Məhkəmə qərarları › İş №2(005)-132/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-132/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-132/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili X5 və İddiaçı X2 cavabdehlər “xxxx” MMC-ə, Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvinə dair“ iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər “xxxx” MMC-ə, Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvinə dair“ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMCnin hazırki iş üzrə 06 saylı xx xxxxxx 2020-ci il tarixli hesabatında əmlakın bazar və digər dəyərlərinin yekun göstəricisini ləğv edilib obyektin yenidən qiymətləndirilməsinin təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh2 12350- 117333/2019-15-2A saylı xx xxxxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən “xxxx” MMC tərəfindən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində istifadədə olan 0,08949 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 5 mərtəbəli binada yerləşən 47 m² ümumi, - m² yaşayış sahəsindən ibarət 2 otaqlı 52 nömrəli mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini müəyyən etmək üçün qiymətləndirmə işinin həyata keçirilməsi sifariş edilmişdir. Əmlakın qiymətləndirilməsi barədə 06 saylı xx xxxxxx 2020-ci il tarixli hesabata əsasən həmin əmlak 140 000 manat dəyərində qiymətləndirilmişdir. Hesab edir ki, həmin hesabatda əmlakın bazar və digər dəyərlərinin yekun göstəricisi düzgün göstərilməmiş, real bazar dəyəri əmlakın dəyərinə uyğun deyil. Belə ki, əmlak 2015-ci ildə ipotekaya qəbul edilərkən 110 000 manat məbləğində, 06 saylı xx xxxxxx 2020-ci il tarixli hesabata əsasən isə mübahisəli əmlak 140 000 manat dəyərində qiymətləndirilmişdir. Əmlak ipotekaya qəbul ediləndən sonra əmlakda xeyli yaxşılaşdırma işləri aparılmış, o cümlədən həmin əmlka mənzil deyil, qeyri-yaşayış sahəsi kimi, yəni gözəllik salonu kimi fəaliyyət göstərir. Ən əsası 2015-ci illə müqayisədə 2020-ci ildə daşınmaz əmlakın bazar qiyməti azalmamış, əksinə artmışdır. Ona görə də hesab edir ki, hesabatda əmlakın bazar və ya digər dəyərləri həqiqətdə olduğundan 2-3 dəfə aşağı göstərilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X2 nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək izahatında iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MMC 05 mart 2021-ci il tarixli 125 nömrəli məktubla məhkəməyə müraciət edərək 06 saylı xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatının qüvvədə olan qanunvericilik tələbinə tam uyğun olaraq və qiymətləndirmə fəaliyyəti həyata keçirilən zaman tətbiq edilən metod hesablamalar nəzərə alınmaqla tərtib edildiyini bildirmişdir. Cavabdeh həmçinin, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmiş. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, onun təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 xx xxxxxxxx 2019-cu il tarixli Qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-48/2018 saylı xx xxxx 2018-ci il tarixli icra sənədinə əsasən borclu X1 ümumilikdə 16 410,32 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə manatın məzənnəsinə uyğun olaraq tutulmalı və tutma borcluya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində istifadədə olan 0,08949 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 5 mərtəbəli binada yerləşən 47 m² ümumi, - m² yaşayış sahəsindən ibarət 2 otaqlı 52 nömrəli mənzilə yönəldilməlidir. Bununla bağlı Cavabdeh2 tərəfindən “xxxx” MMC-dən nümayəndə dəvət edilməsi və qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclərin bərabər həcmdə tərəflərin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh2 xx xxxxxxx 2019-cu il tarixli 12350-117333/2019- 15-2A tarixli sifariş məktubundan görünür ki, əmlakın qiymətləndirilməsi işini həyata keçirən “xxxx” MMC-ə X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində istifadədə olan 0,08949 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 5 mərtəbəli binada yerləşən 47 m² ümumi, - m² yaşayış sahəsindən ibarət 2 otaqlı 52 nömrəli mənzilin qiymətləndirmə işinin həyata keçirilməsi sifariş edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 06 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə Hesabat”ının surətindən görünür ki, X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində istifadədə olan 0,08949 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 5 mərtəbəli binada yerləşən 47 m² ümumi, - m² yaşayış sahəsindən ibarət 2 otaqlı 52 nömrəli mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 140 000 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-1484/2020 nömrəli qərardadından görünür ki, iddiaçı X2 cavabdehlər “xxxx” MMC-ə, Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvinə dair“ iddia ərizəsi barədə mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş, xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2021-ci il tarixli QXM 336M nömrəli rəydən görünür ki, X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində istifadədə olan 0,08949 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 5 mərtəbəli binada yerləşən 47 m² ümumi, - m² yaşayış sahəsindən ibarət 2 otaqlı 52 nömrəli mənzilin bazar dəyəri 90 000 manat, likvid dəyəri 80 000 manat müəyyən edilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Göründüyü kimi iddiaçının mübahisələndiridiyi “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 06 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə Hesabat”ına əsasən X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində istifadədə olan 0,08949 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 5 mərtəbəli binada yerləşən 47 m² ümumi, yaşayış sahəsindən ibarət 2 otaqlı 52 nömrəli mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 140 000 manat təşkil etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-1484/2020 nömrəli qərardadı ilə “xxxx” MMC tərəfindən tərtib edilmiş, xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2021-ci il tarixli QXM 336M nömrəli rəylə isə mənzilin bazar dəyəri 90 000 manat, likvid dəyəri 80 000 manat müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddiaçının mübahisələndiridiyi “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 06 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə Hesabat”ın ləğvinin tələb edilməsi əsassızdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X2 cavabdehlər “xxxx” MMC-ə, Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvinə dair“ iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər “xxxx” MMC-ə, Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvinə dair“ iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar