Məhkəmə qərarları › İş №2(005)-15/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-15/2025

15.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-15/2025 15.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı MTK-nın ilk iddia üzrə Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “kirayə haqqı, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş (açar sözlər: maddi və mənəvi ziyan, müqavilə öhdəlikləri, sübutetmə yükü) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “kirayə haqqı, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia tələbi və onun dəlilləri İddiaçı MTK Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi tələbinə dair» ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə iddiaçı "Baku City MTK arasında bağlanmış 15 may 2020-cı il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu. Ə.Əlizadə küçəsi. 42/9 ünvanında İddiaçı tərəfindən inşa edilən yaşayış kompleksində müvafiq mənzillə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı 29 mart 2017-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən Kooperativ Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. O cümlədən, MTK çoxmənzilli hündürmərtəbəlı yaşayış binalarının tikintb isi ilə də məşğul olur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti ilə “Baku City» Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 ünvanında yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçun "xxxx" Mənzil Tikinti Kooperativə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmçinin müqavilənin şərtlərinə görə MTK tərəfindən mənzil mülkiyyətçiyə təhvil verildiyi vaxtdan kirayə haqqının verilməsi dayandırılır. Həmin zaman bütun sakinlər MTK-ilə razılaşmış və müqavilə bağlamışlar. Göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən Cavabdeh ilə MTK arasında bağlanmış 08 fevral 2020-ci il tarixində əvəzləşdilrilmə müqaviləsinə əsasən mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 88 m2 42 saylı mənzilin və həmin mənzilin altında yerləşən 59 m2 zirzəminin əvəzinə güzəştli şərtlərlə eyni parametrlərlə binanın B blokunda, 2-cı mərtəbəsində 1 saylı 3 otaqlı (zal studiya) 120,3 m2 B blokunda 7-cı mərtəbəsində, 1 saylı 3 otaqlı (zal studiya) 120.3 m2 C blokunda 2-ci mərtəbəsində, 4 saylı 2 otaqlı (zal studiya) 79.6 m2 dən (umumı-cəmı verilən sahə 320 2 m2 ) ibarət olan təmirsız mənzil verməyi mülkiyyətçiyə verməyi öhdəsinə götürür. Müqavilənin 1.3cü bəndinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür Hazırda tərəflər arasında olan 15 may 2020-ci il tarixli müqavilənin icrası qeyri-mümkün olduğundan məhkəmə tərəfindən müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır. 15 may 2020-ci il tarixli müqavilənin 3.1—ci bəndində göstərilmişdir ki, tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. Müqavilənin 3 2-ci bəndinə əsasən tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors-major kimi müəyyənləşdirilir. Belə ki, iddiaçı MTK tərəfindən inşa olunan Bakı şəhəri, Nərimanov rayonu. Ə.Əlizadə küçəsi. 42/9 ünvanında yerləşən çoxmərtəbəli binanın layihəsində dəyişikliklər aparıldığından, tərəflər arasında müqavilənin müddəaları nəzərə alınaraq fors-major hal kimi qiymətləndirilən dünyada və ölkədə baş vermiş pandemiya şəraiti iddiaçının iqtisadi durumuna ziyan vurduğundan, iqtisadi ardıcıllığı pozduğundan, həmçinin 16 mərtəbəli bina tikilməsi nəzərdə tutulsa da. 9,10.11 mərtəbəli bina tikilməsi üçün razılıq əldə olunmuşdur. Bu səbəbdən də, binada mənzillərin sayı məhdud olduğundan, Cavabdeh müqavilədə göstəriləş şərtləri icra etmək mumükün deyildir. Azərbaycan Respublikası Mülki Məc-əllənin 389.1, 421. 1, 421.2, 157.2, 157.4-cü maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmədə mülki işə mahiyyəti üzrə baxılması üçün hazırlıq mərhələsində İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət olunaraq məhkəmədən Cavabdeh qarşı onun ilə X15 arasında bağlanmış 18 avqust 2022-ci il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 310320 manat məbləğində pulun tutulması, həmçinin 600 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Qarşılıqlı iddia ərizəsi və onun dəlilləri Cavabdeh İddiaçı MTK-ya qarşı “kirayə haqqı, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli Əvəzləşdirmə Müqavilələri üzrə ödənilməmiş kirayə haqqının əvəzi kmi (13 700 manat + 29 000 manat + 36 000 manat) toplam olaraq 78 700 ( yetmiş səkkiz min yeddi yüz) manat pulun qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-dan qarşılıqlı iddiaçı Cavabdeh xeyrinə tutulması qeyd olunan müqavilələr üzrə qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK tərəfindən qarşılıqlı iddiaçı X4 təqdim edilmiş inşa edilən binanın B blokunun 4-cü mərtəbəsində 49 saylı 2 otaqlı 87 m2 sahəli mənzildə yaranmış 8 m2 fərqin, B blokunun 2-ci mərtəbəsində 1 saylı 3 otaqlı 120,3 m2 sahəli mənzildə yaranmış 16.2 m2 fərqin, B blokunda 7-ci mərtəbədə 1 saylı 3 otaqlı 120.3 m2 sahəli mənzildən yaranmış 16.2 m2 fərqin, C blokunda 2-ci mərtəbədə 4 saylı 2 otaqlı 79.6 m2 sahəli mənzildən yaranmış 17.1 m2 fərqin, toplam təqdim edilməli olan mənzillər üzrə sahələrdə yaranmış fərqə görə 57,5 m2 sahənin naturada veriməsi, mənəvi zərərin əvəzi olaraq 10 000 (on min) manat pulun qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-dan tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, sözügedən bina kompleksi 10, 11, 12 və 13 mərtəbəli binalar kimi tikilmişdirlər, müqaviləyə uyğun olaraq ona veriləsi mənzillər B blokunun 2-ci mərtəbəsində 1 saylı 3 otaqlı, B blokunda 7-ci mərtəbədə 1 saylı 3 otaqlı və C blokunda 2-ci mərtəbədə 4 saylı 2 otaqlı mənzillərin verilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, ona veriləcək mənzillərin mərtəbələri layihə dəyişməsinə görə tikilməmiş qalmamışdır, əksinə aşağı mərtəbələrdir və ona veriləsi mənzillər çoxdan tikilmişdirlər. Lakin, onda olan məlumata görə, B blokunun 7-ci mərtəbəsində ona verilcək 3 otaqlı mənzilin 1 otağını həmin mərtəbədə olan digər qonşuya satdıqları üçün müqavilə öhdəliyini icra edə bilmirlər və məhkəməyə "guya layihə dəyişikliyinə görə mənzillərin sayının məhdud olduğu" barədə həqiqətə uyğun olmayan məlumat verirlər. Bundan başqa, iddia tələbində qeyd olunan "müvafiq mənzillə təmin edilməsi" ifadəsindəki “müfaviq sözü aydın deyildir. İddiaçı "Baku City” MTK ilə son 3 ildə yaşadığı narahatçılıqlar və hazırda ona qarşı verilmiş uydurma iddia tələbi onda qarşılıqlı iddia ərizəsi vermək zərurəti yaratmışdır. O ümid edirdi ki, həmin şirkətlə məhkəmədənkənar razılaşa bilər, lakin verilmiş vədlərin icra edilməməsi və əksinə ona qarşı iddia qaldırması onun da qarşılıqlı iddia verməyinə vadar edir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, əvəzləşmə müqaviləsinə əsasən, ona məxsus mənzillər və obyektlər sökülərkən ilkin iddiaçı onu yeni mənzillə təmin edəcəyi vaxta qədər mənə kirayə haqqı verməyi öhdəsinə götürmüşdür. Belə ki, onun mülkiyyətində olmuş Ə.Əlizadə küçəsindəki 42/9 saylı binanın 31ci mənzilinə (3 otaqlı 78 kv m) görə ona aylıq 500 manat kirayə haqqının verilməsini razılaşmışdılar. Həmin mənzilə görə ona 2020-ci ilin may ayında cəmi 1 dəfə 800 manat kirayə haqqı verildi. Bundan sonra ona bildirildi ki, bank kartı verilməlidir və aylıq kirayə haqqı həmin karta oturacaqdır. Lakin, sonradan ona kirayə haqqını vermədiklərini gördükdə şirkətə müraciət etdi, oradan ona bildirildi ki, kirayə haqqı əvəzinə ona artıq kvadraturada mənzil veriləcəkdir. Bu münvalla 2020-ci ilin may ayından bu günə qədər 29 ay keçmişdir, 29 ayı hər ay üçün 500 manatdan hesablasaq 14 500 manat təşkil edir, həmin məbləğdən ona cəmi bir dəfə ödənilmiş 800 manatı çıxdıqdan sonra tək bu mənzilin ödənilməmiş kirayə haqqı 13 700 manat təşkil edir. Bundan başqa onun mülkiyyətində 2 ədəd qeyri-yaşayış obyektləri olmuşdurlar. Onlardan biri Ə.Əlizadə küçəsi ev 42/9 m 56 kimi qeyd olunmuş, faktiki sahəsi 45 kv m təşkil edirdi, həmin əmlaka dair onunla xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilə bağlanılan vaxt həmin əmlakı uzun müddət ofis kimi icarəyə verirdi və ayda 1000 manat gəlir əldə edirdi. Ona görə də ilkin iddiaçı "Baku City” MTK ona söz verdi ki, həmin obyektin kirayə haqqını aylıq 1000 manatdan hesablayacaqdır. Bir daha qeyd edir ki, həmin əmlakın əvəzləşməsinə dair müqavilə xx.xx.2019-cu ildə bağlanmışdır və həmin tarixdən bu günə qədər 36 ay müddət keçmişdir. 36 ayı hər ay 1000 manatdan hesablasaq toplam 36 000 manat bu obyekt üçün verilməmiş kirayə haqqı borcu yaranmışdır. Qeyd edir ki, razılşmaya baxmayaraq bu məbləğdən ona heç nə ödənilməmişdir, yuxanda qeyd etdiyi kimi, "artıq kvadratura ilə" əvəzləşəcəyinə dair vəd verilmişdir. İkinci obyekt isə, Ə.Əlizadə küç ev 42/9 ünvanda yerləşən 31 saylı mənzili zirzəmisi olan, sənəddə 36 kv m, lakin faktiki 59 kv m olan əmlakdır. Həmin qeyri- yaşayış sahəsi oyun klubu və çay evi kimi istifadə edilirdi və aylıq 2-3 min manat gəlir gətirirdi. Bu obyektin sökülməsi zamanı ilkin iddiaçı "xxxx" MTK ona xx.xx.2020-ci tarixli əvəzləşmə müqaviləsi ilə aylıq 1000 manat ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd etdiyi kimi, həmin müqavilə bağlandıqdan bu günə qədər 29 ay müddət keçmişdir və bu müddət ərzində də ona bu obyektə görə heç bir haqq ödənilməmişdir, bu obyektə görə ödənilməmiş kirayə haqqı məbləği hazırkı günə 29 000 manat təşkil edir. Qarşılıqlı iddia tələbinin ikinci hissəsi isə əvəzləşmə müqavilələri üzrə təklif edilmiş mənzillərin sahələri ilə bağlıdır. Belə ki, xx.xx.2019-cu il tarixli Əvəzləşmə müqaviləsinə əsasən, onun Ə.Əlizadə küç 42/9 ünvanda yerləşən 45 m2 qeyri-yaşayış sahəsinin əvəzinə ona binanın A blokunda 10-cu mərtəbədə 42 saylı 3 otaqlı 77 m2 və B blokunun 4-cü mərtəbəsində 49 saylı 2 otaqlı 87 m2 sahədən ibarət mənzillər verilməli idi. Həmin mənzillərdən birincisi parametrlərə uyğun olsa da, digərinin 87 m2 sahəsi əvəzinə faktiki olaraq ona 79,2 m2 təqdim edilmişdir. Sahənin sökülən sahə ilə fərqini təmirsiz təqdim edilməsinə razılaşmışdı. Onu da qeyd edir ki, mülkiyyətində olan və sökülmüş sahə qeyri-yaşayış sahəsi idi və göründüyü kimi yaşayış sahəsi ilə əvəzləndi. Belə ki, tikilən binada qeyri-yaşayış sahəsinin 1 m2 qiyməti 10 000 manat civarında idi, mənzili qiyməti isə şirkətin dediyinə görə 1 kv.m görə 2200 manat təşkil edirdi. Yəni onun 45 m2 qeyri-yaşayış sahəsinin faktiki qiyməti 450 000 manat təşkil etməli idi, ona görə də ona 2 mənzil təklif olundu. Lakin qeyd etdiyi kimi, mənzillərdən birində müqavilədə göstərilən sahədən 8 m2 az verilmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixli əvəzləşmə müqaviləsinə əsasən, onun Ə.Əlizadə küçəsində yerləşən 42/9 saylı binanın 31 saylı 3 otaqlı 78m2 sahədən ibarət mənzili və onun 60 m2 yaxın sahədən ibarət olan yarım-zirzəmisi əvəzinə ona tikiləcək binanın: B blokunun 2-ci mərtəbəsində 1 saylı 3 otaqlı 120,3 m2 sahədən ibarət mənzil; B blokunda 7-ci mərtəbədə 1 saylı 3 otaqlı 120.3 m2 sahədən ibarət mənzil; C blokunda 2-ci mərtəbədə 4 saylı 2 otaqlı 79.6 m2 sahədən ibarət mənzilin verilməsi razılaşdırılmışdır. Lakin faktiki olaraq : B blokunun 2-ci mərtəbəsində 1 saylı 3 otaqlı 120,3 m2 sahəli mənzil əvəzinə ona 104.1 m2 sahəli mənzil (fərq 16.2 m2) B blokunda 7-ci mərtəbədə 1 saylı 3 otaqlı 120.3 m2 sahəli mənzil əvəzinə ona 104.1 m2 sahəli mənzil (fərq 16.2 m2) C blokunda 2-ci mərtəbədə 4 saylı 2 otaqlı 79.6 m2 sahəli mənzil əvəzinə ona 62,5 m2 sahəli mənzil (fərq 17.1 m2) təqdim edilmişdir. Beləliklə yuxarıda qeyd olunan 5 əmlakdan 4-ü fərqli sahələrlə verilmişdir və toplam 57.5 m2 sahə ona müqavilədə qeyd olunan sahədən az verilmişdir. Həmin fərqi real bazar dəyəri şirkətin dediyi kimi 2200 manatdan hesablasaq hazırda 126 500 manat təşkil edir. Qarşılıqlı iddia ərizəsinin üçüncü hissəsi ona vurulmuş mənəvi zərərlə bağlıdır. Belə ki, qeyd edir ki, onunla "xxxx" MTK razılaaşmadığı üçün ona süni təziqlər edilirdi, evdəki dəmir borulara guya səhvən elektrik naqili birləşdirilmişdir, nəticədə uşağını elektik cərəyanı vurdu, aşağı mərtəbədə o yaşadığı halda yuxarı mərtəbədə təhlükəsizlik texnikasına riayət edilmədən söküntü işləri aparılırdı, daim başlarına tikinti materialları, daş qırıqları tökülürdü, həyətdə saxladığı şəxsi avtomobillərinin üstünə beton töküldü və sair qanunsuzluqlar edildi. Qeyd edildiyi bu təziqlərin nəticəsi kimi o məcbur oldu müqavilələri imzaladı və elə həmin gün öz əmlakından köçürüldü. Bununla bağlı dəfələrlə polis və prokurorluğa şikayətlər etmiş, müvafiq araşdırmalar başlanılmışdır. Bütün bunları qanunsuz hərəkətləri nəticəsində mənəvi əzab və sıxıntı keçirmiş, səhhəti pisləşib, şəkərli diabet xəstəliyi tapış və nəticədə uzun müddət xəstəxanada stasionar müalicə almalı olmuşdur. Ona vurulan mənəvi zərərin həcmini 10 000 manat dəyərləndirir. Məhkəmədə mülki işə mahiyyəti üzrə baxılması üçün hazırlıq mərhələsində qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət olunaraq qarşılıqlı iddia ərizəsinin toplam təqdim edilməli olan mənzillər üzrə sahələrdə yaranmış fərqə görə 57,5 m² sahənin naturada veriməsi barədə hissəsini toplam təqdim edilməli olan mənzillər üzrə sahələrdə yaranmış fərqə görə 55,44 m² sahənin əvəzi olaraq real bazar qiymətinə uyğun 138 600 manat pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-dan qarşılıqlı iddiaçı Cavabdeh xeyrinə tutulması barədə kimi qəbul edilməsi, iddia tələblərini digər hissələrdə olduğu kimi saxlamalarını və həmin tələblərin də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edilir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə təşəbbüsü ilə iş üzrə ilkin və təkrar məhkəmə texniki-tikinti ekspertizaları təyin edilmiş, xx.xx.2023-cü il tarixli 10/141 saylı və xx.xx.2024-ci il tarixli № 9/1350 saylı ekspert rəyləri alınmışdır. Hazırkı ərizənin davamında hər iki ekspert rəyi tamamilə eyni olduğundan rəylərə tarix və say fərqi qoymadan bir rəy kimi istinad edilir. İddia ərizəsindən görünür ki, qarşılıqlı iddiaçı məhkəməyə qədər müddətdə iddia qaldırmamışdan mütəxəssisə müraciət etmiş və dörd mənzil üzrə toplam 57.5 m2 həcmdə fərqin yarandığını iddia edirdi və həmin fərqin naturada verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ekspert rəylərindən də görünür ki, mütəxəssis rəyi həqiqətə yaxındır və tələb əsaslıdır. Belə ki, iddia ərizəsində və əlavə edilmiş əvəzləşmə müqavilələrindən 4 mənzilin ümumi sahəsi toplam olaraq 407.2 m2 təşkil etməli idi: xx.xx.2019-cu il tarixli Əvəzləşmə müqaviləsinə əsasən, B blokunun 4-cü mərtəbəsində 49 saylı 2 otaqlı 87 m2 sahədən ibarət mənzillər verilməli idi. - xx.xx.2020-ci il tarixli əvəzləşmə müqaviləsinə əsasən, B blokunun 2-ci mərtəbəsində 1 saylı 3 otaqlı 120,3 m2 sahədən ibarət mənzil; B blokunda 7-ci mərtəbədə 1 saylı 3 otaqlı 120.3 m2 sahədən ibarət mənzil; C blokunda 2-ci mərtəbədə 4 saylı 2 otaqlı 79.6 m2 sahədən ibarət mənzilin verilməsi razılaşdırılmışdır. Yəni , 87 + 120.3 + 120.3 + 79.6 = 407,2 m2. Hər iki ekspert rəyində isə qeyd edilir ki, - B blokunun 2-ci mərtəbəsində 1 saylı 3 otaqlı mənzilin sahəsi 104,8 m2 təşkil edir; - B blokunun 4-cü mərtəbəsində 1 saylı 3 otaqlı mənzilin sahəsi 104,8 m2 təşkil edir; - B blokunun 7-ci mərtəbəsində 1 saylı 3 otaqlı mənzilin sahəsi 79,66 m2 təşkil edir; - C blokunun 2-ci mərtəbəsində 4 saylı 2 otaqlı mənzilin sahəsi 62,5 m2 təşkil edir. Yəni ekspertizanın müəyyən etdiyi sahə toplam olaraq 104,8 + 104,8 + 79,66 + 62,5 = 351,76 m2. Daha sonra, sadə riyazi üsulla müqavilə ilə verilməsi öhdəliyi götürülmüş ümumi 407,2 m 2 sahədən faktiki müəyyən edilmiş 351,76 m2 çıxdıqdan dəqiq fərqin 55,44 m2 oldugunu görürlər. Qeyd edik ki, iddia ərizəsində də təxmini eyni fərqi qeyd etmişdi. Lakin bir müddət öncə onlara məlum oldu ki, həmin binada satılmamış “boş” mənzillər artıq qalmamışdır. İddialarnın təmin ediləcəyi halda, tələbin “yaranmış fərqə görə 57.2 m2 sahənin naturada verilməsi” hissəsinin icrasında çətinliklər yaranacaqdır, qarşılıqlı iddia üzrə cavabdeh elə sahənin mövcud olmayacağını bildirəcəkdir. Odur ki, iddianı bu hissədə dəyişdirmək qərarına gəlmişlər və həmin fərqin dəyərini pul şəklində tələb edirlər. Tərəflərindən qiymətləndirmə işləri ilə məşğul olan mütəxəssisə müraciət edilmiş və "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli hesabat alınmışdır. Həmin hesabatdan aydın olur ki, sözügedən binada mübahisəli mənzillərin 1m2 qiyməti (təmirsiz olduğu üçün) 2500 manatdır. Odur ki, hesab edir ki, tələb etdiyi fərqin dəyəri - 55,44m2 x 2500 azn = 138 600 manat təşkil edir. Tərəflərin mövqeyi Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd edilməsini, qarşılqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, iddiaçının ilk iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı özü müqavilə öhdəliklərini icra etməmişdir. Bundan başqa ilk iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Cavabdeh xüsusi mülkiyyətində olan mənzili tərk etməmişdən artıq söküntü işləri başlamışdı. Tərəflərin arasında müqaviə bağlandıqdan sonra cavabdeh əmlakını boşaldıb. Həmin binada cavabdehdən başqa sakinlər də olub, və binanı ən son tərk edən də cavabdeh olmayıb. Əksinə, iddiaçı cavabdeh əmlakını boşaltsın deyə müxtəlif qeyri-qanuni yollara əl atıb – binanın söküntüsü zamanı ona məxsus avtonəqliyyat vasitəsinin üzərinə daş düşüb, oğluna məxsus avtomobilin üzərinə isə beton tökülüb. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, iddiaçının ilkin tələbi tamamilə əsassızdır, uydurma mülahizələrdən barətdir və təmin edilə bilməz. İddiaçı mütəmadi şəkildə cavabdehin konstitusion hüquqlarını pozub, onu yaşayış yerindən məhrum edib. Təhvil verilməli olan məznillərin hər birinin sahəsi razılaşdırılandan əksikdir. Cavabdeh təkcə yaşayış yerindən deyil, həm də qazanc mənbəyindən məhrum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rəd edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, cavabdehlə bağlanmış müqavilələrdə ona kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Cavabdehin müqavilə öhdəliklərini vaxtında və tam icra etməməsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Əvvəlki məhkəmə iclasında dindirilən ekspert X7 təqdim etdiyi ekspert rəyini müdafiə etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - Cavabdeh ilə MTK arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixində əvəzləşdilrilmə müqaviləsindən görünür ki, MTK mülkiyyətçiyə məxsus olan qeyri-yaşayış kimi fəaliyyət göstərən faktiki sahəsi 45 kv.m mənzilin əvəzinə, güzəştli şərtlərlə binanın A blokunda X mərtəbəsində, 42 saylı 3 otaqlı 77 kv.m və B blokunda 4-cü mərtəbəsində 49 saylı 2 otaqlı sahələr cəmi 87 kv.m ibarət olan təmirsiz mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürür. - Cavabdeh ilə MTK arasında bağlanmış 15 may 2020-ci il tarixində əvəzləşdirmə müqaviləsindən görünür ki, MTK mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 88 m2 31 saylı mənzilin və həmin mənzilin altında yerləşən 59 m2 zirzəminin əvəzinə güzəştli şərtlərlə eyni parametrlərlə binanın B blokunda, 2-cı mərtəbəsində 1 saylı 3 otaqlı (zal studiya) 120,3 m2 B blokunda 7-cı mərtəbəsində, 1 saylı 3 otaqlı (zal studiya) 120.3 m2 C blokunda 2-ci mərtəbəsində, 4 saylı 2 otaqlı (zal studiya) 79.6 m2 dən (umumı-cəmı verilən sahə 320 2 m2 ) ibarət olan təmirsız mənzil verməyi mülkiyyətçiyə verməyi öhdəsinə götürür. - Müqavilələrin 1.2-ci bəndinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. - Müqavilələrin 3.1-ci bəndinə əsasən tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. - Müqavilələrin 3 2-ci bəndinə əsasən tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors-major kimi müəyyənləşdirilir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 3.m 56 xx.xx.2015-ci il tarixdən Cavabdeh Mehda qızının adına qeydyyata alınmışdır - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsinə əsasən ünvan 3 ünvanda yerləşən 3 mərtəbəli binanın zirzəmisindəki 35,9 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2005-ci ildə onun mülkiyyəti kimi qeydə alınmışdır. - Azərbaycan Respublikasının Bakı şəhəri, İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 103042 saylı qeydiyyat vəsiqəsidən görünür ki, ünvan 3 m. 31 xx.xx.2022--ci il tarixdən Cavabdeh Mehda qızının adına qeydyyata alınmışdır - Azərbaycan Respublikasının Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli sərəncamından görünür ki, ünvan 3 m. 31-ci mənzilinə dair xx.xx.2025-ci il tarixli aktı təsdiq edilərək mənzilin ümumi sahəsi 78,0 kv.m, yaşayış sahəsi 42,0 kv.m, köməkçi sahəsi 36,0 kv.m olmaqla 3 otaqlı hesab edilsin. - xx.xx.2023-cü il tarixli 92 №li mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeni tikilinin inşa edilməsinin 6 ay müddətipdə vətəndaş Cavabdeh tərəfindən yubadılması nəticəsində "xxxx" MTK-ya vurulmuş maddi ziyanın məbləği tənribən 279120,0 manat dəyərində müəyyən edilir. -- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/41 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 ünvanında İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın «B» blokunda 2-ci və 4-cü mərtəbələrində yerləşən 1 saylı 3 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59-cu fəslində Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən 104.8 kv.metr, həmin mənzilin daxili divarlarının şaxtanın, büton sütunların altına və balkonlara düşən sahələr nəzərə alınmaqla ümumi sahəsi isə 122.3 kv.metr təşkil etdiyi müəyyən olunur. Həmin binanın “B” blokunun, 7-ci mərtəbəsində yerləşən 1 saylı 3 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu fəslində Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən 79.66 kv.metr, həmin mənzilin daxili divarlarının şaxtanın, beton sütunlarının altına və balkonlara düşən sahələr nəzərə alınmaqla ümumi sahəsi isə 92.9 kv.metr təşkil etdiyi müəyyən olunur. Həmçinin “C” blokunun 2-ci mərtəbəsində yerləşən 4 saylı 2 otaqlı (zal studiya) mənzilin ümumi sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu fəslində Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən 62,5 kv.metr, həmin mənzilin daxili divarlarının şaxtanın, beton sütunların altına və balkonlara düşən sahələr nəzərə alınmaqla ümumi sahəsi isə 75.0 kv.metr təşkil etdiyi müəyyən olunur. (mənzillərin ayrı-ayrılıqda ölçüləri rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 ünvanında İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın «B» blokunda 2-ci və 4-cü mərtəbələrində yerləşən 1 saylı 3 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59-cu fəslində Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən müvafiq azaltma əmsalları tətbiq olunmadan, bayır və ara divarlarının altı nəzərə alınmadan 104.8 kv.metr, “B” blokunun, 7-ci mərtəbəsində yerləşən 1 saylı 3 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi 79.66 kv.metr, “C” blokunun 2-ci mərtəbəsində yerləşən 4 saylı 2 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi 62,5 kv.metr müəyyən olunur. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 ünvanında İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın «B» blokunda 2-ci və 4-cü mərtəbələrində yerləşən 1 saylı 3 otaqlı (zal studiya) mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 122,3 kv.m, “B” blokunun, 7-ci mərtəbəsində yerləşən 1 saylı 3 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi 92.99 kv.metr, “C” blokunun 2-ci mərtəbəsində yerləşən 4 saylı 2 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi 75,0 kv.metr müəyyən olunur. 2019-2020-ci il tarixlərdə ünvan 5 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeni tikilinin inşa edilməsi ilə əlaqədar işçi personallarına, avadanlıqlara, maşın mexanizminə, kommunal xərclərinə və digər mülkiyyətçilərə icarə haqqının məbləğt barədə əldə etmək mümkün olmamışdır. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli hesabatından görünür ki, xx.xx.2025-ci il tarixinə B bloku 2-ci mərtəbədəki 1 saylı, 3 otaqlı (zal studiya) 120,3 kv.m sahədən ibarət mənzilin 287 500,0 manat, B bloku 7-ci mərtəbədəki 1 saylı, 3 otaqlı (zal studiya) 120,3 kv.m sahədən ibarət mənzilin 298 300,0 manat, B bloku 4-cü mərtəbədəki 49 saylı, 2 otaqlı (zal studiya) 87,0 kv.m sahədən ibarət mənzilin 217 500,0 manat, C bloku 2-ci mərtəbədəki 4 saylı, 2 otaqlı (zal studiya) 79,6 kv.m sahədən ibarət mənzilin 199 000,0 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən mənzillərin 1 kv.m real bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində orta hesabla nəzəri qaydada təxminən B bloku 4-cü mərtəbə 49 saylı mənzil: 3000,0 manat B bloku 2-ci mərtəbə 1 saylı mənzil: 3300,0 manat B bloku 7-ci mərtəbə 1 saylı mənzil 3400,0 manat təşkil edir. - Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-2539/223 saylı qərarından görünür ki, X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsi ilə Nərimanov rayon prokurorluğundan daxil olmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərara əsasən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 02 avqust 2023cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, X6 texniki təhlükəsizlik qaydalarını pozaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində inşa olunan hündürmərtəbəli yaşayış binalarının tikinti sahəsindən keçərkən Cavabdeh başına kərpic qırıntılarının düşməsi səbəbi ilə, sonuncunun qızı X16 isə 2020-ci ilin aprel ayının əvvəllərində həmin tikinti sahəsində ayağına armatur parçası dəyməsi nəticəsində dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilsə də X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. - Cavabdeh ilə "xxxx" MMC-nin adından X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Ə.Əlizadə küçəsi ev 42/9 ünvanında yerləşən 2 otaqlı m 56-nı xx.xx.2020-ci il tarixə kimi aylıq 1000 manata icarəyə verməyi razılaşdırmışlar. - Nərimanov RPİ-nin 18 PB-nin xx.xx.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 07.50-də Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küç. 42/9 m. 31-də yaşayan Cavabdeh DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı binanın rəhbərliyi ilə aralarında mübahisə baş verməsi barədə məlumat vermiş, təkrar zəng edərək zünü intihar edəcəyini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küç 42/9 ünvanın tikintisini həyata keçirən İddiaçı MTK rəhbərliyi ilə şikayətçi Cavabdeh arasında mütamadi olaraq narazılıqlar baş vermişdir. Odur ki, hazırki müraciət üzrə Cavabdeh özünün intihar etməsinə dəlalət edən kifayət qədər əsasın olmadığını nəzərə alaraq toplanmış materialda hər hansı zünü öldürmə həddinə çatdırma cinayətinin, yəni Azərbaycan Respublikasının CMnin 125-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlaətlərinin olmamasını nəzərə alaraq material üzrə cinayət işinin başlanması rədd edilməlidir. - Nərimanov RPİ-nin 18 PB-nin xx.xx.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küç. 42/9 m. 31-də yaşayan Cavabdeh DİN-nin 102 xidmətinə zəng edərək Orxan adlı şəxsin onun kafellərini çındırması və İlqar adlı işçisi tərəfindən təhqir olunması barədə məlumat vermişdir. Ərizə əsasında Orxan adlı şəxsin dəvət edilib izahatının alınması mümkün olmamış, kafellərin konkret kim tərəfindən və hansı şəraitdə sındırılmasını müəyyən etmək və material üzrə hüquqi qiymət vermək mümkün olmamışdır. - İddiaçı tərəfindən təqdim edilmiş “X13 və Ekspertiza Mərkəzi” MMc tərəfindən tərtib edilmiş 03 iyul 2023-cü il tarixli 92 nömrəli mütəxəssis rəyindən görünür ki,ünvan 5 (yəni 112) ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeni tikilinin inşa edilməsinin 6 ay müddətində vətəndaş Cavabdeh tərəfindən yubadılması nəticəsində İddiaçı MTK-yavurulmuş maddi ziyanın məbləği təqribən 279120,0 manat dəyərində müəyyən edilir. - Nərimanov RPİ-nin 18 PB-nin xx.xx.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 07.50-də Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küç. 42/9 m. 31-də yaşayan Cavabdeh DİN-nin 102 xidmətinə zəng edərək cari ilin aprel ayında İddiaçı tikinti şirkətinin işçiləri Orxan və Elxan adlı şəxslər tərəfindən ona məxsus «Toyota» markaı 99 KS-666 dövlət nömrə nişanlı avtomobilinin arxa alın şüşəsinin sındırılaraq üzərinə beton tökülməsi, eləcə də digər avtomobilinin üzərinə beton tökmələri, həmin ərazidə elektrik cərəyanın açıq saxlanması nəticəsinə qızı X9 cərəyan vurması barədə məlumat vermişdir. Toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuhdur. - "xxxx" Tibb Mərkəzinin xx.xx.2020-ci il tarixli 2075/20 saylı arayışından görünür ki, 1973-cü il təvəllüdlü Cavabdeh xx.xx.2020-ci il tarixdə "xxxx" Tibb Mərkəzi MMC-də müayinə olunmuş, «Şəkərli biabet İİ tip, İnsulin tələbatı» diaqnozu ilə ambulator müalicə alır. - Cavabdeh (eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və əkili tərəfindən təqdim edilmiş,üzərində “Verbatim” CD-R yazıları olan CD disk informasiya daşıyıcısı vasitəsi ilə təqdim edilən materiallarda əks olunan video və foto görüntülərdən müəyyən edilir ki, cavabdehə məxsus əmlakların yerləşdiyi ərazidə İddiaçı MTK tərəfindən 25 oktyabr 2019-cu il tarixdə söküntü işləri aparılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəyə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. - 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin «Müqavilə hüququ» adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onu standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir.Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarının: - 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir. - 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. - 3.3. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. - 3.4. Yaşayış binasının daxilində yerləşən ictimai təyinatlı otaq və yerləşgələrin sahəsinin hesablanması bu Qaydaların 4-cü bölməsinə uyğun olaraq aparılır. - 3.5. Binanın tikinti sahəsi, çıxıntı hissələri, o cümlədən terraslar və bayır giriş pilləkəni (artırma) də daxil edilməklə, onun xarici haşiyəsi üzrə kürsü səviyyəsində üfüqi kəsiyinin sahəsi kimi müəyyən edilir. Dayaqlar üstündə yerləşmiş binanın altındakı sahə, həmçinin binanın altındakı keçidlər tikinti sahəsinə daxil edilir. Tikinti həcmi binanın yeraltı və yerüstü hissəsinin təmiz döşəmə səviyyəsindən başlayaraq, xarici səthlər hüdudunda, qoruyucu konstruksiyalar və digər üst tikililər, işıq fənərləri daxil edilməklə, xaricə çıxan memarlıq detalları və konstruksiya elementləri, günlüklər, portiklər, terraslar, eyvanlar, havalandırılan döşəməaltılar və döşəməaltı kanallar, dayaqlar üstündəki binanın altındakı məkanın və keçidlərin həcmi nəzərə alınmadan müəyyən edilir. - 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. - 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. - 59.4-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. - 59.5-ci maddəsinə əsasən mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 101.7 və 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış əvəzləşdilrilmə müqavilələrinə əsasən Cavabdeh məxsus olan faktiki sahəsi 88 m2 42 saylı mənzilin və həmin mənzilin altında yerləşən 59 m2 zirzəminin əvəzinə güzəştli şərtlərlə eyni parametrlərlə binanın B blokunda, 2-ci mərtəbəsində 1 saylı 3 otaqlı (zal studiya) 120,3 m² B blokunda 7-ci mərtəbəsində, 1 saylı 3 otaqlı (zal studiya) 120.3 m2 C blokunda 2-ci mərtəbəsində, 4 saylı 2 otaqlı (zal studiya) 79.6 m2 dən (ümumi-cəmi verilən sahə 320 2 m2) ibarət olan təmirsiz mənzil verməyi mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. İlk iddiaçı ilk əvvəl yəni, tərəflər arasında olan 15 may 2020-ci il tarixli müqavilənin icrası qeyri-mümkün olduğundan məhkəmə tərəfindən müqaviləyə xitam verilməsi zərurəti yaranması olmasını iddia etsə də, sonradan tələbini dəyişərək 18 avqust 2022-ci il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 310320 manat məbləğində pulun tutulmalı olmasını iddia etmiş və dəyişdirilmiş tələbinin əsası kimi cavabdehin hərəkətləri nəticəsində müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi ilə ona onlara ziyan vurulmasına istinad etmişdir. İşin materiallarından görünür ki, ilk iddiaçı üzrə cavabdeh tərəflər arasında bağlanmış müqavilələrdə qeyd edilən əmlakların mülkiyyətçisidir və onlar arasında 2019-cu ildən bu əmlaklarla bağlı müqavilə münasibətləri yaranmaqla davam etmiş, aralarında yaranmış narazılıqlarla bağlı cavabdehin dəfələrlə şikayətləri əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırılmalar ararılmışdır. Cavabdehin əmlakları sökülmüş və onun əvəzində verilən yeni əmlaklarla bağlı aralarında təkrar mübahisələr yaranmışdır. Müəyyən edimişdir ki, tərəflər arasında mübahisə əmlakların müqavilə üzrə təhvil verilməli olmasından ibarətdir ki, hər bir tərəf bu müqavilə şərtlərinin pozulmasında bir-birini günahlandırır. Lakin iddiaçı tərəf cavabdehin 310320 manat məbləğində zərər vurulmasının konkret nədə ifadə olunması, bu ziyanın nə vaxt, hansı formada yetirilməsi, bir sözlə zərərin vurulması meyarları barədə heç bir sübut təqdim etməmiş, ümumi sözlərlə cavabdehin vaxtında müqavilə şərtlərini yerinə yetirməməsinə, yəni evini vaxtında təhvil verməməsinə görə bu ziyanın əlavə işlər görülməsində özünü göstərməsini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında cavabdeh tərəfindən əmlaklar vaxtında deyil, razılaşdırılan müddətdən 6 ay sonra təhvil verildiyi üçün maddi ziyan çəkdiklərini bildirmişdir. Eyni zamanda iddiaçı mütəxəssis rəyi təqdim edərək, Cavabdeh tərəfindən qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeni tikilinin inşa edilməsinin yubadılması nəticəsində İddiaçı MTK-ya 279120 manat dəyərində ziyan dəydiyini iddia etmişdir. Mütəxəssis rəyindən görünür ki, ziyan məbləğinə İddiaçı MTK-nın işçi personalarına, avadanlıqlarına, maşın-mexanizminə, kommunal xərclərinə, digər mülkiyyətçilərə əlavə 6 ay kirayə haqqı ödənilməsinin ümumi dəyərləri aid edilmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə əsaslanan tələbin rədd edilməsi üçün əsasdır. Hazırki işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı iddiasının əsaslılığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş CD-diskdə olan foto və videogörüntülərdən görünür ki, hələ 2019-cu ilin oktyabr ayında mübahisəli ərazidə söküntü işləri aparılmışdır. Digər tərəfdən qəzalı vəziyətdə olan binada yalnız Cavabdeh əmlaklarını təqdim etməməsi, iddiaçı tərindən həqiqətən göstərilən xərclərin çəkilməsinə dair mötəbər sübutlar da yoxdur. Məhkəmə qeyd edir ki, hazırki halda ilkin əsas kimi təqsirli və ya təqsirsiz olaraq hüquqa zidd əməlin törədilməsi halı sübuta yetirilmədiyindən, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, hər hansı bir hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) olmadığı halda, onun olmayan nəticəsi barədə münasibət bildirmək də faktiki olaraq mümkün deyildir. Məhkəmə hesab edir ki, ilk iddiaçı tərəf cavabdehin ona ziyan vurulması faktını sübut edə bilmədiyindən iddiası bu hissədə əsassızdır. İlk tələbin digər hissəsi olan Cavabdeh ilə X15 arasında bağlanmış 18 avqust 2022-ci il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf əvvəla belə bir müqaviləni məhkəməyə təqdim etməmiş və onun hazırki mübahisəyə hansı formada aidiyyatı olması məlum deyildir. Beləliklə də, tələbin qeyd edilən hissəsi də digər tələb kimi əsaslandırılmadığından rədd olunmalıdır. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, Cavabdeh ilə MTK arasında bağlanmış müqavilələrə əsasən qarşılıqlı iddiaçıya iddia ərizəsində göstərilən mənzillər təhvil verilməmişdir. Mülki işin materiallarından müəyyən edilir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinə daxil olmayan, İddiaçı MTK tərəfindən inşa edilən binanın A blokunun 10-cu mərtəbəsində 42 saylı 3 otaqlı 77 kv.m sahəli mənzil təhvil verilmiş; həmin mənzilə münasibətdə tərəflərin arasında razılıq əldə edildiyindən, məhkəmə tərəfindən mənzillərin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa həmin mənzilə münasibətdə ləğv edilmişdir (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(005)- 34/2022 saylı qərardadı). Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin arasında bağlanmış 15 may 2020-ci il tarixli müqavilə ilə İddiaçı MTK mülkiyyətçiyə məxsus olan, 31 saylı, pilləkanı və divaraltı sahələri nəzərə alınmaqla artırma ilə birlikdə sahəsi 88 m² olan mənzilin və həmin mənzilin altında yerləşən 59 m² zirzəminin əvəzinə, güzəştli şərtlərlə, eyni parametrlərlə binanın B blokunda, 2-ci mərtəbəsində, 1 saylı 3 otaqlı 120,3 m²; B blokunda, 7-ci mərtəbəsində, 1 saylı 3 otaqlı 120,3m²; C blokunda 2-ci mərtəbəsində 4 saylı 2 otaqlı, 79,6 m²-dən ibarət olan təmirsiz mənzillərin “Mülkiyyətçi”yə verməsini öhdəsinə götürmüşdür. Tərəflərin arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsindən görünür ki, İddiaçı MTK mülkiyyətçiyə məxsus olan, qeyri-yaşayış kimi fəaliyyət göstərən faktiki sahəsi 45 m² mənzilin əvəzinə, güzəştli şərtlərlə binanın A blokunda, X mərtəbəsində, 42 saylı 3 otaqlı 77m²-dən və B blokunda, İV mərtəbəsində, satış üçün nəzərdə tutulan 49 saylı 2 otaqlı, sahələr cəmi 87 m² ibarət olan təmirsiz mənzili “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürmüşdür. Artıq qeyd edildiyi kimi, iddia tələbində göstərilən mənzillər Cavabdeh təhvil verilməmişdir. Mənzillərin sahələrinin müəyyənləşdirilməsinə dair məhkəmə tərəfindən mühəndis texniki ekspertizaları təyin edilərək, keçirilmişdir. Həmin rəylərlə müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 ünvanında İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın «B» blokunda 2-ci və 4-cü mərtəbələrində yerləşən 1 saylı 3 otaqlı (zal studiya) mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 122,3 kv.m, “B” blokunun, 7-ci mərtəbəsində yerləşən 1 saylı 3 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi 92.99 kv.metr, “C” blokunun 2-ci mərtəbəsində yerləşən 4 saylı 2 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi 75,0 kv.m-dir. Məhkəmə qeyd edir ki, ekspert rəylərində mübahisəli mənzillər “B” blokunun 2 və 4-cü mərtəbələrində 1 saylı 3 otaqlı, “B” blokunda 7-ci mərtəbəsində yerləşən 1 saylı 3 otaqlı və “C” blokunun 2-ci mərtəbəsində yerləşən 4 saylı 2 otaqlı mənzil olaraq göstərilmişdir. Halbuki, həm müqavilə, həm iddia ərizəsi həm də ekspertizanın təyin edilməsi barədə qərardadda mənzillər B blokunun, 2-ci mərtəbəsində, 1 saylı 3 otaqlı; B blokunun, 7-ci mərtəbəsində, 1 saylı 3 otaqlı; C blokunun 2-ci mərtəbəsində 4 saylı 2 otaqlı, B blokunun, 4-cü mərtəbəsində, 49 saylı 2 otaqlı mənzillər olaraq qeyd edilmişdir. Buna baxmayaraq, məhkəmə iclasında verilən izahatlarla müəyyən edilmişdir ki, ekspertiza tədqiqatı prosesində mənzillərə baxış tərəflərin iştirakı ilə keçirilmiş və qarşılıqlı iddiaçı ona verilməsi üçün təqim edilən mənzillərin tədqiq edildiyini qəbul etmişdir. İşin sözügedən halını, eyni zamanda eksert rəyinin mülki işin materialları ilə təkzib edilmədiyini və ekspertin məhkəmə prosesində rəyini müdafiə etdiyini nəzərə alaraq hesab edir ki, texniki yanlışlıq ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsinə maneə olaraq qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Beləliklə, ekpert rəyləri ilə Cavabdeh təhvil verilməli olan mənzillərin sahələrinin müqavilə ilə razılaşdırılandan 57,5 m² əksik olması faktı müəyyən edilmir. Belə ki, B blokunun 2-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin sahəsinin 122,3 m²; B blokunun 7-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilinin sahəsinin 122,3 m²; B blokunun 4-cü mərtəbəsində yerləşən, 49 saylı 2 otaqlı mənzilin sahəsinin 92,99 m²; C blokunun 2-ci mərtəbəsində yerləşən 4 saylı 2 otaqlı mənzilin sahəsinin 75 m² olduğu müəyyən edilmişdir. Belə olan təqdirdə qarşıqlı idda üzrə sahənin əksik olan hissəsinin əvəz edilməsi Cavabdeh təqdim edilən rəylər ilə bağlanmış müqavilələrdə verilmiş əmlakların sahələrində fərq olmasına istinad etsə də müəyyən edilmişdir ki, əmlakların ümumi sahəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59-cu fəslində tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən müəyyən edildiyi halda dörd mənzil üzrə toplam 57.5 m² həcmdə fərqin yaranmasına dair tələbi əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir, belə ki, özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyildir. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq azaltma əmsalları tətbiq edilməklə mənzilin sahəsinin hesablanması hüquq müəyyənedici sənədlərin verilməsi zamanı nəzərə alınır, lakin həmin sahələr tərəflər arasında bağlanmış müqavilə üzrə tikilməli olan mənzilin tərkib hissəsi olduğundan müqavilə üzrə mənzil təhvil verilərkən onların sahəsi tam nəzərə alınmalıdır. Oxşar işlərlə bağlı məhkəmə təcrübəsi də ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilə tərəfləri sahənin hesablanması qaydasını müəyyən etdikləri halda müqavilə şərtləri, belə hesablanma qaydası müəyyən edilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş hesablama qaydası tətbiq edilir. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbinin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli Əvəzləşdirmə Müqavilələri üzrə ödənilməmiş kirayə haqqının əvəzi kimi toplam olaraq 78 700 manat pulun tutulmalı olması hissəsi ilə bağlı qeyd edir ki, müqavilələrlə kirayə pulun ödənilməsi bağlı MTK-nın öhdəliyinin olması görünmür. Beləliklə də məhkəmə tələbin qeyd edilən hissəsinin də əsassız olması qənaətinə gəlir. Məhkəmə tələbin mənəvi zərərin vurulması ilə bağlı hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, şəxsin fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş «X14» arayışı tələbin qeyd edilən hissəsinin əsaslı olmasını təsdiq edə bilməz. Belə ki, orada göstərilən xəstəliyin məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Cavabdeh dəfələrlə polis və prokurorluğa şikayətlər etməsi, müvafiq araşdırmalar başlanılması kimi hallar da tələbin qeyd edilən hissəsinin əsaslı olmasına dəlalət etmir. Belə ki, bu şikayətlər üzrə araşdırmalar zamanı cinayət işinin başlanması üçün əsaslar olmaması müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə həmçinin qeyd edir ki, bu qəbildən olan mübahisələrin düzgün həlli üçün maddi hüquq normasının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbləri rədd edildiyindən, tərəflərin ödədiyi dövlət rüsumları da özlərinə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində pulun 100 manatı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MTK-dan, 100 manatı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının ndəyəri olan 500 manat məbləğində pulun 250 manatı Cavabdeh tutulmuş, digər 250 manatı isə ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, məhkəmə qiymətləndirmə ekspertizası qarşılqılı iddia tələbi üzrə təyin edildiyindən, qalan 250 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq, "xxxx" MMC-nin (müxbir/hesab:AZ61NABZ013501**********6944; kod:507280; TİN: **********; SWİFT:RBTAAZ22; VÖEN: **********; Hesab/İBAN: AZ74RBTA********************) hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin və qarşılıqlı iddia tələbləri rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində pulun 100 manatı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MTK-dan, 100 manatı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının dəyəri olan 500 manat məbləğində pulun ödənilməmiş 250 manatı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq, "xxxx" MMC-nin (müxbir/hesab:AZ61NABZ013501**********6944; kod:507280; TİN: **********; SWİFT:RBTAAZ22; VÖEN: **********; Hesab/İBAN: AZ74RBTA********************) hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar