Məhkəmə qərarları › İş №2(005)-161/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-161/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-161/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, məhəllə 42, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi barədə 13.04.2021-ci il tarixli, 115 saylı hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 05/20 saylı, 18.02.2021-ci il tarixli, sifariş məktubuna və Yasamal Rayon Məhkəməsinin 2(004)-1847 saylı, 23.06.2020-ci il tarixli icra sənədinə əsasən ona məxsus Sumqayıt şəhəri, məhəllə 42, Koroğlu prospektində yerləşən qeyriyaşayış sahəsinin Cavabdeh MMC tərəfindən həmin əmlakın tez reallaşdırılmasını (satışını) müəyyən edən, likvid qiymətini əks etdirən 13.04.2021 -ci il tarixli 115 saylı hesabatına əsasən sözügedən əmlakın hərracdan ilkin satış qiyməti 355000 manat müəyyən olunmuşdur. Ona məxsus əmlakın bu məbləğdə qiymətləndirilməsi ilə razı deyil və hesab edir ki, yenidən müstəqil ekspert tərəfindən əmlakın qiymətləndirilməsi həyata keçirilıməlıidir. İpoteka predmeti olan mülkiyyətindəki əmlak qiymətindən çox aşağı məbləğdə qiymətləndirilmişdir. Mülkiyyətində olan daşınmaz əmlak kredit götürmək məqsədilə girov qoyulan zaman qiymətləndirmə aparılmış və qiymət 750000-780000 manat müəyyən edilmişdir ki, indiki qiymətlərlə bu qiymət ******* manat edir. Lakin göründüyü kimi, əmlak cavabdeh tərəfindən real bazar qiymətindən dəfələrlə az qiymətə, məhkəmə qərarı ilə müəyyən edilmiş qiymətdən isə 2 dəfədən az qiymətə qiymətləndirilmişdir. Qiymətləndirmənin aparılması üçün cavabdeh tərəfindən əmlaka baxış iştirakı olmadan həyata keçirilmişdir. Qiymətləndirilmənin aparılması barədə ona əvvəlcədən məlumat verilməmiş, yalnız, qiymətləndirilmə aparılan günü ona telefonla məlumat verərək daşınmaz əmlakın olduğu yerə dəvət eləmişdilər ki, həmin günü hava şəraitinin uyğunsuz olduğu və həmçinin pandemiya şərtlərini nəzərə alınmadığını məhkəmənin nəzərinə çatdırır. Qiymətləndirmənin yekun hesabatı ona 08.07.2021-ci ildə təqdim olunmuş və hərracın təyin olunması barədə məlumatı da həmin tarixdə əldə etmişdir. Xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən əldə edilən real bazar məlumatlarından qiymətləndirmə zamanı istifadə edilməmişdir. Real bazar qiyməti ******* manata yaxın olan əmlakın ilkin satış qiymətinin 355000 manat qiymətləndirilməsi qanunvericiliyin tələblərini, xususən də “Qiymətləndirmə fəaliyyətri haqqında” Qanunun müddəalarını pozaraq mülkiyyətində olan daşınmaz əmlaka real bazar qiymətinə açıq-aşkar uyğun gəlməyən qiymətə hərracdan satımasına nail olmaq istəyərək mülkiyyət hüquqlarını kobud surətdi pozurlar. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan; Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-nin 13.04.2021-ci il tarixli, 115 saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, məhəllə 42, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinin likvid qiyməti 355000 manat təşkil edir. "xxxx" MMC-nin Sumqayıt şəhəri üzrə icra idarəsinə, İddiaçı, "xxxx" ASC-yə ünvanlandığı 30.07.2021-ci il tarixli, 266/21 saylı Hərrac bilidirişinin surətindən görünür ki, Sumqayıt şəhəri, 420ci məhəllə, Koroğlu prospektində icarədə olan 0.1220 ha torpaq sahəsində yerləşən binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən ü/s 1086.56 kv.m olan qeyri-yaşayış sahəsi üzrə hərracın 11.08.2021-ci il tarixdə, saat 11:00-da keçirilməsi bərədə məlumat verilmişdir. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət-nin 29.10.2021-ci il tarixli, 125 saylı hesabatından görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti ünvanında yerləşən ümumi sahəsi 1086.56 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin qiymətləndirilmə tarixinə bazar dəyəri 705000 manat, likvid dəyəri 634500 manat müəyyən edilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə iddia tələbi ilə bağlı etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-nin 13.04.2021-ci il tarixli 115 nömrəli Əmlakın qiymətləndirilməsi barədə hesabatında Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti ünvanında yerləşən ümumi sahəsi 1086.56 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin likvid qiyməti 355000 manat göstərilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq “X1 Mərkəzi” MMC-nin 29.10.2021-ci il tarixli, 125 saylı ekspert rəyində Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti ünvanında yerləşən ümumi sahəsi 1086.56 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin qiymətləndirilmə tarixinə bazar dəyəri 705000 manat, likvid dəyəri 634500 manat təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi, iddia predmeti olan əmlakın likvid qiymətinin müəyyən edilməsi üçün aparılmış müvafiq tədqiqatların nəticələri arasında fərq müşahidə olunmuşdur. Məhkəmə qeyd edir ki, “X1 Mərkəzi” MMC-nin 29.10.2021-ci il tarixli, 125 saylı ekspert rəyində istinad edilmiş torpaq sahəsi üçün analoqlardan görünür ki, həmin analoqlarda 30 sot torpaq sahəsini 450000 manat məbləğinə 22 sot torpaq sahəsini isə 430000 manat məbləğində təklif edilmişdir. Bundan başqa ümumi sahənin dəyərini müqahisə edilməsi üçün qeyd edilmiş analoqlardan görünür ki, daha təmirli və istifadəyə yararlı əmlaklar 280000 manat və 600000 manat məbləğində təklif edilmişdir. İstinad edilmiş analoji əmlakların dəyəri iddia predmeti olan əmlakdan daha əlverişlidir və əlavə edilmiş fotoşəkillərdən analoji əmlakların daha saz vəziyyətdə olduğu müşahidə olunur. Qeyd edilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, “X1 Mərkəzi” MMC-nin 29.10.2021-ci il tarixli, 125 saylı ekspert rəyi obyektiv olmamış, bazarda olan tələb və təklifi nəzərə almamış, tədqiqat obyektinin qiymətini yüksək qiymətləndirmişdir. Odur ki, “X1 Mərkəzi” MMC-nin 29.10.2021-ci il tarixli, 125 saylı ekspert rəyini məhkəmə sübut kimi qəbul etməməyi daha əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bununla da məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, məhəllə 42, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi barədə 13.04.2021-ci il tarixli, 115 saylı hesabatında göstərilən məbləğlər əmlakın real qiymətinə tam uyğundur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv olunması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar