, boşanmaq istəyir, ailəyə heç bir iradı yoxdur", daha sonra isə bildirmişdir ki, "uşağı sərbəst böyütmək istəyir". Gərginliyin azaldılması məqsədi ilə Gülnar anasının yanına, Lənkərana aparılmışdır. Bundan sonra Gülnar ərinin və onun digər qohumlarının telefonunu bloklamış, uşağı atasından və qohumlarından qeyri-qanuni şəkildə gizlatmiışdiır.Uşağını görrmək üçün defetarte Lənkərana Cavabdeh de gedən cavabdehə qapını açmamış, telefonlarına cavab verməmişdir. məcburiyyət qarşısında qalaraq bu barədə Lənkəran rayon polis idarosinə müraclət etmişdir. Bundan sonra iddiaçı və onun anası Yasəmən İncini aradabir atasına göstərməyə razı olmuşlar. Təxminən iki aydan sonra isə Gülnar peşman olduğunu bildirmiş. Vüqardan və ailəsindən üzr İstəyərək ərinin yanına qayıtmış və bir yerdə Vüqarın valideynlərinin yanında yaşamağa davam etmişlər. İddiaçı 2018-ci ilin oktyabr ayında anasının yanına aparıldığıərəfədə o, no cavabdeh. nə də onun anası və bacısı tərəfindən döyülməmiş, iddlaçıya aid qızıllar ondan alınmamışdır. Əks halda ali hüquq təhsilli olan iddiaçı, Lənkəran şəhərində anasının yanında sərbəst qaldığı 2 ay ərzində bu barədə hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Lakin döyülmə və qızılzinət əşyalarının iddiaçıdan alınması faktı olmadığına görə, sonuncunun hüquq mühafizə orqanlarına belə bir müraciəti də olmamışdır. Qeysəriyyə əməliyyatı ilə doğuş olduğu üçün həkimlərin heç bir xəbərdarlığını nəzərə almayan cavabdehin qısa müddətdən sonra təkraren hamilə qaldığı bilinmiş və ona qarşı daha diqqəllə davranılmışdır. Lakin hamiləliyin ikinci trimesterində cavabdehdə uşaqlıq qanaması başlamışdır. Covid 19 dövrü olduğu üçün Vüqarın valideynləri şəxsi münasibətlərindən istifadə edilərək cavabdehi təcili şəkildə Biləcəri dəmir yolu xəstəxanasının müvafiq şöbəsinə yerləşdirmiş və orada bir ay ərzində stasionar şəraitdə múalicə almasını təmin etmişlər. Beləliklə həm ananın, həm də dölün sağlamlığı qorunub saxlanmışdır. Daha sonra isə cavabdeh hər ay planlı şəkildə həkim müayinəsindən keçirilmişdir, hamiləliyin gedişinə ciddi nəzarət təmin olunmuşdur. Bu qədər qayğı və diqqətə baxmayaraq həmin ərəfələrdə cavabdehin davranışında ətrafdakılara qarşı qeyri-adekvat hərəkətlər görünməyə başlamışdır, cavabdeh tez-tez əhəmiyyətsiz mübahisələr yaratmış, yersiz kaprizlər və aqressivlik nümayiş etdirmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı öz təşəbbüsü ilə və gizlin şəkildə anası və digər qohumlarını yaşadığı evə dəvət etmiş və evdən getmək istədiyini bildirmişdir. Gələn qohumlar cavabdehin 7 aylıq hamilə vəziyyətində olmasını nəzərə almadan onu müxtəlif bəhanələr ilə ər evindən aparmış və bu zaman iddiaçı və azyaşlı övladına aid bütün sənədləri, bütün şəxsi əşyaları, iddiaçıya və uşağa verilmiş bütün hədiyyələri də götürmüşlər. İddiaçı iddia ərizəsində göstərir ki, o, əşyalarını yığmaq üçün öz otağına geçmiş, bu zaman qayınatasının göstərişi ilə cavabdeh və baldızı onun otağına gəlmiş, ondan çantasını əlindən alaraq boşaltmış, lakin çantada cavabdeh və ya onun valideynlərinin verdiyi hər hansı hədiyyənin olmadığını görmüşlər. Bildiririk ki, iddiaçı bu halı qeyd etməklə 2018-ci ilin oktyabr ayında güya ona aid qızılların ondan məcbur alınması barədə bildirdiklərini təkzib etmişdir. Çünki, qızıl-zinət əşyalarından və "Tissot" markalı saatdan başqa, cavabdeh və ya onun valileynləri tərəfindən qadın əl çatntasına sığışacaq başqa əşya iddiaçıya hədiyyə verilməmişdir. Əgər qızıllar iddiaçıdan 2020-ci ilin oktyabr ayında alinıb, sonradan da qaylanlimamışdirsa, bu haida, 2020-ci in avqust ayinda iddiaçının çantasının yoxlanılmasına təkzib nə zeruret verdır ki? Goründüya kimi, iddiaçı özü özüna etmiş, qızılların güya 2018-ci ilin oktyabrayından ondan alınması və nişan üzüyü istisna olmaqla digərlərinin bir daha ona qaytarilmaması baradə iddia ərizəsində yalan məlumatar göstərmişdir. Digər tərəfdən iddiaşıya tələb etdiyindən əlavə bir çox başqa qızıl-zinət əşyaları alınmış da verilmişdir. Necə olur ki, qızılların bir qismi iddiaçıda olur,bir qismi isə ondan olur. Qızıllar iddiaçıdan alınıbsa hamısı niyə alınmayb? Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd edir ki, evdə mübahisə yaranmaması üçün o, qızılları cavabdehən tələb etməmişdir. Bunu qeyd edən iddiaçı eyni zamanda bildirir ki, evdə hər gün mübahisə, dava-dalaş olmuş, cavabdeh onu döymüşdür. Göründüyü kimi, iddiaçının göstərdikləri hallar biri-birini təkzib etməklə həqiqəti əks etdirmir. Cavabdeh iddiaçını heç vaxt döyməmişdir. Əksinə iddiaçı özü cavabdeh və onun qohumlarına qarşı aqressiv olmuş,o, əsassız səbəblərdən evdə mübahisələr yaratmışdır. Hazırki etiraza əlavə olunmuş SD diskdəki videoyazıdan görünür ki, 2020-ci ilin dekabr ayında iddiaçı və cavağdeh birlikdə Bakı şəhərinin 20 Yanvar adlanan ərazidə kirayədə yaşadıqları evdə iddiaçı cavabdehə bıçaqla hücum etmiş, ona dırnaqları ilə xəsarət yetirmişdir. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində izahatı alınmış iddiaçı bildirmişdir ki, bıçaqla Vüqarın üzərinə getməsinde ounu niyyəti Vüqarı vurmaq deyil, qorxutmaq olmuşdur. Həmin vaxt Gülnarın Vüqara bədən xəsarətlərini (sağ saidin və sol bazunun sıyrıqları) yetirməsi Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Yasamal Rayon Şöbəsinin 1013 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə də təsdiq olunmuşdur. İddiaçının hərəkətlərində cinayət əməllinin əlamətləri olsa da cavabdeh ailəsinin saxlanılması üçün şikayətindən imtina etmiş, 29-cu PB-də xx.xx.2021-ci il tarixdə toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bütün bu göstərilənlər onu təsdiq edir ki, iddiaçı heç də döyülməyə, qızıllarının əlindən alınmasına boyun əyən şəxs deyil. İddiaçıya bu kimi hərəkətlər həqiqətən olunsaydı, o, bununla bağlı şikayətlər edərdi. Lakin keçən bu 4 il ərzində bu kimi şikayətlər olmamışdır. Çünki, iddiaçının bildirdikləri yalandır və qızılların ondan alınması görüntüsünü yaratmaq niyyəti dayışır. Bir daha bildiririk ki, iddiaçıya hədiyyə olunmuş qızıl-zinət əşyaları fasiləsiz olaraq iddiaçının özünün sahiblik və istifadəsində olmuş, 2018-ci ilin oktyabr ayında da, 2020-ci ilin avqust ayında da cavabdehlə birlikdə yaşadığı evdən gedərkən və ya daha əvvəllər ər evinə teztez gələn anası Yasəmənin vasitəsi ilə aparılmışdır. Bunlardan başqa, bildirilir ki, iddianın təmin edilməsi əsasını qızılların mövcudluğunun cavabdeh tərəfindən etiraf edilməsi faktı deyil, həmin qızılların cavabdehin qanunsuz sahibliyində olması faktı təşkil edir. Bu fakt da yuxarıda qeyd edildiyi kimi müəyyən edilməmişdir. Cavabdeh nümayəndəsi X5 xx.xx.2025-ci il tarixdə də eyni əsaslarla iddiaya etiraz edərək, həmçinin iddia müddətinin ötməsi səsəbindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 cavabdehin etirazının dəlillərinə münasibətdə ərizə ilə müraciət edərək bildirmişdir ki, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaya qarşı etirazın dəlilləri məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz; 1. Cavabdehin nümayəndəsi iddiada qeyd olunan qızılzinət əşyalarının mövcudluğu həm iddia qarşı etirazında, həm də məhkəmə iclasında verdiyi izahatında etiraf etmiş, lakin etirazının dəlili kimi evdən çıxarkən iddiaçının özü tərəfindən aparılması ilə əsaslandırmışdır. Halbuki, qeyd olunan halları sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür ki, cavabdeh də bununla bağlı məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmiş, təqdim edilmiş sübutlar isə İddiaçı evdən çıxarkən ona hədiyyə edilən qızıl-zinət əşyalarının özü ilə aparmasını təsdiq etmir.

2. Cavabdeh etirazında iddiaçıya digər qohumları tərəfindən hədiyyə verilmiş qızıl-zinət əşyalarının adlarını iddiada qeyd olunmamasını bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddia ərizəsində digər şəxslər yox, məhz cavabdehin ailə üzvləri tərəfindən ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Digər tərəfdən iddia ərizəsində də qeyd etdiyi kimi sonuncu dəfə cavabdehin ailə üzvlərinə məxsus evdən çıxarkən, yəni 2020-ci ilin avqust ayında cavabdehin atası (hazırda onun nümayəndəsi kimi işdə iştirak edən) Zeyqəm Süleymanov oğlu cavabdehə və qızı Nigara göstəriş verərək özləri tərəfindən ona verilən hədiyyələri aparmaması üçün yığdığı əşyalara nəzarət etməsini bildirmişlər. Sonuncular isə onun çantasına baxış keçirmişlər. Ümumiyyətlə o evdən çıxarkən cavabdehin ailə üzvləri tərəfindən ona hədiyyə edilən əşyaların, yəni iddia ərizəsində göstərilən əşyaların heç biri onda olmamışdır. 3. Bundan başa, etirazda qızıl-zinət əşyalarının iddiaçı olduğunu iddiaçı tərəfindən dolayısıyla etiraf edilməsi qeyd edilsə də, məhkəmənin nəzərinə çatdırır ki, iddia ərizəsində çavabdehin atasının cavabdeh və qızına ümumiyyətlə ona verilən bütün əşyaların aparılmamasına nəzarət edilməsindən gedir. Hazırki iddianın predmeti qızıl-zinət əşyaları olduğundan iddiaçı tərəfindən cavabdehin ailə üzvləri tərəfindən ona hədiyyə edilən digər əşyaların alınması ilə hər hansı məhkəmə mübahisəsi açmamışdır. Məhz iddia ərizəsinin qeyd edilən hissəsində cavabdehin atasının göstərişi ilə iddiaçının çantasına baxılması məsələsi qızıl zinət əşyaları ilə bağlı deyil, ümumiyyətlə ona verilən hədiyyələrlə bağlı olmuşdur. 4. Cavabdeh iddiaya qarşı etirazında Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-274/2021 №-li mülki işə baxılarkən iddiaçı tərəfindən qızıl-zinət əşyalarının aparıldığını dediklərini bildirmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd olunan hal da iddianın rədd edilməsi üçün əsas kimi qəbul edə bilməz. Belə ki, iddiaçı özü şəxsən onunla cavabdeh arasında olan məhkəmə çəkişmələrinin heç birində ona hədiyyə edilən qızıl-zinət əşyalarının özü tərəfindən aparıldığnı bildirməmişdir. Bunu cavabdeh və onun nümayəndəsi məhkəməyə verdiyi yazılı izahatlarında bildirmişlər. Bu da ona dəlalət edir ki, cavabdeh əvvəlcədən iddiaçının ona məxsus əşyaları tələb edəcəyini bilmiş, sanki özünə alibi yaratmaq üçün səy göstərmişdir. Başqa məhkəmə icraatında olan və həmin iş üzrə mübahisə predmeti olmayan hal üzrə cavabdehin bu formada izahat verməsinin səbəbi məhz onun gəcəkdə ona qarşı qaldırılacaq iddia ilə bağlı alibi yaratmaq cəhdləri kimi qiymətləndirilməlidir. İddiaya qarşı etirazda qeyd edilmiş məhkəmə aktlarında iddiaçının ona hədiyyə edilmiş və ona məxsus olan qızıl- zinət əşyalarını aparması işin müəyyən edilmiş halı kimi deyil, Cavabdeh apellyasiya şikayətinin, habelə iddiaya qarşı etirazının dəlilləri kimi göstərilmişdir ki, bu da hazırki iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, "Seymur" X4 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 aprel 2021-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyə əsasən Konstitusiya Məhkəməsinin Plenumu həmçinin işə baxan məhkəmələr tərəfindən qərar qəbul edilərkən istinad olunan məhkəmə qərarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqedən çıxış edərək bir daha qeyd edir ki, preyudisiallıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məçəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarı). Həmçinin Mülki Prosessual Məcəllənin 15.4-cü maddəsinə uyğun olaraq, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Nəzərə alınmalıdır ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (vəya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak eden şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir ("Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı). Lakin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı ve əvvəlki iş üzrə tərəflərin eyni olmadığına, iddiaçının əvvəl baxılmış iş üzrə işdə iştirak edən şəxs qismində iştirak etmədiyinə diqqət yetirməyərək Mülki Prosessual Məcəllənin 15.4, 82.3 və 233.3-cü maddələrini düzgün təfsir etməmiş və məhkəmə qərarının preyudisiallığı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeləri nəzərə almayaraq iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən, qanunla nəzərdə tutulmuş qaydada yoxlanılmamış və qiymətləndirilməmiş faktlara istinad etməklə müvafiq tələb irəli sürmək üçün subyektiv hüququnun olmadığını göstərməklə ərizəçinin mülkiyyət hüququnun pozulmasına səbəb olan qərar qəbul etmişdir. Göründüyü kimi cavabdehin etirazında qeyd olunan məsələlərlə bağlı məhkəmə aktları o halda sübut növü kimi qəbul edilə və iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilər ki, bu həmin məhkəmə aktlarının əsaslandırıcı hissəsində məhkəmə tərəfindən işin müəyyən edilmiş halı kimi nəzərdə tutulsun. Cavabdeh tərəfindən təqdim edilmiş həmin məhkəmə aktlarında qeyd olunan mübahisə predmeti isə ümumiyyətlə iddiaçıya məxsus qızıl-zinət əşyalarının alınması, aparılması, və ya gətirilməsi ilə bağlı olmamışdır. Məhkəmə aktlarında cavabdehin və ya onun nümayəndəsinin fikirlərinin dəlilləri kimi göstərilmişdir. 5. İddiaya qarşı etirazın dəlillərindən biri də iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi ilə bağlıdır. Bununla əlaqədar bildirir ki, əvvəla cavabdehin nümayəndəsi etirazın dəlillərin ilk öncə iddia müddətinin tətbiqini qeyd etsə də, daha sonra etirazında qeyd edilən mülki hüquq normalarının tətbiq edilməməli olmasını göstərmişdir. Hər bir halda onu qeyd etmək istəyir ki, hazırki iddianın predmeti mülkiyyətçi olan iddiaçının özünə məxsus əşyaların cavabdehdən yəni, qanunsuz sahibdən geri qaytarılması ilə bağlıdır. Qeyd olunan tələblər hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır və qanunvericiliyə əsasən həmin tələblərə iddia müddəti tətbiq edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə bu tələblərə iddia müddəti şamil edilmir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, bununla bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti də tətbiq edilə bilməz. Belə ki, qeyd olunan hüquq norması ər arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi ilə əlaqədardır ki, hazırki iddianın predmetini iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi deyil, iddiaçının özünə məxsus əşyaların cavabdehin qanunsuz sahibliyindən alınması ilə bağlıdır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti nikah pozulduqdan sonrakı müddətə aid edilir ki, tərəflərin nikahın 2023cü ilin sentyabr ayında pozulmuşdur. 6. İddiaya qarşı etirazın «digər hallar» bölməsində göstərdiyi xüsusatlar ümumiyyətlə hazırki iddianın predmetinə aid deyil. iddiaçının uşağının cavabdeh və onun ailə üzvləri ilə görüşdürməsi və yaxud görüşdürməməsi, bağlı cavandehin və ailə üzvlərinin iddiaçıya işgəncə verilməsi ilə hallara hazıki işin heç bir aidiyyəti yoxdur. 7. İddiaya qarşı etirazın dəlillərində qızıl-zinət əşyalarının qiymətlərinin olunan qızıl-zinət şişirdilməsi ilə bağlı fikirlərə münasibətdə bildirir ki, qeyd əşyalarını məhz cavabdeh və onun ailə üzvləri alıb ona hədiyyə etmiş, həmin əşyların qiymətlərini də məhz onlar özləri daha yaxşı bilirlər, qeyd olunan qiymətlərin şişirdilmiş olsaydı, cavabdeh bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmiş olardı. Lakin cavabdeh tərəfindən bununla bağlı hər hansı əks sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlarla bağlı yekun olaraq bildirmək istəyir ki, iddiaya qarşı etirazın cavabdeh hər hansı əsaslı sübuta istinad etməmiş, təqdim edilmiş sübutlar isə iddianın rədd edilməli olmasına ümumiyyətlə aidiyyəti yoxdur. Buna görə də iddia əsaslı olduğundan təmin edilməli, iddia ərizəsində göstərilən İddiaçı məxsus qızıl-zinət əşyaları və ya onların dəyəri Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi barəde qətnamə çıxarılmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, evdən çıxan zaman qızıl zinət əşyalarını götürməmişdir. Evdən çıxan zaman keçmiş həyat yoldaşının bacısı çantasını boşaldaraq qızıl-zinət əşyalarını çantasına qoyub-qoymadığını yoxladı. Onlar onun otağına icazəsiz formada girib çıxırdılar və qızılların otaqdakı şkafda olduğunu bilirdilər. Keçmiş baldızı qızılların əl çantasında olmadığını görən zaman dərhal şkafı açıb qızılları oradan götürdü və digər otağa qoydular və otağın qapısını kilitlədilər. İddiaçı ata evinə gedən zaman qızıllarını şkafından götürüb başqa otağa qoyurdular. Sonuncu dəfə evdən çıxan zaman qaynatası yoldaşı ilə baldızına demişdir ki, çantasını yoxlasınlar. Hətta yoldaşı ona əl qaldırmağa çalışdı, lakin dayısının arvadı keçmiş yoldaşının önünə keçərək icazə vermədi və həmin zamanda iddiaçı hamilə idim. Çantasını yoxlayan zaman gördülər ki, çantada qızıllar yoxdur. Tez şkafdan götürüb başqa otağa apardılar və qapını da kilitlədilər. İlk dəfə uşaq tələbində gördü ki, qızıl zinət əşyalarının iddiaçının özü ilə apardığını qeyd ediblər. Dərhal keçmiş həyat yoldaşına zəng edib niyə ona şər-böhtan atdıqlarını soruşmuşdur. Bilirdi ki, həmin ərizəni atası yazıb. Vüqar da məlumatı olmadığını və ailəsi ilə məsələni dəqiqləşdirib ona məlumat verəcəyini bildirdi. 5- 10 dəqiqə sonra zəng edib dedi ki, guya sadəcə qulağındakı sırğanı və barmağındakı üzüyü nəzərdə tutublar. Ondan sonra onların çoxlu məhkəmə mübahisələri olmuşdur və başı qarışdığı üçün məhkəməyə müraciət etməmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçının barmağındakı 5 qaş üzüyü də o, almışdır. Əgər istəsəydi tək qaşlı üzüyü verərdi, mərhəmətli davranıb 5 qaş üzüyü vermişdir. O qədər qızıllar verilib iddiaçıya, heç nəyini əksik etməmişdirlər. Ziyalı ailə olaraq ona normal münasibət göstərmişdirlər. İddiaçı sonradan özü evdən qaçmağa başlamışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Hüseyn qızı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçı cavabdehin qohumları tərəfindən təqdim etdiyi qızılları ərizəsində qeyd etməyib. Xanım həqiqətə uyğun olmayan məlumatları deməyi məharətlə bacarır. Çox güman ki, özü də iddia ərizəsi ilə də tanış deyil. İddia ərizəsində yazır ki, 2019-cu ildə döyülüb gedən zaman əlindən qızılları alındı və dekabrda qayıdanda ancaq nişan üzüyü ona qaytarıldı. Bu gün deyir ki, o, harasa gedəndə ona qızıllar verilirdi, sonra alınırdı. Öz otağında olan qızılları necə kimsə gətirib ona verə bilər? Qızıllar hər zaman özünün sahibliyi və istifadəsində olub. Bildirir ki, birinci çantasını tökdülər, sonra şkafa baxdılar. Əgər cavabdeh tərəf bilirdisə qızıllar şkafdadı onda birinci şkafa baxardılar, niyə birinci çantaya baxırlar?! İddiaçının məqsədi burada cavabdehləri bir canavar kimi göstərməyə çalışmaqdı. Guya çantasını əlindən alıb, əşyalarını yerə töküblər. Xanım anasına bir gün qabaqdan zəng edibsə, deməli onun bir gün hazırlaşmağa və qızıllarını yığmağa imkanı olub. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında cavabdehin vəkilinin izahatından sonra əlavə izahat verərək, bildirmişdir ki, vəkil xanım onlarla birlikdə yaşamadığı üçün evin qaydaqanunlarını bilmir. Onun otağı ayrı olsa da, həmin otaqda, qaynanası və baldızı qapını döymədən, icazə almadan uşağı bəhanə edərək, istədikləri vaxt otağına daxil olurdular. Evdə vəziyyət belə idi. İkinci olaraq iddiaçı əgər çantasını yığmışsa təbii ki, onlar ilk olaraq elə düşünəcək ki, qızıllar onun çantasındadır və ilk çantasına baxacaqlar. Görürlər çantasında yoxdur, sonra gedib şkafa baxırlar. Həmçinin keçmiş qaynatası aşağı mərtəbədən qışqıraraq deyirdi ki, qoymayın qızılları aparsın, çantasına baxın. Lənkəran Rayon Məhkəməsində çoxlu sayda prosesləri olub. Onlar hər görüşdə, hər işdə telefonla gəzirlər, onu videoya çəkirlər. Qeyd edirlər ki, iddiaçı ərinə bıçaq çəkmişdir. Onu nə vəziyyətə salıblar ki, o, ərinin üstünə bıçaq çəkmiş və onlar onu o halda videoya alıblar. Hər şeyi videoya alan sübutlarla danışan qarşı tərəf necə olur ki, iddiaçı evdən çıxan zaman videoya çəkmirlər. Onda da videoya çəkəydilər məhkəməyə təqdim edəydilər ki, əlində qızıllarla o, evdən çıxmışdır. İddiaçı 8 aylıq hamilə halı ilə o evdə döyülərək, ordan canını götürüb çıxmışdır. Onun heç yadına qızıllar düşməyib. Sadəcə uşağının bir neçə əşyasını götürmüşdür.

İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Lənkəran Rayon Məhkəməsinin 2(049)-274/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh övladı xx.xx.2019-cu il təvəllüdlü X17 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək, eləcə də uşağın ad günü, Yüni il, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10:00-dan 20:00-dək görüş hüququnun təmin edilməsi qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-274/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin Cavabdeh övladı xx.xx.2019-cu il təvəllüdlü X17 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək görüş hüququnun təmin edilməsi hissəsində dəyişdirilməsi, iddiaçı Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X17 ilə hər həftənin bazar günü saat 09:00-dan 21:00-dək ünsiyyət hüqunun verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. - Lənkəran Rayon Məhkəməsinin 2(049)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh övladlarıxx.xx.2019-cu il təvəllüdlü X17 və xx.xx.2021-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, iki uşaq üçün, hər ay cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, xx.xx.2019-cu il təvəllüdlü X17 və xx.xx.2021-ci il təvəllüdlü X10 3 yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 50 manat olmaqla iki uşaq üçün 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1785/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - Lənkəran Rayon Məhkəməsinin 2(049)-1646/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində “nikahın bağlanması haqqında akt qeydləri kitabında 77 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X17 və xx.xx.2021-ci il təvəllüdlü X10 cavabdeh İddiaçı yanında qalmaları müəyyən edilmişdir. - "xxxx" MMC-nin UNİ/A-55-493/25 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, “Tissot” markalı saatın dəyəri 200 manat, 750 əyar 50 qram 12 karat dəst (sırğa, boyunbağı, qolbaq) 7.300 manat, “ZEN” markalı 5 qram 750 əyar 0,6 karat üzük 1.300 manat, 750 əyar 10 qram 0,2 karat dördqaşlı sadə üzüyün dəyəri 1.500 manat, 582 əyar 4 qram nazik qızıl boyunbağının dəyəri 440 manatdır. - Məhkəməyə cavabdeh tərəfindən təqdim edilən 1 ədəd “CD” diskdə olan videoyazılardn görünür ki, “bıçaqla hücum”, “hücum”, “hücumdan sonra” başlıqlı videolarda İddiaçı ilə Cavabdeh arasında mübahisə yaranmış, mübahisə zamanı iddiaçı cavabdehə bıçaqla və əllə hücum etmiş, cavabdeh həmin anları video yazıya almışdır. İddiaçı hücum zamanı cavabdehə “bəsdir, Allah sənin kimi əri məhv eləsin” kimi ifadələr işlədir, cavabdeh isə “dəlidi dəli” kimi ifadələr işlədir, daha sonra iddiaçı kresloda oturarkən cavabdeh onu video yazıya almış və həmin yazıda deyir ki, “baxın bıçaqla hücum etdi, sonra atdı oturacağın altına ayağı ilə gizlədir indi də” ifadələrini işlədir. Həmçinin diskdə olan digər bir “ilk gediş” başlıqlı yazıda cavabdehin atası Zeyqəm Süleymanov iddiaçını videoya çəkir və iddiaçıya bildirir ki, “uşağa kim baxacaq? neynirsən uşağı özünlə aparıb, uşaq ayaq bağıdı, baxa biləcəksən ərinin verdiyi 50 manat alimentlə uşağa?, aparma uşağı, uşaq ayaq bağıdır”. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, iddiaçı onun bacısının qızıdır. Gülnar hadisə günü zəng etdi ki, onu incidirlər. O da yoldaşı, bacısı ilə birgə getmişdir. Gülnar evin ikinci mərtəbəsinə əşyalarını yığmağa qalxdı. Qaynatası pilləkənin yarısına qədər çıxıb öz qızına qışqıraraq bildirdi ki, qoyma onun aldığı əşyaları aparsın. O, yuxarı çıxmadığı üçün orada nə baş verdiyini bilmir. Həyat yoldaşı yuxarı qalxmışdı. Bir müddət sonra aşağı düşdülər. Gülnar heç nə götürmədi. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, qızı Gülnar zəng etdi ki, dözə bilmir, gəlib onu aparsın. O, həmişə qızına təsəlli verirdi ki, hər ailədə olur belə şeylər, səbrli ol. Sonuncu dəfə qızı ona zəng edib dedi ki, ana, bu dəfə də məni gəlib aparmasa, bir də onu görməyəcək. O da qardaşına zəng elədi. Qardaşı, qardaşının yoldaşı ilə birgə getmişdirlər. Cavabdehin ailəsi onları istəməyərək evə aldılar. Qardaşı və o, yuxarı qalxmadılar, aşağıda oturdular. Qardaşının yoldaşı yuxarı qalxmışdı. Qızının qaynatası pilləkəndən qışqıraraq dedi ki, qoymayın o, alan qızılları aparsın. Qızı öz canının dərdində idi, heç qızıl yadına düşmürdü. Qızının həyat yoldaşı aşağıda oturmuşdu, sonradan yuxarı qalxdı. O qalxandan sonra səs-küy gəlməyə başladı. Hətta qızını döyməyə çalışmışdır. Qızının evdən çıxan zaman üzərində heç bir qızıl zinət əşyası yox idi. Sadəcə uşağın qulağında sırğa var idi. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Gülnarın dayısının yoldaşıdır. Gülnar zəng etdi ki, onu incidirlər, gəlib onu aparsınlar. Onlar orda olan zaman qaynatası qışqırdı ki, onun aldığı qızılları və paltarları aparmağına imkan verməyin. O da yuxarıda idi, həyat yoldaşı Gülnarı döyməyə çalışdı, o, keçdi önünə icazə vermədi. Ataları qışqıran kimi, cavabdeh və bacısı şkafda olan qızılları götürüb, başqa otağa apardılar və qapını da bağladılar.

Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 2018-ci il tarixində rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Birgə nikahlarından iki azyaşlı övladları anadan olmuşdur. Tərəflərin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar iddiaçının yanında qalmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən ona hədiyyə verilmiş qızılların qaytarılmasını, bu mümkün olmadıqda cavabdehdən dəyərinin tutulmasını xahiş etmişdir. Belə ki, tərəflərin izahatları ilə mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçı cavabdeh və onun ailəsi ilə birlikdə bir evdə yaşamış, həmin evdən 2020-ci ildən getmişdir. Getdiyi zaman iddiaçının anası, dayısı və dayısının həyat yoldaşı birlikdə gəlib onu aparmışdırlar. İddiaçı bildirir ki, getdiyi zaman tələbində qeyd etdiyi qızıl-zinət əşyalarını özü ilə aparmamışdır. Cavabdeh tərəf isə bildirir ki, iddiaçı gedərkən qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Cavabdeh nümayəndəsi Zeyqəm Süleymanov məhkəmədə qızıl-zinət əşyalarının özü tərəfindən alındığını, lakin dəyərlərinin iddia tələbində göstərilənlərdən az, habelə komplekt “Tissot” markalı saatın 400-500 manat, Türkiyə istehsalı dəstin dəyərinin 2000 manat, “Zen” markal tək briliyant qaşlı üzüyün qiymətinin 300-400 ABŞ dolları, 4 qaşlı sadə üzüyün dəyərinin 200-300 manat dəyərində olduğunu, Rusiya istehsalı nazik qızıl sepin də mövcudluğunu və həmin qızılların mövcudluğuna etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə iddia tələbinin qızıl-zinət əşyalarının təmin olunması üçün iddiaçının tələb etdiyi qızılların mövcudluğu, nikaha daxil olanadək iddiaçıya mənsubluğu və hədiyyə edildiyi, həmçinin tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Məhkəmə qeyd edir ki, hazırda iddia tələbində qeyd olunan qızıl-zinət əşyalarının mövcudluğu, onların iddiaçıya mənsubluğu və hədiyyə edilməsi məhkəmədə mübahisələndirilmir. Ancaq hazırda qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində qalması ilə bağlı hallar məhkəmədə mübahisələndirilir. Belə ki, cavabdeh qeyd edir ki, iddiaçı evdən getdiyi zaman bütün qızıllarını özü ilə aparmışdır. İddiaçı isə bildirir ki, o, evdən çıxdığı zaman qızıllar onun otağında dolabda olmuş, keçmiş qaynatası qızılların onun tərəfindən götürülməməsi üçün cavabdeh və onun bacısına göstəriş vermiş, sonuncular da həmin qızılları oradan götürüb digər otağa qoymuşdur. Məhkəmə hesab edir ki, bu növ mübahisələrdə tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olub-olmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin izahatlarının qarşılıqlı təhlili nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında ailədaxili münasibətlər gərgin olmuş, tez-tez aralarında mübahisələr yaranmışdır. Həmçinin də hazırki mübahisəli məsələ ilə bağlı mənzərənin tam aydın olması üçün iddia tələbinə tərəflərin şəxsi münasibətləri zəminində bir-birinə qarşı rəftarları və s. məqamları əsas götürməklə də qiymət verilməlidir. Belə ki, cavabdeh tərəfin iddiaçının psixoloji durumunun yerində olmamasına dair təqdim etdiyi CD disk əslində nəinki iddiaçının, o cümlədən cavabdeh və onun ailəsinin iddiaçıya qarşı nəzakətsiz (bəzən hətta dözülməz) rəftarlarının mənzərəsini açmış olur. Cavabdeh tərəfindən təqdim olunmuş video görüntülərdən müəyyən edilir ki, cavabdehin iddiaçıya qarşı hərəkətləri o həddə çatır ki, iddiaçı qeyri-normal hərəkətlər edir. Həmçinin cavabdehin atasının iddiaçını çəkdiyi videodan da müəyyən edilir ki, Zeyqəm Süleymanov anaya “uşaq ayaq bağıdır, aparma özünlə, baxa bilməyəcəksən” deməklə iddiaçıya psixoloji olaraq təsir göstərməyə çalışır. Ümumən görünən odur ki, iddiaçı ilə cavabdeh və sonuncunun ailəsi ilə birgə yaşadığı müddətdə ailə münasibətləri çox gərgin olmuş, cavabdeh və ailəsinin iddiaçı üzərində təsirləri yüksək olmuş, iddiaçı buna etiraz edəndə daima söz-söhbət olmuşdur ki, buna görə də o, evdən gedərkən qızıllarını özü ilə aparmadığı barədə iddia tələbinin dəlilləri həqiqətə uyğundur. Məhkəmə bir daha qeyd edir ki, iddiaçının cavabdehə hücum etməsi ər-arvad kimi tərəflər arasında hər hansı hörmətin qalmadığını göstərməsi ilə bərabər, eyni zamanda cavabdehin qəfil baş verən bu cür hadisənin sakitləşdirilməsinə çalışmaq əvəzinə telefonla videoya çəkməsi kimi hərəkətləri – məhkəmənin, iddiaçının iddia ərizəsində və məhkəmə iclaslarında bildirdiklərində səmimi olması barədə qənaətə gəlməsinə əsas verir. Ona görə ki, ailədaxili mübahisə zamanı qarşı tərəfi göstərilən qaydada videoya çəkmək, yəni bıçaqla hücum edilən tərəfin (cavabdehin) rahatlıqla bunu videoya çəkməsi özündə onu göstərir ki, həmin anları görüntüyə almaqla, iddiaçının şəxsiyyətinin mənfi xarakterizə olunmasını göstərməyə çalışmaqla, hazırki iddianın da qeyri-səmimi dəlillər əsasında verildiyini, bu səbəbdən də iddianın əsassız olması barədə qərar qəbul edilməsinə nail olmağa çalışdığını göstərən hallardan biridir. Halbuki, Ailə Məcəlləsinin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Göründüyü kimi, iddiaçının cavabdehin dediyi halda, yəni həmin an ona bıçaqla hücum edəcək psixoloji durumda olması iddiaçının əleyhinə deyil, lehinə olan sübutdur ki, iddiaçının şəxsi keyfiyyətlərini göstərdiyi kimi, həm də cavabdehin də “şəxsi keyfiyyətləri”ni göstərir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qızılların ona hədiyyə edilməsi sübuta yetirildiyinə görə, qızılların iddiaçının özündə olması və özü ilə aparılması barədə cavabdeh tərəfindən irəli sürülən dəlili sübut etmə öhdəliyi də Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki həmin normaya əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bunun əksinə olaraq, iddiaçı öz dəlillərinin təsdiqi kimi, yəni evdən sonuncu dəfə çıxdığı şəraitlə bağlı məhkəməyə şahidlər təqdim etmişdir. Belə ki, iddiaçının təqdim etdiyi şahid ifadələri ilə də müəyyən edilmişdir ki, iddiaçı evdən çıxarkən cavabdeh ilə aralarında söz-söhbət olmuş, evdən getdiyi zaman gərginliyə səbəb olmuşdur. Bundan başqa cavabdehin nümayəndəsi həm şahid ifadələrinə, həm də iddia dəlillərinə etirazında bildirmişdir ki, əgər həqiqətən də qızıl-zinət əşyaları cavabdeh tərəfindən iddiaçının əlindən alınıb ayrı-ayrı vaxtlarda iddiaçıya istifadə üçün verilirdisə, nə üçün cavabdeh və onun bacısı, iddiaçının çantasını axtarırdı?! Əgər deyilənlər həqiqət olsa idi, onda cavabdehlə bacısının ilk baxacağı yer otaqdakı şkaf olmalı idi. Məhkəmə, bu hissədə də etirazın dəlillərini əsassız hesab edərək qeyd edir ki, işin məhkəmədə araşdırılmış faktiki halları və şahid ifadələri təsdiq edir ki, iddiaçının evdən getdiyi şərait heç də iddiaçının mübahisəli qızıl-zinət əşyalarını özü ilə aparması nəticəsinə gəlinməsi üçün əsas deyildir. Bundan başqa iddiaçının ayrı-ayrı vaxtlarda qızıl-zinət əşyalarına çatımlılığının olması faktı da hazırki iddia tələbinin təmin edilməsindən imtinaya səbəb ola bilməz. O baxımdan ki, məhkəmə çəkişməsinin gedişatında iddiaçı daima qızıl-zinət əşyalarının onun sahibliyində olmamasını, cavabdeh tərəf isə əksinə həmin əşyaların hər zaman iddiaçıda olduğunu bildirmişdir. Lakin sonuncu məhkəmə iclasında iddiaçı bildirmişdir ki, qızıl-zinət əşyası onun evdən getdiyi gün otağındakı şkafda olmuş və həmin əşyalar cavabdeh, onun bacısı tərəfindən oradan götürülmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının daha əvvəllər qızıl-zinət əşyasının onun sahibliyində olmamasını, daha sonra sonuncunun evdən çıxarkən mübahisəli əşyaların ona məxsus otaqda olmasını bildirməsi - həmin əşyaların iddiaçı tərəfindən özü ilə aparılmasına cavabdeh və ailəsi tərəfindən maneələrin törədilməsi faktının inkar olunmasına əsas vermir. Eyni zamanda cavabdehin nümayəndələrinin verilmiş şahid ifadələrinin bəzi məqamlarının ziddiyyətli olması (iddiaçı evdən çıxarkən hansı geyimdə olması, üzərində hansı boyunbağının olması, habelə qulağında sırğanın, barmağında üzüyün olub-olmaması barədə suallara qeyri-dəqiq cavab vermələri, o cümlədən iddiaçının anası və dayısına bir gün əvvəlcədən yaxud həmin gün zəng edərək getmək istədiyini bildirməsi) ilə bağlı dəlillərini də məhkəmə əsassız hesab edir. Ona görə ki, qeyd edilən hadisənin üzərindən kifayət qədər zaman ötmüş, bundan başqa həmin günün gərginliyi, stressli vəziyyəti nəzərə aldıqda şahidlərin, o cümlədən iddiaçının izahatlarında bəzi məqamların fərqli şəkildə məhkəməyə bildirilməsi anlaşılandır. Nəzərə alsaq ki, iddiaçı evdən çıxarkən, 8 aylıq hamilə olmuşdur. Şahidlər isə onun yaxın qohumları olmaqla, stressli vəziyyətə görə həminki anda müəyyən halları dəqiq xatırlamaya bilər. Bundan başqa zənn etsək ki, iddiaçının bir gün əvvəlcədən əşyalarını yığışdırmağa imkanı olmuşdur, hətta onda belə mübahisəli qızıl-zinət əşyalarının iddiaçıda olması barədə qənaətə gəlmək olmaz. Çünki şahid ifadələrindən və işin faktiki hallarından da göründüyü kimi, cavabdeh və onun ailəsi tərəfindən mübahisəli əşyaların iddiaçının özü ilə aparılmasına imkan verilməmişdir. Məhkəmə həmçinin cavabdehin etirazının dəlillərində bildirdiyi Lənkəran Rayon Məhkəməsinin və digər məhkəmələrin qərarlarında qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparıldığını və onların izahatlarının məhkəmə qərarlarında əks olunmasına baxmayaraq, iddiaçının bu məsələyə münasibət bildirmədiyinə istinad edir. Məhkəmə, bu hissədə də etirazın dəlillərinin iddia tələbinin rədd edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Belə ki, təqdim olunmuş məhkəmə qərarlarından göründüyü kimi, tərəflər arasındakı mübahisələr başqa predmetdən irəli gəlmiş, həmin vaxt cavabdehin öz etirazında belə bir ifadələrin işlədilməsinə baxmayaraq iddiaçının ona münasibət bildirməməsi həmin məsələnin baxılan işlərə aidiyyətinin olmaması ilə bağlıdır. Digər tərəfdən məhkəmə hesab edir ki, belə izahatların baxılan işə aidiyyəti olmadan bütün məhkəmə iclaslarında təkrartəkrar verilməsi də qeyd edilənlərin öz-özlüyündə qeyri-səmimi, həqiqətən uyğun olmayan ifadələr olduğunu göstərən faktlardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən tutulması hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Beləliklə yuxarıda göstərilənlərə əsasən, iddia tələbinin qızıl-zinət əşyalarının, həmin əşyaların mövcudluğu aşkar edilmədikdə onların dəyərinin qaytarılması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən cavabdeh tərəfin mövcudluğunu və dəyərlərini etiraf etdiyi hissədə təmin edilməlidir. Belə ki, iddiaçı göstərilən qızılların mövcudluğunu və cavabdehin qanunsuz sahibliyində olmasını sübut etsə də, lakin qızılların iddia tələbində qeyd edilən dəyərdə olmalarını sübut edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Sübut qismində təqdim edilən fotoşəkillərdə isə qızılların göstərilən dəyərdə olmasını müəyyən etmək mümkün deyildir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdeh həmin dəlilini Ailə Məcəlləsinin 36.9-cu maddəsi ilə, Nikah pozulduqda ərarvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur müddəasi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında nikah münasibətləri 2023-cü ildə pozulmuş, iddiaçı isə 2024-cü ildə artıq hazırkı iddia müddəti ilə məhkəməyə müraciət etmiş, burada 3 illik müddət keçməmişdir. Lakin qeyd edilməlidir ki, hazırkı iddia tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi deyil, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi (vindikasiya) iddiasıdır. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddıaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyətçinin və ya digər sahibin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir (Mülki Məcəllə maddə 384.0.4 ). Mülki Prosessual Məcəllənin 222.1-ci maddələrinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh əşyaların dəyərini qəbul etmirsə, həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Əşyaların iddia ərizəsində göstərilən dəyəri ilə bağlı məhkəmənin yuxarıda gəldiyi mövqeni əsas götürərək qeyd edilməlidir ki, qızılların dəyəri ilə bağlı hissədə iddiaçının tələbi sübut edilmədiyindən, cavabdeh tərəfindən həmin qızılların dəyərinə dair verilmiş izahatla müəyyən edilən dəyərləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Süleyman (Rzayeva) Gülnar Tofiq qızının Cavabdeh qarşı “qızıl-zinət əşyaların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh “Tissot” markalı saat, olmadıqda dəyəri 500 manat, Türkiyə istehsalı qızıl dəst (sırğa, boyunbağı, qolbaq), olmadıqda dəyəri 2000 manat, “Zen” markal tək briliyant qaşlı üzük, olmadıqda dəyəri 680 manat (400 x 1.70 USD), 4 qaşlı sadə üzük, olmadıqda dəyəri 300 manat, Rusiya istehsalı nazik qızıl sep, olmadıqda dəyəri 100 manat alınaraq iddiaçı Süleyman (Rzayeva) Gülnar Tofiq qızına verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 126 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizasının dəyəri olan 150 manat Süleyman (Rzayeva) Gülnar Tofiq qızı və Cavabdeh arasında bərabər bölüşdürülməli və hər birindən 75 manat olmaqla cəmi 150 manat xərc "xxxx" MMC-nin hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Tissot” markalı saat, olmadıqda dəyəri 500 manat, Türkiyə istehsalı qızıl dəst (sırğa, boyunbağı, qolbaq), olmadıqda dəyəri 2000 manat, “Zen” markal tək briliyant qaşlı üzük, olmadıqda dəyəri 680 manat (400 x 1.70 USD), 4 qaşlı sadə üzük, olmadıqda dəyəri 300 manat, Rusiya istehsalı nazik qızıl sep, olmadıqda dəyəri 100 manat alınsın, iddiaçı Süleyman (Rzayeva) Gülnar Tofiq qızına verilsin. Cavabdeh 126 manat dövlət rüsumu iddiaçı Süleyman (Rzayeva) Gülnar Tofiq qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizasının dəyəri Süleyman (Rzayeva) Gülnar Tofiq qızından 75 manat və Cavabdeh 75 manat olmaqla, cəmi 150 manat xərc "xxxx" MMC-nin hesabına tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar