Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1380/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-dən xx.xx.2020-dək Nərimanov Bələdiyyəsinin büdcəsindən ona ödənilməmiş saxlanılmış (30 aylıq) cəmi 4.730 manat minimum ayliq vəzifə maaşlarını və onunla birlikdə 680 manat yığılmış faizlər üzrə sonuncu maaşını və götürülməmiş məzuniyyət haqlarının tutularaq, ümumilikdə 5.410 manat məbləğdə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci ildə, tərəflərin razılığı ilə Baki Şəhəri Nərimanov Bələdiyyəsində müddətsiz əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətinə başlamışdır. Daha sonra iddiaçıya aydın olmayan və üzürsüz səbəblərdən xx.xx.2020-ci il tarixində işdən azad olunmağı ona bildirilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Dövlət qulluğu haqqında qanun 33.1.1-ci maddəsi ilə xitam olunmuşdur. İddiaçı iş funksiyasına və vəzifə səlahiyyətlərinə əsasən Nərimanov Bələdiyyəsinin ərazisində yerləşən həm köhnə hündür mərtəbəli binalardan və eyni zamanda yeni inşa olunmuş hündür mərtəbəli binalara ümumi nəzarəti keçirən MTK-ların rəhbərliklərinin razılıqları ilə yaşayış mənzillərinin mülkiyyətçilərinin və daşınmaz əmlaka sahib olan fiziki şəxslər məxsus mənzillərdən əmlak vergilərinin hesablanaraq yığılmasında sakinləri maarifləndirilməsində və vergiləri yerli büdcəyə köçürülməsindən ibarət olmuşdur. Büdcəyə ödədiyi pulun miqdarından asılı olaraq (27-30 faiz) arası aylıq əmək haqqı qismən hesablanaraq ona ödənilmişdir. Lakin illər üzrə yığılan və ona ödənilməyən qanunvericilikdə nəzərdə tutulan ştat üzrə minimum aylıq əmək haqqı ödənişləri və yığılmış faizlər üzrə əmək haqlarının hesablanması saxlanılmış, mütləq ödənilməli sayılan hesabatların köçürülməməsi və dəqiqləşdirilməməsi nəticəsində onun aylıq maaşları azaldılmışdır. Bununla belə işdən azad olunandan sonra, ona külli miqdarda saxlanılmış və ödənilməyən, həm ştat üzrə həmdəki yığılmış faizlər üzrə əmək haqqları, səhvlər və kobud qanun pozuntuları üzə çıxmış və əmək qanunvericiliyinə uyğun qəlməyən bir şəkildə, “İnzibati xəta” törədilməsi aydinlaşdırılmış və təsdiqlənmişdir, lakin bu səhvlərin düzəlməməsi, həll olunmaması və yerində qalması ilə davam etmişdir. Ümumilikdə iddiaçıya ödənilməyən Nərimanov Bələdiyyəsinin büdcəsində saxlanılan illər üzrə ödənilməmiş qalmış (30 aylıq) vəzifə maaşı miqdarı isə illər üzrə cəmi toplandıqda: xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci ilədək minimum əmək haqqı (116) manat, cəmi 580 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək minimum aylıq əmək haqqı (136), cəmi 1820 manat və xx.xx.2019-ci il tarixdən xx.xx.2019-ci il tarixədək minimum aylıq əmək haqqı (180 manat) cəmi 1080 manat, həmçinin xx.xx.2019-ci il tarixdən, işdən çıxarıldığı xx.xx.2020-ci il tarixədək minimum aylıq əmək haqqı (250) cəmi: 1250 manat əmək haqları ona ödənilməmiş qalmaqdadır. Beləliklə də Nərimanov Bələdiyyəsinin büdcəsində saxlanılmış və ona ödənilməmiş 30-ayİıq minimum əməkhaqqları batmışdır. Nərimanov Bələdiyyəsinin büdcəsinə hər ay 40.000-50.000 min manat arası yerli vergilərdən və ödənişlərdən mənfəət daxil olmuşdur. Qeyd olunan faktlar üzrə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinə və xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə ona qarşı aparılmış işdənçıxarma əməlləri və külli miqdarda illər üzrə yığılmış vəzifə əmək haqlarının tutulması və Nərimanov Bələdiyyənin büdcəsində saxlanılması haqqında qanuna zidd hərəkətlər barəsində iddiaçı tərəfindən şikayətlər verilmiş, lakin nəzərə alınmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 yazılı ərizə təqdim edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsi təsdiq olmaqla fərdi əmək mübahisələrində olan müddət təsdiq olmaqla iddia müddəti keçmişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 296-cı maddəsi tətbiq olunmalıdır. Məhkəmədən iddianın müddət tətbiq edilməklə rədd olunmasını xahiş etmişdir. Ona görə də hesab edir ki, müddətin buraxılması üçün heç bir üzrlü səbəb olmadığından, iddia tələbinə iddia müddəti tətbiq etməklə rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı Cavabdehnə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən ərizəçi özünün vergi, rüsum və ödənişlər şöbəsinə müfəttiş vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir; Bakı şəhəri Nərimanov Bələdiyyəsi (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən müddətsiz Bakı şəhəri Nərimanov Bələdiyyəsində vergi, rüsum və ödənişlər şöbəsinə müfəttiş vəzifəsinə işə qəbul edilmişdir; İddiaçı əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə vergi, rüsum və ödənişlər şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci tarixdə 012 nömrəli əmrlə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; İddiaçı Cavabdehnə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən ərizəçi özünün vergi, rüsum və ödənişlər şöbəsinə müfəttiş vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir; Bakı şəhəri Cavabdehn xx xxxx 2017-ci il tarixli, 032 saylı “İddiaçı Vergi, rüsum və ödənişlər şöbəsinə müfəttiş vəzifəsinə təyin edilməsi” barədə əmrinin surətinə əsasən İddiaçı 2017-ci ilin iyul ayının 28-dən etibarən vergi, rüsum və ödənişlər şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmiş, əmək haqqı yığdığı əmlak və torpaq vergisinə görə bələdiyyənin 2006-cı ilin 17 fevral tarixli, 04 saylı iclasın qərarına əsasən 18%, hündür mərtəbəli binalardan yığdığı əmlak vergisinə görə isə xx xxxxx 2007-ci il tarixli, 04 saylı iclasın qərarına əsasən 30% əmək haqqı ödənilməsi əmr edilmişdir; İddiaçı Cavabdehnə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən ərizəçi işdən azad olunmasını xahiş etmişdir; Bakı şəhəri Cavabdehn xx xxxxxx 2020-ci il tarixli, 012 saylı “İddiaçı tutduğu vəzifədən azad edilməsi” barədə əmrinin surətinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx xxxxxx 2020-ci il tarixdən etibarən vergi, rüsum və ödənişlər şöbəsinin sahə nəzarətçisi – İddiaçı əmək müqaviləsinə xitam verilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin İddiaçı xx.xx.2020-ci il tarixli, **********0 nömrəli ərizəsinə cavab məktubunun surətindən görünür ki, Nərimanov Bələdiyyəsinin rəhbərliyinin X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 03/077 saylı və xx.xx.2020-ci il tarixli, 03/091 saylı məktublarda və sənədlərdə onun vergi, rüsum və ödənişlər şöbəsində “müfəttiş” vəzifəsində çalışdığı və əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə ərizə yazaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən onun xahişi ilə xitam verildiyi bildirilmiş, eyni zamanda, əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin və 83-cü maddənin 2-ci hissəsinin tələblərinin işəgötürən tərəfindən pozulduğu müəyyən edilmişdir. Bununla belə, Nərimanov Bələdiyyəsinin rəhbərliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin və 192.4-cü maddəsinin tələblərini pozmuşdur. Lakin, bu Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə biləcəyini nəzərə alaraq və inzibati xətanın törədildiyi gün xx.xx.2020-ci il tarixə təsadüf etdiyindən və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin c) bəndinə əsasən Nərimanov Bələdiyyəsinin rəhbərliyi inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Razılaşmadığı təqdirdə qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir; Cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinə xx.xx.2020-ci il tarixli, 03/077 saylı məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən Nərimanov Bələdiyyəsinin vergi, rüsum və ödənişlər şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmiş, xx xxxxxxx 2018-ci il və xx xxxxxx 2019-cu il tarixlərində əmək məzuniyyətlərindən istifadə etmiş və xx xxxxxx 2020-ci il tarixdən öz xahişi ilə AR ƏM 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2020-ci ilin yanvar ayı üçün əmək haqqı 324,88 manat, son haqq hesab 232,93 manat hesablanın ödənilmişdir; İddiaçı xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017-ci və s. müxtəlif tarixlərdə izahatları alınmışdır; Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. İddiaçının iddia ərizəsinin məzmunundan və məhkəmədə verdiyi izahatlardan görünür ki, o, xx.xx.2017-dən xx.xx.2020-dək Nərimanov Bələdiyyəsinin büdcəsindən ona ödənilməmiş saxlanılmış (30 aylıq) cəmi 4.730 manat minimum ayliq vəzifə maaşlarını və onunla birlikdə 680 manat yığılmış faizlər üzrə sonuncu maaşını və götürülməmiş məzuniyyət haqlarının tutularaq, ümumilikdə 5.410 manat məbləğdə ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə xitam verilmişdir; Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Bugünədək iddiaçının əmək haqqı tələbi olmamış, hazırkı iddia tələbi ilə xx.xx.2021-ci il tarixlə məhkəməyə müraciət etmişdir. Buna görə də, iddiaçının iddia tələbinin təmin edilməsi onun iddia müddətini ötürməsi səbəbindən də qeyrimümkündür. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda iddia etdiyi hüquqlarının pozulduğunu Əmək Məcəlləsinin 296-cı maddəsinin 3 bəndinin tələbləri baxımından bilmişdir. İddiaçının xx xxxxxx 2020-ci il tarixdə xitam verilmiş, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, eləcə də, xx.xx.2020-ci il tarixli, məktublarla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciətləri olmuş, lakin iddiaçının işdən çıxarılma barədə əmrin və ya əmək haqqının ödənilməsi ilə bağlı hər hansı məhkəmə mübahisəsi olmamışdır. Digər tərəfdən iddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinə və xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə müraciət etdiyini göstərmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı həmin vaxtdan hüququnun pozulmasını aşkar etmişdir. Buna görə də, əmək haqqı tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1. bəndinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296-cı maddəsinin 2. bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin 3. bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. İiddiaçı hazırki mübahisə ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin səbəbi kimi hər hansı bir hal göstərməmişdir. İddiaçı 1 il müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, onun hazırki iddianı müddət baxımından vaxtında qaldırmaq imkanları mövcud idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1380/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1380/2021
12.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver