Məhkəmə qərarları › İş №2(005)-1245/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1245/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1245/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı cavabdeh Maraqlı şəxs1, Maraqlı şəxs2, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Maraqlı şəxs1, Maraqlı şəxs2, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işi o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Baxılan iş üzrə iddianın predmetini ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərracda satılmasına dair xx.xx.2023-cü il tarixə təyin edilmiş hərracın etibarsız hesab edilməsi təşkil edir. İddia ərizəsinə əlavə edilmiş Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01/1737 saylı bildirişinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixə təkrar hərrac təyin edilmişdir. Qeyd edirəm ki, hazırkı iddia üzrə mübahisələndirilən xx.xx.2023-cü il tarixə təyin edilmiş hərrac özü-özlüyündə hər hansı bir hüquq münasibəti və ya hüquqi nəticə yaratmır. Qeyd edilən halda hərracın yekunları barədə protokol hüquqi nəticə yaradır.Lakin göründüyü kimi hazırda iddiaçı hərracın yekunları barədə protokolu mübahisələndirmir, ümumiyyətlə hərracın yekunlaşıbyekunlaşmadığı barədə məhkəmədə məlumat mövcud deyil. Qeyd olunan bildirişlə iddiaçıya hərracın keçiriləcəyi barədə məlumat verilmişdir. Həmin məlumatın olması hələ o demək deyildir ki, hərracla bağlı yekun protokol çıxarılmışdır. Üstəlik də iddiaçı əmlakın ilkin satış qiymətini mübahisələndirir, belə olanda iddiaçı qiymətləndirmə hesabatının ləğv edilməsi tələbini irəli sürməklə, hərracın yekunları barədə protokolu da mübahisələndirməsi daha doğru olardı. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd olunanların kontekstində hazırkı iddianın müstəqil iddia şəklində mübahisələndirilməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Maraqlı şəxs1nə, Maraqlı şəxs2, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdeh Maraqlı şəxs1nə, Maraqlı şəxs2, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar