Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1515/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 noyabr 2013-cü il tarixdən qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırdığına görə vurulmuş zərəri qanunla müəyyən edilmiş məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə cavabdehdən əldən çıxmış faydaya görə 5000 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinə əlavə olaraq, yəni həmin tələbin qüvvədə qalması şərti ilə Cavabdeh pulunu qanunsuz saxlamaqla faydalanmağına görə 2.300 ABŞ dolları məbləğində faiz pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı 29 noyabr 2013-cü ildə ipoteka müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən cavabdeh özünün xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 332,64 kvm yaşayış sahəsi 45,8 kvm, yardımçı sahəsi 286,84 kvm olan 2 otaqlı bağ evini ipoteka ilə yüklü edilmiş və ipoteka müqaviləsinə əsasən 20.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh ipoteka müqaviləsində göstərilən müddətdə borcu qaytarmamış, bununla əlaqədar olaraq cavabdehlə aralarında olan uzun müddətli məhkəmə çəkişmələri olmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ümumilikdə 17850 ABŞ dolları məbləğində borcun tutulması qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh verilən apellyasiya şikayəti qismən təmin edilmiş, borcun müəyyən edilmiş hissəsində dəyişiklik olmuş və Cavabdeh 15.000 ABŞ dolları məbləğində borc pul AR Mərkəzi Bankının ödənişin icra edildiyi gün müəyyən etdiyi məzənni ilə ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh tərəfindən iddiaçıya 17.300 ABŞ dolları ödənilməsi qərara alınmışdır. Hal-hazırda bütün məhkəmə qətnamələri qüvvədədir, həmin qərarlara əsasən cavabdeh 29 noyabr 2013-cü ildə 17.300 ABŞ ödəməlidir və iş icra şöbəsindədir. Eyni zamanda cavabdeh iddiaçının pulunu qaytarmamaqla bərabər 29 noyabr 2013-cü ildən pulu qanunsuz saxlamaqla böyük zərər vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək, məhkəmə qətnaməsi ilə qeyd olunan məbləği tam şəkildə ödədiyini və bu səbəbdəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)- 1481/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 17000 ABŞ dolları məbləğində borc, gecikdirilmiş vaxt uçun illik beş faizlə hesablanmış 850 (səkkiz yuz əlli) ABŞ dolları məbləğində pul cəmi 17850 (on yeddi min səkkiz yüz əlli) ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi qun Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə uzrə manatla və 30 (otuz) manat məbləğində dövlət rusumu İddiaçı xeytınə tutulması, Tutma ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 332,64 kv.m yaşayış sahəsi 45 8 kv.m, yardımçı sahəsi 286.84 kv.m olan 2 otaqlı bağ evnə yönəldilməsi, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 332 64 kv.m. yaşayış sahəsi 45.8 kv m, yardımçı sahəsi 286.84 kv.m olan 2 otaqlı bağ evi açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməsi, borc ödənildikdən sonra satışdan artıq qalan məbləğ ipoteka qoyana Cavabdeh qaytarılması və İpoteka predmetı olan ünvan 2 ünvanda yerləşən ümumi 132 64 kv.m yaşayış sahəsi 45 8 kv.m, yardımçı sahəsi 286,84 kv m olan 2 otaqlı bağ evinin ilkin satış qiyməti 100 000 (yüz min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6387/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-1481/2016 saylı qətnaməsi əsas borcun müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh 15000 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə uzrə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli 2(005)-1481/2016 saylı qətnaməsi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 850 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilməməsi və Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-2722/17 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə tutulmalı ABŞ dollarının məbləği 17.300 (on yeddi min üç yüz) müəyyən edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1481/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı 29 noyabr 2013-cü ildə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh özünün xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 332,64 kvm yaşayış sahəsi 45,8 kvm, yardımçı sahəsi 286,84 kvm olan 2 otaqlı bağ evini ipoteka ilə yüklü edilmiş və ipoteka müqaviləsinə əsasən 20.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)- 1481/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 17000 ABŞ dolları məbləğində borc, gecikdirilmiş vaxt uçun illik beş faizlə hesablanmış 850 (səkkiz yuz əlli) ABŞ dolları məbləğində pul cəmi 17850 (on yeddi min səkkiz yüz əlli) ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə uzrə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, Tutma ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 332,64 kv.m yaşayış sahəsi 45 8 kv.m, yardımçı sahəsi 286.84 kv.m olan 2 otaqlı bağ evinə yönəldilməsi, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 332 64 kv.m. yaşayış sahəsi 45.8 kv m, yardımçı sahəsi 286.84 kv.m olan 2 otaqlı bağ evi açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, borc ödənildikdən sonra satışdan artıq qalan məbləğ ipoteka qoyana Cavabdeh qaytarılması və İpoteka predmetı olan ünvan 2 ünvanda yerləşən ümumı salıma 132 64 kv.m yaşayış sahəsi 45 8 kv.m, yardımçı sahəsi 286,84 kv m olan 2 otaqlı bağ evinin ilkin satış qiyməti 100 000 (yüz min) manat məbləğində müəyyən edilməsi qərar alınmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6387/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-1481/2016 saylı qətnaməsi əsas borcun müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh 15000 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə uzrə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli 2(005)- 1481/2016 saylı qətnaməsi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 850 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilməməsi və Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan qətnamə ilə razılaşmayan tərəflər kassasiya instasiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-2722/17 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə tutulmalı ABŞ dollarının məbləği 17.300 (on yeddi min üç yüz) müəyyən edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra icra sənədi üzrə icra orqanı icra hərəkətlərini yerinə yetirmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1481/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda iddiaçı məhkəmə qətnaməsi üzrə qoyulmuş öhdəliyin cavabdeh tərəfindən gec yerinə yetirilməsi səbəbindən ona dəymiş maddi ziyanı tələb etməkdədir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İddiaçının ərizəsində özgənin qanunsuz pul vəsaitini əsassız olaraq saxlamaqla maddi zərərin də əvəzinin ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə hazırda iddiaçının iddia tələbində göstərdiyi xx.xx.2013-cü il tarixindən hesablama aparılmasına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş bağlanmış müqavilə və məhkəmə qətnamələrinə əsasən tərəflər arasında borcla bağlı müəyyən müddət ərzində məhkəmə mübahisələri olmuşdur. İddiaçı tərəfindən həmin müddətin pulun qanunsuz saxlanılması kimi qeyd etməsi ilə razılaşmayan məhkəmə bildirir ki, məhkəməyə müraciət etmək, məhkəmədə hüquqlarını müdafiət etmək bunlar hər bir şəxsə verilmiş konstitusion hüquqlardır ki, həmin müddəalara əsasən şəxsin o hüquqlardan istifadə etməsini qanunsuz hərəkət kimi qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin pul məbləğindən sonuncunun faydalanması ilə bağlı onun gəlir, artım, bəhər və s. əldə etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iddiaçının bu hissədə də tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1515/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1515/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver