Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-130/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) ”müavinət” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı "xxxx" ASCyə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin yanvar ayının 1-dən 27-nə qədər olan əmək haqqı və 2020-ci il fevral ayının 1-dən 2021-ci ilin may ayının 31-nə kimi olan əmək haqqının 3/2 hissəsindən az olmamaq şərti ilə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 1989-cu ildən fasiləsiz olaraq Bakı "xxxx" ASC zavodunda işləyir. İşlədiyi müddətdə heç bir nöqsanı olmamışdır. 10.05.2019-cu il tarixində məzuniyyətə çıxmışdır. Məzuniyyət vaxtını 24.05.2019-cu il tarixdə tamam olmasına baxmayaraq, işə buraxılmamışdır. Ona bildirmişlər ki, zavod rəhbərliyi vergini ödəmədiyindən zavod işləmir. Buna baxmayaraq, zavod rəhbərliyinin səhvi ucbatından, müəssisə çalışmadığından ona əmək haqqı 3/2 hissədən az olmamaq şərti ilə ödənilməli idi. Lakin 2020-ci ilin yanvar ayının əmək haqqısı bu günə kimi ödənilməmişdir. 2020-ci ilin fevral ayından bu günə qədər dəfələrlə zavoda getmiş, 3/2 hissəni tələb etmiş, lakin zavod rəhbəri ona “gic talış” deyərək təhqir etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, 2020-ci ilin fevral ayının 1-dən 2021-ci ilin iyun ayının 30-na qədər olan əmək haqqının 3/2 hissəsindən az olmamaq şərti ilə ödənilməsi və 2020-ci ilin yanvar ayının əmək haqqısını Bakı "xxxx" zavodunun rəhbərindən tələb etməsini qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X2 məhkəmənin dəftərxana vasitəsi ilə 29.06.2021-ci il tarixdə yazılı etiraz təqdim edərək, "xxxx" ASC ilə müəssisənin Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023-cu illər üçün 14.04.2020-ci il tarixində Kollektiv Müqavilə bağlanmışdır. Bu müqavilənin 4.10-cu bəndinə əsasən, "İstehsal və satışın olmaması, yaxud Məhərrəmlik və Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssisənin normal fəaliyyət göstərməsinə mane olan, eləcə də onun fəaliyyətinin dayandırılmasına səbəb olan hallar mövcud olduqda o cümlədən dövlət orqanlarının qəbul etdikləri qərarlar və ya onların nümayəndələrinin hərəkətləri məhkəmə qarşısında mübahisələndirilərkən müəssisənin fəaliyyət göstərməməsi zamanı işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla bir təqvim ilində bir neçə dəfə ola bilər. Əmək Məcəlləsinin 24.1-ci maddəsində qeyd olunur: "Bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. Göründüyü kimi "xxxx" ASC rəhbərliyi kollektiv müqaviləni əsas götürərək işçiləri qrup halında ödənişsiz məzuniyyətə buraxmaq haqqında № 1. 27.01.2020 tarixli əmr, № 3, 02.03.2020 tarixli əmr № 2, 11.01.2021 tarixli əmri təsdiq etmişdir. Buna əsasən, işçiyə bu müddətlər ərzində hər hansı ödəniş verilə bilməz. Hələ 2019-cu ildə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "müavinət" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əmək haqqının üçdə iki hissəsindən az olmamaqla hesablanmış pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş № 2(005)-5175/2019, 28.12.2019 tarixli Qətnamə ilə qət edilmişdir: "İddia təmin edilsin. İddiaçı qızma 24.05.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək əmək haqqının 2/3 hissəsi miqdarı hesablanaraq "xxxx" ASC tərəfindən ödənilsin.” Ardınca Bakı Şampan Şərabları ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən, mülki işə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılaraq № 2(103)-3337/2020, 28.09.2020 tarixli Qətnamə ilə qət edilmişdir: "Cavabdeh "xxxx" ASC tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5175/2019 saylı işi üzrə 28.12.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı xeyrinə 206.67 (iki yüz altı manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutulması təmin edilsin. İddia qalan hissədə təmin edilməsin." Bundan sonra İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası tərəfindən qəbul olunmuş N2 2(102)-1992/2021, 29.04.2021 tarixli Qərar ilə təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3337/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyəti X8 05 yanvar 2021-ci il tarixli 01 nömrəli "işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 06.01.2021-ci il tarixdən geri çağırılmasını əmr edilmişdir; "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətinin X8 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 11 yanvar 2021-ci il tarixli 02 saylı əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin 4.10-cu maddəsinə əsas tutaraq aşağıda adları istisna olmaqla (Rəhbərlik: X4 - idarə heyətinin sədr müavini, X11 - baş mühasib, Növbəli nəzarət sahəsi: X10 rəis, X5 - nəzarətçi, X12 - nəzarətçi) bütün işçi heyəti 10.01.2021-ci il tarixdən 6 (altı) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmaları, Xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti, öz hesabında məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onlarda ödənişsiz məzuniyyətdə hesab edilmələri əmr edilmişdir; 27.01.2020-ci il tarixli, 01 saylı "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətinin əmrinin surətinə əsasən 2019-cu ilin may - dekabr aylarında Səhmdar Cəmiyyətin istehsal və satış fəaliyyəti dayandırıldığından istehsal və satış olmamışdır. Bu səbəbdən satışın olmaması nəticəsindən pul gəliri olmadığından müliyyə çatışmamazlığı əmələ gəlmişdir. Yaranmış maliyyə vəziyyəti ilə əlaqədar işçilərin əmək haqqılarını və kommunal xərclərin ödənilməsi üçün pul vəsaiti olmamışdır. Eyni zamanda büdcəyə olan borclar ödənilmədiyindən vergi orqanları tərəfindən bank hesablarına sərəncam qoyulduğundan bank əməliyyatlarının aparılmasında problemlər yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin 4.10-cü maddəsinə əsas tutaraq aşağıda adlan istisna olmaqla bütün işçi heyəti 25.01.2020-ci il tarixdən 1 (bir) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılsınlar. (Rəhbərlik: X4 - idarə heyətinin sədr müavini X11 - baş mühasib Növbəli nəzarət sahəsi: X10 rəis X5 - nəzarətçi X12 - nəzarətçi X7 - nəzarətçi) Xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti, öz hesabında məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onlarda ödənişsiz məzuniyyətdə hesab edilmələri qərara alınmışdır; "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətinin X8 “işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə” 02 mart 2020-ci il tarixli, 03 saylı əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Səhmdar cəmiyyənin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin 27.01.2020-ci il tarixli 01 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti 31 dekabr 2020-ci il tarixə kimi uzadılması əmr edilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2014-cü il tarixdən "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrində işləmiş, müəyyən edilmişdir ki, işəgötürənin 27 yanvar 2020-ci il tarixli əmri ilə işçilərin 25.12.2019-cu il tarixdən geri çağırılmasını əmr edilmiş, 27 yanvar 2020-ci il tarixli əmri ilə 28.01.2020-ci il tarixdən 1 (bir) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, 02 mart 2020-ci il tarixli əmri ilə 27.01.2020-ci il tarixli 01 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti 31 dekabr 2020-ci il tarixə kimi uzadılması əmr edilmişdir; Məhkəmə iddia ərizəsini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129, 169-cu maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçıya cavabdeh təşkilatın təqsiri üzündən əmək haqqı verməməsi tələbi qismən əsaslıdır, qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan, hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (maddələr 129.1 və 129.2). Əmək Məcəlləsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir, işçinin təqsiri üzündən boşdayanma vaıxtı ödənilmir (maddə 169.1 və 169.2). Qanunvericiliyin yuxarıda qeyd olunan mənasına görə, işçi ilə işəgötürənin razılığı əsasında, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, 6 aydan çox olmayan müddətdə işçiyə ödənişsiz məzuniyyət verilə bilər. Bu o deməkdir ki, əsaslar olduğu təqdirdə 6 ayadək ödənişsiz məzuniyyətin verilməsi qanunidir. İşdən görünür ki, Kollektiv müqavilənin 4.10-cu bəndində işəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxılması nəzərdə tutulmuşdur. Cavabdehin 27 yanvar 2020-ci il tarixli əmri ilə işçilərin 1 (bir) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, həmin əmrin müddəti sonradan 02 mart 2020-ci il tarixli əmri ilə 31 dekabr 2020-ci il tarixə kimi uzadılması əmr edilmişdir. Bundan sonra 05 yanvar 2021-ci il tarixli əmr ilə işçilər 06.01.2021-ci il tarixdən geri çağırılmış, 11 yanvar 2021-ci il tarixli əmr ilə 10.01.2021-ci il tarixdən 6 (altı) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Cavabdeh tərəfindən işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə əmrin verildiyi 27.01.2020-ci il tarixdən 6 ay müddətində yəni, 27.07.2020-ci il tarixədək ödənişsiz məzuniyyətin verilməsi qanuni olmuşdur. Həmin müddət başa çatdıqda işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə əmr verilməmiş, qanunla ödənişsiz məzuniyyətin verilmə müddətinin 27.07.2020-ci il tarixdə bitməsinə baxmayaraq həmin müddətin 6 aydan çox – 31.12.2020-ci il tarixədək uzadılması qanunsuz olmuşdur. Digər tərəfdən, iddiaçı 05 yanvar 2021-ci il tarixli əmr ilə işçilər 06.01.2021-ci il tarixdən geri çağırılmış, 11 yanvar 2021-ci il tarixli əmr ilə 10.01.2021-ci il tarixdən 6 (altı) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Bu hissədə iddiaçının 10.06.2021-ci il tarixədək ödənişsiz məzuniyyətin verilməsi qanuni olmuşdur. Həmin müddət başa çatdıqda işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə əmr verilməmişdir., qanunla ödənişsiz məzuniyyətin verilmə müddətinin 10.06.2021-ci il tarixdə bitdiyindən iddiaçının həmin tarixdən 30.06.2021-ci il tarixədək əmək haqqı tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 28.3-cü maddəsinə əsasən kollektiv müqavilə müəssisənin üzündə, unun filiallarında, nümayəndəliklərində və diyər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda iso kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir. Həmin Məcəllənin 30.1 -ci maddəsinə əsasən kollektiv müqavilənin layihəsinin hazırlanması, bağlanması qaydaları və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və rəsmiləşdirilir. Bu məqsədlə tərəflər bərabər saylı nümayəndələrindən ibarət müvafiq komissiya (işçi qrupu) yarada bilərlər. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən həmkarlar ittifaqları təşkilatının iclasının, konfransının və digər yığıncaqla'inın səlahiyyətli olması onun nizamnaməsi ilə tənzimlənir. İşçilərin(nümayəndələrin) 50 faizindən çoxunun iştirak etdiyi ümumi yığıncaq (konfrans) səlahiyyətli hesab olunur. Həmin Məcəllənin 30.6-cı maddəsinə əsasən, kollektiv müqavilənin layihəsi iclasda (konfransda) iştirak edənlərin səs çoxluğj ilə təsdiq edilir. Tərəflər, kollektiv müqavilə təsdiq edildikdən sonra onu üç gün ərzində imzalamalıdırlar. İmzalanmış kollektiv müqavilə və ona əlavələr yeddi təqvim günü ərzində məlumat üçün işəgötürənlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 28.3-cü maddəsinə əsasən kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir; 29-cu maddəsinə əsasən kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir; 30.1-ci maddəsinə əsasən kollektiv müqavilənin layihəsinin hazırlanması, bağlanması qaydaları və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və rəsmiləşdirilir. Bu məqsədlə tərəflər bərabər saylı nümayəndələrindən ibarət müvafiq komissiya (işçi qrupu) yarada bilərlər; 30.3-cü maddəsinə əsasən həmkarlar ittifaqları təşkilatının iclasının, konfransının və digər yığıncaqlarının səlahiyyətli olması onun nizamnaməsi ilə tənzimlənir. İşçilərin(nümayəndələrin) 50 faizindən çoxunun iştirak etdiyi ümumi yığıncaq (konfrans) səlahiyyətli hesab olunur; 30.6-cı maddəsinə əsasən, kollektiv müqavilənin layihəsi iclasda (konfransda) iştirak edənlərin səs çoxluğu ilə təsdiq edilir; 30.6-ci maddəsinə əsasən tərəflər, kollektiv müqavilə təsdiq edildikdən sonra onu üç gün ərzində imzalamalıdırlar. İmzalanmış kollektiv müqavilə və ona əlavələr yeddi təqvim günü ərzində məlumat üçün işəgötürənlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilir; 31.1-ci maddəsinə əsasən kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər; 31.4-cü maddəsinə əsasən, bu Məcəllədə və digər normativ hüquqi aktlarda kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir; 32.1-ci maddəsinə əsasən kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər; Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər; 146.1-ci maddəsinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. 146.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir; 169.2-ci maddəsinə əsasən işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Göründüyü kimi "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətinin əmri ilə səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti yenidən 31 dekabr 2020-ci il tarixədək uzadılması əmr edilmiş, məhz bunun nəticəsində cavabdeh təşkilat Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada iddiaçının hüququnun pozuntusu ilə nəticələnmişdir. Bundan başqa, 24 dekabr 2019-cu il tarixli 12 saylı əmrilə ödənişsiz məzuniyyətə buraxılmış işçilər geri çağırılmış, işçi əmək fəaliyyətini 27 yanvar 2020-ci il tarixədək davam etdirmişdir. "Bakı Şampan Şərabları” ASC tərəfindən 27.07.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək müvafiq əmrlərə uyğun olaraq İddiaçı işləmək imkanınından məhrum olmuş, əmək haqqı almamışdır. Digər tərəfdən, 05 yanvar 2021-ci il tarixli əmr ilə işçilər 06.01.2021-ci il tarixdən geri çağırılmış, 11 yanvar 2021-ci il tarixli əmr ilə 10.01.2021-ci il tarixdən 6 (altı) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Bu müddət 10.06.2021-ci il tarixdə bitmiş, həmin vaxtdan 30.06.2021-ci il tarixədək , əmək haqqı almamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, İddiaçı 01 yanvar 2020-ci il tarixdən 27 yanvar 2020-ci il tarixədək, 27 iyul 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək, eləcə də, 10.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək əmək haqqının üçdə iki miqdarı hesablanaraq "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "Bakı Şampan Şərabları” ASC tərəfindən 01 yanvar 2020-ci il tarixdən - 27 yanvar 2020-ci il tarixədək, 27 iyul 2020-ci il tarixdən - 31 dekabr 2020-ci il tarixədək, 10 iyun 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək əmək haqqının üçdə iki hissəsi miqdarı hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-130/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-130/2022
02.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver