Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1528/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştiraki ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi və uşağın himayədə saxlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi və uşağın himayədə saxlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının 25%-i məbləğində alimentin tutularaq İddiaçı ödənilməli, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il təvəllüdlü İddiaçı himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinə əlavə barədə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh iİə 15 iyun 2019-cu ildə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə 02 avqust 2021-cu ildə X5 dünyaya gəlmişdir. Lakin iddiaçı ilə Cavabdeh arasında əlaqə 6 dekabr 2021-ci ildən kəsilib. Onlar bir yerdə yaşamayaraq ayrı təsərrüfat idarə edirlər. Ərizə verməyinin səbəbi Cavabdeh tərəfindən təhqir olunmağı xasiyyətilərinin hec vaxt tutmaması olmuşdur. Azərbaycan Respublikasında 2022-cİ il uşaqlar ücün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanuna əsasən hər uşaq ucun 193 manat müəyyən edilmişdir. Ancaq uşağın hazırki dövürdə dəfələrlə xəstələnməsi hər dəfə 500 manata başa gəlir. Uşağın atası Cavabdeh işlədiyi idarədə ***-**** manat aylıq əmək haqqı alır. Ona görədə cavabdehin iş yerindən sorğu əsasında alınmış aylıq əmək haqqı məbləği barədə arayışa əsasən bir uşağa 25 % məbləğdə aliment təyin olunmalıdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -4 saylı Bakı ASAN xidməti mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ № 422495 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı doğulmuş X3 atasıdır. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 405 nömrə ilə qeyd edilmişdir. - Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş Doğum haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2021-ci ildə X5 Bakı şəhərində anadan olmuş, Atası Cavabdeh, Anası İddiaçıdır. Bu barədə xx.xx.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 4109 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovanın məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1/605 nömrəli məktubundan görünür ki, “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyada İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi və uşağın himayədə saxlanması” tələbinə dair məsələyə baxılmışdır. Sözügedən məsələ ilə əlaqədar tərəflər dəvət olunaraq dinlənilmiş, “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci, 58.2-ci, 60.1-ci və 60.2-ci maddələrini, hər iki tərəf haqqında apardığı araşdırmaları nəzərə alaraq xx.xx.2021-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması yetkinlik yaşına çatmayanın hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2- ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, tərəflərin birgə yaşadıqları müddətdə onların xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşağı anadan olmuşdur. Uşaq hal-hazırda iddiaçı ilə birlikdə yaşayır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində cavabdehin daimi iş yeri "xxxx" Birgə Müəssisəsi olması və onun əmək haqqısının 810 manatr təşkil etməsi müəyyən edilmişdir. Buna görə də, məhkəmə alimentin sabit pul məbləğində deyil cavabdehin aylıq gəlirinin 25 faizi miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa iddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması tələbi vardır. Belə ki, “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci, 58.2-ci, 60.1-ci və 60.2-ci maddələrini, hər iki tərəf haqqında apardığı araşdırmaları nəzərə alaraq xx.xx.2021-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması yetkinlik yaşına çatmayanın hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə olan halda məhkəmə hazırda iddiaçının tələbi “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiya tərəfindən verilmiş rəyə uyğun olaraq xx.xx.2021-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edir. Eyni zamandan iddiaçı xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşınadək baxılması üçün hər ay 50 manatın ödənilməsi tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsini rəhbər tutaraq iddiaçının tələb hüququnun olduğunu nəzərə alaraq xx.xx.2021-ci il təvəllüdlü X5 qızının üç yaşınadək baxılması üçün hər ay 50 manat miqdarında təmin edilməsini məqsədəmüvafiq hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunan maddi hüquqn normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının 25%-i məbləğində alimentin tutularaq İddiaçı ödənilməli, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il təvəllüdlü İddiaçı himayəsində saxlanılmalı və Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşınadək baxılması üçün hər ay 50 manat İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının 25%-i məbləğində alimentin tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il təvəllüdlü İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşınadək baxılması üçün hər ay 50 manat İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1528/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1528/2022
20.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver