Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1342/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, iddiaçı X1 cavabdehlər Əlizadəqərib Məryəm, X2 Qurbanəli, ”Modern Hotel" mehmanxanasına qarşı «əxlaqsız hərəkətlərinin və bununla da xəyanətinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Refetov Raif Behaydinov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İran İslam Respublikasının vətəndaşı Əlizadəqərib Məryəmin Azərbaycan Respublikasında olması və xəyanət etməklə 20.01.2022-ci il tarixdə “Modern HotePdə əxlaqsızlıq hərəkətlərinin təsdiq edilməsi faktı barədə və 15 manat məhkəmə rüsumu ilə birgə sənədlərin tərcüməsi, üçün iddiaçının çəkdiyi 250 manat məbləğində borcun cavabdeh İİR vətəndaşları Əlizadəqərib Məryəm və X2 Qurbanəlidən iddiaçının xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki-prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə). Göründüyü kimi, iddia ərizəsi həyat yoldaşı- cavabdeh Əlizadəqərib Məryəmin 20.01.2022-ci il tarixində 'Modern Hotel" mehmanxanasının 206 saylı otaqında İran İslam Respublikasının vətəndaşı cavabdeh X2 Qurbanəli ilə eyni vaxtda bir yerdə olmaları faktı üzrə Əlizadəqərib Məryəmin əxlaqsız hərəkətlərinin və bununlada xəyanətinin təsdiq edilməsinə dair iddia icraatı qaydasında verilmişdir. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. İddiaçının hazrkı tələbi məhkəmədə iddia icraatı qaydasında mübahisələndirilə bilməz. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-153-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdehlər Əlizadəqərib Məryəm, X2 Qurbanəli, ”Modern Hotel" mehmanxanasına qarşı «əxlaqsız hərəkətlərinin və bununla da xəyanətinin təsdiq edilməsi” tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1342/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1342/2022
15.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver