Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1385/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 1(101)- 921/2010 saylı hökmünə əsasən X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə təqsirli bilinib, ona 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə haqqında seçilmiş "ev dustaqlığı" qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirlməməsi. X9 cəzasının çəkilməsi müddəti haqqında “ev dustaqlığı" qətimkan tədbirinin seçildiyi xx.xx.2010-cu il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarına əsasən Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin məhkum X13 barəsində olan xx xxxxxx 2010-cu il tarixli hökmü əsas cəza hissəsində dəyişdirilərək ona təyin olunmuş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ağırlaşdırılaraq ona 6 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş "ev dustaqlığı" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və məhkəmə iclas zalından dərhal həbsə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2011-ci il tarixli, 1(102)-382/2011 saylı qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının X13 barəsində olan xx xxxx 2011-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin əsas halları ondan ibarətdir ki, məhkum olunmuş X13 xx xxxxxx 2010-cu il tarixdə saat 20 radələrində “Cavabdeh" MMC-yə məxsus "Daevoo" markalı 10 ТЕ 408 dövlət nömrə nişanlı, 24 saylı marşrut avtobusu Binə qəsəbəsi ilə Suraxanı qəsəbəsi arasındakı şosse yolla Bakı şəhəri istiqamətində saatda 80 kilometr sürətlə hərəkət edərkən, sağ hərəkət zolağı ilə qarşıda hərəkətdə olan X5 idarə etdiyi “VAZ- 2109" markalı, ** BZ *** dövlət nömrə nişanlı avtomaşının “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozub sola hərəkət etməsini gördükdə, avtomaşını sol hərəkət zolağına istiqamətləndirib manevr etdirərək "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 si hissəsinin tələblərini pozub hərəkətin digər iştirakçısı üçün təhlükə yaratmış, sol hərəkət zolağında avtobusun qabaq hissəsi ilə "VAZ-2109” markalı avtomaşının sol orta tərəfi toqquşmuş, nəticədə “VAZ-2109” markalı avtomaşının sürücüsü X11 və həmin avtomaşında olan sərnişin X10 aldıqları xəsarətlərdən ölmüşlər. Vəfat edən şəxslər hər ikisi iddiaçının doğma oğlanları olmuşlar. Təqsirləndirilən şəxs X9 təqsiri - yəni cinayət əməlini törətməsi iş materailları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaq o, məhkum edilmişdir. Hökmdən də görünür ki, məhkum olunmuş X13 hadisəni törədərkən Cavabdeh MMC-də sürücü işləmiş və cinayət hadisəsini də birbaşa olaraq sürücüsü olduğu Cavabdeh MMC-yə məxsus “Daevoo" markalı ** TE *** dövlət nömrə nişanlı avtomobillə törətmişdir. Göründüyü kimi iddiaçının 2 oğlunun vəfatı Cavabdeh MMC-nin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Hal-hazıra kimi ona oğlunun vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kim, yəni nə hər hansı səlahiyyətli orqan, nə də hər hansı bir şəxs tərəfindən müraciətlər edilməmişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvə minmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 1(103)-127/11 saylı qərarı ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona ata kimi mənəvi zərər dəymiş, 2 oğlu birdən həyatını itirmişdir. Övladlarının faciəvi şəkildə həlak olmasından sonra həm onun, həm də həyat yoldaşının psixi durumu pisləşmiş, səhhətində müxtəlif problemləri yaranmışdır. Bu günədək övladlarının ilkisinin iztirabını çəkirlər. Bəlkə də zaman keçdikcə bu iztirab bir az yüngülləşərdi, lakin oğlunun 2 uşağının atasız qalması, onun və həyat yoldaşının yaşlı olmağı, onun yarasının və iztirablarının hər gün təzələnməsinə səbəb olur. İşin hallarına əsasən cavabdeh qurumun işçisinin hüquqazidd hərəkəti nəticəsində iddiaçının fiziki mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlanlarının faciəvi şəkildə ölməsindən sonra həyat yoldaşının düşdüyü durum və hər gün bu halı müşahidə edərkən, məhkəmə hökmündə və ekspert rəyində sadalananlar mərhum oğlanlarının ölmüş bədənləri gözünün önündə canlanır. Hadisənin unudulması çətin olan və çox ağır olması digər tərəfdən onunla da sübut olunur ki, Cavabdeh MMC-nin əməkdaşı olmuş X12 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 5 il azadlıqdan məhrumetmə cəzası Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarı ilə 6 il 6 aya qaldırılmışdır. Qərardan kassasiya şikayəti verilməsinə baxmayaraq, Ali Məhkəmənin xx xxxx 2011-ci il tarixli qərarı ilə şikayət təmin edilmədən qərar dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən vurulmuş və vurulmaqla bitməyərək hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbləri baxımından da buna hüququ var. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum oğlunun faciəvi şəkildə ölməsindən bu günədək davam edən stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və sair bu kimi halları nəzərə alaraq ona, dəymiş 5.000.000 (beş milyon) manat məbləğində mənəvi zərər cavabdeh "Cavabdeh” MMC-dən alınaraq mənə ödənilməlidir. Hesab edir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən onun keçirdiyi mənəvi izdirabların ağırlığını, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi şəxs olmasını, hüquqi şəxsin maddi durumunun kifayət qədər olmasın nəzərə almalıdır. Onun keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkməyi istisna deyil. Qeyd edilənləri nəzərə alaraq, Cavabdehndən 5.000.000 (beş milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh MMC-nə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəl-lə-sinin 238.1-ci mad-də-sinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş X-JQ seriyalı, 275662 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X6r; İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsinin xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 379180 nömrəli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsinin xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 379181 nömrəli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X11 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, "Daevoo" markalı 10 ТЕ 408 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nə adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli 08№-li Ekspert rəyindən (meyitin məhkəmə-tibb ekspertizası) görünür ki, X3 meyitinin məhkəıno-tibb ekspertizasına əsasən və hadisə haqda məlumatları nəzərə alıə aşağıdakı nəticəyə gəlinmişdir: Mərhum E.İddiaçı meyidinin bədənində aşkar edilmiş xəsarətlər - başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına ve beyinin yumşaq qişasına geniş qansızmalar, alın sümüyünün və ənsə sümüyünün, burun, üst və alt çənə sümüklərinin qapalı, qəlpəli sınıqları, sol İ, İİ. İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, sağ İV, V, Vİ. Vİİ, Vİİİ, İX qabırğaların, sol bazu və sol bud sümüklərinin qapalı, qəlpəli sınıqları, hər iki ağ ciyərlərin cırılmaları, ənsə nahiyəsinin, təpə nahiyəsinin, alırı nahiyəsinin, sağ almacıq nahiyəsinin, üst docağın, alt çənənin əzilmiş yaraları, alt çənənin, bel nahiyəsinin, döş qəfəsinin, sol sağrı nahiyəsinin, sol said nahiyəsinin, sağ dizin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, ola bilsin qərarda göstərilən 11.01.10-cu il tarixli yol nəqliyyat qəza hadisəsi nəticəsində törənmişlər. Həyat üçün təhlükəli olduğuna görə bunlar sağlamlığa AĞİR dərəcəli zərərvurma əlamətlərinə malikdirlər. Mərhum E.İddiaçı ölümünə səbəb beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Mərhum E.İddiaçı meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,05%o qatılığında etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən Yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. Güclü təsiredicilər və narkotik maddələr aşkar edilməmişdir. (Akt № 80/K, 21.01.10.) İş materiallarında olan xx.xx.2010-cu il tarixli 08№-li Ekspert rəyindən (meyitin məhkəmə-tibb ekspertizası) görünür ki, X2 meyitinin məhkəmə-tibb ekspertizasına əsasən və hadisə haqda məlumatları nəzərə alıb aşağıdakı nəticəyə gəlinir: Mərhum H.İddiaçı meyidinin bədənində aşkar edilmiş xəsarətlər - başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar, sol Vİ, Vİİ, Vİİİ, İX qabırğaların qapalı, qəlpəli sınıqları, sol ağ ciyərin cırılmış yaraları, ənsə nahiyəsinin hematoması, alının, sağ dizin, sağ baldırın sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, ola bilsin qərarda göstərilən 11.01.10-cu il tarixli yol nəqiyyat qəza hadisəsi nəticəsində törənmişlər. Həyat üçün təhlükəli olduğuna görə bunlar sağlamlığa AĞİR dərəcəli zərərvurma əlametlərinə malikdirlər. Mərhum H.İddiaçı ölümünə səbəb beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Mərhum H.İddiaçı meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində 0,68%o qatılığında etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən Yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. Güclü təsiredicilər və narkotik maddələr aşkar edilməmişdir. (Akt № 81/K, 21.01.10.) İş materiallarında olan Azərbaycan Respublikası adından Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(101)-921/2010 saylı hökmü ilə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib, ona 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və haqqında seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, X9 cəzasının çəkilməsi müddəti haqqında “ev dustaqlığı” qətimkan tədbirinin seçildiyi xx.xx.2010-cu il tarixdən hesablanması, ekspertiza tədqiqatınm dəyəri olan 310 manatın X8 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinin nəfınə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2011-ci il tarixli, 1(102)-382/2011 saylı qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının X13 barəsində olan xx xxxx 2011-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi iddiaçının oğulları X11 və X10 “Cavabdeh" MMC-yə məxsus "Daevoo" markalı 10 ТЕ 408 dövlət nömrə nişanlı, 24 saylı marşrut avtobusun onların idarə etdiyi “VAZ- 2109" markalı, ** BZ *** dövlət nömrə nişanlı avtomaşına toqquşması nəticəsində xəsarət alaraq vəfat etmişlər. Nəticədə “Cavabdeh" MMC-nin sürücüsü X13 açılmış cinayət işi üzrə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 03 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası təyin edilmişdir. Hazırda İddiaçı yuxarıda qeyd edilən hadisələr və hər iki oğlunu cavabdehin təqsirli hərəkətləri nəticəsində itirməsinə görə mənəvi iztirablar çəkdiyini, mənəvi sartıntılar keçirdiyini bildirərək ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan RespublikasınınKonstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il trixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasənMülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasənHüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X14 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X14 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və X14 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən olunduğundan iddia təmin edilməlidir. İddiaçının xeyrinə cavabdehdən tutulan mənəvi ziyanın məbləği ilə bağlı məhkəmə insan həyatının maddi baxımdan ölçülməsi mümkün olmadığından iddiaçı tərəfindən bir anda iki övladının itirilməsinə görə beş million manatın cavabdehdən tələb edilməsini ağlabatan hesab edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edildiyindən məhkəmə dövlət rüsumunu və ekspertiza xərcini cavabdehə aid edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş maddi ziyana görə ******* (beş milyon) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh MMC qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1385/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-1385/2020
12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver