Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1518/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən cehiz əşyalarının çıxarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının yataq mebeli: 1 ədəd çarpayı, 1 ədəd şkaf, 1 ədəd tumboçka, 1 ədəd paltaryuyan maşın, 1 ədəd tozsoran, 1 ədəd ətçəkən maşın, 1 ədəd yorğan (iki nəfərlik), 1 ədəd taxt üçün nazik döşək, 6 ədəd yastıq, 2 ədəd nazik yorğan, 1 ədəd pled (nazik odeyal), 1 ədəd nazik pokrıval, 2 ədəd böyük xalça, 4 ədəd balaca xalça, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd suşelka, 16 ədəd dəsmal (böyük, balaca), quluda balaca dəsmal, 3 dəst postel komplekti, 2 ədəd süfrə, çəngəl-qaşıq naboru, 1 ədəd obedniy servis, 1 ədəd toster, 1 ədəd su termosu, qazan naboru, 1 ədəd padnoz, 1 ədəd aş süzən, pol yuyan vedro, quru ədəvalar üçün qablar, 6 ədəd çay stəkanı, 6 ədəd nəlbəki, 6 ədəd stəkan, 2 ədəd xrustal qrafin, 2 ədəd mürəbbə qabı, 6 ədəd su stəkanı, 1 ədəd lampa (svetelnik), yumşaq oyuncaqlar, 1 ədəd pərdə, 1 ədəd uşaq odeyalı, 1 ədəd yolka suvenir, kartoşka-soğan üçün qab, suvenirler, göz muncuqları, 3 ədəd plasmas ləyənlər, 1 ədəd tək qazan, 1 ədəd kulonka, 1 ədəd elektrik çayniki, 1 ədəd böyük çaynik, 2 ədəd balaca dəm çayniki, yaşıl saxsı servis, taxta nabor, çay dəsmalları, dəftər, kitabların ünvan 3 evdən çıxarılması və vəkilə çəkdiyi 101 manat xərcin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 3 evin uzun müddətdir ki, sahibidir. Azərbaycan Respublikasının ƏMKDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********57-10301 nömrəli reyestr kitabında qeydiyyata alınmışdır. Cavabdeh oğlu X6 xx xxxxxx 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan bir uşaq xx xxxxxxx 2019-cu il təvəllüdlü X10 anadan olmuşdur. İddiaçının oğlu ailə həyatı qurduqdan sonra ona məxsus ünvan 3 evə cavabdehin cehiz əşyaları yerləşdirilmişdir. Həmin evdə oğlu cavabdehlə qısa müddətdə yaşamış, hətta toydan bir müddət sonra onlar birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsindəki olan mənzilə köçərək orda yaşamışlar. Sonradan oğlu ilə arvadı arasında olan ailə münasibətləri korlanmış, gəlini Cavabdeh oğluna qarşı "nikahın pozulması və aliment" tələbi ilə məhkəməyə müraciət etmiş, nikahları məhkəmə qaydasında pozulmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3183/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, aralarında olan nikah pozulmuş, azyaşlı uşaq cavabdehin himayəsinə verilməsi, azyaşlı uşağın saxlanması üçün oğlumdan hər birinə hər ay 170 manat və ananın saxlanması 50 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehin oğlu ilə olan nikahı məhkəmə qaydasında pozulduqdan sonra ona məxsus evdən cehiz əşyalarının çıxardılması barədə cavabdehə xəbərdarlıq etsə də, müsbət nəticə əldə edə bilməmişdir. İddiaçı xüsusi mülkiyyətində olan evdən cavabdeh özünə məxsus cehiz əşyalarının boşadılmamasını bildirmişdir. Onun iradəsinə zidd olaraq cavabdehə məxsus həmin əşyaların evdən boşadılmaması, həmin əşyaların bugünki dövrədək otaqlarda qalmasını, cavabdehin istədiyi zamanda və icra məmurun iştirakı ilə cehiz əşyalarının çıxarmasını ona sərt formada bildirmişdir. Cavabdehin bu cür hərəkəti evində cehiz əşyalarının əsassız saxlamaqla iddiaçı olaraq iddiaçının mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı oğlu X2 ünvan 2 yaşayış sahəsinə istifadə hüquqlarının tanınması, onların birlikdə cavabdeh X7 istifadəsində, birgə cavabdeh İddiaçı istifadəsində və mülkiyyətində olan ünvan 1 ünvanındakı yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2018-ci ildə cavabdeh X6 rəsmi nikaha daxil olub, cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 2 ünvanındakı yaşayış sahəsinə gəlin köçmüşdür. Birgə nikahdan bir övladları - xx.xx.2019-cu ildə doğulmuş X10 anada olmuşdur. Nikah bağlandıqdan sonra ilk vaxtlar cavabdehlə aralarındakı normal ailə münasibətləri yaransa da, sonradan, yəni nikah bağlandıqdan üç ay sonra münasibətlər tamamilə pozuldu və həmin vaxtdan sonra cavabdeh evə gəlməməyə başladı. xx xxxxxxx 2019-cu ildə oğlu X10 anadan olduqdan sonra o cavabdehdən ayrı, azyaşlı oğlu ilə birlikdə valideynlərinin evində, onların himayəsində yaşayır. Nikahları Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3183/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, azyaşlı oğlu xx.xx.2019-cu ildə doğulmuş X10 onun yanında saxlanılmışdır. Onun valideynləri heç bir yerdə işləmir, onlar mövcud vəziyyəti nəzərə alınaraq cavabdeh X7 qeydiyyatda olduğu eyni zamanda cavabdehin anası cavabdeh İddiaçı qeydiyyatda olduğu və mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ təmin olunmalıdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-721/2021 saylı qərardadı ilə, iddiaçı Cavabdehlər İddiaçı və X3rşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsinə köçürülmə” tələbinə dair 2(009)-721/2021 saylı mülki işin Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə 2(005)-1518/2021 saylı mülki iş ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır; Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X16 (atası) ilkin iddia ərizəsini qəbul etməyərək, bir çox əşyaların ilk iddiada göstərilməməsini, qızının həmin evə köçmək istədiyini, qarşılıqlı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 371148 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X12 ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 348 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra ərə Abbasov soyadı verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 168 nömrəli ümumi sahəsi 233.40 kv.m olan fərdi yaşayış evi İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 3183/2020 saylı qətnaməsi ilə müəyyən edilir ki, X12 ilə X13 arasında xx xxxxxx 2018-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4564 nömrə ilə qeyd edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 3183/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdehr cavabdeh X3rşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment" tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, X12 ilə X14 arasında xx xxxxxx 2018-ci il tarixdə 3 saylı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində 4564 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx xxxxxxx 2019-cu il təvəllüdlü X10 anası Cavabdeh yanında saxlanılması və X4 xx xxxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat məbləğində aliment tutularaq Cavabdeh verilməsi, X4 xx xxxxxxx 2019-cu il təvəllüdlü X2 üç yaşınadək, yəni xx xxxxxxx 2022-ci il tarixə kimi hər ay 50 (əlli) manat tutulub Cavabdeh verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri 2 saylı Vəkil Bürosunun sorğusuna xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən ünvan 4 fərdi yaşayış evi Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-1-150 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı hüquqi xidmətə görə Bakı Şəhəri 11 saylı Vəkil Bürosuna 101 manat məbləğində pul ödəmişdir; xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir; xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırmaq üçün Cavabdeh tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, ilk iddiaçının oğlu X12 Cavabdeh ilə xx xxxxxx 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onlao arasında nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. Cavabdeh özünə məxsus olan cehiz əşyalarını, onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evinə gətirmişdir. Hazırda İddiaçı mülkiyyətində olan mənzildən cavabdehə məxsus əmlakların çıxarılmasını xahiş edir. Cavabdeh verilmiş iddia tələbini qəbul etmir. Məhkəmə ilk iddia tələbini əsaslı hesab edir, belə ki, məhkəmə baxışı zamanı müəyyən edilən işin digər hallarından aydın oldu ki, ünvan 3 ünvanında yerləşən ev İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, həmin əmlakı İddiaçı mülkiyyətinə bağışlama yolu keçmişdir. Qeyd ediləməlidir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, iddiaçı mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən cavabdehə məxsus cehiz əşyaların çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Ona görə ki, qeyd edilən ev iddiaçının mülkiyyətində olduğundan həmin cehiz əşyalarının həmin evdə qalması onun mülki qanunvericiliklə qorunan mülkiyyət hüququnu pozur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alındığından, onun cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etmək hüququ var və bu tələbi əsaslıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin dəlillərini əsaslı hesab etmir, belə ki, Cavabdeh mübahisəli mənzilə - ünvan 3 ünvanında yerləşən evə köçürülməsi məsələsinə hüquqi qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq tanınmadığı və mövcud olmadığı halda Cavabdeh mübahisəli evə köçürülməsi tələbinin təmin olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Həmin tarixli qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yuxarıda istinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü” prizmasından yanaşılır. Eyni yanaşma qismən Mülki Məcəllənin 228.1-ci maddəsində də müşahidə olunur. Belə ki, bu maddədə "ailə üzvləri" məfhumu ilə yanaşı "digər şəxslər" məfhumu da təsbit edilmişdir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Bununla belə, Cavabdeh İddiaçı münasibətdə “ailə üzvü” deyil, “digər ailə üzvü” statusuna malik olan şəxsdir. Bu baxımdan da cavabdeh Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq “digər ailə üzvü” kateqoriyasına aid edilməli və bu səbəbdən onun həmin mənzildən istifadə hüquqununyaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə Cavabdeh ünvan 4 ünvanında yerləşən evdə istifadə hüququ yaranmamışdır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddiaçı Cavabdeh tələbində istinad etdiyi halı, yəni cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə Mülki Məcəllənin 228-ci maddəsi ilə müəyyən edilmiş hər hansı hüquqi tədbir görmədən qeydiyyata alınmaqla yaşaması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn tanınması və həmin mənzilə köçürülməsi tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda, iddianın hüquqi xidmətlərə görə 101 manat pulun cavabehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, ağlabatan məbləğdə, yəni 101 manat məbləğində tutularaq iddiaçıya verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, cavabdehə məxsus cehiz əşyaları mənzildən çıxarılmalı, qarşılıqlı iddia tələbi rədd edilməli, Cavabdeh 101 (yüz bir) manat məbləğində hüquqi xidmətə görə xidmət haqqı alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları yataq mebeli: 1 ədəd çarpayı, 1 ədəd şkaf, 1 ədəd tumboçka, 1 ədəd paltaryuyan maşın, 1 ədəd tozsoran, 1 ədəd ətçəkən maşın, 1 ədəd yorğan (iki nəfərlik), 1 ədəd taxt üçün nazik döşək, 6 ədəd yastıq, 2 ədəd nazik yorğan, 1 ədəd pled (nazik odeyal), 1 ədəd nazik pokrıval, 2 ədəd böyük xalça, 4 ədəd balaca xalça, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd suşelka, 16 ədəd dəsmal (böyük, balaca), quluda balaca dəsmal, 3 dəst postel komplekti, 2 ədəd süfrə, çəngəl-qaşıq naboru, 1 ədəd obedniy servis, 1 ədəd toster, 1 ədəd su termosu, qazan naboru, 1 ədəd padnoz, 1 ədəd aş süzən, pol yuyan vedro, quru ədəvalar üçün qablar, 6 ədəd çay stəkanı, 6 ədəd nəlbəki, 6 ədəd stəkan, 2 ədəd xrustal qrafin, 2 ədəd mürəbbə qabı, 6 ədəd su stəkanı, 1 ədəd lampa (svetelnik), yumşaq oyuncaqlar, 1 ədəd pərdə, 1 ədəd uşaq odeyalı, 1 ədəd yolka suvenir, kartoşka-soğan üçün qab, suvenirler, göz muncuqları, 3 ədəd plasmas ləyənlər, 1 ədəd tək qazan, 1 ədəd kulonka, 1 ədəd elektrik çayniki, 1 ədəd böyük çaynik, 2 ədəd balaca dəm çayniki, yaşıl saxsı servis, taxta nabor, çay dəsmalları, dəftər, kitabların Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaş Massivi, 9-döngə, 168 saylı evdən çıxarılsın. Cavabdeh 101 (yüz bir) manat məbləğində hüquqi xidmətə görə xidmət haqqı alınaraq İddiaçı verilsin. Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunsun. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1518/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1518/2021
13.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver