Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1260/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xeyrinə hər ay 175 manat məbləğində aliment tutulmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(005)-3690/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2012ci il təvəllüdlü X1 üçün qazancının 1/4 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı birgə nikahın pozulması, uşağın himayəsi və sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və onunla Cavabdeh arasında xx.xx.2010-cu ildə Lerik Rayon Qeydiyyat şöbəsində 15 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X4 cavabdehin yanında saxlanılması və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin xeyrinə ondan hər ay 175 manat məbləğində aliment tutularaq cavabdehin xeyrinə verilməsi qət edilmişdir. 05 avqust 2021-ci il tarixdə işə baxılarkən xx.xx.2012-ci il təvəllüdlü qızı Fatimənin saxlanılması üçün alimentin 175 manat məbləğində tutulması barədə məhkəmə Qətnamə qəbul edərkən əmək haqqının 250 manat təşkil etdiyini və himayəsində 2-ci nikahdan olan uşağının olmasını nəzərə almadan və qazancı barədə heç bir sənəd tələb etmədən Ailə Məcəlləsini 76 və 78-ci və maddəsinin normaları əsasında alimentin miqdarını müəyyən etmək əvəzinə Cavabdeh tələb etdiyi kimi “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat müəyyən edildiyini əsas kimi göstərməklə ondan 175 manat miqdarında alimentin ödənilməsj barədə Qətnamə qəbul etmişdir. Belə ki, cavabdehlə birgə nikaha daxil olarkən arasında nikah müqaviləsi bağlanmamışdır. Orta savadlı olmaqla heç bir peşə sahibi deyil və hər hansı bir daşınmaz əmlakı yoxdur. 250 manat əmək haqqı almaqla 175 manat aliment ödəmək mümkün deyildir. Onun maddi vəziyyəti ağır olduğundan hər ayda 175 manat alimenti ödəməyə imkanı çatmır. Göstərilən bu müddət ərzində uşağın saxlanılması üçün çox çətinliklə də olsa aliment yanvar 2023-cü ilədək ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3690/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı Cavabdeh iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 26 yanvar 2010-cu il tarixdə Lerik Rayon Qeydiyyat Şöbəsində 15 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X7 iddiaçı Cavabdeh yanından saxlanması və cavabdeh İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir; xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin məzmunundan görünür ki, İddiaçı işəmuzd qaydada usta vəzifəsində çalışır. Aylıq əmək haqqı 250 manat təşkil edir; xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin məzmunundan görünür ki, İddiaçı işəmuzd qaydada usta vəzifəsində çalışır. Aylıq əmək haqqı 300 manat təşkil edir; xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin məzmunundan görünür ki, İddiaçı işəmuzd qaydada usta vəzifəsində çalışır. Aylıq əmək haqqı 345 manat təşkil edir; İş materiallarına əlavə edilmiş epikrizlərdən görünür ki, İddiaçı kardioloji problemlərdən əziyyət çəkir. Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 817 saylı arayışa əsasən, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı hazırda işsiz olmaqla, ünvan 1 ünvanında qeydiyyatdadır. Lerik Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli İddiaçı X5 xx.xx.2021-ci il tarixdə nikah bağlamışlar. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmamışdır; İddiaçıdan tutulmalı olan alimentin yeni məbləğinə və bununla bağlı dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçının əmək qabiliyyətli olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçıdan tutulmalı olan alimentin azaldılması ədalətli deyildir. Buna görə də, iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1260/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1260/2023
06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver