Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1244/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, X1 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, X7 və İddiaçı3 cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh2nə qarşı “hərəkətlərin qanunsuz hesab olunması, qiymətləndirmənin və hərracın nəticələrinin etibrasız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X7 və İddiaçı3 cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh2nə qarşı “hərəkətlərin qanunsuz hesab olunması, qiymətləndirmənin və hərracın nəticələrinin etibrasız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 2(001)-11546/2015 saylı icra işi üzrə ipoteka predmeti olan “Mersedes-Benz C-180” minik markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin açıq hərracdan satılması hərəkətlərinin qanunsuz hesab olunması və “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli, 74/03 nömrəli açıq hərracın nətcilələri haqqında protokolun və qiymətləndirmə aktının etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi rayon məhkəməsi xx.xx.2015-ci il tarixdə iddiaçı “xxxx” ASC-nin iddiaçıya qarşı “müqavilənin ləğvi, ipoteka predmetinə tutma yönəldilməsi,onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələblərinə dair” iddia tələblərini qismən təmin etmiş, X11 ilə “xxxx” ASC-ti arasında bağlanmış xx.xx.2014-cü il tarixli.019CASA1429600Öl saylı kredit müqaviləsini ləğv etmiş, iddiaçıdan müştərək qaydada 10593.47ABŞ dolları əsas borc,1312.82ABŞ dolları faiz borcu,310 ABŞ dolları dəbbə pulu,cəmi 12216.29 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində vəsait iddiaçı “xxxx” ASCnin xeyrinə tutulması,iddia tələbi X5 mülkiyyətində olan “ Mersedes C180” markalı,** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, həmin avtomobilin açıq hərracdan satılması,bankın kredit tələbi satılmış əmlak hesabına ödənilməsi və artıq qalan məbləğin mülkiyyətçiyə qaytarılması, hərracdan satılmış avtomobilin dəyəri banka olan borcu ödəmidikdə borcun qalan hissəsi cavabdehlərdən müştərək qaydada tutulması” barədə qətnamə qəbul edilmişdir.Qətnamə qanuni qüvvəsinə almış və icraya yönəldilmişdir. Qətnamə Binəqədi rayon İcra vo Probasiya şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə İcra edilmiş, ipoteka predmeti olan **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçidən alaraq 2000 manata satmış və bundan 16 gün sonra mülkiyyət sahibi Ənvər İbrahimov ürək tutmasından ölmüşdür.(ölüm haqqında şəhadətnamənin surəti əlavə edilir) Azərbaycan Respunlikası MPM-nin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə,hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçrüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Lakin İcra və Probasiya şöbəsi heç kimi dəvət etmədən əmlaka dair hərrac keçrilməsinə dair ərizə vermiş,əmlakı real bazar qiymətindən 5 dəfə ucuz qiymətləndirmiş və yenə heç kimi dəvət etmədən satmışdır. Məhkəmə mülki iş materillanndan görünür ki, ipoteka predmeti olan “Mersedes 080” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil 2000 (iki min) manata fiziki şəxs X2. Sonda məhkəmə vasitəsi ilə sənədləri ələ keçirdikdən sonra məlum oldu ki, qiyməti 10.000 manat olan əmlak 2000 manata satılıb və həmin vəsaitin hara yoxa çıxması məlum deyildir. Beləki xx.xx.2017-ci il tarixli hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 74/03 saylı protokol tərtib və təsdiq edilmişdir. Həmin protokoldan görünür ki, avtomobilin qiyməti (ipoteka predmeti) 2000 manat müəyyən edilmişdir. Halbuki Bank kredit müqaviləsini bağlayarkən həmin avtomobilin qiymətini 10.000 manat müəyyən etikdən sonra krediti vermişdir. Məhkəmədə Cavabdeh2 satışdan əldə etdiyi vəsaiti hara köçürdüyünü izah etməlidir, çünki banka olan borc azalmamaş, əksinə artmışdır. İpoteka predmeti satılarkən zaminlərə heç bir məlumat, bildiriş, hərracın keçrildiyi vaxt və yer haqqında heç bir məlumat verilməyib. Qanunun mənasına görə (İpoteka haqqında qanun 41.2.-ci maddəsi) məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşlıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçrilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. İcra sənədlərindən görünür ki, xx.xx.2017-ci ildə guya hərrac keçirilib, ipoteka qoyan X11 isə xx.xx.2015-ci ildə ölüb, belə olan halda icra məmuru dünyasını dəyişmiş şəxsə bildirişi necə göndərib,onun hərracın keçrilməsinə dair razılığı hansı qaydada alıb. Başqa yandan,hərracı keçirən orqan maraqlara toxunduğu halda nə zaminləri, nədəki vərəsələri işə cəlb etməyib. Hazırda Banka olan borc iddiaçıdan tələb edilir, Borcun ödənilməsini təmin etmək üçün İcra həkətləri edir,amma ipoteka predmeti hərraca çıxarılarkən iddiaçı tamamilə unudulur. Hazırda icraçı F.Ələkbərov İddiaçı1 iş yerinə icra sənədi göndərək maaşının 50%-in tutulması tələb edir. Bu hansı qanunda var. Binəqədi İcra və Probasiya şöbəsi və “xxxx” Mərkəzi MMC-nin icra işi üzrə etdiyi həkətlər Qanunvericiliyə, o cümlədən “Hərracların və auksinoların keçrilməsi haqqında” və İpoteka haqqında Qanunun müddəaları ilə tam ziddiyyət təşkil edir. Bundan başqa İcra və Probasiya Şöbəsi iş üzrə icrata xitam qərarı qəbul etmiş,yendən icraatı bərpa etmişdir, lakin 3 gün ərzində bizə heç bir qərar təqdim etməmişdir. Bu əsasa və səbəbə görə həmin iş üzrə açıq hərracın nəticələri haqqında 74/03 saylı protokolu və qiymətləndirmə Aktı etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X14 iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı3 iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər xxxx” MMC-nin və Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmdə iddia qaldırmaq üçün 20 (iyirmi) manat məbləğində dövlər rüsumu ödəmişdir. xx xxxxx 2016-cı il tarixli miras payının bölüşüdürülməsi barədə sazişin surətindən görünür ki, “hədiyyə alan” adlanan digər tərəf həmin müqviləni aşağıdakı məzmunda bağlamışlar. Bağılayanlar (“hədiyyə verənlər”) tərəflər X6 və X15 “Chevrolet Aveo” markalı 2012-ci il buraxılış ili olan A12XER19XT3745 mühərrik nömrəli, 99CP978 qeydiyyat nişanlı minik avtomobilinin vərəsəlik payı olan X10 hədiyyə etdiyi (bağışladığı) qeyd edilmişdir. 2(001)-11546/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli Binəqədi rayon məhkəməsinin icra vərəqəsinin surətindən görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər X9, İddiaçı1 və İddiaçı3 qarşı “müqavilənin ləğvi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclular İddiaçı1 və digərlərindən müştərək qaydada cəmi 12216,29 ABŞ dolları və 27 manat dövlət rüsumu tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməsi qeyd edilmişdir. xxxx ASC tərəfindən xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Cavabdeh2nə ünvanlanmış tələbin borclunun əmək haqqına yönəldilməsi haqqında ərizəsinin surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(001)-11546/2015 saylı qətnaməsi ilə borclular X4, İddiaçı1 İddiaçı3 cəmi 12216,29 ABŞ dolları və 30 manat dövlət rüsumu iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. xx.xx.2015-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Mercedes C180 minik avtomobili qeydiyyat nömrəsi 06BE551 olan avtomobilin vəziyyəti ön alın şüşədə cızıq var. Avtomobilin bəzi yerlərində cızıqlar var və qaldırıcı ehtiyyat təkər yerində üçün bir ədəd texpasport müəyyən edildiyi qeyd edilmişdir. Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 74/03 nömrəli protokolun surətindən görünür ki, xx xxxxxx 2017-ci il saat 14:20 də X9 məxsus “Mercedes C180” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri və ya onun faizi 2000 (iki min) manat müəyyən edilmişdir. Cavabdeh2 xx.xx.2020-ci il tarixli xx/xx-78751-19 nömrəli Azərbaycan Respublikası Dövlət Konrtakt Korporasiya “Azəkontrakt” SC-nin “Azərsüd” X17nə ünvanlanmış məktubun məzmunundan görünür ki, aparılmış icra tədbirləri nəticəsində borclu İddiaçı1 Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiya “Azərkontrakt” SC-nin “Azərsüd” X17 tərəfindən əmək haqqı aldığı aşkar edildiyi üçün Binəqədi rayon Məhkəməsinin 2(001)-11546/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icrası məqsədilə tələb borclunun məcburi olaraq əmək haqqına yönəldilməsi, borclu İddiaçı1 11181.06 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq tələbkar “xxxx” ASC-yə ödənilməsi və əmək haqqından tutmanın məbləği hər ay 50 faiz olması qeyd edilmişdir. Ağsu rayon Dövlət Notariat Kontorunun xx xxxxx 2016-cı il tarixli 03 saylı məktubun surətindən görünür ki, nəqliyyat vasitəsinin ABN716978 seriyalı, xx.xx.2012-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən 99CP978 dövlət nömrə nişanlı, sedan tipli, 2012-ci il buraxlış ili, minik avtomobilinə dair mərhumun həyat yoldaşı X3, qızı X12 və oğlu X7 adına Ağsu rayon Dövlət Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə, 2V-01 saylı vərəsəlik şəhadətnaməsi təsdiq edilmiş və şəhadətnamə verilmiş minik avtomobilinə dair miras payının bölüşdürülməsinə dair xx.xx.2016-cı il tairxli, 3M-01 saylı saziş təsdiq edildiyi qeyd edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-11546/2015 nömrəli qətnamənin surətindən görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər X9, İddiaçı1 və İddiaçı3 qarşı “müqavilənin ləğvi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilməsi qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3271/2019 nömrəli qərarın surətindən görünür ki, iddiaçılar İddiaçı1, X7, İddiaçı3 Cavabdeh2nə qarşı “kompensassiyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(103)-752/2020 saylı qərarı ilə İddiaçı1, X11, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3271/2019 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hərracın keçirilməsinə dair 01 nömrəli bildirişin surətindən görünür ki, Mersedes S180 markalı ** BE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 2000 manat olmaqla hərrac xx.xx.2017-ci il tarixdə saat 11:00-da keçirilməsi barədə bildiriş imzalanmış və həmin bildiriş xx.xx.2017-ci il tarixdə X9 çatdırılmış, lakin həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Eyni bildiriş xx.xx.2017-ci il tarixdə İddiaçı3 da göndərilmiş və onun adından imzalanaraq qəbul edilmişdir. Hərracın keçirilməsinə dair 01/2 nömrəli bildirişin surətindən görünür ki, Mersedes S180 markalı ** BE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 2000 manat olmaqla hərrac xx.xx.2017-ci il tarixdə saat 11:00-da keçirilməsi barədə bildiriş imzalanmış və həmin bildiriş İddiaçı3 xx.xx.2017-ci il tarixdə çatdırılmışdır. Hərracın keçirilməsinə dair elan 20-xx xxxxxxx 2017-ci il tarixli və 03-xx xxxxxx 2017ci il tarixli “Birja yenilikləri” qəzetində dərc edilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında tərəfin izahatı və təqdim edilən sübutlarla müəyyən edilir ki, hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 74/03 saylı 03 saylı protokoluna görə Binəqədi Rayon Məhkəməsinin 2(001)-11546/15 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə və Binəqədi rayon icra şöbəsinin xx/xx-11262/15 saylı sifariş məktubunun icrasına əsasən “xxxx” MMC tərəfindən xx xxxxxx 2017-ci il tarixdə hərrac keçirilmişdir. İpoteka predmetini X9 məxsus “Mercedes C180” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil etməklə, onun dəyəri 2000 manat məbləğində müəyyən edilmişdir. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin x xxxxxx 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçılar hərraca dair bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlər iddiaçıların yaşayış ünvanında imzalanaraq qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (iddiaçı tərəfindən imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin bildirişin rəsmi qaydada verilməsi iddiaçıların yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Odur ki, mübahisələndirilən hərrac hərracın keçirilməsinin qanunda nəzərdə tutulmuş bütün qaydalarına uyğun olaraq keçirilmişdir. Əlavə olaraq o da qeyd edilməlidir ki, işin hallarından göründüyü kimi iddiaçı tərəf ipoteka predmeti olan əmlaka dair hərracla bağlı bildirişləri 2017-ci il tarixdə almasından başqa, 2019-cu ilin dekabr ayında da məlumatlı olmuşdur. Bu hal 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3271/2019 nömrəli qərarından da aydın olur ki, iddiaçılar İddiaçı1, X7, İddiaçı3 Cavabdeh2nə qarşı “kompensassiyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Bununla da iddiaçı tərəf məlumatlı olduğu halda xx.xx.2021-ci il tarixdə hazırki iddia ərizəsilə hərracı mübahisələndirmiş və bununla da etibarsızlığın mübahisələndirilməsinə dair müddəti ötürmüşdür. Belə mövqe onunla əsaslandırılır ki, “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi iddiaçı 74/03 saylı xx.xx.2017-ci il tarixli protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun iddia tələbinə hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericilikdə hərracın yekunlarına dair protokol hərracın nəticələrini əks etdiridyindən, eyni zamanda müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları ilə müyyənləşdirildiyindən, dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınmasına əsas olan sənəd hesab olunduğundan 74/03 saylı xx.xx.2017-ci il tarixli protokolun etibarsız hesab edilməsi tələbinə mülki qanunvericliyin əqdlərin etibarsızlığını şərtləndirən hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Həmin Qərarda əks edilən hüquqi mövqeyə görə mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən iddia müddətinin tətbiqi ilə bağlı tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərininin tətbiqi baxımından qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ümumi iddia müddəti kimi deyil, məhz kəsici iddia müddəti kimi çıxış edir. Bu hal məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsinin mümkünlüyü barədə qaydanın tətbiqi imkanını da istisna edir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qeyd edilənlərə əsasən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, X7 və İddiaçı3 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2nə qarşı “hərəkətlərin qanunsuz hesab olunması, qiymətləndirmənin və hərracın nəticələrinin etibarslz hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1244/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1244/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver