Məhkəmə qərarları › İş №2(005)-1394/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1394/2021

26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1394/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində hər uşağa 500 manat, cəmi 1500 manat alimentin alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2007-ci ildə faktiki, rəsmi nigaha daxil olaraq evlənmişlər. Birgə nigahdan xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 adlı 3 övladı doğulmuşdur. Cavabdeh ilə nigahın ilk dövründən mehriban yaşamışlar, son vaxtlar cavabdeh gəlirini evə gətirmədiyindən aralarında xırda mübahisələr baş verir və nəticədə təxminən sonuncu il ərzində ailəni maddi cəhətdən təmin etmir, ailənin maddi ehtiyaclarını tam ödəmir. Belə ki, İbadov X2 Federasiyası ilə əlaqəli işləyir. Onun qazanc yeri ordandır. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur kı, Rusiya Federasiyasında bir qadın ilə münasibətdədir, qazancını ona xərcləyir, hər ay 5000- 6000 manat qazanc əldə etməsinə baxmayaraq ailəsinin dolanışıq xərclərini ödəmir. Maddi vəziyyət çətindir və cavabdeh ata kimi uşaqlarını saxlamağa borcludur. Maddi vəziyyət çətin olduğundan və iddiaçı işləmədiyindən uşaqları lazımı qaydada böyüdə bilmir. Cavabdeh ilə şəxsi münasibətlər, ailə bağları qorunub saxlansa da, o, qazancını bədxərcliklə xərcləyir, evə gətirib çıxarmır, iddiaçı və uşaqlara maddi köməklik etmir, uşaqların saxlanması və dolanması üçün zəruri vəsait ayırmır. Evə çox cüzi miqdarda pul verir, bu da ancaq yeməyə güclə çatır. Uşaqlar məktəblidirlər, onların əvvəlki yaşayış şəraitinə görə hər ay geyim və təhsil xərcləri 1000- 1500 manat təşkil edib. Bu səbəbdən cavabdehin qazancından sabit pul məbləğində aliment tutulsa həm uşaqların (ailənin) dolanışığı normallaşar, həm də ailədə lazımsız söz söhbətlər olmaz, ailə münasibətləri möhkəmlənər. Cavabdeh yaxşı ata, yaxşı insan olsa da səhlənkardır, evin maddi durumunu düşünmür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili məhkəməyə izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2010-cu il tarixli AZ- İ№549764 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 rəsmi nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 96 nömrə ilə qeyd edilmişdir. ASAN1 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi,ev.4, m. 65 ünvanında qeydiyyatdadır. ASAN1 tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi,ev.4, m. 65 ünvanında qeydiyyatdadır. Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİİ № 555659 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxxxx 2010-cu il tarixdə doğulmuş Cavabdeh Ramanz oğlu atası, anası isə İddiaçıdır. Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İİİ № 204490 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2013-cü il tarixdə doğulmuş Cavabdeh Ramanz oğlu atası, anası isə İddiaçıdır. Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZ- İİİ № 887260 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2016-cı il tarixdə doğulmuş Cavabdeh Ramanz oğlu atası, anası isə İddiaçıdır. Beləliklə, məhkəmədə iddiaçının vəkilinin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə münasibətindən xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 doğulmuşlar. İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 500 (beş yüz) manat məbləğində alimentin tutulmasını xahiş edir. İddiaçı övladlarının və özünün maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, münasibətindən xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində olmaqla, ümumilikdə 525 (beş yüz iyirmi beş) manat hər ay sabit pul məbləğində aliment İddiaçı ödənilməli, alimentin tutulma vaxtı qanunla müəyyən edilmiş qaydada iddianın məhkəməyə daxil olduğu və ya alimentin tutulması barədə ərizənin verilməsi vaxtından hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 525 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması vaxtı xx.xx.2021-ci il tarixindən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar