Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1608/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «Azərnəqliyyatinşaat” MMC-nin cavabdehlər "xxxx" MMC-nə, Bakı şəhəri Cavabdeh2 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Azərnəqliyyatinşaat” MMC-nin cavabdehlər "xxxx" MMC-nə, Bakı şəhəri Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayon icra şöbəsinin müraciəti əsasında aparılmış avtomobillərin qiymətləndirilməsinə dair tərtib edilmiş hesabatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC olaraq borcla əlaqədar məhkəmə qaydasında müəssisənin bir neçə avtomobilinin üzərinə həbs qoyulmuşdur. Həmin borcun qarşılanması üçün qeyd edilən avtomobillərin qiymətləndirilməsi üçün Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə müraciət olunmuşdur. Lakin qiymətləndirmə aşağı həddə aparılıbdır və bazar qiymətlərinə uyğun deyil. Bundan narazı qalaraq məhkəməyə şikayət vermək məcburiyyətindir. Bu səbəbdəndə başqa bir qiymətləndirmə xidmətinədə müraciət etmiş və orada fərqli qiymətləndirmə aparıldığından qane etdiyi üçün razılaşmışdır. İlkin qiymətləndirmə bu qaydada aparılmışdır: “Scania P380 ” markalı, **-JR- *** dövlət qeydiyyat nişanlı 2011-ci il buraxlış tarixli yük avtomobili- 51000 manat; “Mersedens Benz 3340” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, 2012- ci il buraxlış tarixli yük avtomobili- 38000 manat; “Lexus LX 570” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı 2014-cü il buraxlış tarixli minik avtomobili - 93000 manat; “Krone SDP 27 ” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı, 2000-ci il buraxılışlı yanmqoşqu – 17000 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X1 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmişlər, nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan; "xxxx" MMC-nin 17.12.2020-ci il tarixli 277 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə Hesabat”ının surətindən görünür ki, "xxxx" MMC-yə məxsus “Lexus LX570” markalı **-AA- *** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti cəmi 93000 manat təşkil edir. "xxxx" MMC-nin 17.12.2020-ci il tarixli 277/1 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə Hesabat”ının surətindən görünür ki, İddiaçı MMC-yə məxsus “Scania P380” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti cəmi 51000 manat təşkil edir. "xxxx" MMC-nin 17.12.2020-ci il tarixli 277/2 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə Hesabat”ının surətindən görünür ki, İddiaçı MMC-yə məxsus “Mercedes Benz 3340” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti cəmi 38000 manat təşkil edir. "xxxx" MMC-nin 17.12.2020-ci il tarixli 277/3 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə Hesabat”ının surətindən görünür ki, İddiaçı MMC-yə məxsus “Krone SDP27” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti cəmi 17000 manat təşkil edir. "xxxx" MMC-nin 23.09.2021-ci il tarixli, 01/21-461 saylı avtomobilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı MMC-yə məxsus “Scania P380” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri – 67000 manat, likvid dəyəri 60000 manat təşkil edir. "xxxx" MMC-nin 23.09.2021-ci il tarixli, 01/21-460 saylı avtomobilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı MMC-yə məxsus “Krone SDP27” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri – 40000 manat, likvid dəyəri 36000 manat təşkil edir. "xxxx" MMC-nin 23.09.2021-ci il tarixli, 01/21-459 saylı avtomobilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı MMC-yə məxsus “Mercedes Benz 3340” markalı **- JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri – 72000 manat, likvid dəyəri 65000 manat təşkil edir. "xxxx" MMC-nin 23.09.2021-ci il tarixli, 01/21-458 saylı avtomobilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı MMC-yə məxsus “Lexus LX570” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri – 117000 manat, likvid dəyəri 105000 manat təşkil edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə görə, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinə uyğun olaraq, qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Göründüyü kimi, qanunverici məhkəmə tərəfindən sözügedən qanunun və mövcud prosessual qanunvericiliyin göstərişlərini diqqətə alaraq, aparılmış qiymətləndirmənin nəticələri haqqında hesabatdakı əmlakın dəyərinin yekun göstəricisinin həqiqi olmadığını müəyyən edildikdə qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qərar qəbul edilməsini nəzərdə tutmuşdur. Bu baxımdan, məhkəmə sözügedən qənaətə gələrkən ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsiplərini rəhbər tutmalı və proses tərəflərindən hər hansı birinə müəyyən imtiyaz və ya üstünlük verməməlidir. Odur ki, adıçəkilən prinsiplər, aparılmış qiymətləndirmə hesabatının ləğvi ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur Məhkəmə iddia tələbi ilə bağlı etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən mübahisənin həlli ilə bağlı ekspertiza təyin edilmiş və əmlakın qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-nin 23.09.2021-ci il tarixli 01/21-458, 01/21-459, 01/21-460 və 01/21-461 saylı rəylərinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən "xxxx" MMCnin 17.12.2020-ci il tarixli 277, 277/1, 277/2, 277/3 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə Hesabat”larında İddiaçı MMC-yə məxsus “Lexus LX570” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Scania P380” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Mercedes Benz 3340” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Krone SDP27” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləri ilə kəskin fərq müşahidə olunmuşdur. Bununla da məhkəmə hesab edir ki, iddiaçı tərəfindən İddiaçı MMC-yə məxsus “Lexus LX570” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Scania P380” markalı **- JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Mercedes Benz 3340” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Krone SDP27” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin "xxxx" MMC tərəfindən 17.12.2020-ci il tarixli 277, 277/1, 277/2, 277/3 nömrəli Əmlakın qiymətləndirilməsi barədə Hesabatlarda göstəriləndən kəskin fərqlə aşağı olması sübuta yetirilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı «Azərnəqliyyatinşaat” MMC-nin cavabdehlər "xxxx" MMC-nə, Bakı şəhəri Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin “Lexus LX570” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “Scania P380” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “Mercedes Benz 3340” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “Krone SDP27” markalı **-ZX- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 17.12.2020-ci il tarixli 277 nömrəli, 277/1 nömrəli, 277/2 nömrəli, 277/3 nömrəli hesabatları ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1608/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1608/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver