Məhkəmə qərarları › İş №2(005)-1415/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1415/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1415/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Mehtiyev Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Mehtiyev Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinə xx xxxxxxxx 2020-ci il tarixində müraciət etdiklərini nəzərə alaraq xx.xx.2005-ci il təvəllüdlü Mehtiyeva Ayan Cavabdeh qızının saxlanması üçün Mehtiyev Cavabdeh 2020-ci il sentyabr ayından xx xxxxxx 2020-ci il tarixinə qədər hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat, x xxxxxx 2020-ci il tarixindən etibarən cavabdehdən hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat miqdarında alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 xx xxxx 2004-cü-ci il tarixdə rəsmi nikaha girməklə Mehtiyev Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahdan onların xx xxxxx 2005-ci il təvəllüdlü Mehtiyeva Ayan Cavabdeh qızı adında övladları var. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahları pozulmuşdur. Qətnamə ilə qızlları Ayan iddiaçının yanında qalması qət edilmişdir. Lakin nikah pozulduqdan sonra, cavabdeh qızları Ayana guya iddiaçının psixi xəstə olmağımı demiş və uşağın onunla qalmasına nail olmuşdur. Ancaq cavabdeh içki aludəçisi olduğundan, qızı onunla çox qala bilməmiş və 2019-cu ilin may ayında iddiaçının yanına qayıtmışdır. Bildirirəm ki, cavabdeh övladları Ayan Mehtiyevanın saxlanması üçün heç bir köməklik göstərmir, əksinə iddiaçının onunla birgə nikah dövründə əldə etdiyi bütün əmlakları da ələ keçirmiş və onları bu əmlaklardan məhrum etmişdir. Belə ki, övladıının artıq 15 yaşı var və onun xərcləri çox olduğundan iddiaçı üçün onun təkbaşına saxlanması çətindir. Bu səbəbdən də birgə nikahdan olan övladının saxlanması üçün aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin nəticə hissəsindən qeyd olunmuş “x xxxxxx 2020-ci il tarixindən etibarən” ifadəsində texniki səhvə yol verilmiş, həmin tarixin “x xxxxxx 2021-ci il tarixdən etibarən” kimi qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 335366 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin görünür ki, Mehtiyev Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə olunmuş 1 saylı Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-cı il tarixli AZ-İ № 028679 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci ildə Mehtiyeva Ayan Cavabdeh qızı Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə, 1056 № ilə qeyd edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-5126/2017 saylı qətnaməsindən görünür ki, Mehtiyev Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında 1313 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü Mehtiyeva Ayan Cavabdeh qızı anası İddiaçı yanında saxlanılmışdır. Beləliklə, məhkəmədə tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü Mehtiyeva Ayan Cavabdeh qızı övladı var, tərəflərin arasında bağlanmış nikah pozulmuş, onlar hazırda ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaq isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı övladının saxlanması üçün cavabdehdən xx xxxxxxxx 2020-ci il tarixindən Bakı Şəhəri Nəsimi Rayon Mə\hkəməsinə müraciət etməsinin nəzərə alınmaqla xx xxxxxx 2020-ci il tarixinə qədər hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat, x xxxxxx 2021-ci il tarixindən etibarən cavabdehdən hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat miqdarında alimentin tutulub ona verilməsini xahiş edir. İddiaçı övladının maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, yəni iddiaçının Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi nəzərə alınmaqla hesablanmalıdır. Hazırki halda isə iddiaçının təqdim etdiyi poçt qəbzindəki tarixdən görünür ki, iddiaçı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Mehtiyev Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixindən xx.xx.2005-ci il təvəllüdlü Mehtiyeva Ayan Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixədək hər ay sabit pul məbləğində 170 manat məbləğində aliment, xx xxxxxx 2021-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü Mehtiyeva Ayan Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mehtiyev Cavabdeh 30 manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar