Məhkəmə qərarları › İş №2(005)-1628/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1628/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1628/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 və Cavabdeh1nə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi cəlb edilməklə) hərracın nəticələrinin, hərracın yekunların dair protokolun və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə qarşı "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin, hərracın yekunların dair protokolun və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilərək, məndən 139267,59 ABŞ dolları əsas, 3295.41 ABŞ dolları faiz, cəmi 142563 ABŞ dolları borcun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin altındakı torpaq sahəsinə yönəldilməsi, açıq hərracda satılması, satıldıqdan İ ay sonra mənim və X2 yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir.

2. Gəncə Apellyasiya məhkəməsinin 2(104)-94/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcu 2562,08 ABŞ dolları müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

3. Gəncə Apellyasiya məhkəməsinin 2( 104)-94/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında ipoteka predmeti olan əmlakım satılması üçün açıq hərraca çıxarılmış və icra məmurunun sifarişi ilə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Cavabdeh1 sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə 23 fevral 2023-cü il və 13 mart 2023-cü il tarixlərində iki hərrac keçirilmişdir.

4. Hərraclar baş tutmadığından, hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli 16/01-1 saylı protokola əsasən, əmlak ipoteka saxlayan "xxxx" ASC tərəfindən 51 000 manata əldə edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli 16/01-1 saylı protokolun və həmin əmlaka dair daşınmaz əmlakın reyestri xidməti tərəfindən "xxxx" ASC-nin adına verilmiş **********42-10301 nömrəli reyestr və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və hərracın yenidən təşkil olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilərək, məndən 139267,59 ABŞ dolları əsas, 3295.41 ABŞ dolları faiz, cəmi 142563 ABŞ dolları borcun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin altındakı torpaq sahəsinə yönəldilməsi, açıq hərracda satılması, satıldıqdan İ ay sonra mənim və X2 yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya məhkəməsinin 2(104)-94/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci ci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcu 2562,08 ABŞ dolları müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Gəncə Apellyasiya məhkəməsinin 2( 104)-94/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında ipoteka predmeti olan əmlakım satılması üçün açıq hərraca çıxarılmış və icra məmurunun sifarişi ilə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Hərrac baş tutmadığından, hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli 16/01-1 saylı protokola əsasən, əmlak ipoteka saxlayan "xxxx" ASC tərəfindən 51 000 manata əldə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən isə həmin əmlak **********42- 10301 nömrəli reyestr və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Bildirmək istəyir ki. Ciəncə şəhəri üzrə İcra İdarəsinin açıq hərracın keçirilməsi ilə bağlı "Külək” MMC-yə verdiyi sifarişdən, həmçinin hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclardan onun xəbəri olmayıb. Belə ki, hərracların keçirilmə yeri və vaxtı barədə ona bildirişlər göndərilməyib, hərrac onun iştirakı olmadan keçirilib. Bununla da ,həm Cavabdeh1, həm də hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydaları ilə bağlı "İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun bir sıra tələbləri pozulmuşdur. Belə ki, "İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifariş verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Lakin, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığı olmadan hərracın keçirilməsini "Külək” MMC-yə həvalə elmişdir. Bununla bağlı Gəncə İcra İdarəsindən, həmçinin hərrac təşkilatı tərəfindən ona hər hansı müraciət edilməyib və onun belə bir razılığı alınmayıb.

7. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri

8. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

c) Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəx in iddia ərizəsinə etirazının dəlilləri

9. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 etiraz ərizəsi təqdim edərək, Cavabdeh1 və Respublika xammal və əmtəə birjasının "xxxx" MMC tərəfindən hərracın keçirilməsi dair yeri və vaxtı barədə tərəf xəbərdar olunduğunu, tərəfə poçt, telefon və sms vasitəsi ilə hərracın yeri və vaxtı barədə məlumat verildiyini, iddiaçının hərracdan xəbəri olduğunu və bu iddianın yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını mümkünsüz etmək məqsədi ilə verildiyini, Gəncə şəhəri ürzə İcra idarəsinin öz növbəsində dəfələrlə poçt, telefon vasitəsi ilə xəbərdar etmiş və iddiaçının 2 dəfə idarəyə dəvət olunaraq hərrac barəsində xəbərdarlıq verildiyini bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Məhkəmə iclasında verilən izahatlar

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Digər tərəflərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmasına dair xx.xx.2009-cu il tarixdə qeydiyyat aparılmışdır.

14. Gəncə Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(104)-94/2019 saylı qətnamədən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti ona münasibətdə iddia tələbinin mübahisələndirilən hissəsində qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(044)-1330/2017 saylı qətnaməsi iddianın 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh İddiaçı tutulmalı olan faiz borcu hissəsində dəyişdirilərək faiz borcu 2562 (iki min beş yüz altmış iki) ABŞ doları 08 (səkkiz) sent məbləğində, icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə müəyyən edilmiş, qətnamə iddia tələbinin 139267 ABŞ dolları məbləğində icra olunan günə Azərbaycan manatı məzənnəsi ilı təmin edilmiş əsas borc hissəsində dəyişdirilmədən saxlanılmışdır.

15. Cavabdeh1 27 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(104)-94/2019 saylı icra vərəqəsinə əsasən borclular İddiaçı və X6 tələbkar "xxxx" ASC-yə olan cəmi 139267,59 ABŞ dolları məbləğində borcunun borclu İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinə yönəldilməsi qərara alınmışdır.

16. 14 fevral 2023-cü il tarixli aktdan görünür ki, “Azari” Express poçt-daşıma kuryer xidməti, bu aktı tərtib və təsdiq edir ondan ötrü ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASCdən qəbul edilmiş zərf qaimə (603934) İddiaçı Gəncə şəhəri, Nizami rayonu ünvanına olan məktub geri qaytarılmışdır. Ondan ötrü ki, ünvançı bu ünvanda yaşamır.

17. Xəbərnamələrdən görünür ki, İddiaçı ünvanına göndərilmiş məktublar “ünvan bağlıdır” qeydi ilə geri qaytarılmışdır.

18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifarişçi Cavabdeh1 ipoteka saxlayan "xxxx" ASC-yə ipoteka qoyan (borclular) İddiaçı və X3 ünvanlanmış 31 yanvar 2023-cü il tarixli 01 nömrəli bildirişdən müəyyən olunur ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinə dair 23 fevral 2023-cü il tarixə saat 11:00-17:00-dək keçiriləcək açıq hərracın yeri və vaxtı barəsində məlumat verilmişdir.

19. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifarişçi Cavabdeh1 ipoteka saxlayan "xxxx" ASC-yə ipoteka qoyan (borclular) İddiaçı və X3 ünvanlanmış 08 fevral 2023-cü il tarixli 02 nömrəli bildirişdən müəyyən olunur ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinə dair 13 mart 2023-cü il tarixə saat 11:00-17:00-dək keçiriləcək açıq hərracın yeri və vaxtı barəsində məlumat verilmişdir.

20. “Birja Yenilikləri” qəzetinin 31 yanvar 2023-cü il və xx.xx.2023-cü il tarixli, 335 və 341 saylı çıxarışlarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir.

21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 14 mart 2023-cü il tarixli təklifdən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli sifarişinə əsasən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin sahəsinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli nömrəsində elan dərc olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmamaqla yəni 51000 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.

22. 07 aprel 2023-cü il tarixli Hərracın yekunları barədə 16/01-1 saylı protokolun və alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evi Gəncə Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(104)-94/2019 saylı icra vərəqəsinin, Cavabdeh1 285326/2022 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin nümayəndəsi X4 51000 manata satılmışdır;

23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin "xxxx" ASC-nin mülkiyyətində olmasına dair xx.xx.2023-cü il tarixdə qeydiyyat aparılmışdır.

24. "xxxx" ASC-nin 24 may 2024-cü il tarixli maliyyə arayışına əsaən, X7 “Expressbanka” qalı borcu 111892,67 ABŞ dolları (cari günə mərkəzi bankın məzənnəsinə əsasən 190110,44 manat) təşkil edir. Mülki işə tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

26. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

27. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

28. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

29. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

30. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

31. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir.

32. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

33. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

34. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun

35. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

İşə baxan məhkəmənin mövqeyi:

36. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir.

37. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

39. İddiaçının hərracın keçirilməsi ilə bağlı bildirişlərin ona çatdırılmaması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı adına bildirişlər ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə göndərilmişdir. Göründüyü kimi, hərracın keçirilməsinə dair bildiriş ipoteka qoyulmuş mənzilin yerləşdiyi ünvana göndərilmişdir Mövcud qanunvericilik normalarına uyğun olaraq isə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır.

40. Həmçinin qeyd edilməlidir ki, hərracın keçirilməsi zamanı qüvvədə olan “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin yeni redaksiyasına əsasən - ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

41. Göründüyü kimi, qanunverici ipoteka saxlayanın bildirişin çatdırılması vəzifəsini

deyil, sifarişli poçt göndərişi (məktubu) ilə göndərməsini və göndərildikdən 5 gün sonra çatdırılmış hesab edildiyini nəzərdə tutur.

42. Məhkəmə hesab edir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraca dair bildirişlərin çatdırılmaması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokolun etibarsız hesab edilməsinə dair tələb təmin edilməməlidir.

43. Məhkəmə, həmçinin, prosessual qənaət prinsipindən çıxış edərək qeyd edir ki, hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokol etibarsız hesab edilmədiyindən iddia protokola əsaslanan alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və hərracın yenidən təşkil olunması hissəsində də əlavə araşdırılma aparılmadan rədd edilməlidir.

44. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

45. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə qarşı "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin, hərracın yekunların dair protokolun və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə qarşı ("xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin, hərracın yekunların dair protokolun və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar