Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-135/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək haqqının və 2 faiz ödəncin ödənilməsi” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və 2 faiz ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları məhkəmə müəyyən etdi: Təsviri hissə: Tələb: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və 2 faiz ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək haqqı və son haqq hesab ödənişləri üzrə ümumilikdə 21 350.88 (iyir bir min üç yüz əlli manat 88 qəpik) manat məbləğində olan borcun və əmək haqqının ödənişinin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5 bəndində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün iki faiz kompensasiya miqdarında vəsait Cavabdeh MMC-dən alınaraq iddiaçının xeyrinə pul kompensasiyası ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16” iyun 2020-ci il tarixdən “04” sentyabr 2023-cü il tarixinə kimi mən Cavabdeh MMC-də Baş mühasib vəzifəsində (peşəsində) işləmiş və müəssisənin maliyyə uçot və mühasibatlıq işini görmüşdür. İyun 2022-ci il tarixdən işdən çıxdığı günə kimi ona ümumilikdə 23 350.88 (iyirmi üç min üç yüz əlli manat 88 qəpik) manat əmək haqqı və son haqq hesab ödənişləri ödənilməmişdir. (Qoşma 3). İşdən çıxdıqdan sonra cəmi bir dəfə iki min manat ödəniş olmuşdur. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmir, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-cü maddəsinin 4 bəndinə uyğun olaraq (işçi işdən çıxarkən ona veriləcək bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) təsdiq olunur. İşə götürənin təqsiri üzündən, yəni əmək haqqı və istifadə edilməyən əmək məzuniyyəti günlərinin hesablanaraq işçinin işdən çıxdığı gün ödənilməli olan son haqq-hesab məbləği zamanında ödənilmədiyinə görə iddiaçı zamanında öz ölkəsinəə qayıda bilməmişdir. Bu isə özlüyündə iddiaçının heç bir yerdə işləmədiyi halda əlavə xərclə yüklənməyinə səbəb olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası ərazisində X5 vaxtının bitməsi halında, vaxtın uzadılması üçün yenidən müraciət edəcəyi təqdirdə yenidən xərc çəkəcəyi qaçılmazdır. İddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə Cavabdeh MMC ödənişin hər gecikdirilmiş gün üçün iddiaçıya 185067,85 manat məbləğində ödənc verilməlidir (Qoşma 4). Əsas və digər ödənişlərinin ödənilməsi üçün cavabdehə tərəfindən dəfələrlə görüş təşkil edərək müraciətlər etmişdir. Lakin məsələnin həlli bugünki günə qədər həll olunmamış qalmışdır. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən iddia tələbinə yazılı qaydada etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 20.02.2024-cü il tarixli MŞB/16/2024-0233 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İMS-də iştirak etmiş və 50 manat mediasiya rüsumunu və 10 manat kargüzarlıq xərcini ödəmişdir, Cavabdeh MMCnin nümayəndəsi isə iştirak etməmişdir. - Cavabdeh MMC-nin direktoru X1 33 №-li xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair Əmrinin surətindən görünür ki, maliyyə və mühasibatlıq şöbəsinin baş mühasibi X7 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (təəflərdən birinin təşəbbüsü) 04 sentyabr 2023-cü il tarixdən xitam verilmişdir. - Cavabdeh MMC-nin 04 sentyabr 2023-cü il tarixli arayışının surətindən görünür ki, X4 arayış ondan ötrü verilmişdir ki, o həqiqətən xx.xx.2020-ci il tarixindən «X3» MMC-də Baş mühasib vəzifəsində işləmiş və vəzifə maaşı aylıq 1142 manat; 2500 manat, net əmək haqqısı 1001,83 manat; 2176,50 manat təşkil etmişdir. - 2022-ci ilin iyun ayında cəmi 1163,31 manat ödəniş olmuş, 23350,88 manat qalıq əmək haqqı qalmışdır. - Cavabdeh MMC-nin direktoru Rüstəm Şahbazov ilə X8 arasında xx.xx.2020-ci ildə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, işçi X8 əlavə iş yeri üzrə maliyyə və mühasibatlıq şöbəsinə baş mühasib vəzifəsinə işə qəbul edilir. Əmək haqqı 1345 manat təşkil edir. - Cavabdeh MMC-nin direktoru Cavad Talıbov ilə X7 arasında bağlanmış xx.xx.2021ci il tarixli əmək müqaviləsinə Əlavə № 1- in surətindən görünür ki, işçiyə hər ay ştat cədvəlinə müvafiq olaraq vergilər və digər ödənişlər daxil olmaqla, 2160 manat əmək haqqı ödənilir. - Cavabdeh MMC-nin direktoru Cavad Talıbov ilə X7 arasında bağlanmış xx.xx.2021ci il tarixli əmək müqaviləsinə Əlavə № 2- in surətindən görünür ki, işçiyə hər ay ştat cədvəlinə müvafiq olaraq vergilər və digər ödənişlər daxil olmaqla, 2500 manat əmək haqqı ödənilir. - Cavabdeh MMC-nin direktoru Zaur Məmmədrzayev ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Əlavə № 3-ün surətindən görünür ki, işçiyə hər ay ştat cədvəlinə müvafiq olaraq vergilər və digər ödənişlər daxil olmaqla, 1142 manat əmək haqqı ödənilir. Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə "X2" MMC-nin vəzifəli şəxsi arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Cavabdeh MMC-nin 04 sentyabr 2023-cü il tarixli arayışının surətindən görünür ki, 2022-ci ilin iyun ayından 2023-cü ilin sentyabr ayına qədər Zaur Nəsibova hesablanmış net əmək haqqının həcmi 24514,19 manat olmuşdur. Həmin məbləğdən cəmi 1163,31 manat ödəniş olmuşdur. İddiaçı həmin məbləğin 2000 manat olduğunu qeyd edir. Zaur Nəsibova ödənilməyən qalıq əmək haqqının məbləği 23350,88 manat təşkil edir. Hazırda iddiaçı məhkəmədə cavabdehin ona 21350,88 manat məbləğində əmək haqqını ödəmədiyini bildirərək, əmək haqqının ödənişinin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün iki faiz həcmində ödəncin cavabdehdən tutulmalı olduğunu mübahisələndirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 83.4-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 1-ci bəndinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 6-cı bəndinə əsasən, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçısının izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Mövcud işin hallarına və cavabdehin göstərilən ərizəsinə əsasən, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh MMC-də iddia etdiyi müddətdə işləməsi, onun aylıq əmək haqqının gecikdirilməsi işin mübahisəsiz halıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, İddiaçı cavabdeh şirkətdə əmək müqaviləsinə əsasən işləmiş, onun aylıq net əmək haqqı 2022-ci ilin iyundekabr aylarında 2176,50 manat, 2023-cü ilin yanvar-sentyabr aylarında 1001,83 manat təşkil etmiş, 2022-ci ilin iyun ayında iddiaçıya cəmi 1163,31 manat əmək haqqı köçürülmüşdür. İddiaçı ilə olan əmək müqaviləsinə 04 sentyabr 2023-cü il tarixli əmrlə Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçıya əmək haqqı və son haqq-hesab bügunədək ödənilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 83.4-cü və 172.4-cü maddələri işçinin əmək haqqının və son haqq-hesabının işəgötürən tərəfindən işçiyə sonuncu iş günü (işdən çıxdığı gün) verilməsini tələb edir. Bu baxımdan məhkəmə bildirir ki, əmək haqqının ödənilməməsi barədə iddiaçının iddiasına qarşı bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, o cümlədən cavabdeh tərəfindən iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq əmək haqqının və son haqq-hesabın ödənilmədiyi barədə işəgötürənin, yəni cavabdeh cəmiyyətin arayışı mövcuddur. Həmin arayışdan müəyyən edilir ki, ümumilikdə cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş əmək haqqının məbləği 23350,88 manat olmuşdur. Eyni zamanda iddiaçı özü iddia ərizəsinin dəlillərində qeyd edir ki, cavabdeh cəmiyyət tərəfindən 2022-ci ilin iyun ayından 2023-cü ilin sentyabr aylarını əhatə edən dövrdə ona 2000 manat əmək haqqı ödənilmişdir. Bu səbəbdən də hazırda iddiaçı cavabdeh tərəfindən 21350,88 manat ödənilməmiş əmək haqqının ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı yuxarıda sadalanan işin hallarına, mövcud qanunvericiliyin tələblərinə və iddiaçının işlədiyi dövr üçün əmək haqqı almaqla bağlı konstutision hüququna əsasən, ona ödənilməmiş 21350,88 manat məbləğində əmək haqqı ödənişi cavabdehdən onun xeyrinə tutulmalıdır. Beləliklə, göstərilən hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Belə olan halda hazırki mülki iş üzrə iddia tələbinin dəlillərinin əksini sübutetmə cavabdehin üzərinə düşür. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Göründüyü kimi, cavabdeh "X2" MMC Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən maddələrinin tələblərini pozmaqla, orada baş mühasib vəzifəsində çalışmış İddiaçı əmək haqqını və son haqq-hesabı ödəməmişdir. Məhkəmə araşdırılması zamanı isə əmək haqqı ödənişinin gecikdirilməsinin mövcud olduğu halda gecikmələrə görə ödəncin məbləğinin tarixlər qeyd olunmaqla ekspertiza tədqiqatının nəticəsinin məhkəməyə təqdim edilməsi cavabdehin iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə maneçiliyi səbəbindən müəyyən etmək mümkün olmamışdır. MPM-in 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 21350,88 manat miqdarında əmək haqqının gecikdirilməsinə görə bir faiz həcmində ödənc xx.xx.2023-cü il tarixindən başlayaraq, qətnamənin icra ediləcəyi günədək hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə iddiaçının iki faiz ödəncin ona ödənilməli olması barədə iddia dəlilini cavabdehin mənafeyi və iqtisadi vəziyyəti baxımından ağlabatan və qanuni hesab etmir. Nəticə etibarilə məhkəmə bildirir ki, dəfələrlə dəvət olunmasına baxmayaraq cavabdeh "X2" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia tələbinin əsassızlığına dəlalət edən mövqe ortaya qoymamış və mübahisələndirilən məsələ ilə bağlı halların izahını verməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etsə də, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Baxılan iş üzrə ərizənin verilməsinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, habelə iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 154,05 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "X2" MMC-dən ödənilməmiş 21350,88 manat məbləğində əmək haqqı İddiaçı xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh "X2" MMC-dən 154,05 manat dövlət rüsumu Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-135/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-135/2025
12.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver