Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-149/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “BAKİNŞAAT GROUP" MMC-dən əmək haqqı üzrə ödənməyən pul vəsaiti 14 000,00 (on dörd min) manat; məzuniyyət üzrə ödənməyən pul vəsaiti 3.409 (üç min dörd yüz doqquz) manat; DSMF-da ödənilməyən pul vəsaiti 3.035,55 (üç min otuz beş manat əlli beş qəpik) manat; ödənilməyən son haqq hesab 1.400.00 (bir min dörd yüz) manat; qanunsuz işdən azad etmə təzminatı 2.000.00 (iki min) manat; dəymiş maddi və mənəvi zərərə görə 8.000.00 (səkkiz min) manat; ümumi əmək haqqının ödənilmədiyinə görə 1% 7 000,00 (yeddi min) manat, cəmi məbləğ 38.844,55 (otuz səkkiz min səkkiz yüz qırx dörd 55) manat pul vəsaiti tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli xxxxxxx000100 saylı X1 ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, iddiaçı “BAKİNŞAAT GROUP" MMC ilə xx.xx.2019cu il tarixdən müddətli olaraq xx.xx.2019-cu il tarixə kimi aylıq əmək haqqı 1000 (bir min) manat olmaqla mühasib vəzifəsinə təyin olunaraq əmək müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.Həmin maddənin tələbinə uyğun olaraq əmək müqaviləm xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır. xx.xx.2023-cü il tarixli 10001X0 saylı X3 verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçının xəbəri olmadan, hər hansı ərizə və müraciət etmədən qanunsuz olaraq X3 verilmişdir. Qanunsuz olaraq X3 verilən zaman aşağıda qeyd etdiyi qanun pozuntularına yol verilərək qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya ödənilən ödənclər ödənilməmişdir. 1) Əmək haqqı üzrə ödənməyən pul vəsaiti 14 000,00 (on dörd min) manat 2) Məzuniyyət üzrə ödənməyən pul vəsaiti 3.409 (üç min dörd yüz doqquz) manat 3) DSMF-da ödənilməyən pul vəsaiti 3.035,55 (üç min otuz beş manat əlli beş qəpik) manat 4) ödənilməyən son haqq hesab 1.400.00 (bir min dörd yüz) manat 5) Qanunsuz işdən azad etmə təzminatı 2.000.00 (iki min) manat 6) Dəymiş maddi və mənəvi zərərə görə 8.000.00 (səkkiz min) manat 7) Ümumi əmək haqqının ödənilmədiyinə görə 1% 7 000,00 (yeddi min) manat, cəmi məbləğ 38.844,55 (otuz səkkiz min səkkiz yüz qırx dörd 55) manat. İddiaçı bildirir ki, hüquqları “BAKİNŞAAT GROUP" MMC tərəfindən kobud şəkildə pozulduğunu nəzərə alaraq Azərbaycan Respublikasının qanunvericiliyinin tələbi qaydasında “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət edmişdir. Mediasiya Şurası Bakı 2 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/2-02229/2023-saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “BAKİNŞAAT GROUP" MMC təklif müraciətini alsa da, təklifdə qeyd olunan ödənilməyən pul vəsaitini qaytarmaq barədə hər hansı tədbir görməmiş, mediasiya xidmətinin əməkdaşının çağrışına gəlməmişdir. Cavabdeh “Bakinşaat Group" MMC-nin nümayəndəsi (direktoru) Nümayəndə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib əmək haqqı üzrə ödənilməyən pul vəsaiti 14000 manat, məzuniyyət üzrə ödənilməyən pul vəsaiti 3409 manat, DSMF-na ödənilməyən pul vəsaiti 3035,55 manat, ödənilməyən son haqq-hesab 1400 manat, qanunsuz işdən azad etmə təzminatı kimi 2000 manat, dəyrriş maddi və mənəvi zərərə görə 8000 manat, ümumi əmək haqqının ödənilmədiyinə görə 1% 7000 manat, cəmi 38.844,55 manat pul vəsaiti tutularaq ona ödənilməsini xahiş edib. İddia tələbini qəbul etmir, hesab edir ki, iddia tələbi tam əsassızdır. Belə ki, iş üzrə dəfələrlə eksoertiza keçirilmişdir. Cavabdeh olaraq bizə qalmış olan bütün sənədləri ekspertə təqdim etmişlər.Hesab edir ki, iddia tələbi tamamilə əsassız olduğu üçün təmin edilməməlidir və bununla bağlı aşağıdakı xüsusatları bildirir: 1.İddiaçı “Bakinşaat Group’1 MMC-də 2019-dan müddətli olmaqla 2023-cü ilə kimi işləyib. 2. İddiaçı öz ərizəsi ilə işdən çıxmışdır. Lakin iddiada özunun qanunsuz olaraq çıxarıldığını bildirmişdir. Egər elə idisə, nə üçün əmri məhkəmədə mübahisələndirməmişdir.3 idiaçıya son haqq hesab və məzuniyyət pulu tam ödənilib, bununla bağlı nə mühasibatlıq sənədi varsa, məhkəmyə təqdim olunmuşdur. 4.İşə baxılarkən məhkəmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbini nəzərə alınmasını xahiş edir. 5. Həmin maddəyə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 6. iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir, iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. 7. Belə ki, Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla bağlı bildirilir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 2023-cü ilin aprelində müraicət etmişdir. Tələb etdiyi pul məbləği isə 2021-ci ilin aprel ayından 2022-ci ilin dekabr ayına qədər olan dövr üzrə olan pul məbləğidir. Bundan əlavə, iddia tələbi qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş 1 illik müddətdən çox olduğu üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. ƏM-nin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İstinad edilən maddi hüquq normasının tələblərindən də göründüyü kimi, iddia tələbi müddət tətbiq olunmaqla rədd olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, iddia tələbində qeyd etdiyi ödənilməyən məbləğlər 2021-ci ilin aprel ayından 2023-cü ilin yanvarınadək olan dövrü əhatə edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları X1 ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İşçi - İddiaçı ilə İşəgötürən - “BAKİNŞAAT GROUP" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı “BAKİNŞAAT GROUP" MMC-də 300 manat əmək haqqı almaqla mühasib vəzifəsinə qəbul edilmişdir. X3 verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İşçi - İddiaçı ilə İşəgötürən - “BAKİNŞAAT GROUP" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. X3 verilməsi barədə 09/23/X №-li, xx.xx.2023-cü il tarixli Əmrin surətindən görünür ki, “BAKİNŞAAT GROUP" MMC-də mühasib vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış 4AVVF5AA000100 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. 0169726 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “BAKİNŞAAT GROUP" MMC-də mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respblikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. İddiaçının 25 iyun 2024-cü il tarixli məhkəmə iclasında məhkəməyə təqdim etdiyi “BAKİNŞAAT GROUP" MMC-nin xx.xx.2021-ci il tarixli 53 saylı əmrdən görünür ki, 01.09.21-ci il tarixdən zavodda istehsalat dayandırıldığına görə qeyri-müəyyən vaxta qədər işçinin maaşında 50 % azalma olacaqdır. Əlavə qeyd etmək istəyirik ki, 01.01.21-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər əməkhaqqları tam ödəniləcəkdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı “BAKİNŞAAT GROUP" MMC ilə xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlayaraq əmək münasibətlərinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə onun X3 verilmişdir. Hazırda iddiaçı MMC-də işlədiyi 2021-ci il aprel ayından 2022-ci ilin dekabr ayı daxil olmaqla olan müddət ərzində ona ödənilməmiş əmək haqqı, istifadə edilməyən məzuniyyətlərə görə kompensasiya, son haqqıhesab və digər ödənişlərin ödənilməsini tələb edir. Cavabdeh MMC-nin nümayəndəsi isə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün iddia müddətini ötürdüyünü bildirir və iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı “BAKİNŞAAT GROUP" MMC ilə aralarında bağlanmış əmək müqaviləsi üzrə mühasib vəfizəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqavilələrinə işəgötürənin 09/23/X №-li, xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respblikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi (288-ci maddənin “d” bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. İddiaçının hazırki iddia tələblərinin bir hissəsi fərdi əmək mübahisəsinin predmetinə aiddir. (Azərbaycan Respublikası Əmək Məcəlləsinni 288-ci maddəsi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 1 və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
19. Maddə 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
20. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
21. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
22. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
23. Maddə 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir.
24. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
25. Maddə 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi üzrə 2021-ci il aprel ayından 2022-ci ilin dekabr ayını əhatə edən dövr üzrə ödənilməyən əmək haqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişləri tələb etsə də, o, xx.xx.2023-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif ilə xidmətə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə isə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. BAKİNŞAAT GROUP" MMC-nin xx.xx.2021-ci il tarixli 53 saylı əmrdən görünür ki, xx.xx.2021-ci il tarixinə qədər əməkhaqqları tam ödəniləcəyi göstərilmiş, həmin əmək haqqı ödənilmədiyi halda hüquqlarının pozulmasını aşkar edən ididaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məəhkəməyə müraciət etmişdir. (2 ilə yaxın müddət keçdikdən sonra) Bununla da qanunvericilik tərəfindən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququna riayət etmədən, həmin müddəti ötürmüşdür. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçı iddia müddətini ötürmüş, iddia müddətinin bərpasına dair ərizə təqdim etməmiş və iddia müddətinin ötürülməsinin üzrlü səbəb olmasının heç cür əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının hazırki iddia tələbləri bir hissəsi fərdi əmək mübahisəsinin predmetinə aid olsa da, digər hissəsi pul və digər əmlak tələbləri ilə əlaqədardır. Əmək Məcəlləsində də pul və digər əmlak tələbləri ilə bağlı iddia müddətlərinə dair ayrıca xüsusi norma öz əksini tapmışdır ki, bu da həmin məcəllənin 296.4-cü maddəsi ilə ehtiva olunmuşdur. Həmin maddəyə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə ilk növbədə iddiaçıların hüquqlarının pozulduğunu nə zaman aşkar etmələrini müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.3cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının təqdim etdiyi “BAKİNŞAAT GROUP" MMC-nin xx.xx.2021-ci il tarixli 53 saylı əmrdən aydın olur ki, onun əmək haqqı ödənişlərində gecikmənin olması, 50 faiz azalma olması və zavodda istehsalatının dayandırılması 2021-ci il tarixdən İddiaçı bəlli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı İşəgötürən tərəfindən ona ödənilməyən əmək haqqı, son haqq-hesab və digər ödənilməyən ödənişlərin məbləği ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. O, yalnız öz mülahizəsinə uyğun olaraq istədiyi məbləği iddia ərizəsinə qeyd etmiş və “BAKİNŞAAT GROUP" MMC-dən tələb edir. Qeyd olunan səbəblərdən dolayı, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmasına baxmayaraq zəruri məlumatları özündə əks etdirən heç bir sənəd olmadığından ekspertiza aparılmasından imtina edilmişdir. Odur ki, hazırkı iş üzrə iddiaçının iddiasını təsdiq edən heç bir sübut olmadığından iddia tələbi rədd edilməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüklərindən, mübahisə tərəfi olan cavabdeh “BAKİNŞAAT GROUP" MMC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən İddiaçı cavabdeh “BAKİNŞAAT GROUP" MMC-yə qarşı “əmək haqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdeh “BAKİNŞAAT GROUP" MMC-yə qarşı “əmək haqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova