Məhkəmə qərarları › İş №2(005)-1451/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1451/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1451/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Cavabdeh Cavabdehn iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sığorta ödənişi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsasandırmışdır ki, xxxx” ASC ilə X1 arasında xx.xx.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X5" markalı 10 1 İN 404 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “Toyota l.and Cruiser' markalı 10-HN- 404 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, DSK yolunda yol-nəqliyyat hadisəsi törətmiş “Nissan Sunny”” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 1 570.00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Binəqədi RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2018-ci il tarixli ***- **-** 1218 saylı Arayışa əsasən cavabdeh tsmaılov Nofal yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş, nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Sorğularına əsasən Cəmiyyətə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiva Xidmətinin xx.xx.2020-ci il tarixli. 05/2648 saylı məktubunda qeyd olunur ki, Cavabdeh ölkədə müvəqqəti olma müddəti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2020-ci il tarixədək uzadılmış və ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Hadisə ilə bağlı Cəmiyyətə təqdim olunmuş Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “X5'' markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə elmişdir. Qeyd olunanlara əsasən Cavabdeh yol nəqliyyat hadisəsini baş verdiyi vaxt “ X5” markalı. **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etmədiyini, rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı eyni zamanda məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh Cavabdehn izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan “xxxx” ASC-nin “xxxx”ASC-ə ünvanladığı məktubundan müəyyən olunur ki, “xxxx” ASC tərəfindən “Nissan Sunny” markalı 10PT391 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər ilə bağlı “xxxx”ASC tərəfindən 1670,00 manat sığorta ödənişi həyata keçirilmiş və 1570,00 manat məbləği “xxxx” ASC-nin bank hesabına köçürülməsinə dair sərəncam verilməsini xahiş etmişlər. İş materiallarında olan sığorta aktından müəyyən olunur ki, “xxxx” ASC tərəfindən hesaba köçürmə üsulu ilə “ xxxx” ASC-nin hesabına 1570,00 manat pul köçürülməlidir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli №BO000009027 saylı ödəniş tapşırığından müəyyən olunur ki, “xxxx” ASC tərəfindən hesaba köçürmə üsulu ilə “ xxxx” ASC-nin hesabına 1570,00 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan PAA********** saylı, xx.xx.2017-ci il tarixli icbari sığorta müqaviləsindən müəyyən olunur ki, “xxxx” ASC ilə X1 arasında icbari sığorta müqaviləsi imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 ünvanlanan məktubdan görünür ki, Cavabdeh Ayvaz oğluna 10 gün müddətində 1570,00 manat sığorta ödənişi məbələğində pulu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi xəbərdarlıq edillmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Regional Miqrasiya İdarəsinin xx xxxxx 2021-ci il tarixli №15/1-07 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2018-xx.xx.2018-ci il tarixləri ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 2 ünvanı üzrə qeydiyyata alınmışdır. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.3-ci maddəsindən göründüyü kimi, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki işin materiallarından göründüyü kimi, iddiaçı “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin ikinci hissəsinə əsaslanaraq, cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürmüşdür. Başqa sözlə, iddia onunla əsaslandırılmışdır ki, cavabdeh qəza törədərkən, avtomobili Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etdiyindən və qanunla müəyyən edilmiş ölkədə müvəqqəti yaşamaq icazəsinin aldığı gündən bir aylıq müddətində dəyişdirmədiyindən iddiaçının ona qarşı subroqasiya iddiasının irəli sürmək hüququ yaranmışdır. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır və qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Regional Miqrasiya İdarəsinin xx xxxxx 2021-ci il tarixli №15/1-07 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2018xx.xx.2018-ci il tarixləri ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 2 ünvanı üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2018-ci il tarixdə yaşamaq üçün müvəqqəti icazə almış, yol-nəqliyyat hadisəsini xx.xx.2018-ci ildə törətmiş və həmin vaxt da ona xarici ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin istifadə edilməsini icazə verən bir aylıq müddət bitməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki halda iddiaçının subroqasiya qaydasında iddia irəli sürmək hüququ olmadığından iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar