Məhkəmə qərarları › İş №2(005)-1371/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1371/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1371/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, onun nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə yaranmış borcun əvəzi kimi 3450 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrimə cavabdeh X1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, cavabdeh X8 ilə xx.xx.2014cü il tarixdə 1 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsində nikahı bağlanmış və bu barədə nigahın bağlanması haqqında akt qeydləri kitabında 1279 saylı nömrə ilə qeyd edilmişdir. Birgə nigahından xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəlldülü X5 doğulmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Aytən Əliyevanın sədrliyi ilə) xx.xx.2020-ci il tarixli qətnaməsi ilə məndən xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Solmaz Ədilovanın sədrliyi ilə) xx.xx.2021-ci il tarixli 2(005)-269/2021 saylı qərnaməsi ilə nikahın pozulması və hər iki uşağın cavabdehin yanında qalması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə) xx.xx.2021-ci il tarixli 2(005)- 380/2021 saylı qətnaməsi ilə X3 iddiaçıya və anası X4 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edildi. Bakı Apellyasiya Məhkəməsinin (hakim İkram Şirinovun sədrliyi ilə) qətnaməsi ilə Nərmin İsgəndərovanın Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(005)-380/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmədi. Bildirir ki, birgə nikah dövründə iddiaçı Kapitalbank ASC-dən illik 28% hesablanmaqla 36 ay müddətinə 5300 manat kredit götürüb. Kredit müqaviləsinə əsasən hər ay banka 219,23 manat ödəməklə müddətin sonuna kimi əsas borc və faiz birlikdə olmaqla 7900 manat pul ödəməlidir. Hal-hazırda kredit məbləğinin 4165,37 manatını ödəyib. Ödənilməmiş qalıq məbləğ isə 3734,63 manat təşkil edir. Hesab edir ki, birgə nigah dövründə olan xərcləri də cavabdehlə qanunvericiliyin tələbinə uyğun olaraq bölünməli və kredit məbləğinin yarısı ondan tutulmalıdır. Həmin məbləğ isə 3450 manat təşkil edir. Cavabdeh könüllü şəkildə pulu ödəmədiyi üçün pulun məcburi qaydada tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək, birgə nikah dövründə götürülməsi iddia edilən kredit borcundan cavabdehin məlumatının olmadığını, həmin kredit üzrə götürülmüş vəsaitin ailənin ümumi ehtiyacları üçün xərclənmədiyini, habelə tərəflərin birgə nikahda olduqları dövrdə aralarında hər hansı əmlak bölgüsü olmadığını, cavabdehə hər hansı əmlak verilmədiyini, bu səbəbdən də kredit borcu üzrə məsuliyyətin də bölünməli olmadığını bildirdilər. Əlavə olaraq bildirdilər ki, kreditin götürülməsi tarixinə nəzər saldıqda müəyyən olunur ki, həmin vaxtlarda tərəflərin arasında münasibətlər gərgin idi, buna görə də cavabdeh tez-tez öz ata evinə qayıdırdı. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan xx.xx.2019-xx.xx.2020-ci il hesabat tarixini əhatə edən "xxxx" ASC-nin hesabdan çıxarışının surətindən görünür ki, müştəri İddiaçı adına xx.xx.2017-ci il tarixdə hesab açılmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-269/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilərək, İsgəndərov Vüsal Ədib oğlu ilə İsgəndərova (Quliyeva) Nərmin Şahin qızı arasında xx.xx.2014-cü ildə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 1279 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X5 (anası) İsgəndərova (Quliyeva) Nərmin Şahin qızının yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4759/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadın surətindən görünür ki, iddiaçı X3 cavabdeh İsgəndərov Vüsal Ədib oğluna qarşı nikahın pozulması, uşağın himayəsi və aliment tələbinə dair iddiası baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-238/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadın surətindən görünür ki, iddiaçı X3 cavabdeh İsgəndərov Vüsal Ədib oğluna qarşı nikahın pozulması, uşağın himayəsi və aliment tələbinə dair iddiası baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4522/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadın surətindən görünür ki, iddiaçı X3 cavabdeh İsgəndərov Vüsal Ədib oğluna qarşı nikahın pozulması, uşağın himayəsi və aliment tələbinə dair iddiası baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2676/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadın surətindən görünür ki, iddiaçı X3 cavabdeh İsgəndərov Vüsal Ədib oğluna qarşı nikahın pozulması, uşağın himayəsi və aliment tələbinə dair iddiası baxılmamış saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından aydın olur ki, tərəflər xx.xx.2014-cü ildə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X6 doğulmuşdur. İddiaçı adına xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-də hesab açılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-269/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında rəsmiləşdirilmiş nikah pozulmuşdur. Mülki işdən görünür ki, iddiaçı X3 cavabdeh İsgəndərov Vüsal Ədib oğluna qarşı nikahın pozulması, uşağın himayəsi və aliment tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Hazırda iddiaçı birgə nikah dövründə "xxxx" ASC-dən illik 28% hesablanmaqla 36 ay müddətinə 5300 manat kredit götürdüyünü, həmin borc məbləğinin faizləri ilə birlikdə cavabdehlə aralarında bölünməsini xahiş edir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddianın əsasını nikah dövründə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun yarısının cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə də bilər. 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Habelə həmin müddəalara əsasən, ər-arvadın birgə mülkiyyəti bölünərkən, ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Mülki iş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflərin arasında əmlak bölgüsü olmamışdır. Belə ki, birgə nikah dövründə hər hansı əmlak əldə etməmişlər. Digər tərəfdən isə iş materiallarında olan qərardadlardan müəyyən olunduğu kimi, tərəflər arasında ailə münasibətləri bir neçə dəfə gərgin olmuş, hətta cavabdeh bu səbəbdən nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, həqiqətən də İsgəndərov Vüsal Ədib oğlunun kredit borcunun ailənin ümumi ehtiyacları üçün xərclənib-xərclənmədiyi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı təqdim etdiyi sənədlərə əsaslanaraq hesab edirsə ki, birgə nigah dövründə olan xərcləri də cavabdehlə aralarında qanunvericiliyin tələbinə uyğun olaraq bölünməli və kredit məbləğinin yarısı cavabdehdən tutulmalı olmasını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı yəni "xxxx" ASCdən xx.xx.2017-ci il tarixdə götürülmüş kredit məbləğinin ailənin ümumi xərcləri üçün sərf edildiyini sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və iş materiallarında olan sübut əhəmiyyəti olmayan digər sənədlər mövcuddur. Onun izahatları və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübutlar təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehin də həmin kredit borcu üzrə tələb olunan vəsaaitin yarısını ödəməli olduğunu və bu səbəbdən də ondan pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Belə ki, hazırkı mübahisə üzrə "xxxx" ASC-də İddiaçı adına xx.xx.2017-ci il tarixdə açılmış hesab üzrə götürülmüş vəsaitin cavabdehlə birgə nikah dövründə sərf edildiyi mötəbər sübutlarla öz təsdiqini tapmır. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar