Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1616/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı və onun vəkili Cəbrayılov Rəşad Vəkil oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, ona qulluq edən şəxsə ödənilməsi məqsədi ilə hər ay 500 manat, onum özü üçün isə hər ay 300 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə xx.xx.1998-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdu. Birgə nikahdan 2 övladları anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdehin ona qarşı qaldırdığı iddia ərizəsi əsasında Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə nikahımızın pozulması qət edilmişdir. Bildirmək istəyit ki, iddiaçı həmişə əmək fəaliyyəti ilə məşğul olan adam olmuşdur. Daima çalışmışdır ki, ailənin normal yaşayışını təmin etsin. Düşünür ki, bunu hər bir normal ailə başçısı edir. Onun nikahdan əvvəl Beyləqan rayonunda atasından qalmış evi var idi, həmin evi satıb Bakı şəhəri Bayıl qəsəbəsi 20-ci sahədə yerləşən aldığı həyətyani torpaq sahəsində ev tikdi. Sonradan həmin evi cavabdehin istəyi ilə satdı. Çünki o bina evi istəyirdi. Evin satışından əldə etdiyi pulla ünvan 1 ünvanında yerləşən 3 otaqlı evi və ünvan 2 ünvanında yerləşən evi aldı. Ailə münasibətləri normal idi. Sonradan ailədə digər şəxslərin qarışması nəticəsində söz söhbətlər yaranmağa başladı. İddiaçı bunun nəticəsi olaraq bir dəfə 2018-ci ilin sentyabr ayının 14 də insult (beyin infarktı) keçirdi. Buna baxmayaraq cavabdeh ona normal yaşamağa imkan vermirdi. İddiaçı xəstəxanadan evə gələndən 2 üç gün sonra cavabdeh onu o vəziyyətdə qoyub işə düzəldi. Getdi işləməyə. təxminən 5 ay sonra mən 80% səhətim düzəldi. Bundan sonra iddiaçı işə çıxdı. Bu ərəfədə baldızı Vəfa ondan borc pul istədi. İddiaçı ona bildirdi ki, onun pulu yoxdu. Əvvəllər istəyəndə vermişdi. Dediki başqa adamdan al ver özü qaytaracaq. İddiaçı 10 min manat tanış dostumdan alıb baldızına verdi. Sonra Vəfa pulu vermədi. 1 lər dəfə bir bəhanə gətirirdi. Əlavə 5 min də istədi dediki alver edir. Maxaçkaladan qızıl alveri edir. Pul olsa daha tez borcu qaytaracaq. Ona inanıb 5 min də alıb verdi ona. O isə yenə onu aldatdı. Bir iki dəfə evinə getdi evdə ola ola çıxmırdı görüşə. Sonra iddiaçıya dedi ki ona qızıl gətirən adam aldadıb atıb. İddiaçı çox əsəb keçirirdi. Həmin pulların verilməsindən cavabdeh özü xəbərdar idi və iddiaçını məcbur edirdi ki, pııl tapım urim onun bacısına, Pul qaytarılmayanda isə cavabdeh öz bacısının tərəfini tuturdu. Buna görə o çox gərgin olur, əsəb keçirirdi. Beləliklə xx xxxxxx 2019-cu il tarixdə iddiaçı ikinci dəfə insult keçirdi. 5 nömrəli xəstəxanada yatdı. Sağlamlığını itirdi. Artıq adi hərəkatları belə edə bilmir. Çətinliklə yeriyir. Bunu təsdiq edər xəstəxanadan verilmiş epiqirizlər də vardır. Bununla yanaşı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda qeyd olunur: Beyin infarktı, Sol orta beyin arteriya hövzəsində təkrari işemik insult, sağ tərəfli dərin hemiparezlə, kənar şəxsin daima himayəsinə ehtiyacı var. Həmin sənəddə digər xəstəliklərim, hipertoniya, tez-tez təkrarlanan hipertonik krizlərlo İİİ mərhələ çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ ağır forma. İddiaçı xəstəxanadan çıxandan sonra onu məcbur elədi ki, şəxsi avtomobilini satsın. Oğlu Fərid avtomobili Turbo.az saytına qoydu. Avtomobili alan olmadığından yenidən turbo.az saytına qoydu. Artıq bu dəfə özü də istəyirdi ki, avtomobil satılsın. Ona görə ki, Vəfaya alıb verdiyi pulu Vəfadan geri ala bilmirdi. Məcbur idi ki, həmin pulu qaytarını. Avtomobili 27000 manata satdı. Həmin puldan 15000 manat verdi. Əlavə olaraq təxminən 2500 manat xırda borclarım var idi onu verdi. Qalan pulu da evə qoydu. Birdə 12 qramlıq qızıl üzüyü var idi onu da evə qoymuşdu. Sonra ona ehtiyac olanda baxdı ki pul və qızıl yerində yoxdur. İddiaçı pulu və qızılı tələb edəndə, bir ailədirlər və götürüb yaxşı elədəyini bildirdi. İddiaçı uşaqların xətirinə başqa hərəkət etmədi. Düşündü ki, düzələr. Amma əksinə oldu. Səhətinin bu vəziyyətə düşməyindən sui istifadə etdilər. İddiaçını dəfələrlə döydü vurdu. Qəbələyə bacısının yanına aparmışdı. Orda küçədə də onu vururdu. Həmin vaxt iddiaçı Qəbələdən çıxıb gəldi Bakıya. Sonradan cavabdeh uşqla birlikdə gəldi. O zaman oğlu Fərid getmişdi Qəbələyə qızı isə Bakıda qalmışdı. Cavabdeh gələndən sonra iddiaçını atdı küçəyə. Evə buraxmadı. Baxmayaraq ki həmin evi iddiaçı alıbdır. Amma evi onun adına almışdır. Özü də həmin evdə qeydiyyatda olmaqla yaşayırdı. İddiaçı məcbur olub Səbaildə olan evdə yaşamağa başladı. Hazırda həmin evdə tək qalır. Köməyə ehtiyacı var. Amma nə övladları nə də cavabdeh ona kömək eləmir. İddiaçı ümid edirdi ki, insafa gələrlər. Hər şey düzələr. Amma belə olmadı. Birdə gördü ki, cavabdeh vəkil tutub ona qarşı boşanma iddiası qaldırıb. Halbuki iddiaçı onlara heç zaman pis olmamışdır. Qızının normal təhsil almasına çalışmışdır. Oğlu da kollecdə oxuyurdu. Bütün bunları qeyd etməklə bildirir ki, onu bu vəziyyətə məhz cavabdeh qoymuşdur. İddiaçının yardıma, köməyə ehtiyacı olan zaman ona nə yoldaşı nə də övladları baxmadı. Faktiki olaraq iddiaçını atdılar küçəyə. Bu real həqiqətdir. İddiaçını öz evinə buraxmırlar. Cavabdeh evə gəldiyi halda onu zəhərləyib öldürəcəyini deyir. Bir dəfə cavabdeh anası ilə danışarkən eşitdi ki, anasına deyir nə qədər çalışıram bu ölmür axı. Ölsə idi evlər də bizə qalardı. Bunları şəxsən özü eşidibdir. Bu dözülməz haldı. Qızı inustuta girəndə ona söz vermişdi ki, o universitetə qəbul olunandan sonra yaxşı telefon alacaq, bir də gəzməyə aparacaq. Qızı instituta qəbul olundu və iddiaçı ona 1800 manata telefon aldı. Sonra notebook aldı. Bütün ailəni yığıb Gürcüstana ordan da Türkiyəyə getdilər. Gəzib istirahət edib qayıtdılar. İddiaçı bacardığı qədər ailəsi üçün çalışmışdı. Amma bu günündə onunla amansız rəftar elədilər. Bu çox dözülməzdir. İddiaçı buna dözə bilmir. Hazırda onu məcbur edirlər ki, evdən qeydiyyatdan çıxsın. Evi satmaq istəyirlər. Cavabdeh ayrı yerdən ev və özünə avtomobil almaq istəyir. Cavabdehin hərəkətlərinə görə iddiaçı nikah dövründə əlil olmuşdur. Əmək qabiliyyətini itirmişdir. Hazırda onun yardıma ehtiyacı var. Köməksiz vəziyyətə onu atıb küçəyə evə də buraxmır. Amma vaxtilə sağlam olduğu müddətdə onun gəlirləri hesabına yüksək səviyyədə yaşayıblar. Bacardığı qədər onların yaxşı yaşamasını təmin etmişdir. Keçirdiyi xəstəliklə bağlı həkimin verdiyi rəydə də qeyd olunur ki, kənar şəxsin quluğuna ehtiyacı var. Yəni ya cavabdeh ona baxmalı ya da iddiaçı ona qulluq edə biləcək bir insanla müqavilə bağlamalı, aylıq ödəniş etməlidir ki, ona baxsın. Bunun üçün ən azı 500 manat tələb olunur. Bununla yanaşı əmək qabiliyyətini itirdiyi üçün yardıma ehtiyacı olduğundan cavabdehdən hər ay ona ödənilməsi üçün aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili Cəbrayılov Rəşad Vəkil oğlun iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianın əsassız olduğunu bildirib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İddiaçı əlil və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina olunub. Səbəb olaraq əlavə müalicəyə ehtiyacının olması qeyd göstərilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2019-cu il tarixli göndərişin surətindən görünür ki, İddiaçı müayinə barədə məlumatları ümumi xəstəlik əsasında 4 nömrəli Şəhər Poliklinikasından TSEK-ə göndərilmişdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İddiaçı ikinci dərəcəli əlillik dərəcəsi müəyyən edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2335/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən çıxarışa əsasən, İsmayılova (Əliyeva) Aynurə Kamran qızı ilə İddiaçı arasında xx.xx.1998-ci il tarixdə bağlanmış və 166 nömrə ilə Səbail rayonu VVAQ şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan, 36 saylı MKİS tərəfindən verilmiş 011618 saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Təbriz küçəsi, ev 55, 18 saylı mənzildə pasport qeydiyyatındadır. Ailə tərkibi isə özündən savayı, keçmiş həyat yoldaşı İddiaçı, qızı X4 və oğlu X5 ibarətdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İsmayılova X3 və X2 departamentinin X1 texnik ağac cinslərinin yetişdirilməsi vəzifəsində çalışır, əmək haqqı 583 manat təşkil edir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı İİ qrup əlilliyə görə 130 manat sosial ödəniş alır. Beləliklə, tərəflərin izahatı, mülki işin materialları ilə müəyyən olundu ki, cavabdeh İsmayılova Aynurə Kamran qızı ilə İddiaçı arasında xx.xx.1998-ci il tarixdə bağlanmış və 166 nömrə ilə Səbail rayonu VVAQ şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2019cu il tarixli göndərişin surətindən görünür ki, İddiaçı müayinə barədə məlumatları ümumi xəstəlik əsasında 4 nömrəli Şəhər Poliklinikasından TSEK-ə göndərilmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İddiaçı əlil və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina olunub. Səbəb olaraq əlavə müalicəyə ehtiyacının olması qeyd göstərilmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İddiaçı ikinci dərəcəli əlillik dərəcəsi müəyyən edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İsmayılova X3 və X2 departamentinin X1 texnik ağac cinslərinin yetişdirilməsi vəzifəsində çalışır, əmək haqqı 583 manat təşkil edir, İddiaçı İİ qrup əlilliyə görə 130 manat sosial ödəniş alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad (85.1.1.) sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); (85.1.2.) nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); (85.1.3.) ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). (85.1.4.) Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Həmin məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Yuxarıda göstərilən qanunvericiliyin müddəalarına əsasən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisəli iddia tələbi üzrə keçmiş ərin zəruri vəsaitə malik olan keçmiş arvaddan aliment tələb etməsi üçün ailə qanunvericiliyində nəzərdə tutulmuş iki hal mövcud olmalıdır. 1) nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətinin itirilməsi 2) maddi yardıma ehtiyacı olmaq; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Qeyd olunanlardan belə qənaətə gəlinir ki, İddiaçı maddi yardıma ehtiyacı olması faktı məhkəmə araşdırması zamanı sübuta yetmədi. Belə ki, iddiaçı tərəfindən maddi yardıma ehtiyacının olmasına dair o cümlədən, özünün saxlanmasını tələb etdiyi keçmiş arvadının maddi vəziyyəti ilə bağlı hər hansı mötəbər sübut, dəlil mülki iş materiallarında müəyyən edilmir. Bu baxımdan məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan iki halın (nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətinin itirilməsi və maddi yardıma ehtiyacı olmaq) mövcud olması belə iddiaçının cavabdehdən aliment tələb etməsi üçün kifayət etmir. Belə olan təqdirdə cavabdehin aliment ödəməsi üçün zəruri vəsaitə malik olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək keçmiş arvadından aliment tələb etmək üçün əsaslarının olmasını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini əsassız hesab edir və iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçıdan 30 manat məbləğində dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 30 manat məbləğində dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1616/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1616/2021
02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver