Məhkəmə qərarları › İş №2(005)-1364/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1364/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1364/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 38 nömrəli notariat ofisinə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka (girov) müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 38 nömrəli notariat ofisinə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka (girov) müqaviləsinə xitam verilməsi və müvafiq arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla mərhum X8 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli ipoteka (girov) müqaviləsinə xitam verilməsi və bu barədə müvafiq arayışın verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla X8 arasında olan borc məbləğinin təminatı məqsədi ilə xx xxxxxxxx 2013-cü il tarixdə ipoteka (girov) müqaviləsi bağlanmışdır və onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzil girov qoyulmuşdur. Müqavilə Bakı şəhəri 38 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(001)-1529/2016 nömrəli qiyabi qətnaməsi ilə X3 ona qarşı “pul tələbi”nə dair iddiası təmin edilmişdir. Məhkəmədə işə baxılarkən iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmişdir və ünvan 3 mənzil 73 ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmışdır. Qeyd olunmalıdır ki, tələbkara olan borc ödənildiyindən tələbkar X8 Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, işin icraatına xitam verilməsini xahiş etmişdir və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. X8 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət reyestrinə müvafiq qeydlərin yazılması üçün girova xitam verilməsi vacibdir . Belə ki, X8 vəfat etdiyindən bu mümkün deyildir. ünvan 3 mənzil 73 ünvanda yerləşən yaşayış sahəsinin girovdan çıxarılması üçün xx xxxxxxxx 2013-cü il tarixli girov müqaviləsinə xitam verilməlidir. Göründüyü kimi, kreditorun tələbləri təmin edilmişdir və bu səbəbdən də girov müqaviləsinə xitam verilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla mərhum X8 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli ipoteka (girov) müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 38 nömrəli notariat ofisinə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: X8-girov saxlayan ilə İddiaçı-girov qoyan arasında bağlanmış və Bakı şəhəri 38 nömrəli notariat kontorunun notariusu İ.M.Xəlilov tərəfindən 3M/-03-629 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxxxx 2013-cü il tarixli fiziki şəxslər arasında ipoteka (girov) müqaviləsinin surətindən və məzmunundan görünür ki, girov qoyan mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əhmədbəy Ağayev küçəsində istifadədə olan 0,8 ha torpaq sahəsində yerləşən 120 nömrəli, 9 mərtəbəli evin 4-cü girişində, 4-cü mərtəbəsində yerləşən 64,4 kv.metr ümumi, 46,7 kv.metr yaşayış, 17,9 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 73 nömrəli mənzili girov saxlayanın xeyrinə girov qoyulması barədə razılığa gəlmişlər (2-ci bənd). Tərəflər arasında girov qoyulmuş əmlakın dəyəri 80.000 (səksən min) manat məbləğində qiymətləndirilmişdir (3-cü bənd). Bu müqavilə əsasında girov qoyulan əmlak İddiaçı X5 50.000 (əlli min) manat məbləğində vəsaitin xx xxxxxxxx 2015-ci il tarixədək qaytarılacağının təminatıdır (4-cü bənd); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(001)-1529/2016 nömrəli qiyabi qətnaməsinin və icra vərəqəsinin surətlərindən görünür ki, iddiaçı X3 cavabdehlər İddiaçı, X2, X9 və X12 qarşı “borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdeh İddiaçı 77.778 (yetmiş yeddi min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin iddiaçı X3 xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 80.000 (səksən min) manat dəyərində olan ünvan 3 73 nömrəli mənzilə yönəldilməsi, mənzilin satılması üçün açıq hərraca çıxarılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı qaytarılması, mənzil satıldıqdan 1 (bir) ay sonra cavabdehlər İddiaçı, X1, X7 və X11 ünvan 3 73 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilməsi və onların həmin mənzildən çıxarılması qət edilmişdir; Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abasovun xx xxxxxx 2016-cı il tarixli icraata başlamaq haqqında qərarın müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(001)-1529/2016 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmış və borclu şəxs İddiaçı və digərlərinə göstərilən tələbin 10 (on) gün müddətində könüllü olaraq təmin edilməsi qərara alınmışdır. Müvafiq qərar və tələbin könüllü icrası haqqında xx xxxxxx 2016-cı il tarixli bildiriş tərəflərin ünvanlarına göndərilmişdir; X3 Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə ünvanladığı xx xxxx 2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, onun İddiaçı və qeyriləri ilə aralarında olan qarşılıqlı razılığa əsasən onlara qarşı heç bir tələbi və iddiası olmadığından, işin icraatına xitam verilməsini xahiş etmişdir; Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abasovun xx xxxx 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(005)-1529/2016 nömrəli icra sənədi üzrə tələb tam təmin edildiyindən müvafiq icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır; Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə və tələbkar X5 ünvanladığı xx xxxx 2017-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(005)-1529/2016 nömrəli icra sənədi icra edildiyindən geri qaytarılmışdır; 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 988720 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 2019-cu il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbi ilə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 23 nömrə ilə qeyd edilmişdir; Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X17 ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubun surətindən və məzmunundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(005)-1529/2016 nömrəli icra sənədi ilə bağlı zərurət aradan alxdığı üçün İddiaçı məxsus ünvan 3 73 nömrəli mənzilin üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması xahiş olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli **********29 nömrəli məktbunun surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2019-cu il tarixinə olan məlumata əsasən ünvan 3 73 nömrəli mənzilin üzərində məhdudiyyət qeydə alınmamışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxx 2020-ci il tarixli **********53 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı məxsus ünvan 3 73 nömrəli mənzil xx xxxxxxxx 2013-cü il tarixli müraciətə əsasən X3 xeyrinə ipoteka ilə yüklü edilmişdir və hal-hazırda yüklüdür; Bakı şəhəri İcra Hakimiyyəti yanında mənzil tikintisi kooperativinin idarə heyəti “Elektroterm 2” Mənzil Tikinti Kooperativinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ə.Ağayev küçəsi, 120 nömrəli evin 73 nömrəli mənzilində yaşayır; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki,X8-girov saxlayan ilə İddiaçı-girov qoyan arasında bağlanmış və Bakı şəhəri 38 nömrəli notariat kontorunda təsdiq edilmiş xx xxxxxxxx 2013-cü il tarixli ipoteka (girov) müqaviləsinə əsasən, girov qoyan mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əhmədbəy Ağayev küçəsində istifadədə olan 0,8 ha torpaq sahəsində yerləşən 120 nömrəli, 9 mərtəbəli evin 4-cü girişində, 4-cü mərtəbəsində yerləşən 64,4 kv.metr ümumi, 46,7 kv.metr yaşayış, 17,9 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 73 nömrəli mənzili girov saxlayanın xeyrinə girov qoyulması barədə razılığa gəlmişlər. Tərəflər arasında girov qoyulmuş əmlakın dəyəri 80.000 (səksən min) manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında girov qoyulan əmlak İddiaçı X5 50.000 (əlli min) manat məbləğində vəsaitin xx xxxxxxxx 2015-ci il tarixədək qaytarılacağının təminatı olmuşdur. Eyni zamanda, müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(001)-1529/2016 nömrəli qiyabi qətnaməsi ilə cavabdeh İddiaçı 77.778 (yetmiş yeddi min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin iddiaçı X3 xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 80.000 (səksən min) manat dəyərində olan ünvan 3 73 nömrəli mənzilə yönəldilməsi, mənzilin satılması üçün açıq hərraca çıxarılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı qaytarılması, mənzil satıldıqdan 1 (bir) ay sonra cavabdehlər İddiaçı, X1, X7 və X11 ünvan 3 73 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilməsi və onların həmin mənzildən çıxarılması qət edilmişdir. Müvafiq icra vərəqəsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Habelə müəyyən edilmişdir ki, X8 Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə ünvanladığı xx xxxx 2017-ci il tarixli ərizə ilə müraciət edərək, onun İddiaçı və qeyriləri ilə aralarında olan qarşılıqlı razılığa əsasən onlara qarşı heç bir tələbi və iddiası olmadığından, işin icraatına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx xxxx 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə müvafiq icra sənədi üzrə tələb tam təmin edildiyindən qeyd edilən icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, X10 xx xxxxxx 2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus ünvan 3 73 nömrəli mənzil xx xxxxxxxx 2013-cü il tarixli müraciətə əsasən X3 xeyrinə ipoteka ilə yüklü edilmişdir və hal-hazırda yüklüdür. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla mərhum X8 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli ipoteka (girov) müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan xx xxxxxxxx 2013-cü il tarixli fiziki şəxslər arasında ipoteka (girov) müqaviləsinin 4cü fəslinin 2-ci bəndinə əsasən girov ilə bağlı öhdəliyə xitam verildikdə müqavilə qüvvəsini itirir. Bu müqaviləyə əsasən tərəflərin digər qarşılıqlı öhdəliklərinə yalnız onların icrasından sonra xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinin tələbinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka borclunun kreditor qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Deməli, ipoteka müqaviləsi əsas müqavilə üzrə icra edilməyən və ya lazımınca icra edilməyən öhdəliyin icrasını təmin etmək məqsədilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən ipoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf əsas öhdəliyinin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətdə üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən ipotekaya əsas öhdəliyə xitam verildikdə xitam verilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəuri hesab edir ki, müvafiq icra vərəqəsi üzrə icraata tələbkar şəxsin ərizəsi əsasında xitam verildiyindən, qeyd edilən əmlak üzərində tərəflər arasında ipoteka (girov) müqaviləsi bağlanarkən həmin əmlak üzərində tələbkar şəxsin xeyrinə yüklülüyün həyata keçirilməsi və həmin yüklülüyün onun ölümü ilə hələ də həmin əmlakın üzərində qalması zərurəti aradan qalxdığından iddiaçı şəxsin iddiasını əsaslı edərək, müvafiq ipoteka (girov) müqaviləsinə xitam verilməsi üçün birbaşa hüquqi əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında əsas öhdəliyə xitam verildiyindən, İddiaçı cavabdeh Bakı şəhəri 38 nömrəli notariat ofisinə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka (girov) müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməli, İddiaçı ilə mərhum X8 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli ipoteka (girov) müqaviləsinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə X8 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli ipoteka (girov) müqaviləsinə xitam verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar