Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-125/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə,, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmək və Əhalinin sosial Müdafiə Nazirliyi cəlb edilməklə) “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdehnə qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh tərəfindən ixtisas dərəcələrinə düzəliş edilməsi, yəni xx.xx.2015-ci il tarixdə ona 10-cu ixtisas dərəcəsi, xx.xx.2018-ci il tarixdə 11-ci ixtisas dərəcəsi və xx.xx.2023-cü il tarixdə 12-ci ixtisas dərəcəsinin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması;8 illik əmək fəaliyyəti zamanı cavabdeh tərəfindən düzgün müəyyən edilməyən və ödənilməyən əmək haqqının, əlavələrin, əmək haqqı atımlarının,düzgün hesablanmayan məzuniyyətin fərqlərinin cavabdeh tərəfindən ödənilməsi; xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqının 1.25 tmsalla ödənilməsi; Mediasiya prosesi üçün ödənilən 55 manat haqqın cavabdehdən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, Xocavənd rayon sakinidir. Ali təhsillidir. Yeni Azərbaycan partiyasının üzvüdür. xx.xx.2015-ci ildə Kəlbəcər Rayon İcra Hakimiyyəti 4 saylı Körpələr Evi uşaq Bağçasında tərbiyəçi kimi işə götürülmüşdür. Ali təhsilli olduğu halda işə götürən tərəfindən onu iş stajına tələb qoyulmadan 10-cu ixtisas dərəcə ilə işə götürməli idi və ona 10-cu ixtisas dərəcəyə görə ödəniş edilməli idi. 10-cu ixtisas dərəcəyə görə 497 manat əmək haqqı nəzərədə tulmuşdur, lakin cavabdeh onu işə götürərkən səhvən idiaçını orta-ixtisas təhsilli kimi 9-cı dərəcə ilə işə götürürmüşdür. Bundan başqa, 3 il əmək stajı tamam olduqdan sonra cavabdeh tərəfindən ona 11-ci ixtisas dərəcəsi verilməli idi və bu dərəcə artımına əsasən əmək haqqı 497 manat olmalıdır. Növbəti 5 əmək stajı tamam olduqdan, yəni 8 il əmək stajının tamamında ona 12-ci ixtisas dərəsəsi verilməli idi. Lakin cavabdeh Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3nömrəli kollegiya qərarını pozaraq ona xx.xx.2019-cu il tarixdə 77 nömrəli əmrlə 10-cu ixtisas dərəcəsi vermişdir.Göstərilənlərə əsasən, qeyd edir ki, xx.xx.2015-ci il tarixdə işə tərbiyəçi kimi qəbul olunan zaman ona 10-cu ixtisas dərəcəsi, xx.xx.2018-ci il tarixdə 11-ci ixtis dərəcəsi və xx.xx.2023-cü il tarixdə 12-ci ixtisas dərəcəsi cavabdeh tərəfindən verilməli olduğu halda cavabdeh sadalanan normaları pozaraq ona düzgün ixtisas dərəcəsi verməmiş və buna görə iddiaçı 8-illik əmək fəaliyyətində xx.xx.2015-xx.xx.2018-ci illər ərzində hər ay müəyyən olunmuş əmək haqqı aşağı ixtisas dərəcə uyğun olaraq hesablanmışdır. 3 il ərzində ona hər ay 19 manat (cəmi 66 manat, 19x36) əmək haqqı kəsilirdi. xx.xx.2019-cu il tarixədək onun əmək haqqı 9-cu ixtisas dərəcəsinə uyğun olaraq, bu tarixdən sonra isə əmək haqqı 10-cu ixtisas dərəcəyə uyğun olaraq ödənilirdi. Halbuki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqı 11-ci ixtisas dərəcəsi üzrə ödənilməli idi. O qyed edir ki,cari ildə, yəni xx.xx.2023-cü il tarixdə ona 12-ci ixtisas dərəcəsi verilməli idi əmək haqqı vahid tarif cədvəli üzrə 538 manat olmalı idi. Lakin cavabdeh bu kimi pozuntuları düzəlmək istəmir. Beləliklə, cavabdeh tərəfindən ona düzgün ixtisas dərəcəsi verilmədiyindən o, 8 illik əmək stajı dövründə məzuniyyət və əmək haqqı artımları aşağı tariflə hesablanmışdır.Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il 29 may tarixli, 61 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li əlavə Körpələr evi-uşaq ağçalarının nümunəvi ştatlarında 5 günlük iş həftəsində 9 saatlıq gün ərzində uşaqların davamiyyətinə görə körpə qruplarla (1-3 yaş) çalışan tərbiyəçilər üçün əmək haqqı 1,25 əmsalla hesablanmalıdır. Lakin Cavabdeh Kəlbəcər rayonı Körpələr evi-uşaq bağçasının lövhəsində işçilərin ştat cədvəlinin tərbiyəçilərinnin 1 əmsalla qeyd etmişdir və həmin əmsalla əmək haqqı ödənilir. Bildirir ki, körpələr qrupunda işləyən işçilərin aldığı əmək haqlarının 15% qədərində əlavəsi var. O, illərdir ki, Vİ Körpələr qrupunun tərbiyəçisi olduğu halda bu əlavəni ala bilməmişdir. Bu haqda dəfələrərlə müdir Şəlalə Məmmədovaya müraciət etsə də, bağçada işləyən əvəzedici tərbiyəçi ştatdan kənar işçilərə əmək haqqı kimi ödənildiyini, dövlət onlara əməkhaqqı ayırmır deyə bildirmişdir. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh elektron kabinet vasitəsilə ilkin iddia ərizəsinə yazılı etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Kəlbəcər rayonu 4 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində çalışmaqdadır. Qeyd edilir ki, 2022-ci təqvim ilinədək məktəbəqədər təhsil müəssisələri Yerli icra Hakimiyyətlərinin tabeçiliyində olmuşdurlar. Kəlbəcər rayonu 4 nömrəli körpələr evi-uşaq bağçası da Kəlbəcər Rayonu İcra Hakimiyyətinin tabeçilində olmaqla həmin müəssisələrdə çalışan şəxslərin əmək haqqı ödənişləri adı çəkilən İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. Qeyd edilir ki, məktəbəqədər təhsil müəssisələrinin maliyyələşməsi 2022-i ilin may ayından etibarən Cavabdeh tərəfindən aparılır ve həmin müəssisələrdə çalışan tərbiyəçi-müəllimlərin əmək haqqı ödənişi Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X1 uyğun olaraq həyata keçirilməkdədir. Bildirilir ki,İddiaçı iddia etdiyi ödəniş dərəcəsinə görə vəzifə maaşları 2022-ci ilin may ayından hal-hazırkı tarixədək olan dövrlər arasındakı fərqlər 2024-cü ilin aprel ayında tam olaraq tərəfindən adıçəkilən şəxsə ödənilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı 2023-cü təqvim ilinin sonuncu rübündə əmək haqqı ödənişi barədə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçının əmək haqqının ödənilməsi hissəsində iddia müddətini buraxmışdır. iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq 2015-ci təqvim ilindən adıçəkilən müəssisədə çalışmasına rəğmən 2023-cü təqvim ilində əvvəlki dövrlər üzrə əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzrlü səbəbdən ötürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edilir ki,müddətin buraxılması üçün heç bir üzrlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir.Yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbi qanunla müəyyən olunmuş iddia müddətinin keçməsi səbəbindən təmin edilməməlidir Qeyd olunanlara əsasən, iddia tələbinə şəxsin pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş (həmin müddətlərə görə ödəniş həyata keçinlmişdir) müddəti tətbiq edilməklə ərizə rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa izahat verərək, təmin edilməsini, xahiş etdi. O qeyd etdi ki, ona düzgün ixtisas dərəcəsi verilmədiyi üşün 8 illik əmək fəaliyyəti dövründə hər ay müəyən edilmiş əmək haqqı aşağı ixtias dərəcəsinə uyğun olaraq hesablanmışdır. Bununla bağlı o, Əmək Müfəttişliyinə şikayətlə müraciət etdiyini ,lakin şikayətin cavablanmadığını qeyd etdi. Həmçinin iddiaşı qeyd etdi ki, o, işlədiyi körpələr evi-uşaq bağçasında 5 günlük iş həftəsində 9 saatlıq iş rejimi ilə işləyib. Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli qərarına əsasən körpə qruplarla çalışan tərbiyəçilərin əmək haqqı 1,25 əmsalla hesablanmalıdır, lakin onun əmək haqqına həmin əmsallar hesablanmır. Eyni zamanda qeyd etdi ki, 2024-cü ilin aprel ayında 12-ci ixtisas dərəcəsi verilmiş və ödənilməyən ayların əmək haqqı fərqi ödənilmişdir. Eyni zamanda 2023-cü ilin dekabr ayında əmək haqqına 15% miqdarında əlavələr hesablanmağa başlamış, lakin əvvəlki ayların artımları hesablanmamışdır. İddia müddətinin tətbiqi barədə ərizəyə etiraz edir və iddia tələblərinin tam şəkildə təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianı qəbul etməyərək, bildirdi ki, əmək qanunvericiliyində bir şəxs yalnız bir vəzifədə çalışa bilər. Hər hansı bir içiyə əmək haqqının 1,25 əmsalla hesablanması nəzərdə tutulmamışdır. İddiaçıya 12-ci ixtisas dərəcəsi aprel ayında verilib və texniki səhv müəyyən olunduqdan sonra bununla bağlı əmək müqaviləsində dərəcə ilə bağlı düzəliş edilib. Həmçinin cavabdehin nümayəndəsi qeyd etdi ki,dərəcə ilə bağlı düzəliş edildikdən sonra iddiaçıya ödənişlər edilib. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları 078275 nömrəli diplomun surətindən görünür ki,X6 29 may 2007-ci il tarixində, Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının İbtidai təhsilin pedoqogika və metodikası fakültəsini bitirmişdir. 7496691 nömrəli,xx.xx.2015-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ixtisas üzrə sinif müəllimdir; xx.xx.2015-ci il tarixli, 24 nömrəli əmrə əsasən Kəlbəcər rayon 4 saylı körpələr evi-uşaq bağçasında 0,5 aklat; xx.xx.2018-ci il tarixli, 14 nömrəli əmrə əsasən 1 aklat tərbiyəçi təyin edilib. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli xxxxxxx000200 nömrəli müqavilə üzrə tərbiyəçi vəzifəsində çalışır və hər ay üzrə 450 manat əmək haqqı təyin edilib. 5 günlük iş rejimi üzrə, iş saatları 9:00-18:00 müəyyən edilib. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli xxxxxxx000202 nömrəli müqavilə üzrə tərbiyəçi vəzifəsində çalışır və hər ay üzrə 478 manat əmək haqqı təyin edilib. 5 günlük iş rejimi üzrə,İş saatları 9:00-18:00 müəyyən edilib. Kəlbəcər rayon 4 saylı Körpələr evi-uşaq bağçasının 1 aprel 2019-cu il tarixli,77 nömrəli əmrindən görünür ki, İddiaçı (tərbiyəçi müəllim) 3 il əmək stajı tamam olduğu üçün 10-cu dərəcə təyin edilmişdir. Gəncə 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞG/MT033/2023-00226 nömrəli arayışdan görünür ki,əmək dərəcəsinin düzgün müəyyən olunmamaası və əmək dərəcələrinə düzəliş edilməsi,əmək haqqının düzgün hesablanmması məsələsi müzakirə olunmuş,ilkin medasiya prosesində İddiaçı və Kəbəcər rayonu 4 saylı Körpələr evi- uşaq bağçasının müdiri X2 iştirak etmişlər. İddiaçı tərəfindən 50 manat İMS haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanan 07 iyul 2023-cü il tarixli məktubdan görünür ki,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə Kəlbəcər rayonu 4 saylı körpələr evi-uşaq bağçasının işəgötürəni arasında xx.xx.2016-cı il tarixində bağlanmış əmək müqaviləsinə dair bildiriş hazırki dövrədək qüvvədə olduğu məlum olub. Əmək haqqlarının düzgün hesab olunmaması ilə bağlı müraciətə isə sənədlər təqdim edildikdən sonra yenidən baxılacağı bildirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X7 Xidməti tərəfindən 07 may 2024-cü il tarixli,3-17-5/2-26730/2024 saylı məktubuna əsasən şəxslərin işə qəbul edilməsi ilə bağlı əmrlər X7 Xidmətində mövcud deyildir. Azərbaycan Respublikasının Əmək və əjhalinin Sosial Müdafisəi Nazirliyi yanında X7 Xidməti tərəfindən 07 may 2024-cü il tarixli,3-17-5/2-26905/2024 saylı məktubuna əsasən bildirilib ki,İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdehnə qarşı “əmək haqqı” tələbi üzrə mülki iş ilə bağlı tələb edilən əmrlər X7 Xidmətində mövcud deyildir. İş materiallarında olan,Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh tərəfindən 30 may 2024-cü il tarixli məktuba əsasən, İddiaçı Cavabdeh tərəfindən illər üzrə ödənilmiş əmək haqqı və digər ödənişlər barədə məlumat üzrə 2022-ci ilin may ayından 2024-cü ilin aprel ayınadək olan müddətə ödəniş dərəcələri arasındakı mövcud fərqin ödənişi cari ilin aprel ayında həyata keçirilmişdir. Kəlbəcər rayon 4 saylı Körpələr evi-uşaq bağçasının bir qrup işçilərinə növbəti dərəcələrin verilməsi haqqında Əmr № 77 surətindən görünür ki, İddiaçı 3(üç il) əmək satjı tamam olduğu üçün 10-cu ixtisas dərəcəsi verilmişdir. İddiaçı Cavabdeh trəfindən illər üzrə ödənilmiş əməkhaqqı və digər ödənişlər barədə məlumatdan görünür ki, 2024-cü ilin aprel ayında 514,85 manat dərəcə fərqləri, 2023-cü ilin dekabr ayından başlayaraq əmək haqqına əlavələr (2023-cü ilin dekabr ayından 2024cü ilin aprel ayına qədər 74,55 manat, 2024-cü ilin aprel ayından başlayaraq 80,70 manat) ödənilməyə başlamışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Mülki işə tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 103-cü addəsinə əsasən, istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Əmək Məcələsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir Əmək Məcəlləsinin 296.7-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında Qanun”un 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 18-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”na əsasən “Məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri)” üzrə tərbiyəçi müəllimin ixtisas dərəcəsinin diapozonu 8-14-dür. Məktəbəqədər müəssisənin tərbiyəmi müəlliminin ödəniş dərəcələrinə ixtisas tələbləri aşağıdakı kimidir: Ödəniş dərəcələrinə ixtisas tələbləri: 12-ci dərəcə: orta ixtisas təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; müvafiq ixtisas üzrə ali təhsil, 8 ildən 13 ilədək pedaqoji staj; “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqların ödənilməsinə dair Təlimat”a əsasən, ümumi tipli internatlarda, lisey, gimnaziyalarda, müəllif məktəbində, körpələr evində (uşaq bağçası-körpələr evində körpə qruplarda) işləyən pedaqoji işçilərinin əməkhaqqı stavka və vəzifə maaşlarının 15 faizi miqdarında artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli, 61 №-li “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında” Qərarı ilə təsdiq edilmiş “Uşaq bağçalarının nümunəvi ştatı”-na əsasən 5 günlük iş həftəsində 9 saatlıq iş rejimi ilə işləyən körpələr evi-uşaq bağçasında (körpələr qrupunda) tərbiyəçi vəzifəsi 1,25 vahidlə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2.2-ci bəndinə əsasən körpələr evi-uşaq bağşası məktəbəqədər təhsil müəssisəsinin növüdür; 2.3.1-ci bəndinə əsasən 1-2 yaşlı; 2.3.2-ci bəndinə əsasən 2-3 yaşlı uşaqlar üçün körpələr qruplarının yaradılması nəzərdə tutulmuşdur.
İşə baxan məhkəmənin mövqeyi
Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddia ərizəsindən görünür ki, iddiaçı ixtisas dərəcələrinə düzəliş edilməsini, xx.xx.2023-cü il tarixdən 12-ci ixtisas dərəcəsinin təyin edilməsini; 8 illik əmək fəaliyyəti ərzində əmək haqqında 15% əlavələrin hesblanmasını; əmək haqqının 1,25 əmsalla ödənilməsini tələb edir. Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda mülki iş məhkəmə icraatında olan müddət ərzində iddiaçıya 12-ci ixtisas dərəcəsi təyin edilmiş və dərəcə fərqləri 2024-cü ilin aprel ayında ödənilmişdir. Eyni zamanda 2023-cü ilin dekabr ayından başlayaraq iddiaçının əmək haqqına 15% məbləğində əlavənin də ödənilməsinə başlanılmışdır. Bu hallar tərəflərin izahatları və mülki işin materialları ilə öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, iddiaçının “xx.xx.2015-ci il tarixdən ona 10-cu ixtisas dərəcəsi, xx.xx.2018-ci il tarixdən 11-ci ixtisas dərəcəsinin verilməsi, 2015-ci ildən başlayaraq əmək haqqına əlavələrin ödənilməsi və s.” hissəsində iddia müddəti ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.Həmin Məcəllənin 296.7-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” AR Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Mülki işin materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Beləliklə, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi ilə qismən razılaşır və hesab edir ki, iddiaçının yalnız xx.xx.2022-ci il tarixdən əvvəlki 1 illik müddət üçün cavabdehdən əmək haqqı və s. kimi maddi tələblər irəli sürməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcburedir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə daha sonra qeyd edir ki, iddiaçıya ixtisas dərəcələrinin təyin edilməsi ilə bağlı mübahisə məhkəmə icraatı vaxtı həll edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya 12-ci ixtisas dərəcəsi təyin edilmiş və dərəcə fərqləri 2024-cü ilin aprel ayında ödənilmişdir. Bu hal tərəflərin izahatları və mülki işin materialları, o cümlədən iddiaçıya ödənilən əmək haqı barədə arayışla öz təsdiqini tapır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. İddiaçının iddia tələbinin digər hissəsi pna əmək haqqının 1,25 əmsalla ödənilməsi ilə bağlıdır. Məhkəmə iddia tələbinin bu hissədə də təmin edilməməsi qənaətinə gəlir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Yuxarıda istinad edilən "Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı" haqqında Qərardan görünür ki, 5 günlük iş həftəsində 9 saatlıq iş rejimi ilə işləyən körpələr evi-uşaq bağçasında (körpələr qrupunda) tərbiyəçi vəzifəsi 1,25 vahidlə müəyyən edilir. Eyni zamanda mülki işin materiallarında olan əmək müqaviləsindən görünür ki, işçi beş həftəlik iş həftəsi ilə, saat 09:00-dan 18:00-dək işləyir. Şənbə və bazar günləri istirahət günləri olaraq müəyyənləşdirilib. Nahar vaxtının iş vaxtına daxil edilmədiyini nəzərə alınarsa, iddiaçının gündə 9 deyil, 8 saatlıq iş rejimi ilə işlədiyi aydın olur. Digər tərəfdən mülki işin materiallarında olan körpələr evi-uşaq bağçasının ştat cədvəlindən görünür ki, iddiaçı, əmək müqaviləsində göstəriləndən fərqli olaraq həftədə 4 gün işləyir, bazar ertəsi, şənbə və bazar günləri isə istirahət günləri olaraq müəyyənləşdirilib. Məhkəmə iclasında verilən izahatlarla müəyyənləşdirilib ki, əmək müqaviləsinin düzəlişlər edilən yeni nüsxəsi cavabdeh tərəfindən hazırlansa da, iddiaçı həmin müqaviləni imzalamaqdan imtina etmişdir. Eyni zamanda, iddiaçı özü də həftədə dörd gün işlədiyini inkar etməsə də, hər gün səhər saat 08:00-da işə gəldiyini, artıq işlədiyini bildirmiş, lakin dediklərini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Beləliklə, göründüyü kimi, iddiaçının 1,25 əmsalla əmək haqqı tələb etməsinin hər hansı əsası mövcud deyildir və bu səbəbdən iddia tələbi bu hissədə də rədd olunmalıdır. Daha sonra məhkəmə iddiaçının əmək haqqına 15% əlavələrin hesablanması ilə bağlı iddia tələbi ilə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, cavabdeh tərəfindən 2023-cü ilin dekabr ayında iddiaçının əmək haqqına 15% məbləğində əlavələr hesablanmağa başlansa da, əvvəlki dövlər üçün yaranmış fərq ödənilməmişdir. Halbuki , istinad edilən qanunvericilik normalarından görünür ki, iddiaçının tutduğu tərbiyəçi vəzifəsi həmin əlavələrin hesablanmasını tələb etməyə əsas verir. Belə ki, uşaq bağçası-körpələr evində (körpə qruplarda) işləyən pedaqoji işçilərinin əməkhaqqı stavka və vəzifə maaşlarının 15 faizi miqdarında artırılması nəzərdə tutulmuşdur. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, 28 sentyabr 2022-ci ilə qədər iddia müddətinin tətbiq edilməsi nəzərə alınmaqla, iddia tələbi bu hissədə qismən təmin edilməli və həmin tarixdən başlayaraq iddiaçının əmək haqqına 15% əlavələr hesablanmaqla ödənilməlidir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına bağlanan hüquqi nəticədən fayda görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarda istisna qayda müəyyən edir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, mediasiya xərci tərəflər arasında bərabər bölünməli, 27,5 manat məbləğində pul cavabdeh X10 Təhsil İdarəsindən tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalanan sübutlara və mülki işin faktiki hallarına məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 28 sentyabr 2022-ci il tarixdən başlayaraq, əmək haqqına 15% məbləğində əlavənin ödənilməsi təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ
İddia qismən təmin edilsin. 28 sentyabr 2022-ci il tarixdən başlayaraq İddiaçı əmək haqqına 15% məbləğində əlavənin ödənilməsi təmin edilsin. Mediasiya xərci qismində ödənilmiş 55 manat məbləğində pulun 27,5 (iyirmi yeddi manat əlli qəpik) manatı cavabdeh X10 Təhsil İdarəsindən tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə