Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1448/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və üçüncü şəxs İbrahimov Mətləb Şamil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, üçüncü şəxslər İbrahimov Mətləb Şamil oğlu və X3 cəlb edilməklə əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, üçüncü şəxslər İbrahimov Mətləb Şamil oğlu və X3 cəlb edilməklə əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən “X6” minik markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində tərtib edilmiş 05 yanvar 2021-ci il tarixli 03 №-li əmlakın qiymətləndirilməsinin nəticəsi haqqında hesabatın ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İbrahimov Mətləb Şamil oğlu ilə 20 may 2005-ci il tarixdə rəsmi olaraq nikaha daxil olaraq ailə həyatı qurmuş, onunla birgə nikah dövründə “X6” minik markalı **-CV-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074" minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı, “VAZ- 21074” ininik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillər əldə olunmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli 2(003)-3692/2014 №-li qətnaməsi ilə İbrahimov Mətləb Şamil oğlu ilə arasında 20 may 2005-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən onun xeyrinə sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli 2(003)-6700/2016 №-İi qətnaməsinə əsasən, İbrahimov Mətləb Şamil oğlu ilə X3 arasında “X6” minik markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 04 sentyabr 2014-cü il tarixdə bağlanmış sərəncam əqdi etibarsız hesab edilərək həmin avtomobilə dair verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilmiş, “X6” minik markalı **-CV-*** dövlət qeydiyyat nişanlı, "VAZ-21074" minik markalı İ0-UL-749 dövlət qeydiyyat nişanlı və "VAZ-21074*' ininik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 2/1 hissəsinə iddiaçının mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2017-ci il tarixli 2(103)-3569/2017 №-li qətnaməsi ilə İbrahimov Mətləb Şamil oğlu və X1 apellyasiya şikayətləri təmin edilməmiş. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli 2(003)-67ö0/2016 №-li qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2018-ci il tarixli 2( 102)-2263/2018 №-li qərarına əsasən İbrahimov Mətləb Şamil oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2017-ci il tarixli 2( 103)-3569/2017 №-li qətraməsi dəyişiklik edilmədən saxlanılmışdır. Sonradan onun cavabdehlər İbrahimov Mətləb Şamil oğlu və X2 qarşı iddia tələbi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(003)- 1507/2019 №-İi qətnaməsi ilə təmin edilərək, “X6” minik markalı 90- CV-910 dövlət qeydiyyat nişanlı, “VAZ-21074" minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı və “VAZ- 21074” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilləri açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaiti İbrahimov Mətləb Şamil oğlu ilə onun arasında paylarına mütənasib surətdə bölüşdürülərək onlara ödənilməsi qəl edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(103)- 794/2020 №-li qətnaməsi ilə, cavabdeh İbrahimov Mətləb Şamil oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(003)-1507/2019 №-li qətnaməsi “VAZ-21074” minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin bölünməsi hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2020-ci il tarixli 2(102)-3633/2020 №-li qərarına əsasən, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(103)-794/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Miilki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(103)-794/2020 №-li qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Xəzər rayon İcra və Probasiya şöbəsinə, oradan isə aidiyyəti üzrə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra Şöbəsinin 09 dekabr 2020-ci il tarixli sifariş məktubu əsasında Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının İİ fevral 2020-ci il tarixli 2(103)- 794/2020 №-li qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası məqsədi ilə cavabdeh “xxxx” MMC tərəfindən qiymətləndirinə işi həyata keçirilmiş və 05 yanvar 2021-ci il tarixli 03 №-li hesabata əsasən “X6” minik markalı **-CV- *** dövlət qeydiyyat nişanlı avtomobil 9000 manat məbləğində qiymətləndirilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən ‘‘X7” minik markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti müəyyən edilərkən borclu tərəfin əmlak haqqında fikirləri və onun mənafeyi əsas götürülərək əmlakın qiyməti düzgün müəyyən edilməmiş, qiymətin müəyyən edilməsi meyarları və metodu düzgün seçilməmiş, qiymətləndirmə aparılarkən istinad edilən satışların müqayisəsi metodundan istifadə edildiyi göstərilsə də, əslində bu yalnız formal olaraq qeyd olunmuşdur. Belə ki, əgər həqiqətən müqayisəli qiymətləndirmə aparılmış olsaydı, məlum olardı ki, qeyd olunan avtomobilə analoji avtomobillərin bazarda dəyərləri minimum 20000 manatdan 25000 manata kimidir. Cavabdeh isə 9000 manat qiymət müəyyən etməklə avtomobili dəyərsiz bir vəziyyətə gətirmiş və bununla da olduqca yanlış və ədalətsiz yanaşma nümayiş etdirmişdir. Bu da hərrac zamanı iddiaçının daşınar əmlak üzərindəki mülkiyyət hüququnun tamamilə pozulması ilə nəticələnə bilər. Təkrar qeyd edir ki, hesabatda göstərilən qiymət reallığı əks etdirmir, ona görə əmlakın bazar qiymətinin müəyyən edilməsi üçün yenidən qiymətləndirmənin təyin olunmasına, hesabatda göstərilmiş qiymətin düzgün olub-olmadığının məhkəmədə yoxlanılmasına zərurət vardır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “xxxx” MMC 02 iyun 2021-ci il tarixdə məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs İbrahimov Mətləb Şamil oğlu məhkəmə iclasında izahat verərək iddia tələbinin əsassız olduğunu bildirdi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdeh və digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq onlar heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1507/2019 saylı, 10.05.2019-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunaraq, «X6» minik markalı, 9Ö-CV-910 dövlət qeydiyyat nişanlı, «VAZ 21074» minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, «VAZ 21074» minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq horracda satılması və satışdan oldə edilən pul vəsaitinin cavabdeh İbrahimov Mətləb Şamil oğlu ilə İddiaçı arasında paylarına mütənasib surətdə 1/2 hissədə bölüşdürülərək onlara ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 794/2020 saylı 11.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İbrahimov Mətləb Şamil oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1507/2019 №-li iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsi «VAZ 21074» minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin bölünməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3633/2020 saylı 01.07.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2(103)- 794/2020 nömroli qətnaməsi mübahisaləndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “xxxx” MMC -nin 05.01.2021-ci il tarixli, 02 saylı rəyindən görünür ki, İbrahimov Mətləb Şamil oğluna məxsus “X6” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “X4 Mərkəzi” MMC-nin 27 aprel 2021-ci il tarixli YDN №017 saylə saylı rəyindən görünür ki, “X6” markalı. **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 8800 manat, likvid dəyəri 6600 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı qiymətləndirmənin keçirilməsinin qanunvericiliyin normalarının pozulması ilə keçirildiyini iddia edir. Lakin məhkəmə hesab edir ki, “X6” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 9000 manat məbləğində qiymətləndirilməsi zamanı qanun pozuntusuna yol verilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçıların isə məhkəməyə qeyd edilən əmlakın qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, üçüncü şəxslər İbrahimov Mətləb Şamil oğlu və X3 cəlb edilməklə əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, üçüncü şəxslər İbrahimov Mətləb Şamil oğlu və X3 cəlb edilməklə əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1448/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1448/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver