Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-137/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Nərimanov Rayon İcra Şöbəsi və Cavabdeh3 qarşı “əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi; Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh3 Cavabdeh1 MMC-yə qarşı üçüncü şəxslər Nərimanov Rayon İcra şöbəsi, "xxxx" MMC və İddiaçı cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizələri ilə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 MMC, Nərimanov Rayon icra şöbəsi və Cavabdeh3 qarşı “əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdah Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair Cavabdeh1 MMC-nin 05 may 2021-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının iddiaçıya aid edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdah Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair Cavabdeh1 MMC-nin 05 may 2021-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun, eləcə də qiymətləndirmə ilə əlaqədar "xxxx" MMC-yə ödənilmiş 150 manat, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə ödənilmiş 250 manat, ümumilikdə 430 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, məlumat üçün bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(103)-12437/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh3 49145.83 ABŞ dolları pul və 45 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi üzrə icraat başlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12437/2019 saylı, 10.10.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh2 **********/20-15-12 saylı, 15.02.2021 ci il tarixli sifariş məktubu ilə "xxxx" MMC-nə müraciət edərək, Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin qiymətləndirmə işinin həyata keçirilməsini istəmişdir. Bunun üzərinə 04.05.2021-ci il tarixində "xxxx" MMC tərəfindən sözügedən daşinmazo baxış keçirilmiş və 05.05.2021-ci il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabat tərtib etmişdir. Cavabdeh2 sifarişli məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçidən "xxxx" MMC tərəfindən borcluya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin bugünkü günə qiyməti 54 000 (əlli dörd min) manat məbləğində müəyyən olunmuşdur.(Hesabat ilə 26 may 2020-ci il tarixində Nərimanov rayon İcra Şöbəsində tanış olub). Hesab edir ki, "xxxx" MMC-nin 05 may 2021ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı tamamilə qanunsuz və əsassızdır. Belə ki, sözügedən daşınmazm haıırki bazar qiyməti 28-30 min manat təşkil edir. Başqa sözlə desə həmin qiymət sahənin real bazar qiymətindən dəfələrlə yuxarıdır. Hesabat həqiqəti əks etdirilmədiyindən etibarsızdır.Göründüyü kimi, qanunverici məhkəmə tərəfindən sözügedən qanunun və mövcud prosessual qanunvericiliyin göstərişlərini diqqətə alaraq, aparılmış qiymətləndirmənin nəticələri haqqında hesabatdakı əmlakın dəyərinin yekun göstəricisinin həqiqi olmadığını müəyyən edildikdə qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qərar qəbul edilməsini nəzərdə tutmuşdur. Onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən hesabatdan da göründüyü kimi, "xxxx" MMC-nin eksperti həmin hesabatı torpaq sahəsinin bu günkü günə bazar giymətləri diqqətə alınmadan və sadəcə riyazi üsul ilə (9*6=54 min AZN) hazırlamışdır ki, bu da həmin hesabatın tam, obyektiv və ədalətli olmasını şübhə altına almağdadır. İddiaçı X3 28.06.2021-ci il tarixli ərizə ilə müraciət edərək, əsil olmayan iddiaçının əsil iddiaçı olan İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında əsil olmayan iddiaçı X3 əsil İddiaçı ilə əvəz olunması qərara alınaraq müvafiq prosessual hərəkətlər edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3388/2021 saylı 03 avqust 2021ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh3 Cavabdeh1 MMC-yə qarşı üçüncü şəxslər Nərimanov Rayon icra şöbəsi, "xxxx" MMC və İddiaçı cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsi” tələbinə dair mülki işi İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Nərimanov Rayon İcra şöbəsi və Cavabdeh3 qarşı “əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsi” tələbinə dair 2(005)- 3341/2021 saylı mülki işə birləşdirilmişdir. İddia iddiaçı Cavabdeh3 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12437/2019 saylı, 10.10.2019-cu il tarixli icra sənədi ilə əlaqədar, Cavabdeh2 sifarişi ilə Azərbaycan Respublikası Resapublika Xammal və Əmtəə “Tərəqqi" MMC mənə məxsus olan Bakı şəhəri, Abşeron Rayonu, Mehdiabad qəsəbəsində yerləşən 06 ha torpaq sahəsini 54 000 (əlli dörd min) manat müəyyən etmişdir. Aşağıdakılara əsasən hesab edir ki, ona məxsus torpaq sahəsi düzgün olmayaraq bazar qiymətindən aşağı qiymətləndirilmişdir. Belə ki, ona məxsus Bakı şəhəri, Abşeron Rayonu, Mehdiabad qəsəbəsində yerləşən 06 ha torpaq sahəsinin real bazar qiyməti hər 1 ha (sot) üçün 10.000 manat, ümumilikdə 6 ha (sot) üçün 60.000 (altmış min) manat təşkil edir. Bundan başqa ona məxsus torpaq sahəsi üzərində iki otaq, bir karidor və sanuzeldən ibarət olan, ümumi sahəsi 50 kv/m təşkil edən yaşayış sahəsi vardır. Lakin Cavabdeh1 MMC-nin 144 saylı, 05.05.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi haqqında hesabatında bu barədə göstərilməmişdir. Halbuki, bu cür hallarda qiymətləndirilmə zamanı, torpaq sahəsində yerləşən yaşayış sahəsi qiymət müəyyən olunan zaman nəzərə alınmalı idi. Belə ki, qiymətləndirmə rəyinin məzmunundan göründüyü kimi, rəy formal şablon və standart trafaret əsasında tərtib olunmuş, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərərkən səthi təhlillə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin düzgün müəyyən edilməsinin mühüm hüquqi əhəmiyyəti vardır. Hazırki halda əmlakın real dəyərindən aşağı qiymətdə hərraca çıxarılması və nəticədə tənasübsüz surətdə aşağı qiymətə satılması rəyin formal olmasını göstərir. Bundan əlavə o, həmin torpaq sahəsinin hərracda ilkin satış qiymətinin müəyyən edilməsindən faktiki olaraq kənarlaşdırılmış və onun iradə ifadəsi nəzərə alınmamışdır. Halbuki, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ -subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə və cavabdehlərə (o cümlədən birləşdirilmiş iş üzrə iddiaçıya) məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, onun təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən təmin olunmalı, birləşdirilmiş iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan ”Tərəqqi” MMC-nin 05.05.2021-ci il tarixli, 144 nömrəli “Əmlakın Qiymətləndirilməsi barədə Hesabatı”nın surətindən görünür ki, Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: Qeyd: Torpaq sahəsinə baxış zamanı üzərində tikili aşkar olundu. Qiymətləndirmə zamanı yalnız torpaq sahəsi qiymətləndirilmişdir. Torpaq sahəsi - 0,06 ha x 9 000 manat =54 000 (əlli dörd min) manat təşkil edir. İş materiallarında olan “AZƏREKSPERTİZA” Birliyinin 21 iyun 2021-ci il tarixli 92 saylı rəyindən görünür ki, Cavabdeh3 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin, ümumi dəyəri 25000 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 08 iyul 2021-ci il tarixli MB 14/0876 saylı rəyindən görünür ki, Cavabdeh3 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin, bazar dəyəri 30000 manat likvid dəyəri 27000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 26 yanvar 2021-ci il tarixli ƏEM/Y 47-047/22 saylı rəyindən görünür ki, 05.05.2021 tarixindən hazırki dövrədək qiymətləndirilən zona və seqment üzrə daşınmaz əmlak bazarında heç bir qiymət dəyişikliyi baş vermədiyindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 05.05.2021 tarixinə: Bazar dəyəri: 30 000,0 (otuz min) manat təşkil edir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 26 yanvar 2022-ci il tarixinə: Bazar dəyəri: 30 000,0 (otuz min) manat təşkil edir. Qeyd: 05.05.2021 tarixindən hazırki dövrədək qiymətləndirilən zona və seqment üzrə daşınmaz əmlak bazarında heç bir qiymət dəyişikliyi baş verməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2(103)- 12437/2019 nömrəli icra vərəqəsinin surətindən görünür ki, İddiaçı və X2 arasında bağlanmış 03 noyabr 2006-cı il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh3 35000 (otuz beş min) ABŞ dolları ödənilmiş məbləğ və 14145,83 ABŞ dolları illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz ümumilikdə 49145,83 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 45 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2(103)-12437/2019 nömrəli icra vərəqəsinin surətindən görünür ki, İddiaçı və X2 arasında bağlanmış 03 noyabr 2006-cı il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh3 35000 (otuz beş min) ABŞ dolları ödənilmiş məbləğ və 14145,83 ABŞ dolları illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz ümumilikdə 49145,83 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 45 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. ”Tərəqqi” MMC-nin hesabatına əsasən Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 54 000 (əlli dörd min) manat təşkil etmişdir. “AZƏREKSPERTİZA” Birliyinin rəyi ilə Cavabdeh3 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin, ümumi dəyəri 25000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin rəyi ilə Cavabdeh3 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin, bazar dəyəri 30000 manat likvid dəyəri 27000 manat təşkil edir. "xxxx" MMC-nin rəyinə əsasən 05.05.2021 tarixindən hazırki dövrədək qiymətləndirilən zona və seqment üzrə daşınmaz əmlak bazarında heç bir qiymət dəyişikliyi baş vermədiyindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 05.05.2021 tarixinə bazar dəyəri 30 000,0 manat, 26 yanvar 2022-ci il tarixinə bazar dəyəri 30 000,0 manat təşkil edir. Qeyd: 05.05.2021 tarixindən hazırki dövrədək qiymətləndirilən zona və seqment üzrə daşınmaz əmlak bazarında heç bir qiymət dəyişikliyi baş verməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC həmin əmlakların dəyərini 05.05.2021-ci il tarixi üçün 54000 manat olması üçün əsas olmuş halları müqayisə etməli və həmin ərazidə təşəkkül tapmış qiymətləri araşdırmalı və əsaslı, ədalətli rəy verməli olduğu halda, bunları etməmişdir. Əmlakın qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.06.2000-ci il tarixli 107 saylı qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları” haqqında 04 yanvar 2008-ci il tarixli qərarına uyğun olaraq həyata keçirilməmişdir. Digər tərəfdən məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının "xxxx" MMC-nin 26 yanvar 2021-ci il tarixli ƏEM/Y 47-047/22 saylı rəyindən görünür ki, 05.05.2021 tarixindən hazırki dövrədək qiymətləndirilən zona və seqment üzrə daşınmaz əmlak bazarında heç bir qiymət dəyişikliyi baş vermədiyindən Cavabdeh3 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 05.05.2021 tarixinə bazar dəyəri 30 000 manat, 26 yanvar 2022-ci il tarixinə bazar dəyəri 30 000 manat təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfindən təqdim edilmiş mübahisəli hesabatda birləşdirilmiş iş üzrə iddiaçıya məxsus torpaq sahəsi real bazar qiymətindən kifayət qədər yüksək dəyərləndirilmişdir. Qeyd olunan rəydən əlavə mülki iş materiallarında olan “AZƏREKSPERTİZA” Birliyinin və "xxxx" MMC-nin rəylərindən də görünür ki, mübahiəsli torpaq sahəsinin dəyəri 25000-30000 manat civarındadır. Məhkəmə "xxxx" MMC-nin 26 yanvar 2021-ci il tarixli ƏEM/Y 47-047/22 saylı rəyini əsas götürərək, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-nin 05.05.2021-ci il tarixli, 144 nömrəli əmlakın qiymətləndirilməsi barədə rəyinin ləğv edilməsini əsaslı hesab edir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-nin 05.05.2021-ci il tarixli, 144 nömrəli əmlakın qiymətləndirilməsi barədə rəyi ləğv olunmalı, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh3 Cavabdeh1 MMC-yə qarşı üçüncü şəxslər Nərimanov Rayon İcra şöbəsi, "xxxx" MMC və İddiaçı cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda Cavabdeh3 "xxxx" MMC-yə ödənilmiş 150 manat, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə ödənilmiş 250 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış qiymətləndirmə ekspertizalarının dəyəri cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq, 200 (iki yüz) manat məbləğində pul "xxxx" MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-nin Cavabdeh3 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair əmlakın qiymətləndirilməsi barədə 05.05.2021-ci il tarixli, 144 nömrəli hesabat ləğv olunsun. 26 yanvar 2022-ci il tarixə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi bazar dəyəri isə 30000 (otuz min) manat müəyyən edilsin. Cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-dən müştərək qaydada 30 manat dövlət rüsumu, qiymətləndirmə ekspertizalarının dəyəri 400 manat olmaqla cəmi 430 manat pul İddiaçı xeyrinə ödənilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh3 Cavabdeh1 MMC-yə qarşı üçüncü şəxslər Nərimanov Rayon İcra şöbəsi, "xxxx" MMC və İddiaçı cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq, VÖEN 150260231, Hesab № AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-137/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-137/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver