Məhkəmə qərarları › İş №2(005)-1264/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1264/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1264/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta pulu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta pulu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xxxx ASC-dən sığorta pulunu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh xxxx ASC-dən 2328,73 manat məbləğində sığorta pulunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd edir ki, mərhum həyat yoldaşı X7 xx.xx.2019-cu il tarixində “xxxx” ASC-dən 2805 saylı kredit müqaviləsinə əsasən illik 18% dərəcəsi olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür. Bununla bağlı Cavabdeh ASC ilə aralarında fərdi qəza sığortası bağlanmışdır. Lakin həyat yoldaşı Xətai rayon ərazisində avtoqəza keçirərək vəfat etmişdir və onun banka 2328,73 AZN məbləğində kredit borcu qalmışdır. Hazırda bank onu məhkəməyə verərək qalıq borc pulunu tələb edir. O, cavabdeh xxxx ASC-dən yoldaşı ilə aralarında bağlanmış sığortaya görə qalıq pulu banka ödəməklərini bildirsə də, lakin cavabdeh haqsızlıq və qanunsuzluq edərək pulu ödəməkdən yayınır. O, bunu belə əsaslandırır ki, yoldaşı avtoqəza törədərkən sərxoş olduğundan cavabdeh pulu ödəməməlidir. Lakin həyat yoldaşı rəhmətə getdikdən sonra, həkim rəyinə əsasən cuzi miqdarda alkoqol qəbul etdiyi göstərilir. Cavabdehin bu hərəkəti qanunsuz olmaqla yanaşı həm də ədalətsizlik kimi qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli PAB1901802 saylı Fərdi Qəza Sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığorta olunan X7 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddətdə “xxxx” ASC tərəfindən sığorta riskləri hesab edilən sığortalı (sığorta olunan) üzərində xarici, fiziki təsirlərlə bağlı olan, onun həyat və sağlamlığına ziyan vuran, qafil, öncədən görünməyən və təsadüfi (qəsdən edilməyən) baş vermiş hadisə ilə əlaqədar sığortalanmışdır. Müqavilə bağlanan tarixə sığorta məbləği 2000 AZN, sığorta haqqı 12 AZN. İş materiallarında olan “xxxx” ASC-nin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 2058/20 İTŞ saylı məktubun surətindən görünür ki, məlumat üçün bildirirlər ki, sizin cəmiyyətimizə xx.xx.2020-ci il tarixdə daxil olmuş xx.xx.2020-ci il tarixli müraciət məktubunuz tərəfimizdən təfsilatı ilə araşdırılmışdır. Müraciət məktubunuzda qeyd etdiyiniz kimi, həyat yoldaşınız X7 PAB ******* saylı sığorta şahadətnaməsi (müqavilə) ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də fərdi qəza sığortası növü üzrə sığortalanmışdır. Nəzərinizə çatdırırıq ki, bu sığorta növü xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən təsdiq edilmiş "Fərdi Qəza Sığortası" Qaydaları (bundan sorıra "Qaydalar") ilə tənzimlənir. Bu Qaydalara əsasən "Sığortalı (sığorta olunan) şəxs üzərində xarici, fiziki təsirlərlə bağlı olan, onun həyat və sağlamlığına ziyan vuran, qəfil, öncədən görünməyən və təsadüfi (qəsdən edilməyən) baş vermiş hadisə" nəticəsində yaranan ölüm və ümumi əmək qabiliyyətinin daimi itirilməsi hallarına təminat verilir. Belə ki, sığortalı X7 xx.xx.2020-ci il tarixdə idarə etdiyi "X11" markalı ** NJ *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Neapol küçəsində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerində ölmüşdür. Həmin yolnəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş "Cinayət işi üzrə icraata xitam verilməsi haqqında" qərarda sürücü X6 hadisə baş verən zaman sərxoş olduğu qeyd edilmişdir. Bu hal AR Məhkəmə-tibbi Ekspertiza və X4 xx.xx.2020-ci il tarixli 08 saylı ekspert rəyində də öz əksini tapmışdır. (Məktuba əlavə olunur) Nəzərinizə çatdırırıq ki, Qaydaların 6.4-cü maddəsinə əsasən "Sığorta hadisəsi baş verdiyi zaman narkotik maddələrin, spirtli içkilərin və ya hər hansı zəhərləyici maddələrin təsiri altında olan şəxslər sığorta təminatından istisna olunur". Həmçinin, həmin qaydaların 7.1.21 -ci maddəsinə əsasən Sığorta olunanın spirtli içkilərin, narkotik vo ya zəhərli maddələrin təsiri altında olması sığorta risindən istisna hesab edilir. Qeyd olunanlardan da aydın olduğu kimi, yol-nəqliyyat hadisəsi zamanı sığortalı X1 içkilərin təsiri altında olması sığorta təminatından istisna hesab edilən hallara aiddir. Yuxarıda qeyd olunan müddəalara və müqavilə şərtlərinə əsasən baş vermiş hadisə sığorta hadisəsi sayılmır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsəsən "xxxx" ASC bu hadisəyə görə heç bir öhdəlik daşımır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Xətai rayon şöbəsinin məhkəmə-tibb eksperti X3 xx xxxxxx 2020-ci il tarixli 08 nömrəli rəyinə əsasən vətəndaş E.R.Nağıyevin meyitinin bədənində aşkar edilmiş xəsarətlər - başın sol alın sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə qeyd olunan baş beynin əzilməsi, baş beynin yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, başın sol alın - gicgah nahiyəsində hematoma, hər iki göz almasının ağlı qişasında qansızmalar, sol göz orbitası və sifətin sol yarısında şişkinli qançır və üzərində sol göz orbitasının bayır səthində əzilmiş yara və sağ bazu nahiyəsində qançırlar bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni sürücü qismində yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olub, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. E.R.Nağıyevin ölümünə səbəb başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi, yumşaq qişaya, beyin toxumasına və beyin mədəciklərinə qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 3-6 saat əvvələ uyğun gəlir. E.R.Nağıyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı - 1,1 %o-dir ki, bu miqdar canlı şəxslərdə Yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Mülki Məcəlləyə müvafiq olaraq sığorta müqaviləsi yazılı formada: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə və icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada bağlanır (maddə 899.1). Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir (maddə 903.1-903.2). Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir (maddə 911.2). Mülki Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır (maddə 935.1.6). “Fərdi Qəza Sığortası” Qaydalarına əsasən Sığortaçı ilə Sığortalı razılığa gəlirlər ki, əgər sığortanın qüvvədə olduğu miiddət ərzində bu Qaydaların istisnaların qiivvəsi altına düşməyən fərdi qəza hadisəsinin təsiri nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan dəyərsə və ya o, həlak olarsa. Sığortaçı Sığorta olunana və ya onun qanuni vərəsələrinə Sığorta müqaviləsində nəzərdə tutulan sığorta məbləği çərçivəsində sığorta ödənişi verəcək. (4.1). "Fərdi qəza" dedikdə şəxs üzərində xarici fiziki təsirlərlə bağlı olan, omın həyal və sağlamlığına ziyan vuran qəfil, öncədən görünməyən və təsadüfi (qəsdən edilməyən) hadisə başa düşülür. (5.1) Xəstəlik, patologiya və digər daxili səbəblər fərdi qəzalara aid edilmir. (5.2) Sığorta hadisəsi baş verdiyi zaman narkotik maddələrin, spirtli içkilərin və ya hər hansı zəhərləyici maddələrin təsiri altında olan şəxslərin sığorta təminatına məhdudiyyətlər tətbiq olunur. (6.4) Qaydalar nəzərdə tutur ki, bu sığorta aşağıdakı hadisə və halların təsirinin nəticəsi olaraq Sığorta olunanın həyat və sağlamlığına dəyən ziyana qarşı təminat vermir.(7.1) Spirtli içkilərin, iflicin, epilepsik tutmanın, Sığorta olunanın bütün bədəninə təsir edən qıcolmanın digər növlərinin təsiri və ya Sığorta olunanın psixi pozuntuları və ya huşunu itirməsi nəticəsində baş verən fərdi qəzalar. Bu istisna səhhətin belə pozulması hallarının və ya epilepsik tutmanın bu sığorta müqaviləsi ilə təminat verilən fərdi qəza hadisəsinin nəticəsində baş verməsi hallarında tətbiq edilmir. (7.1.2) Cavabdehin iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etməsinin əsası ondan ibarət olmuşdur ki, sığortalı X7 xx.xx.2020-ci il tarixdə idarə etdiyi "X11" markalı ** NJ *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Neapol küçəsində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerində ölmüşdür. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş "Cinayət işi üzrə icraata xitam verilməsi haqqında" qərarda sürücü X6 hadisə baş verən zaman sərxoş olduğu qeyd edilmişdir. Cavabdeh imtinasını “Fərdi Qəza Sığortası” Qaydalarının 6.4 və 7.1.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin istinad etdiyi hal xx.xx.2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Başqa sözlə iddiaçı cavabdeh cəmiyyətdən Fərdi Qəza Sığortası müqaviləsinə istinad edərək mərhum ərinin ölümü ilə əlaqədar sığorta ödənişini tələb etməkdə haqlı olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı mərhum ərinin cüzi alkoqol qəbul etməsi faktına əsaslana bilməzdi. Ona görə də cavabdehin yuxarıda göstərilən əsasla sığorta ödənişini ödəməkdən imtinası əsaslı olmuşdur. Baxılan iş üzrə tərəflər arasında imzalanmış şəhadətnamənin şərtləri baxımından iddiaçının istinad etdiyi cüzi alkoqol “Fərdi Qəza Sığortası” Qaydalarında ümumiyyətlə sərxoşluğun dərəcəsi (yüngül, orta və ya ağırlığı barədə) anlayışı yoxdur, yalnız qeyd edilən həmin hallarla əlaqədar sığorta təminatına məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar müddəalar öz əksini tapmışdır. Bununla yanaşı, iş materiallarından görünür ki, müvafiq məhkəmə-tibb eksperti tərəfindən xx.xx.2020-ci il tarixdə E.R.Nağıyevin meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı - 1,1 %o-dir ki, bu miqdar canlı şəxslərdə Yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” ASCyə qarşı “sığorta pulu” tələbi əsaslı olmadığından, o cümlədədn də sığortaçının da fərdi qəza şəhadətnaməsi üzrə ödəniş etmək öhdəliyi yaranmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 11 manat dövlət rüsumu, iddia tələbi rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta pulu” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar