Məhkəmə qərarları › İş №2(005)-1367/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1367/2021

25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1367/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 görə cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsində alimetin və cavabdehdən əlavə xərclərə görə 500 (beş yüz) manat olmaqla sabit pul məbləğinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2606 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X10 və xx.xx.2016-cı il tarixdə X8 adlı övladları dünyaya gəlmişdir. Ailə həyatı qurarkən mehriban ailə münasibəti şəraitində yaşamışlar. Hal-hazırda isə onlar faktiki olaraq ayrı yaşayırlar. Cavabdehin birgə nikahdan doğulmuş uşaqlarının maddi təminatının ödənilməsinə heç bir köməklik göstərmir. O, hal-hazırda iddiaçı ilə birlikdə deyil, başqa ünvanda yaşayır. Cavabdehlə məhkəmədən qaydada uşaqlara aliment verilməsi ilə bağlı aralarında razılıq əldə edilməmişdir. Dəfələrlə cavabdehlə bu barədə bildirilsə də nəticəsiz olmuşdur. İddiaçı hesab edir ki, belə bir hal uzun sürə bilməz. Cavabdeh birgə nikahdan doğulmuş uşaqlarının saxlanmasında iştirak etməldir. Mübahisənin məhkəmədən kənar qaydada həll edə bilmədiyindən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcbriyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatında baş məsləhətçi vəzifəsində işləyir. Aylıq maaşı 3.000 (üç min) manatadan çoxdur. Bu baxımdan iddiaçı hesab edir ki, cavabdeh əlavə xərclərə cəlb olunmaqla hər ay əlavə olaraq sabit pul məbləğində 500 (beş yüz) manat ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X9 məhkəməyə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 10, mənzil 36 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1983-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı Nikah Evi tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZ-İ№ 725480 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2606 nömrə ilə qeyd edilmişdir. Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİİ № 020790 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X11 xx xxxxxx 2012-ci il tarixdə doğulmuş Cavabdeh Məzahi oğlu atası, anası isə İddiaçıdır. 2 saylı Bakı “Asan Ximdət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 856669 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxxxxxx 2016-cı il tarixdə doğulmuş Cavabdeh Məzahi oğlu atası, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin işlər idarəsinin xx.xx.2021-ci il tarixli 21/37 nömrəli arayışından görünür ki, Cavabdeh təhlükəsizlik və müdafiə məsələləri sektorunda baş məsləhətçi vəzifəsində işləyir və orta aylıq əmək haqqısı 4.281.73 manat (dörd min iki yüz səksən bir manat yetmiş üç qəpik) təşkil edir. Beləliklə, məhkəmədə iddiaçının və cavabdehin vəkillərinin izahatlarından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə münasibətindən xx xxxxxx 2012-cı il təvəllüdlü X10 və xx xxxxxxx 2016-cı il təvəllüdlü X8 doğulmuşlar, tərəflərin münasibətləri pozulmuş, onlar hazırda ayrı yaşayırlar. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetində təhlükəsizlik və müdafiə məsələləri sektorunda baş məsləhətçi vəzifəsində işləyir və orta aylıq əmək haqqısı 4.281.73 manat (dörd min iki yüz səksən bir manat yetmiş üç qəpik) təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. X13 həmçinin o da qeyd edilir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Məhkəmə iddiaçının övladının yetkinlik yaşına çatana qədər saxlanılması üçün əlavə xərclərinin ödənilməsilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 84.2.3-cü maddəsinə görə sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər ər və arvad bir-birinə maddi cəhətdən köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 85.1.2-ci maddəsinə görə sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir Qeyd edilənlərə əsaslanaraq uşağın əlilliyi və s. ilə bağlı sübut təqdim edilmədiyindən əlavə xərcin cavabdehdən tutulması hissəsində iddianı əsaslı hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə ilə müraciət edildiyi vaxtdan başlayaraq aliment hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetində təhlükəsizlik və müdafiə məsələləri sektorunda baş məsləhətçi vəzifəsində işlədiyini və orta aylıq əmək haqqısının 4.281.73 manat (dörd min iki yüz səksən bir manat yetmiş üç qəpik) olmaqla, uşaqlar üçün minimum yaşayış həddindən çox olmaqla bütün gəlirlərinin 1/3 (üçdə bir) hissəsi məbləğində tutulmasının yetərli olacağını nəzərə alaraq xx xxxxxx 2012-ci il təvəllüdlü X5 və xx xxxxxxx 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazanacının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsi məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxxxx 2012-ci il təvəllüdlü X5 və xx xxxxxxx 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment alınaraq İddiaçı ödənilsin. Alimentin tutulması vaxtı xx.xx.2021-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin ediməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar