Məhkəmə qərarları › İş №2(005)-1627/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1627/2024

10.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1627/2024 10.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşağa görə hər ay 220 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı il tarixində Nərimanov rayon Qeydiyyat şöbəsində 300 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə ailə qurmuşdurlar. Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-990/2024 saylı qətnaməsi ilə nikah pozulmuş və xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X1 anaları Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4898/2023 saylı qətnaməsiu ilə Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-990/2024 saylı qətnaməsi uşaqların ananın yanında qalması və aliment tələbi ilə bağlı hissədə ləğv edilmiş, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X1 ataları İddiaçı Cümşüd oğlunun yanında qalmaları müəyyən edilmişdir. Hal-hazırda yetkinlik yaşına çatmayan övladları onun himayəsində yaşayırlar Ancaq cavabdeh tərəfindən onların saxlanılması üçün ona heç bir maddi yardım göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X12 izahat verərək, iddianı qismən qəbul etdiyini, aliment tələbinə etiraz etmədiyini, uşaqlarla görüşə bilmədiyini, telefon vasitəsi ilə əlaqə saxlayaraq ehtiyaclarını bildirdikləri zaman onun da təmin etdiyini, rəsmi olaraq 150 manat əmək haqqı aldığını, əlavə gəlir yeri olmadığını bildirmiş, alimentin onun əmək haqqısının hissəsindən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-990/2023 saylı, 17 may 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı X12 ilə cavabdeh İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 300 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X1 iddiaçı X5 himayəsində saxlanılması, cavabdeh İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tutularaq iddiaçı X10 ödəniləsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4898/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş, apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-990/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinin “uşaqların ananın yanında qalması və aliment tələbi” ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməsi, tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X3taları İddiaçı yanında qaldığının müəyyən edilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 840985 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X9 Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X11r. - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 046579 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X6 Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X11r. - "xxxx" MMC-nin 19 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X12 xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin müəllimi vəzifəsində işləyir. Vəzifə üzrə aylıq əmək haqqı 150 manatdır. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 06 may 2024-cü il tarixıi məktuba əlavə edilmiş çıxarışdan görünür ki, X5 aylıq əmək haqqı 150 manat təşkil edir. - “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Nəsimi Rayon İcra Hakimiyyətidnə yerli icra hakimi başçılarının inzibati dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində əmək fəaliyyəti ilə məşğul olur, əmək haqqı 556,75 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də, öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Qanunun mənasından göründüyü kimi, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. "xxxx" MMC-nin 19 fevral 2024-cü il tarixli arayış və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 06 may 2024-cü il tarixıi məktuba əlavə edilmiş çıxarışdan müəyyən edilir ki, cavabdeh X5 aylıq əmək haqqı 150 manat təşkil edir. Hazırda iddiaçı sabit pul məbləğində aliment tələb etsə də, cavabdehin gəlirləri həmin məbləği ödəmək üçün kifayət etmir və onun başqa gəlirlərinin olması barədə iddia tərəfi məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Hazırda sabit pul məbləğində alimentin tutulması cavabdehin hüquqlarının əsaslı şəkildə pozulmasına gətirib çıxara bilər. Məhkəmə iddiaçının əmək haqqının cavabdehdən daha yüksək olmasını; cavabdehin hər hansı daşınar və daşınmaz əmlakının olmamasını, əlavə qazanc mənbəyi əldə etmə imkanının məhdud olmasını nəzərə alaraq hesab edir ki, aliment cavabdehin qazancının və başqa gəlirlərinin hissəsi kimi tutulmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi məbləğdə - yəni 440 manat məbləğində alimentin tutulması ilə bağlı qətnamənin icrası da mümkünsüz olacaqdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının rüsum ilə bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, İddiaçı ilə cavabdeh X5 birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar