Məhkəmə qərarları › İş №2(005)-1484/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1484/2023

25.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1484/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı və onun nümayəndələri və vəkilləri Vəkil1, Vəkil3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş daşınar əşyaların bölünməsi və cehiz əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakının qaytarılması, birgə nikah dövründə əldə edilmiş ümumi əmlaka mülkiyyət hüququnun tanınması və müəyyən olunmuş payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəcəf Nərimaov küçəsi, 14 saylı evin 97 saylı mənzilinin ½ hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması, həmin hissədə naturada fiziki bölgünün müəyyən edilməsi, cehiz əmlakının və qızıl-zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı azyaşlı oğlu X1 ilə birgə, Bakı şəhəri, Nəcəf Nərimaov küçəsi, 14 saylı evin 97 saylı mənzilinə daxil olmaq üçün maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsinə dair iddia tələbinin həcminin artırılmasına uyğun qiymət verməklə iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 887/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş daşınar əşyaların bölünməsi, cehiz əşyaların və qızıl-zinət əşyalarının geri qaytarılması və ya dəyərinin tutulması” barədə tələbi üzrə mülki işin ayrıca icraata ayrılması; İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi, 14 saylı evin 97 saylı mənzilinin ½ hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması, əmlakın həmin hissədə bölünməsi, həmin mənzilə daxil olmaq üçün maneələrin aradan qaldırılması” tələbinə dair mülki işdə 2(005)-887/2023 nömrəsinin saxlanılması; İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş daşınar əşyaların bölünməsi, cehiz əşyaların və qızıl-zinət əşyalarının geri qaytarılması və ya dəyərinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə yeni nömrə verilməsi və İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş daşınar əşyaların bölünməsi, cehiz əşyaların və qızıl-zinət əşyalarının geri qaytarılması və ya dəyərinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılmasının təyin edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verilərək, Xalça 3x2 ölçüdə, bənövşəyi rəngdə; balınc 4 ədəd, özdilek tac; yorğan 2 ədəd cüt qiyməti; 5 ədəd yun örtük; 2 pəncərəlik teatr pərdə” 3 qapılı şfaner, beşik, 4 qapılı termı ağ rəngdə; uşaq gecə fənəri ağ rəngdə; xalça fiqurnı ağ rəngdə tüklü; uşaq arabası 2 ədəd; anex sport 4 monus; gəzinti arabacığı (xodunka) boz rəngdə; qalanvaqer uşaq mşını qara rəngdə; uşaq vannası boz rəngdə; uşaq motoskleti; xalça 2x3 pierre cardin, krem rəngdə; 4 ədəd balınc, özdilek tac; 4 ədəd yorğan özdilek tac; 6 dəst tac, 4 dəst özdilek, 3 dəst karaca pastel dəsti; 12 ədəd hamam dəsmalı, 12 ədəd özdilek əl-üz dəsmalı; 5 ədəd stol örtüyü üzlüklərlə bir yerdə; tac hamam xələti, ağ rəngdə; pike takımı 4 ədəd; salon aksesuarları” 1 ədəd xalça 2x3 şabalıdı rəngdə; ət çəkilən philips boz rəngdə; şirə çəkən boz rəngdə; 2 ədəd mikser “korkmaz” ; elektronikli qazan philips; qazan 4 dəst biri karaca, ikisi korkmaz; blendr dəst philips; servis dəst şefr 24 parça 6 nəfərlik; 4 ədəd mərtəbəli şirniyyat qabı; 12 ədəd rəngli süfrə qabı; 2 qapılı şfaner, termo, taxt 2 ədəd kətil, ağ rəngdə Türkiyə istehsalı; aksesuar dolabı güzgülü qara rəng; 1 ədəd taxt döşəyi; 5 ədəd yun örtük; apple ipod, 2 pəncərəlik teatr pərdə 2 ədəd tül pərdə; televizor 170 ekran samsung qara rəng; 4 qapılı şıkaf güzgülü ağ rəngdə; 2 nəfərlik taxt, 4 sürməli termo ağ rəngdə; xalça 2x3 pierre cardin krem rəngdə; tülü pərdə iki qollu krem rəngdə; televizor vestel qara rəngdə; ütü stolu boz rəngdə; 4 ədəd balınc özdilek tac; 4 ədəd cüt yorğan özdilek tac; ütü braun; 6 dəst tac pastel dəsti, 4 ədst özdilek pastel dəsti, 3 dəst karaca pastel dəsti; hamam dəsmalı tac 12 ədəd, əl-üz dəsmalı özdilek 12 ədəd; stol örtüyü 5 ədəd, üzükləri ilə birlikdə; hamam xələti tac ağ rəngdə; pike takımı 4 ədəd; hovrbot rəngli; mor divan; fiqurnı mor xalça 1 ədəd; 2 ədəd çərçivə; 4 qapılı şfaner ağ rəngdə; 3 ədəd listur; 1 divan, 2 kreslo kariçni, 1 ədəd stol, 8 ədəd stul krem rəngdə 1 ədəd jurnalni, kəpnək tabloŞ lucca mebel Türkiyə istehsalı; 1 ədəd xalça 2x3 kariçni krem rəngdə; televizor tumbuçkası; televizor EİG 175 ekran qara rəngdə; kəpənəkli saat qara rəngdə; playstation 4; pərdə 4 qol, 1 tül krem kariçni rəngə; salon aksesuarları; böyük güldan ağ rəngdə; tozsovuran dyson; listur” səs sistemi (samsung, sony); foto aparat; ət çəkən philips boz rəng; sok maşın philips boz rəng; 2 ədəd miksel korkmaz; mikrodalğa fırın ariston; soyuducu simes qara rəng; paltaryuyan maşın boz rəng 7 kq atistol; elektrinikli qazan philips; somovar; qazan 2 dəst; biri karaca ikisi korkmaz; blender dəsti philips; servis dəsti karaca 60 parça 12 nəfərlik; servis dəsti şefr 24 parça 6 nəfərlik; dördbucaq yemək takımı 12 nəfərlik; yemək takımı 6 nəfərlik 24 parça; çay servis dəsti karaca xrsutal 12 nəfərlik, 6 limon qabı; 4 çay dəsti qara, ağ, ağ-qara; krafinka dəsti 12 nəfərlik; nabor qaşıq 2 dəst, karaca 12 nəfərlik, şefr 12 nəfərlik; 5 ədəd xrustal tort qabı, 12 ədəd kiçik dəsti; 6 ədəd qənd qabı xrustal; 4 ədəd mərtəbəli şirniyyat qabı; 4 ədəd çərəz qabı xrustal; 4 ədəd vaz; 12 ədəd güzgülü qab altı; 2 ədəd güzgülü şirniyyat qabı; 25 ədəd ədviyyat bankası; 6 ədəd padnos; salat aparatı; 4 ədəd güldan xrustal müxtəlif çeşiddə plastik qablar; qab yuyan ariston; sok stekanı 20 ədəd; baharat qabı karaca; saxlama qabları 12 ədəd; xalça 2x1; çaydan çaynik elektrik; borcam 6 ədəd; mətbəxt mebeli ağ kariçni rəngdə yuxarı 8 ədəd qapısı, 12 ədəd aşağı; 3 ədəd bar stolu; qaz sobası ariston; aspirator ariston; 12 ədəd rəngli süfrə qabı; 1 ədəd yumru stol 4 ədəd stul kariçni rəng; pəncərə aksesuarları; ağ brilliant dəsti 45 qram; brilliant kəpənəkli dəsti sarı və qara rəngdə 20 qram; sarı rəngli saat 22 qram; aö briliantr üzük yarpaq formasında; 2 ədəd sarı rəngli qolbaq; 2 ədəd ağ brilliant üzük 8 qram və 9 qram; 2 ədəd sarı üzük 7 qram və 8 qram olmaqla əşyaların İddiaçı qaytarılması, bu mümkün olmadıqda isə həmin əşyaların cəmi dəyəri olan 129410 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndələri və vəkilləri Vəkil1, Vəkil3 ayrıayırılıqda iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini əsassız hesab etdiyini bildirərək rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. - İcraata xitam verilməsi haqqında qərara əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-16(005)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə icra sənədində göstərilən Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 14 saylı ev, 97 saylı mənzildə olan zaman icra sənədində adları şəkilən cehiz və qızıl-zinət əşyaları aşkar edilməmişdir. - 26 mart 2010-cu il tarixli 592552 nömrəli müqavilənin surətindən görünür ki, “Alıcı” Cavabdeh “Satıcı” "xxxx" MMC ilə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 14-də yerləşən 3 otaqlı, ümumi sahəsi 137,95 kv.m olan 97 nömrəli mənzili almaq üçün müqavilə bağlamışdır. - xx.xx.2010-cu il tarixli 592552 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 14-də yerləşən 3 otaqlı, ümumi sahəsi 137,95 kv.m olan 97 nömrəli mənzilin dəyəri Cavabdeh tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ərarvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür” Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinin 2 hissəyə ayımaq olar:cehiz əşyaların və hədiyyə edilmiş qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması; və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, qeyd edilən hissədə iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur.Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumiliyi prezumsiyasını müəyyən edir. Bu o deməkdir ki:

1. birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur;

2. birgə nikah dövründə əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilib-göstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır;

3. hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır(məhkəmə qərarı və s.) Məhkəmə qeyd edir ki, ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyətdir. Ərarvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə, birgə mülkiyyət münasibətlərinə xitam verilir. Hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olamsı zəruridir: a)əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; b)əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Ərarvadın ümumi birgə mülkiyyət hüquq münasibətlərinin yaranması əsası qanunla müəyyən olunan qaydada bağlanan nikahdır. İddia tələbləri hər iki hissədə, yəni həm cehiz əşyalarının qaytarılması, həm də bir nikah dövründə əldə edilmiş əmlakın bölünməsi dispozisiya şərtlərinə cavab vermir. Mülki işin materiallarında olan müvəqqəti təminat tədbiri üzrə işə xitam verilməsi barədə qərardan və ona əlva edilmiş aktdan görünür ki, iddiaçının göstərdiyi ünvanda əşyalar mövcud deyil. Məhkəmə həmçinin onu da nəzərə alır ki, tərəflərin nikah dövründə yaşadıqları ev nikahdan bir neçə il əvvəl cavabdeh tərəfindən alqı-satqı müqaviləsi nəticəsində əldə edilmiş, iddiaçı öz iradəsi ilə mənzili tərk etmiş və nikahın pozulması iddiası ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələb etdiyi əşyaların əvvəllər mövcudluğu cehiz qismində gətirilməsi və ya birgə nikah dövründə, birgə gəlirlər hesabına alınması barədə heç bir sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir və təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş daşınar əşyaların bölünməsi və cehiz əşyaların geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş daşınar əşyaların bölünməsi və cehiz əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar