Məhkəmə qərarları › İş №2(005)-155/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-155/2022

17.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-155/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı “əmək haqqı və pul tələbi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı “əmək haqqı və pul tələbi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə ümumilikdə işlədiyi 7 ay üçün natamam ödənilmiş 7847 (7 ay x 1121 manat) manat əmək haqqı, 2500 (iki min beş yüz) manat məzuniyyət pulu, əlavə işlənilən saat üçün 20160 (iyirmi min yüz altmış) manat (336 saat x 60 manat) və 30 manat dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitini, toplam 30537 (otuz min beş yüz otuz yeddi) manat pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsi, Cavabdeh MMC tərəfindən dövlət əhəmiyyətli layihə olan X1 Elektrik Stansiyasının gücünün artırılması məqsədilə xüsusi layihələndirilmiş “X5”nun tikintisindən İddiaçı və layihəyə səfərbər edilmiş bütün işçilərə dair pul vəsaitlərinin vergidən yayınma faktlarının və digər qanunsuz hərəkatlarının araşdırılamsı məqsədilə "xüsusi qərardad" elan edib, araşdırılması üçün aidiyyatı üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı uzun illər Cavabdeh MMC-də Baş mühəndisin müavini vəzifəsini icra etmişdir. xx.xx.2018-ci il tarixində Cavabdeh MMC ilə "xxxx" MMC (X3) arasında müqavilə imzalanmışdır və imzalanmış müqaviləyə əsasən Cavabdeh MMCnin direktoru Ramal Quliyev tərəfindən xx.xx.2019-cu il tarixli, № 12/19 və 14/19 saylı Əmr imzalanaraq İddiaçı həmin layihəyə baş mühəndisin müavini vəzifəsinə təyin edilmişdir. Əmrə əsasən 6 iş günü şəraitində, səhər saat 07:45-dən 18:45-ə qədər, şənbə günü isə 07:45-dən 17:00a qədər iş saatı təyin edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən həyata keçirilən X1 Elektrik Stansiyasının gücünün artırılması məqsədilə xüsusi layihələndirilmiş “X5”nun tikintisi layihəsinə cəlb edilərək "Mobilizasiya işləri üzrə sahə rəisi” vəzifəsini icra etmişdir. Lakin Cavabdeh MMC onun "xxxx" MMC tərəfindən icra etdiyi vəzifə üzrə Cavabdeh MMC-yə ödənilmiş maaş natamam şəkildə ödənilmişdir. Göründüyü kimi, cavabdeh "X11" MMC "xxxx" MMC-nin aidiyyatı layihəsini icra etdiyi zaman sifarişçi "xxxx" MMC-nin İddiaçı vəzifə üzrə ödədiyi pul vəsaitini mənimsəyərək iddiaçıya çatacaq əmək haqqı və digər işlədiyi əlavə saatlar üzrə nəzərdə tutulan pul vəsaitini ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda cavabdeh iddiaçıya ümumilikdə işlədiyi 7 ay üçün natamam ödənilmiş 7847 (7 ay xl 121 manat) manat əmək haqqı, 2500 (iki min beş yüz) manat məzuniyyət pulu, əlavə işlənilən saat üçün 20160 (iyirmi min yüz altmış) manat (336 saat x 60 manat) və 30 manat dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitini, toplam 30537 (otuz min beş yüz otuz yeddi) manat pul vəsaitini ödəmək öhdəliyindən boyun qaçırır. Cavabdeh MMC-nin nümayəndəsi X6 iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz ərizəsini təqdim etmişdir. Etirazında göstərmişdir ki, İddiaçı 2012-ci il tarixdən başlayaraq Cavabdeh MMCdə müxtəlif vəzifələrdə çalışmış və son çalışdığı vəzifə baş mühəndisin müavini olmuşdur. Əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə yəni, “əmək müqaviləsinin müddətinin qurtarması” ilə işdən azad edilmişdir. B. Bayramov şirkətdə əmək müqaviləsi əsasında işləmiş, bütün rəsmi sənədlər tərtib edilmiş, qeyd olunan maddədə göstərilən bütün tələblər, o cümlədən qabaqcadan ona bildiriş verilmiş, bildirişə imza atılmış, müvafiq əmrlə işdən azad edilmiş, əmək kitabçası verilmiş, ona son haqq-hesab və bütün digər ödənişlər tam şəkildə həyata keçirilmişdir. Bildirilir ki, Cavabdeh MMC 2011-ci ildən bəri fəaliyyətini davam etdirir, ölkə və cəmiyyət üçün bir sıra mühüm tikinti layihələrinin icrasını yerinə yetirir. Ourulduğu tarixdən bu günə kimi şirkətin ortalama 700 nəfər işçisi olmuşdur. 2016-cı ilin sonunda şirkətin rəhbərliyində dəyişikliklər baş vermiş. Şirkət təsisçilərinin yeni rəhbərlikdən əsas tələblərindən biri də şirkətin bütün strukturlarında mütərəqqi iş metodlarının tətbiq edilməsi və bununla bağlı xərclərin azaldılması olmuşdur. 2019-cu və 2021-ci illər Cavabdeh MMC üçün müəyyən problemlərlə keçdiyi üçün layihələrdə iş həcmləri kəskin azalmışdır. Hazırda işçi sayı azalaraq 189 nəfər təşkil edir. Bu sayın növbəti aylarda daha da azalacağı gözlənilir. Hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən baxılmamış saxlanılmalı və iddiası rədd olunmalıdır. Belə ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Əgər bu müddətdən (xx.xx.2020) bir il hesablasaq, məhkəməyə müraciəti xx.xx.2021-ci il tarixdə olmuşdur. Bu isə o deməkdir ki, o, məhkəməyə müraciət etməsini gecikdirmişdir. Bundan əlavə İddiaçı iddia etdiyi pul tələbi hesab edilir ki, əsassız və düzgün deyil. Belə ki, İddiaçıla MMC arasında rəsmi qaydada əmək müqaviləsi bağlanılmış, müqavilə əsasında isə ona aylıq 1179 manat əmək haqqının verilməsi nəzərdə tutulmuşdur. Hər hansı bir layihədə işləməyindən asılı olmayaraq ona əmək müqaviləsində nəzərdə tutulan məbləğ hər ay ödənilmişdir. Qeyd edək ki, “Sifarişçi” qismində "xxxx" MMC, “Podratçı” qismində isə Cavabdeh MMC, öz aralarında bağladıqları müqaviləyə əsasən “Azərkimya” İstehsalat Birliyinin “X5”nun tikintisi layihəsini icra edərək həmin layihəyə xx.xx.2019-cu il tarixli 12/19 nömrəli əmrə əsasən "xxxx" kimi vəzifəsinə cəlb edilib. MMC isə bunun müqabilində İddiaçıya 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart aymadək adıçəkilən layihənin icrasında çəkdiyi əməyə görə ona işlədiyi aylar üzrə əlavə saatlar və mükafatlar formasında əlavə olunmaqla ona əmək müqaviləsi üzrə əmək haqqı vermişdir. Müqavilə üzrə “Sifarişçi” "xxxx" MMC, “Podratçı” isə Cavabdeh MMC olduğuna görə yalnız MMC ilə İddiaçı arasındakı bağlanmış əmək müqaviləsindən irəli gələn müddəalar üzrə öhdəliklər yaranır. Göstərilənlərə əsasən İddiaçı məhkəməyə verdiyi iddia ərizəsinin müddətinin keçməsini nəzərə alaraq verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinin tələbinə əsasən məhkəmə işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli SƏ 14/19 №-li əmrindən görünür ki, 1. Azərkimya" Buxar elektrik enerjisi gücünün artırılması layihəsinin tikinti sahəsində iş, həftənin bazar ertəsi cümə günləri səhər saat 7:-45 də başlaması, saat 18:45 də bitməsi;

2. Sözü gedən layihədə həftənin şənbə günü iş günü elan edilməsi və tikinti işləri səhər saat 7:45 də başlaması, saat 17:00 da bitməsi,

3. Həftə ərzində 40 saatdan artıq işləmək hər bir işçinin öz arzusu ilə həyata keçirilməsi;

4. Əlavə iş saat(ları)ında görülən işə görə işçilərə əmək haqqı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (maddə 165) uyğun ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, İR №-511 arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək Cavabdeh MMCdə Baş mühəndisin müavini vəzifəsində işləmişdir. Cavabdeh MMC-işəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış 05 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, işçi əsas iş yerinə baş mühəndisin müavini vəzifəsinə işə qəbul edilmişdir (1.2-ci bənd). İşin birinci ayı sınaq müddəti hesab edilir (2.2ci bənd). İşçi 05 fevral 2018-ci il tarixdən işə başlayır (2.4-cü bənd). İşçiyə hər ay 1179 (bir min yüz yetmiş doqquz) manat məbləğdə əmək haqqı ödənilir (4.2-ci bənd); xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, işçi bazar ertəsi –cümə günləri gündə 8 saat, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir (4.16-cı bənd). İş saat 09:00 başlanır, saat 18:00 qurtarır (4.17-ci bənd). Nahar vaxtı saat 13:00-dan saat 14:00 dəkdir (4.18-ci bənd). AZE ******* №-li əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 088/18k №-li əmrlə Cavabdeh MMC-yə baş mühəndisin müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixli, 20-97 k №-li əmrlə cəmiyyətin müavinin əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 20-97 k №-li əmrlə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) xitam verilmişdir. Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişindən görünür ki, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Bildirilir ki, onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti uzadımayacaqdır və bununla əlaqədar həmin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. xx.xx.2020-ci il tarixli sizin Cavabdeh MMC-də son iş gününüz olacaqdır. Həmin gün ona Son haqq-hesab və qanunvericilikdə nəzərdə tutulmuş bütün digər ödənişlər veriləcəkdir. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 01-369 №-li arayışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Cavabdeh MMC-də Baş mühəndisin müavini Cavabdeh MMC vəzifəsində işləmiş və işlədiyi dövr üzrə işçiyə ödənilmiş əmək haqqı qoşmadakı cədvələ uyğun ödənilmişdir. İşçinin son haqq-hesabında istifadə etmədiyi məzuniyyət günü olmadığı üçün yalnız iş günlərinin sayına uyğun ödəniş edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 20-97/K saylı əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.”b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İstifadə etmədiyi məzuniyyət günlərinin sayı 0 (sıfır) gün təşkil edir. Qeyd edilmiş işçi ilə onun son iş günündə son haqq-hesab aparılması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi üzrə Cavabdeh MMC-nin Baş mühəndisin müavini vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin 20-97/K saylı, 68.2.”b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.”b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Hazırda iddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7 ay üçün natamam ödənilmiş 7847 (7 ay x 1121 manat) manat əmək haqqı, 2500 manat məzuniyyət pulu, əlavə işlənilən saat üçün 20160 manat ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi (288-ci maddənin “ğ» bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan Cavabdeh MMC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 20-97/K №-li əmrlə xitam verilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon məhkəməsinə müraciət edilmiş və iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin müddətinin uzadılmaması haqqında xx.xx.2020-ci il tarixli bildiriş ilə müəyyən olunur ki, qeyd edilən bildiriş həmin tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. Bu da sübut edir ki, iddiaçı həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlı olmuşdur. Hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən İddiaçı Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “əmək haqqı və pul tələbi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı “əmək haqqı və pul tələbi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar